Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə175/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   172   173   174   175   176   177   178   179   180

                            ahmedalhasan313.wordpress.com 

 

 



521 

Cavab:  İshaq  bin  Əmmar  nəql  edir  ki,  İmam  Kazım    (ə.s)  buyurub:  “Cəza  güclü 

zərbələrlə və çılpaq bir halda ikən tətbiq olunmalıdır.” * 

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 183. hədis. 2 

*Yəni,  əgər  zinakar  kişi  olarsa  övrət  yeri  görünməyəcək  bir  şəkildə  libası 

soyundurularaq, çılpaq bədənlə cəzalandırılmalıdır.  



 Rəcm cəzasının vacib olduğu hallar 

Sual 10: Zinakar kişi  və  qadın  haqqında  rəcm cəzasının  tətbiqi  nə  zaman vacib 

olar?  

Cavab:  Əbu  Bəsir  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurub:  “Dörd  nəfər  (ədalətli) 

kimsə, iki nəfərin biri-biri ilə zina etməsinə şahidlik etmədiyi müddətcə rəcm cəzası 

vacib olmaz.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 184. hədis. 5 

Davud  bin  Fərqəd  nəql  edir  ki,  Əba  Əbdillah    (ə.s)  buyurdu:  “Peyğəmbərin  

(s.ə.v.v)  əshabı  Səid  bin  Übadədən  soruşdular:  “Əgər  sən  naməhrəm  bir  kişini 

zövcənin  üzərində  (onunla  zina  edərkən)  aşkar  etsən,  ona  (yəni  kişiyə)  nə 

edərsən?”  Səid  dedi:  “Mən  onu  qılıncımla  bölərəm.”  Bu  zaman  Allah  Rəsulu  

(s.ə.v.v)  evdən  çölə  çıxaraq  buyurdu:  “Necə  ey  Səid?”  Səid  əshabın  ona  verdiyi 

sualı  Peyğəmbərə  (s.ə.v.v)  bildirdi.  Allah  Rəsulu  (s.ə.v.v)  buyurdu:  “Ey  Səid!  Bəs 

dörd  şahid  necə  olsun?”  Səid  dedi:  “Ya  Rəsulullah    (ə.s),  gözlərimin  gördüyü  və 

həmçinin  Allahın  (s.v.t)  da  onun  etdiklərinə  şahid  olduğundan  sonrada  mı  (dörd 

şahid  gərəkdir)?”  Rəsulullah  (s.ə.v.v)  buyurdu:  “Allaha  and  olsun  ki,  bəli.  Hətta, 

gözlərinin  gördüyü  və  həmçinin  Allahın  (s.v.t)  da  onun  etdiklərinə  şahid 

olduğundan sonra  da.  Çünki  Allah  (s.v.t)  hər şey üçün bir həd və  həddi aşan hər 

kəs üçündə müəyyən olunmuş bir cəza təyin etmişdir.”  

 -Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 176. hədis. 12  

Qadına qarşı (cinsi) zorakılıq edən kişinin cəzası 

Sual 11: Əgər bir kişi naməhrəm bir qadına qarşı cinsi zorakılıq edər və ona ön 

və  ya  arxa  hissədən  təcavüz  edərsə,  İslam  şəriəti  əsasında  cəza  hökmü  nə  olar? 



ahmedalhasan313.wordpress.com 

522 


Əgər kişi öz zövcəsinə qarşı da o istəmədən (cinsi) zorakılıq edərsə, cəza hökmü 

nə olar?  

Cavab: Bureyd əl-İcli nəql edir ki, İmam Baqir  (ə.s) buyurub: “(O qadınla) Nigahda 

olub-olmamasından asılı olmayaraq öldürülməlidir.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 189. hədis. 1  

Digər  hədisdə  isə,  Zürarə  bin  Əyundən  nəql  edilir  ki,  İmam  Əba  Cəfərdən    (ə.s): 

“Öz  qadınını  (yəni  zövcəsini)  zorlayan  kişinin  cəzası  nədir?  "-deyə  soruşdular. 

İmam  (ə.s) buyurdu: “Qılınc zərbəsi ilə qətlə yetirilməlidir.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 189. hədis. 2 

 Zinakarın qovulması 

Sual 12: Ardıcıl  zina edən və  ya yaşadığı şəhərdə  (və  ya rayonda) zinakarlıq  ilə 

məhşur  olan  kimsənin  cəzası  qovulma  olduğu  təqdirdə,  qovulma  necə  həyata 

keçirilir?  

Cavab:  Hələbi  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurub:  “Qovulma-(zinakarın 

yaşadığı)  bir  şəhərdən  digər  başqa  bir  şəhərə  qovulması  ilə  gerçəkləşir.  Əli    (ə.s) 

(zina ilə məhşur olan) iki kişini Kufədən qovaraq, Bəsrəyə sürgün etmişdir.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 197. hədis. 1  

Sual 13: Zinakarın bir şəhərdən digərinə qovulması nə zaman vacib olar?  

Cavab: Səmaə nəql edir ki, İmam Sadiq  (ə.s) buyurub: “Əgər bir kişi zina etdiyinə 

görə  şallaq  zərbələri  ilə  cəzalanmış  olarsa,  İmama  vacibdir  ki,  onu  şallaqlandığı 

məntəqədən digər başqa bir şəhərə qovsun. İmam gərək onu şallaq ilə cəzalandığı 

şəhərdən ləğv etsin.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 197. hədis. 2  

Livatın cəzası 

Sual 14: Livat edən şəxsin cəzası nədir?  



                            ahmedalhasan313.wordpress.com 

 

 



523 

Cavab: Səkuni İmam Sadiqdən  (ə.s), O  (ə.s) da Atasından  (ə.s), o  (ə.s) da İmam 

Əmirəl-möminin  Əlidən   (ə.s)  nəql edir ki, buyurub: “Əgər iki dəfə  rəcm edilməsi 

gərəkli olan bir şəxs olmuş olsaydı, o livat edən şəxs olardı.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 199. hədis. 3  

Əbu  Bəkr  əl-Xəzrəmi  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurub:  “İmam  Əmirəl-

mömininin  (ə.s) hüzuruna  şahidlər olmaqla bir qadın və bir kişi gətirdilər ki, o kişi 

həmən  qadının  hazır  ki  əri  olaraq,  zövcəsinin  ilk  ərindən  olan  oğlu  ilə  ləvat 

etmişdir.  (Yəni  öz  ögey  oğlu  ilə  ləvat  etmişdir)  İmam    (ə.s)  əmr  etdi  ki,  kişinin 

boynunu  vuraraq  qılıncla  qətlə  yetirsinlər.  Qadının  oğluna  isə  kiçik  cəza  hökmü 

verərək  buyurdu:  “Bil  ki,  əgər  sən  mükəlləf  (yəni  həddi-buluğa  çatmış)  olsaydın, 

onun sənə təcavüz etdiyinə izin verdiyindən dolayı, səni öldürərdim.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 199. hədis. 4 

Əbdürrəhman  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurub:  “Ömərin  (l.ə)  xilafəti 

dönəmində  bir  kişinin  digər  bir  kişi  ilə  ləvat  etdiyi  aşkar  olundu.  Onlardan  biri 

qaçmış, digəri isə ələ keçmişdir. Onu Ömərin (l.ə) hüzuruna gətirdiklərində, O (l.ə), 

ətrafındakılardan  soruşdu:  “Bunun  haqqında  nə  (  va  ya  hansı  cəzanı) 

düşünürsünüz?” Birisi: “Bunu və bunu et! "-dedi, digəri də: “Bu cür və bu cür et! "-

dedi. O (l.ə) Əliyə (ə.s) dönərək dedi: “Ey Əbəl-Həsən! Sən nə buyurursan?” İmam 

Əli    (ə.s)  buyurdu:  “Onun  boynunu  vurun.”O  (l.ə)  onun  boynunu  vurduraraq 

cəsədini  aparmalarını  istədikdə,  Əli  (ə.s)  buyurdu:  “Dur!  Onun  bir  cəzası  daha 

var!”  Ömər  (l.ə)  soruşdu:  “Onun  üçün  qalmış  olan  cəza  nədir?”  İmam  Əli    (ə.s) 

buyurdu:  “Əmr  et  ki,  odun  gətirsinlər!”  Ömər  (l.ə)  əmr  edərək,  odun  gətirtdi.  Əli 

(ə.s) da əmr etdi ki, odunları qalasınlar və cəsədi oda ataraq yandırsınlar.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 199. hədis. 6 

Birini haqsız olaraq zinakarlıqda günahlandıran 

şəxsin cəzası 

Sual 15: Birini haqqsız olaraq zinakarlıqda günahlandıran şəxsin cəzası nədir?  


Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə