Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə177/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   172   173   174   175   176   177   178   179   180

                            ahmedalhasan313.wordpress.com 

 

 



527 

Sual  22:  Əgər  bir  şəxs  oğurluq  etdiyindən  dolayı  Allah  (s.v.t)  qarşısında  tövbə 

edib, öz oğurluğunu etiraf edər və oğurladığı malı sahibinə qaytararsa hökmü nə 

olar?  

Cavab: Abdullah bin Sinan nəql edir ki, İmam Sadiq  (ə.s) buyurub: “Əgər bir şəxs 

oğurluq etdiyindən dolayı Allah (s.v.t) qarşısında tövbə edib, öz oğurluğunu etiraf 

edər və oğurladığı malı sahibinə qaytararsa, əli kəsilməz.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 220. hədis. 8 

Oğrunun cəzalandırılmasının vacib olduğu səbəb  

Allahu-təala (s.v.t) buyurub:  



[Oğru  kişi  və  qadının  etdikləri  əmələ  görə  Allah  tərəfindən  cəza  olaraq  əllərini 

kəsin. Allah izzət və hikmət sahibidir] (əl-Maidə 38)  

Sual  23:  Oğurluğun  haram  edilməsinin  səbəbi  nədir  və  oğurluq  zamanı  hansı 

cəza tətbiq olunmalıdır?  

Cavab:  İmam  Əli  bin  Musa  ər-Riza    (ə.s)  buyurub:  “Allahu-təala  oğurluğu  haram 

etmişdir.  Çünki,  buna  icazə  verilsəydi,  malların  məhvinə  və  insanların  qətlinə 

səbəb  olardı.  Belə  ki,  bir-birinin  mallarını  qəsb  etmək  qarşılıqlı  kütləvi  qətllərə, 

münaqişələrə  və  paxıllığa  səbəb  olur.  Eləcə  də  ticarət  və  sənayedən  uzaqlaşmağa, 

sərvətlərin  haram  və  nalayiq  yollarla  əldə  edilməsinə  gətirib  çıxarardı.  Sağ  əl  bu 

səbəbdən kəsilir ki, oğru sağ əli ilə əşyalara toxunur. Sağ əl həm də onun bədəninin 

ən yaxşı və ən çox fayda verən üzvüdür. Buna görə, onun kəsilməsi oğru üçün cəza 

və  başqaları  üçün  bir  ibrət  dərsidir  ki,  haram  yolla  mallara  təcavüz  etmək 

niyyətindən  əl  çəksinlər.  Həm  də  ona  görə  ki,  oğru  daha  çox  sağ  əli  ilə  oğurluq 

edir.”  

-Nurus-Səqəleyn.  c. 1. səh. 627. hədis. 183/"Mizanul-Hikmət.” (azəri)  bab. 190. səh. 428. 

hədis. 3001 



ahmedalhasan313.wordpress.com 

528 


Oğrunun əlinin kəsilməsi vacib olduğu malın 

dəyəri 

Sual 24: Oğrunun əlinin nə zaman kəsilməsi vacib hökmə çevirilər?  

Cavab:  Muhəmməd  bin  Müslim  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurub: 

“(Oğurlanan  malın  dəyəri)  Dinarın  dörddə  birinə  bərabər  olarsa.”  Ravi  deyir, 

soruşdum: “Bəs  əgər bu dəyər iki dirhəm olarsa?”  İmam    (ə.s)  buyurdu: “Dinarın 

dörddə birinə. Bir dinarın neçə dirhəmə bərabər olmasından asılı olmayaraq.” Ravi 

deyir,  soruşdum:  “Əgər  bir  şəxs  dinarın  dörddə  birindən  az  dəyərdə  oğurluq 

edərsə bu halda o "oğru" sayılacaq mı? Eynilə Allahın da qarşısında "oğru" olaraq 

mı tanınacaq?” İmam  (ə.s) buyurdu: “Müsəlmandan onun qoruduğu və saxladığı 

hər  nə  isə  oğurlayan,  hər  kəs  oğru  olaraq  adlanar  və  o,  Allahın  da  hüzurunda 

oğrudur.  Amma  oğurlanan  malın  dəyəri  dinarın  dörddə  biri  və  ya  ondan  çox 

olmayınca,  onun  əli  kəsilməz.  Əgər  oğruların  əlləri  dinarın  dörddə  birindən  az 

dəyərində oğurluqlarından dolayı kəsilmiş olsaydı, onda sən insanlardan böyük bir 

kütləni əlsiz görərdin.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 222. hədis. 6 

Allah  Rəsulu    (s.ə.v.v)  buyurub:  “Oğrunun  əli,  yalnız  dinarın  dörddə  biri  və  ya 

ondan çox məbləğdəki oğurluqda kəsilər.”  

 -Səhih-Müslim. hədis. 1684/"Mizanul-Hikmət.” (azəri) bab. 190. səh. 428. hədis. 3002 

İmam Baqir  (ə.s) və ya İmam Sadiq  (ə.s) buyurub: “Yalnız divarı deşmək ya qıfılı 

sındırmaqla evə daxil olan oğurunun əli kəsilər.”  

-Seyyid Hürr Amili. "Vəsailuş-Şiə.” c. 18. səh. 510. hədis. 5  

Oğurluğa görə cəzalandırılmayanlar  

Sual 25: Oğru hansı hallarda cəzalandırılmaz?  

Cavab: Allah Rəsulu  (s.ə.v.v) buyurub: “Oğrunun əli yalnız dinarın dörddə biri və 

ya ondan çox məbləğdəki oğurluqda kəsilər.”  

-Səhih-Müslim. hədis. 1684/"Mizanul-Hikmət.” (azəri) bab. 190. səh. 428. hədis. 3002 



                            ahmedalhasan313.wordpress.com 

 

 



529 

Sual  26:  Bir  qızın  qulağından  zorla  mirvari  sırğanı  oğurlayan  kişinin  cəzası 

nədir?  

Cavab:  İmam  Əmirəl-möminin  Əli    (ə.s)  buyurub:  “Bu  aşikar  oğurluqdur.”  Sonra 

şallaq vurub, zindana saldı.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 226. hədis. 7  

Sual 27: Hansı növ oğruların əli kəsilməz?  

Cavab:  İmam  Əli    (ə.s)  buyurub:  “Dörd  nəfərin  əli  kəsilməməlidir:  qapı  qaçıran, 

qənimətə xəyanət edən, qənimətdən oğurlayan və fəhlənin oğurluq etməsi. Çünki, 

bunların işi oğurluq yox, xəyanət sayılır.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 226. hədis. 6  

İmam Sadiq  (ə.s) buyurub: “Əgər fəhlə, yaxud qonaq oğurluq etsə, əlləri kəsilməz. 

Çünki, onlara etimad olunubdur.”  

-Şeyx Səduq. "İləluş-Şərayə.” c. 2. səh. 535. hədis. 1  

Əlin kəsilmə qaydası haqqında 

Sual  28:  Oğrunun  cəzalandırılmasında  maksimum  hədd  hansı  üzvlərinin 

kəsilməsidir?  

Cavab:  Zürarə  bin Əyan nəql edir ki, İmam Baqir    (ə.s)  buyurub: “İmam Əli    (ə.s) 

oğrunu  cəzalandırarkən,  onun  bir  əl  və  bir  ayağından  savayı  başqa  bir  üzvünü 

kəsməzdi  və  buyurardı:  “  Mən  oğrunu  paklanacaq  və  ayağa  qalxa  biləcək  şeyə 

duyduğu  ehtiyacdan  məhrum  etməkdən,  Rəbbimdən  həya  edirəm.”  Ravi  deyir, 

soruşdum:  “Bəs  əgər  əl  və  ayağının  kəsilməsindən  sonra  yenə  oğurluq  edərsə?” 

İmam    (ə.s)  buyurdu:  “Bu  təqdirdə  mən  onu  ömürlük  həbsə  salacaq  və  insanları 

onun şərrindən qurtaracağam.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 222. hədis. 3 

Sual 29: Əgər bir şəxs iki və ya üç dəfə oğurluğunu təkrarlayarsa cəzası nədir?  

Cavab:  Qasim  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurub:  “Mən  Atamdan    (ə.s) 

eşitmişəm  ki,  O    (ə.s)  buyurub:  “Əlinin    (ə.s)  zamanında  onun hüzuruna  oğurluq 



Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə