ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə144/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   140   141   142   143   144   145   146   147   ...   154

Şəmistan Nəzirli

457


ların öz-özlərinə işgəncə vermələri haqqında” və “Şiələrdə dini 

misteriyanın  mənşəyi”  adlı  silsilə  məqalələri  ilə  çıxış  etmişdir. 

İslam  dininin  çox  yayıldığı  bir  ölkədə  ona  tənqidi  yanaşmaq, 

əlbəttə, öz dövründə böyük cəsarət tələb edirdi. Özünün dini ba-

xışlarında ardıcıl və barışmaz olan Səməd bəy Mehmandarov ilk 

növbədə xalq maarifini inkişaf etdirməyə və ruhani başçılarını 

müftəxorluq  azarından  uzaqlaşmağa  çağırırdı:  “İslamın  keç-

mişinə  müraciət  etmək,  onun  tarixini  diqqətlə  öyrənmək,  bu 

tarixdə diqqətəlayiq nə varsa hamısını toplamaq lazımdır”.

Polkovnik  Səməd  bəy  Mehmandarov  “Necə  edək?”  silsilə 

mə qalələrində Quranın tərtib edilməsi tarixindən və Məhəmməd 

Peyğəmbərin şəxsiyyətindən geniş söhbət açır. O yazır ki, Quran 

üçün hamıdan əvvəl və hamıdan çox Məhəmməd Peyğəmbər ta-

rix  qarşısında  məsuliyyət  daşıyır.  Tarixi  mənbələr  göstərir  ki, 

Məhəmməd  çox  ağıllı,  yaradıcılıq  dühasına  və  gözəl  danışıq 

qabi liyyətinə malik bir adam idi. Həyat tərzində sadəlik, düzlük, 

ədalətlilik, mərdlik, alicənablıq, hamı ilə rəftarında səmimilik və 

bərabərlik dağınıq və pərakəndə ərəb qəbilələrini birləşdirən bu 

din  və  dövlət  islahatçısının  xarakterik  xüsusiyyətləri  idi… 

Məhəm məd Peyğəmbər ömrünün axırına kimi öz dövrünün ən 

nəcib şəxsiyyətlərdən biri olaraq qaldı. 

Həmin illərdə Varşava Hərbi Dairəsində qulluq edən polkovnik 

Səməd bəy Mehmandarov “Tərcüman” qəzetinin redaktoru İsma-

yıl bəy Qasprinskidən, Qoridəki Zaqafqaziya Müəllimlər Seminari-

yasında müəllim işləyən ədəbiyyatşünas Firidun bəy Köçərlidən, 

lənkəranlı müəllim Teymur bəy Bayraməlibəyovdan və tarixçi-alim 

Əhməd bəy Cavanşirdən polemik cavablar almışdı.

Firidun bəy Köçərli Səməd bəy Mehmandarovu dinə tənqidi 

münasibət bəslədiyinə və buna görə də guya dindarların hiss-

lərinə toxunduğuna görə tənqid etmişdi.

Firidun bəy Köçərli “Tərcüman” qəzetinin redaktoru İ.Qas-

prinskiyə  “hücum”  edir,  onu  Səməd  bəy  Mehmandarovun 

“Necə edək?” məqaləsinə tənqidi münasibət bəsləməməkdə gü-

nahlandırırdı.  “Tərcüman”ın  abunəçisi  kimi  F.Köçərli  həmin 




General Əli ağa Şıxlinski və silahdaşları

458


qəzetin səhifələrində S.Mehmandarova həsr olunmuş məqaləni 

oxumuşdu. Lakin İsmayıl bəy Qasprinski “Necə edək?” məqa-

ləsinin müəllifini nəinki tənqid etmişdi, hətta, “Novoye obozre-

niye” redaksiyasına göndərdiyi məktubda onun bəzi fikirlərinə 

müəyyən qədər tərəfdar çıxmışdı.

Səməd bəy Mehmandarovun Məhəmməd Peyğəmbərin şəx-

siyyətindən  müsbət  danışdığına  görə  İsmayıl  bəy  Qasprinski 

əvvəlki məktubundakı kimi onu hirslə tənqid etməyir, İslam di-

nini islah etmək məsələsində onun fikrinə şərik çıxır. O, Səməd 

bəyə razılığını bildirib yazır ki, artıq İslam dini haqqında ümid-

siz məqalələr yazmır. Bu dindən barışdırıcı tonda danışır, müsəl-

manın  cəhalətini  və  durğunluğunu  müalicə  etmək  tədbirlərini 

irəli sürür. 

Səməd bəy Mehmandarovun həmin məqalələri yazdığı dövr-

dən yüz on ildən çox bir vaxt keçir. Lakin onlar bu günlərimiz 

üçün də əhəmiyyətlidir. Həmin yazılarda qaldırılan məsələlər – 

xüsusilə, xalqın geriliyini görən ziyalı “müsəlmanlara” mədəni 

tərəqqi yolunu tutmaq vəzifəsini tövsiyə etməsi onun islam dini-

ni incəliklərinə qədər bilməsinə dəlalət edir. O, cəsarətli çıxışları 

ilə müsəlman cəmiyyətindəki bəlalardan xalqı xilas etməyə çağı-

rır.  Səməd  bəy  Mehmandarov  təhsil  və  maarifdə  qızların  və 

gələcək  anaların  təhsil  almalarına  xüsusi  əhəmiyyət  verirdi. 

Müsəlman  geriliyinin  səbəbini  İslamdakı  bəzi  ehkamların 

məhvedici  təsirində  axtarırdı.  O,  Firidun  bəy  Köçərliyə  cavab 

məktubunda yazırdı ki, ayrı-ayrı şəxslər və silklər əksər hallarda 

eqoist niyyətlərlə xalq kütlələri içərisində mövhumatın qorunub 

saxlanılmasına və inkişaf etdirilməsinə çalışmışlar. Çünki onlar 

öz nüfuzlarını, qüdrət və sərvətlərini həmin mövhumat hesabı-

na əldə etmişlər. Bunun da nəticəsində dini təmayüllər amansız 

təhriflərə məruz qalmışdır.

Yad  mühitdə  yaşamasına  və  hərbiçi  olmasına  baxmayaraq 

Səməd  bəy  Mehmandarov  müsəlmanın  tutulduğu  azarı  görür 

və dərk edirdi. Şəxsi mənafeyini dövlət mənafeyindən üstün tu-

tanlara  qarşı  çıxış  edərək  vətəndaş  yanğısı  ilə  qeyd  edirdi  ki, 




Şəmistan Nəzirli

459


müsəlmanları bekar, müftəxor, pozğun intriqa azarına tutulmuş 

geniş hüquq və güzəştlərə malik olan, hökumət yanında sözləri 

keçən, lakin buna baxmayaraq, heç bir işdən yapışmayaraq öz 

şəxsi  mənafelərini  güdən,  ictimai  və  dövlət  mənafeyini  də  öz 

xeyirləri ilə ölçən, canlı, azad fikrin hər bir təzahürünə qarşı çı-

xan ləyaqətsiz qəyyumların (bəzi din xadimlərinin) pəncəsindən 

xilas edə biləcək qüvvəni haradan tapmalı?

AZƏRBAYCAN OĞULLARI STALİNQRAD 

DÖYÜŞLƏRİNDƏ

“Azərbaycan!  Əziz  Vətən,  ana  torpaq!  Sən  bizi 

bəslədin,  böyütdün,  bizdən  heç  nə  əsirgəmədin.  Sən 

bizi sevirsən, bizim üçün bu sevgi çox əzizdir, dünya-

da heç bir şey bu sevgini əvəz edə bilməz. Biz böyük 

nizamilər,  babəklər,  koroğlular  ölkəsi  olan  sənə, 

sənin bu sevginə and içirik ki, tapdalanmış torpaqla-

rımız və təhqir edilmiş, vəhşicəsinə divan tutulmuş 

hər bir vətəndaşımız üçün düşməndən amansız inti-

qam  alacağıq.  Bu  yolda  canımızı  və  qanımızı 

əsirgəməyəcəyik”.

1942-ci ildə Stalinqrad uğrunda 

döyüşdə həlak olmuş 

naməlum Azərbaycan əsgərinin 

cibindən tapılmış məktubdan

Bu məktub yetmiş il əvvəl yazılmış olsa da, zənnimizcə, bu 

gün də məzmununu itirməyib. Yağı düşmənlə üzbəüz durduğu-

muz bir vaxtda müasir gəncliyimizi Vətən, Azərbaycan və Qara-

bağ  sevgisi  naminə  daha  fəal  və  mübariz  olmağa  çağırır.  Bu 

cümlələrdəki sözlər hər bir Azərbaycan oğlunun ən ümdə arzu-

suna çevrilməlidir.



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə