ahmedalhasan313.wordpress.com
511
Cavab: Müaviyə bin Əmmar nəql edir ki, İmam Sadiq (ə.s) buyurdu: “Sütunlara
atacağın daşları götürərək, Əqabənin yanındakı geridə olan sütuna yaxınlaş və onu
daşlayarkən, yuxardan deyil öndən daşla və de: "Əllahummə, havlə hasiyəti fə-
hasəhnə li ərfəahnə fi aməli.” Daha sonra daşı at və hər daş atarkən de: "Allahu
Əkbər! Allahummə, idhər əniş-şeytan! Əllahummə, təsdiqan bi-Kitəbikə və alə
sünnəti Nəbiyyək. Əllahummə! İcalhu həccən məbruran və amələn məqbulən və
səyən məşkuran və zənbən məğfuran!” Qoy səninlə sütun arasında 10 və ya 15
çünki məsafə olsun. Nə zaman ki, dayanacağın yerə yaxınlaşdın, daşları atdıqdan
sonra qayıdarkən de: "Əllahummə bikə vasiqtu və aləykə təvəkkəltu. Fənimər-
Rabbu və n'məl-Məvlə və nimən-Nasir.” Müstəhəbdir ki, sütunlara daş attığın
zaman dəstəmazlı olasan.”
-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 478. hədis. 1
Sual 89: Sütunları daşlamağın fəziləti nədədir?
Cavab: Əba Cəfər (ə.s) nəql edir ki, Rəsulullah (s.ə.v.v) ənsardan olan bir şəxsə
buyurub: “Sütunları daşladığın zaman hər atdığın daşın müqabilində sənə
ömrünün axırınadək on savab yazılır.”
-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 480. hədis. 6
İmam Sadiq (ə.s) sütunlara atılan daşlar haqqında buyurdu: “Hər atılan daşın
müqabilində böyük bir günah bağışlanar.”
-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 480. hədis. 7
Sual 90: Sütunlara daş necə və na zaman atılmalıdır?
Cavab: İmam Sadiq (ə.s) buyurub: “(Sütunlara) daşları hər gün zöhr vaxtı at və
əqəbə sütununda dediklərini, eynilə bu daş atmada da təkrar et. Birinci sütundan
başlayaraq, ondan solda yəni vadidə dayanaraq onu daşla. Bunu etdiyində təşriq
günü dediklərini söylə. Yoldan solda dayanaraq üzünü qibləyə tərəf döndər,
Allaha həmd-sənalar et və Peyğəmbərə (s. ə.s) salavat göndər. Sonra biraz qabağa
irəliləyərək, əməllərinin qəbul olunması üçün Allaha dua et. Daha sonra yenidən
qabağa irəliləyərək, ikinci sütuna yaxınlaş və daha öncə etdiklərinin eynisini bunda
da təkrarla. Daha öncə etdiyin kimi, duraraq dua ilə Allaha müraciət et. Daha sonra
ahmedalhasan313.wordpress.com
512
sükunət və vüqarla üçüncü sütuna yaxınlaş (və birinci ilə ikincidə etdiyin əməlləri
bunda da təkrar et). Onu daşla və onun yanında dayanma.”
-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 480. hədis. 1
Yaqub bin Şueyb nəql edir ki, İmam Sadiqdən (ə.s) sütunlar barəsində soruşdum.
Buyurdu: “İki sütunun yanında (və ya yaxınlığında) dayan və əqabə sütununun
yanında durma.” Ravi deyir, soruşdum: “Bu sünnədir mi?” İmam (ə.s) buyurdu:
“Bəli.” Ravi deyir, dedim: “Daş atdığım zaman nə deyim?” İmam (ə.s) buyurdu:
“Hər daş atdığında de: “Allahu Əkbər! " (Allah Böyükdür! )”
-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 481. hədis. 2
Sual 91: Daş atma mərsimi hansı vaxtdan başlayıb, hansı vaxtda bitir?
Cavab: İmam Sadiq (ə.s) buyurub: “Sütunlara daş atma ayini günəş çıxandan
günəşin qürub etdiyi vaxta qədərdir.”
-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 481. hədis. 4
Qurbanlığın kifayət edəcək minimum həddi
Sual 92: Təşriq günü Minaya gətirilən qurbanlığın minimum həddi nədir?
Cavab: Əbu Ubeydə nəql edir ki, İmam Sadiq (ə.s) Allahın (s.v.t): [... Əmin-
amanlıq içində olduğunuz təqdirdə ümrəni (bitirib) həccə qədər (qadağan
olunanlardan) istifadə edən kəs asan başa gələn bir qurbanlıq verməlidir. . ]. (əl-
Bəqərə 196]-ayəsini təfsir edərkən buyurdu: “ Qoç.”
-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 487. hədis. 1
Sual 93: Bəs əgər qurbanlıq tapılmazsa, və ya qurbanlıq üçün yarayan minimum
dəyərində heyvan-yəni qoç-almağa belə imkan olmazsa hökm nədir?
Cavab: Allahu-Təala (s.v.t) buyurur: [(Qurbanlıq) tapmayanlar isə həcc əsnasında
üç gün və (ölkəsinə) qayıtdıqda isə yeddi gün oruc tutmalıdır. Bu da tam olaraq on
gün edir. Bu ailəsi Məscidul-Həramda yaşamayanlara aiddir]. (əl-Bəqərə 196)
Qurbanlığın Vacib Olduğu Kəslər Və Onun Əməl Olunması Gərəkli Yerlər
ahmedalhasan313.wordpress.com
513
Sual 94: Zəvvarın Zil-Hiccənin 10-cu günü qurbanlıq məqsədi ilə Məkkəyə
gətirdiyi dəvənin hökmü nədir?
Cavab: İbrahim Kərxi nəql edir ki, İmam Sadiq (ə.s) buyurub: “Əgər qurbanlıq
vacibdirsə, bu halda dəvə Minada zibh olunmalıdır. Amma əgər vacib deyilsə, bu
halda əgər istəsə onu Məkkədə zibh edə bilər və əgər o, dəvənin belindəki
küpəcikləri işarələyib və dəvənin boynuna xalta keçiribsə, bu halda onu təşriq
günü zibh etməlidir.”
-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 488. hədis. 3
Qurban edilən heyvanın ətinin istifadəsi
Sual 95: Quban edilən ətdən necə istifadə olunmalıdır?
Cavab: Əbu Səbbah Kinani nəql edir ki, İmam Sadiq (ə.s) buyurdu: “İmam Səccad
(ə.s) və İmam Baqir (ə.s) ətin üçdə bir hissəsini qonşulara, üçdə bir hissəsini sədəqə
olaraq dilənçilərə və üçdə bir hissəsini də ev ailəsinə verərdilər.”
-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 499. hədis. 3
Başı keçəl qırxmaq və saçları təraş etmək
Sual 96: Həcc təvafında başı qırxdırmaq vacibdir mi?Saçları nə zaman təraş
etmək caizdir?
Cavab: İmam Sadiq (ə.s) buyurub: “Təşriq günü Peyğəmbər (s.ə.v.v) başını qırxar,
dırnaqlarını kəsər, bığ və saqqalını qısaldardı.”
-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 502. hədis. 3
Əbu Bəsir nəql edir ki, İmam Sadiq (ə.s) buyurub: “Birinci dəfə Həcci təvaf edən
şəxs saçlarını təraş deyil, saçını qırxmalıdır. Çünki saçlarını təraş etmək
(qısaltmaq), İslamda şərt olan vacib həcci əməl etmiş kimsələr üçün caizdir.”
-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 503. hədis. 7