Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə174/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   170   171   172   173   174   175   176   177   ...   180

                            ahmedalhasan313.wordpress.com 

 

 



517 

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 538. hədis. 7 

Sual 109: Ümrətül-Müfrədəyə əməl edən zəvvar üçün nisa təvafı vacibdir mi?  

Cavab: İsmail bin Riyah nəql edir ki, İmam Kazım  (ə.s) buyurub: “Bəli.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 538. hədis. 8 

Əlavə hədislər babı  

Sual 110: Zəvvarlardan olan hansı insanın halı daha acınacaqlıdır?  

Cavab: İmam Sadiq    (ə.s)  buyurdu: “O kimsənin ki, Ərafat və  Müzdəlifədə  vüquf 

edər,  o  iki  təpənin  arasında  Sai  ayinini  yerinə  yetirər,  daha  sonra  Beytin  ətrafını 

təvaf  edib  İbrahimin  (ə.s)  məqamının  arxasında  namaz  qıldıqdan  sonra  öz-

özlüyündə  belə  deyər  və  ya  düşünər  ki,  görəsən  Allah  onu  bağışladı  mı?!  Belə 

kimsələrin halı daha acınacaqlıdır.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 541. hədis. 7 

Sual 111: Uca olan Allahın (s.v.t): [Hər kim ora daxil olarsa amanda olar. . ]. (Ali 

İmran 97) -ayəsinin təfsiri nədir?  

Cavab: Əbdülxaliq Səyqal nəql edir ki, İmam Sadiq  (ə.s) buyurdu: “Hər kim bura 

bu  Beyti  ziyarət  etməyin  Allahdan  (s.v.t)  vacib  bir  əmr  olduğunu  bildiyi  və  Biz 

Əhli-beyti    (ə.s)  haqqımızla tanımış  olduğu bir halda gələrsə, Allah onu dünya və 

axirət əzabından amanda qərar verər.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 545. hədis. 25 

Sual  112:  Bir  qrup  zəvvar  Həcc  ziyarətinə  yola  düşürlər.  Nəhayət  Məkkəyə 

yetişdiklərində aralarından bir nəfəri əşyaların mühafizəsi üçün saxlayıb qalanı 

isə ziyarətə yollanırlar. Bu halda ziayrət edənlərin savabı daha böyükdür, yoxsa 

mühafizəçinin?  

Cavab:  İsmail  Xəsaimi  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurdu:  “Mühafizəçinin 

mükafatı onlardan daha böyükdür.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 545. hədis. 26 

 



ahmedalhasan313.wordpress.com 

518 


 

 

 



                                             

 

 



 

 

                                                          



13 

     


Cəzalar Babı  

Cəzanın tətbiq olunmasının önəmi

 

Sual  1:  Əhli-beytin    (ə.s)  fiqhində  cəza  hədlərinin  tətbiq  olunması  haqqında 



nələr buyurulur və İslamda cəza tədbirləri şəriətdəndir mi?  

Cavab:  “Bəli.  Çünki,  İmam  Muhəmməd  Baqirdən  (ə.s)  nəql  olunan  bir  hədisdə 

buyurulur:  “Yer  üzündə  tətbiq  olunan  cəza,  onun  (yəni  cəzalı)  üçün  gecə  və 

gündüz yağan yağışdan daha təmizləyicidir.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 174. hədis. 1 

İmam  Baqir    (ə.s)  buyurub:  “Allah  (s.v.t)  ümmət  üçün  onların  ta  qiyamət  gününə 

qədər  ehtiyacda  olacaqları  elə  bir  şey  qoymayıb  ki,  nə  öz  kitabında,  nə  də 

Peyğəmbərinin    (s)  sünnəsində  mövcud olmamış  olsun.  O,  hər  bir  şey  üçün hədd 




                            ahmedalhasan313.wordpress.com 

 

 



519 

və o hədlərə işarə edən bir kimsə (yəni Höccət) və o hədləri aşan kimsələr üçün də 

cəza tədbirləri təyin etdi.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 176. hədis. 11 

Şallaq vurma və daşqalaq etmə cəzaları və bu 

cəzaların vacib olduğu kəslər 

Sual  2:  Şallaq  vurma  və  daşqalaq  etmə  (rəcm)  cəzalarını  biri-birindən 

fərqləndirən amil nədir? Bu cəzaların insan üzərində tətbiq olunması nə zaman 

vacib olur?  

Cavab:  Əbu-Bəsir  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurub:  “Rəcm  Allahın  (s.v.t) 

böyük cəzalarından, şallaq vurma isə kiçik cəzalarındandır. Əgər evli olan bir kişi 

zina edərsə, daşqalaq olunmalıdır, amma əgər (evli) deyilsə, şallaq vurulmalıdır.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 176. hədis. 1 

Sual  3:  Əgər  subay  bir  kişi  və  subay  bir  qadın  zina  edərlərsə  cəzaları  nədir? 

Cavab:  Səmaə  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurdu:  “Əgər  evli  olmayan  bir 

qadın və evli olmayan bir kişi zina edərlərsə, onlardan hər biri 100 zərbə şallaq ilə 

cəzalandırılmalıdır.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 177. hədis. 2 

Sual 4: Bəs  əgər evli bir kişi  evli olan bir qadın  ilə  zina edərsə, onların cəzaları 

nədir?  

Cavab:  Səmaə  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurdu:  “Hər  ikisi  rəcm 

edilməlidir.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 177. hədis. 2 

Evli olan bir kişinin (zina etdiyi halda) rəcm 

olunmasının vacib olduğu və vacib olmadığı hallar 

Sual 5: Hansı hallarda evli olan bir kişiyə zina etdiyi üçün rəcm vacib olar?  



ahmedalhasan313.wordpress.com 

520 


Cavab:  Hariz  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurub:  “Bu  o  kəsdir  ki,  yanında 

onun  (şəhvəti)  ehtiyacını  ödəyən  biri  (yəni  zövcəsi)  olduğu  təqdirdə  (başqa 

naməhrəm ilə) zina edər.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 178. hədis. 4 

Sual 6: Əgər bir şəxs Bəsrədə evli olduğu halda bir müddətlik, (zövcəsiz) Kufəyə 

səfər  edər  və  orada  naməhrəm  bir  qadın  ilə  zina  edərsə,  hökmü  nədir?    Əgər 

zindanda  məhbus  olan  bir  kişi,  məhbus  olduğu  şəhərdə  ikən  azad  bir  zövcəyə 

sahibdirsə  və  məhbus  olduğundan  dolayı  zövcəsi  ilə  əlaqə  yarada  bilməyib, 

zindanda ikən naməhrəm bir qadınla zina edərsə, hökmü nədir?  

Cavab: Əbu Ubeydə İmam Baqirdən  (ə.s) nəql edir ki, İmam Əmirəl-möminin Əli 

(ə.s)  belələri  üçün  buyurardı:  “Onun  üzərindən  rəcm  olunma  cəzası  qaldırırlar  və 

əvəzində cəzası (100 ədəd) şallaq zərbəsi olar.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 179. hədis. 12 

Şallaq vurma cəzasının vacib olduğu hallar 

Sual 

7: 

Şallaq 

vurulma 

cəzasının 

tətbiqi 

nə 

zaman 

vacib 

olar?                                              

Cavab:  Əbdürrəhman  əl-Həzai  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurub:  “Əgər 

(subay  olan) kişi və  qadın bir çarpayıda (zina edərkən) aşkar olunsalar, yüz zərbə 

şallaq ilə cəzalanmalıdırlar.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 181. hədis. 5 

Zinakarin cəzalandırılmasının vəsfi 

Sual 8: Zinakar kişi və ya qadın necə və hansı şəkildə cəzalandırılmalıdır?  

Cavab: Zürarə bin Əyn nəql edir ki, İmam Baqir  (ə.s) buyurub: “Zinakar kişi ayaq 

üstə,  qadın  isə  oturaq  halda  zərbələrə  məruz  qalaraq  cəzalandırılmalıdır.  Baş  və 

övrət yerlərindən başqa bədənlərinin bütün üzvləri zərbələrə məruz qalmalıdır.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 183. hədis. 1 

Sual  9:  Zinakarı  cəzalandırarkən  zərbələr  necə  vurulmalıdır,  cəza  libas 

üzərindən mi tətbiq olunmalıdır?  


Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə