Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə176/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   172   173   174   175   176   177   178   179   180

ahmedalhasan313.wordpress.com 

524 


Cavab:  İmam  Sadiq    (ə.s)  buyurub:  “İmam  Əli    (ə.s)  üç  cür  iftira  atan  şəxsə,  cəza 

həddi  qoyardı:  “1.Kişinin  kişini  (haqqsız  olaraq)  zinakarlıqda  günahlandırmasına; 

2.Birinin  digərinin  anasına  (haqsızcasına)  zaniyə  deməsinə;  3.  Birini  (haqqsız  yerə 

günahkar  bilib,  onu)  atasının  ismi  ilə  çağırmayan  şəxsə.  Bunların  cəzası  80  ədəd 

şallaq zərbəsidir.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 205. hədis. 1 

Sual 16: Bir qadın haqsız yerə bir kişini zinakarlıqda günahlandıraraq ona iftira 

atır. Bu halda qadına kəsiləcək cəza hökmü nədir?  

Cavab: Əbu Bəsir nəql edir ki, İmam Baqir  (ə.s) buyurdu: “Ona (qadına) 80 zərbə 

şallaq vurulmalıdır.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 205. hədis. 4 

Sual  17:  Əgər  bir  kişi  digər  bir  kişini:  “Ey  zaniyənin  oğlu!  "-deyə  cağırarsa 

hökmü nə olar?  

Cavab:  Əmmar Səbati  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurub:  “Əgər  onun  anası 

sağdır və üzürlüdürsə, fəqət daha sonra zahir olaraq öz haqqını tələb edərsə, iftira 

atan şəxs 80 şallaq zərbəsi  ilə cəzalanmalıdır. Amma əgər zahir olmazsa, bu halda 

onun  zahir  olub,  haqqını  tələb  edəcəyi  vaxta  qədər  gözlənilməlidir.  Amma  əgər 

anası dünyadan köçmüş ola və özü ilə insanlar arasında gözəl xatirələr qoyarsa, bu 

halda ona qarşı iftira atan şəxs 80 şallaq zərbəsi ilə cəzalanmalıdır.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 206. hədis. 6 

Şərab və ya spirtli içkilər qəbul edən şəxsin cəzası 

Sual 18: Əgər bir şəxs bilərəkdən bir qurtum şərab içərsə, hökmü nədir?  

Cavab:  İshaq  bin  Əmmar  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurub:  “Səksən  zərbə 

şallaq ilə cəzalanmalıdır. İstər şərabın miqdarı az, istərsə də çox olsun haramdır.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 214. hədis. 1 

Bureyd  bin  Müaviyə  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurub:  “Əlinin    (ə.s) 

kitabında belə yazılmışdır: “Şərab içən şəxs səksən şallaq zərbəsi ilə cəzalanmalıdır. 



                            ahmedalhasan313.wordpress.com 

 

 



525 

Eynilə  də,  xurmadan  alınan  məst  edici  içkini  də  qəbul  edən  şəxs  səksən  şallaq 

zərbəsi ilə cəzalanmalıdır" 

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 214. hədis. 4 

Əbu Bəsir nəql edir ki, İmam Baqir  (ə.s) buyurub: “İmam Əli  (ə.s) şərab içən azad 

qulu, yəhudi və  nəsranini 80 şallaq  zərbəsi  ilə  cəzalandırardı.” Ravi deyir, dedim: 

“Ya Mövlam! Yəhudi və  nəsraninin buna nə  aidiyyatı var?” İmam    (ə.s)  buyurdu: 

“Onlara  şərabı  cəmiyyət  arasında  içmələri  caiz  deyildir.  Qoy  bu  işi  öz  evlərində 

görsünlər.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 215. hədis. 9 

Əbu Məryəm nəql edir ki, İmam Əmirəl-möminin Əlinin  (ə.s) hüzuruna Ramazan 

ayında içki içmiş, şeir bəstələyən bir ovçu gətirdilər. Əli  (ə.s) onu 80 şallaq zərbəsi 

ilə cəzalandıraraq bir gecəlik zindana atdırdı. Sabahkı gün zindandan çıxartdıraraq 

yenidən 20 şallaq zərbəsi vurdurdu. O kişi dedi: “Ya Əmirəl-möminin! Sən dünən 

məni  şərab  içdiyimə  görə  cəzalandırdın.  Bəs  bu  20  şallaq  zərbəsi  nə  üçündür?” 

İmam  (ə.s) buyurdu: “Bu sənin şərabı Ramazan ayında içdiyinin günahı üçündür.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 216. hədis. 15 

 

Şərab və spirtli içki içən şəxsin öldürülməsinin 

vacib olduğu hallar 

Sual  19:  Əgər  bir  şəxs  birinci  dəfə  içdiyi  şərabdan  dolayı  cəzalanar,  fəqət 

törətdiyi  əməli  ikinci  və  üçüncü  dəfədə  təkrar  edərsə,  hökmü  nə  olar?                            

Cavab:  Əbu  Bəsir  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurub:  “Allah  Rəsulunun  

(s.ə.v.v)  hüzuruna  şərab  içən  şəxsi  gətirdikdə  o,  onu  səksən  şallaq  zərbəsi  ilə 

cəzalandırardı.  Əgər  o  şəxs  ikinci  dəfə  də  şərab  içsəydi,  yenə  də  səksən  şallaq 

zərbəsi ilə cəzalandırardı. Fəqət bu  əməlini üçüncü dəfə təkrarlamış olsaydı, onun 

boynunu vurardı.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 218. hədis. 1 


ahmedalhasan313.wordpress.com 

526 


Suleyman bin Xalid nəql edir ki, İmam Sadiq  (ə.s) buyurub: “Allah Rəsulu  (s.ə.v.v) 

buyurub:  “O  şəxs  ki,  şərab  içir  şallaq  ilə  cəzalandırın.  Əgər  gördüyü  işi  yenidən 

təkrarlayarsa,  yenədə  şallaq  ilə  cəzalandırın.  Fəqət  üçüncü  dəfə  təkrarlayarsa, 

öldürün.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 218. hədis. 3 

Yunis  nəql  edir  ki,  İmam  Museyi-Kazım    (ə.s)  buyurub:  “Əgər  böyük  günahlar 

işləyən  kəs  günahlarından  dolayı  iki  dəfə  cəzalanarsa,  üçüncü  dəfə  həyatından 

məhrum edilər.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 219. hədis. 6 

Günahını etiraf edən şəxsə vacib olan cəza və 

cəzalandırılması vacib olmayan şəxs haqqında 

Sual  20:  Əgər  bir  şəxs  şərab  içər,  oğurluq  edər  və  ya  iftira  atarsa  və  bu 

səbəblərdən  dolayı  cəzanın  vacib  olduğunu  bilərək  günahını  etiraf  edərsə  və 

sonra da (qorxu səbəbindən) günahını danarsa, hökmü nə olar?  

Cavab:  Həlabi  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurdu:  “Əgər  bir  şəxs  (oğurluq 

etdiyindən  dolayı)  İmamın  hüzurunda  oğurluq  etdiyini  etiraf  edər  və  sonra  da 

sözünü danarsa, bu halda onun ixtiyarının əksinə olsa belə əli kəsilməlidir. Əgər o 

şərab  içdiyini  və  ya  iftira  atdığını  etiraf  etmiş  olarsa,  bu  halda  onu  səksən  şallaq 

zərbəsi ilə cəzalandırın.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 220. hədis. 4 

Sual  21:  Əgər  bir  şəxs  cəzası  vacib  olan  cinayətindən  dolayı  günahını  etiraf 

edərsə hökmü nə olar?Əgər etiraf etdiyi cinayətini sonradan inkar edərsə cəzası 

nə olar?  

Cavab: Muhəmməd bin Müslim nəql edir ki, İmam Sadiq  (ə.s) buyurub: “Əgər bir 

şəxs  cəzası  vacib  olan  cinayətindən  dolayı  günahını  etiraf  edərsə,  mən  onu  rəcm 

əsasında    cəzalandıraram.  Amma,  əgər  o  (cinayəti  üzərinə  götürərək)  cinayət 

etdiyini etiraf edər, fəqət daha sonra bunu inkar edərsə, rəcm edilməz.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 7. səh. 220. hədis. 5 



Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə