ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə143/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   139   140   141   142   143   144   145   146   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

454


Mehmandarovun,  Şıxlinskinin  və  başqa  sərkərdələrimizin  Na-

poleon,  Kutuzov,  Suvorov  kimi  müdrik  fikirləri,  hərbi-elmi 

əsərləri qalmayıb. Bir sözlə, özümüzünkülərə qeyri-vətənpərvər 

damğası  vururlar.  Onda  belələrinə  cavab  vermək  çox  ağır  və 

əzablı olur. Bu müasir “vətənpərvərlərə” başa salmaq lazımdır 

ki,  totalitar  rejim  səksən  ilə  yaxın  onların  Aprel  çevrilişindən 

əvvəlki fəaliyyətinə “tamamilə məxfidir” möhürünü vurub. İndi 

budur, aşkarlığın sayəsində səksən beş ildən sonra belələrinə ge-

neral Səməd bəy Mehmandarovun Azərbaycan Hərbiyyə Məktə-

binin ikinci buraxılışında, 1926-cı il sentyabrın 15-də elə diyi tari-

xi çıxışı cavab verir.

Həmin  ili  Azərbaycan  Hərbiyyə  Məktəbində  Səməd  bəy 

Meh man darov  topçuluqdan  rusca,  Əli  ağa  Şıxlinski  isə  Azər-

baycan dilində mühazirələr oxuyurdular.

Onlar həm də 1921-ci ildə öz təşəbbüsləri ilə yaratdıqları Bakı 

Qarnizonu Hərbi-Elmi Cəmiyyətinin üzvü idilər. 

Çıxış Azərbaycan oxucularına ilk dəfə təqdim olunur.

Azərbaycan hərbi məktəbinin ikinci buraxılışı haqqında

Yoldaşlar!  Bu  gün  biz  yeni  qırmızı  komandirlər  kimi  sizi 

təbrik edirik.

Qırmızı komandir kimi siz daha müstəqil yola çıxdınız. Bu 

müstəqil yolda sizi çətin və məsul iş gözləyir. Həmin işin baca-

rıqla və vicdanla yerinə yetirilməsi sizin tabeliyinizdə olan adam

-

ların döyüş hazırlığı səviyyəsindən asılıdır. Öz xidməti və döyüş 



təcrübəmdən  istifadə  edərək  sizin  üçün  bu  əlamətdar  gündə 

həmin iş haqqında bir neçə söz demək istəyirəm.

Azərbaycan hərbi məktəbini qurtaran sizlər, yoldaşlar, möh-

kəm yadda saxlamalısınız ki, heç bir məktəb, hətta ali məktəb də 

olsa, tam bilik vermir, gəncləri gələcək özünütək milləşdirməyə 

hazırlayaraq  buraxır.  Bu  cəhəti  biz  hərbi  qulluqçular  xüsusilə 

yadda saxlamalıyıq, çünki, ümumiyyətlə, hərbi işdə, əsasən də 

qüdrətli  mübarizə  vasitəsi  olan  artilleriyada  öz  əksini  tapan 

hərbi texnika böyük müvəffəqiyyətlərə nail olmuşdur.



Şəmistan Nəzirli

455


Texnika və taktika bir-birilə ayrılmaz surətdə əlaqədardır və 

texnikanın inkişafı taktika sahəsində böyük dəyişikliklərə səbəb 

olur. Daimi yeni hərbi-texniki  kəşflər sayəsində artilleriya atə-

şinin  gücü  ilbəil  artır,  döyüşün  üsullarını  və  taktiki  xüsusiy-

yətlərini, hücum və müdafiə formalarını əsaslı surətdə dəyişdirir. 

Buna görə də müasir tələblərdən geri qalmamaq üçün, yoldaşlar, 

siz  yorulmadan  öz  üzərinizdə  ciddi  çalışmalı,  geri  qalmamaq 

üçün  cari  hərbi  əməliyyatı  diqqətlə  izləməlisiniz,  başqa  sözlə, 

yenə də öyrənmək və öyrənmək lazımdır. Bu tələblərə əməl etsə-

niz, siz öz yerinizə layiq olacaqsınız və tabeliyinizdə olanların 

hüsn-rəğbətini qazanacaqsınız.

Texnikanın inkişafı və artilleriya atəşinin artan gücü ilə yana-

şı, mən deməliyəm ki, irəli getmək coşqunluğu ideyası ilə ruhla-

nan qoşunlarda əsas amil insandır, texnika isə ikinci dərəcəlidir

çünki texnikanı da insan idarə edir.

Hərbi-elmi cəmiyyətdəki məruzələrimdən birində, yoldaşlar, 

mən demişdim ki, hərbi iş yaradıcı işdir, bu işdə təcrübə və prak-

tikanın böyük əhəmiyyəti vardır, bu təcrübə və praktika bir çox 

nəzəri  müddəaları  üstələməlidir.  Bunu  deməklə  mən  nəzəriy-

yənin əhəmiyyətini heç də azaltmıram, çünki hərbi sənət nəzəriy-

yəsi  həmin  praktikadan  doğmuşdur.  Əgər  bu  belədirsə,  onda 

baca rıq, təcrübə və praktikanı hansı vasitələrlə mənimsəmək olar? 

Müharibə  dövründə  bacarıq  və  təcrübə  şəxsi  praktika  ilə, 

sülh dövründə isə sülh və müharibə dövrlərində göstərişlərini 

rəhbər  kimi  qəbul  etdiyimiz  nizamnamələrini  əsaslı  surətdə 

öyrənməklə, texniki tapşırıqla çölə çıxmaqla, ikitərəfli manevr-

lərlə, komanda heyətinin çöl təlimləri ilə, hərb tarixini öyrənməklə 

və b. üsullarla qazanılır.

Bunları mən geniş izah etməyəcəyəm, öyrənilməsinə böyük 

əhəmiyyət verdiyim hərb tarixi üzərində dayanacağam. 



Hərb tarixini öyrənmək dünya görüşünü genişləndirir, tənqidə 

qabil olan adamın zəkasını, fərasətini və bacarığını inkişaf etdi-

rir. Hərb tarixini öyrənməklə siz ovcunuzun içi kimi bu və ya o 

tərəfin səhvini görürsünüz. Görürsünüz ki, nə etmək olar və nə 


General Əli ağa Şıxlinski və silahdaşları

456


etməmək lazım deyil. Hərb tarixini öyrənməklə siz çox mürəkkəb 

vəziyyətdən baş çıxarmaq, həmin vəziyyətə uyğun bu və ya digər 

qərar qəbul etmək vərdişləri qazanırsınız. Hərb tarixini öyrən-

məklə siz qoşunların müharibədə çəkdikləri əziyyətlərin qarşısı-

nı almağa təminat verirsiniz. 

Mən  belə  fikirləşirəm  ki,  hərb  tarixini  öyrənməyin  əhəmiy-

yətini başa düşmək üçün bu deyilənlər də kifayətdir.

Buna görə də mən belə hesab edirəm ki, sizin özünüzü həsr 

etdiyiniz sahədə müvəffəqiyyət qazanmağınız üçün hərb tarixi 

kitabı hər bir hərbi qulluqçunun stolüstü kitabı olmalıdır.

Sizin hər bir müvəffəqiyyətiniz sizin keçmiş rəisinizi sevin-

dirəcək, çünki onlar sizin müvəffəqiyyətinizdə öz zəhmətlərinin 

və öz məsləhətlərinin bir hissəsini görəcəklər.

Sizinlə vidalaşanda sizə demək istədiyim bunlardır. İndi isə, 

yoldaşlar, mənim ən xoş və səmimi arzularımı qəbul edin.



Səməd bəy MEHMANDAROV 

15 sentyabr 1926-cı il

İki il sonra səhhətinə görə istefaya çıxan general Səməd bəy 

Mehmandarova dövlət yüz manat pensiya kəsmişdir. 1931-ci ilin 

fevralın 12-də Bakıda vəfat edən S.Mehmandarov keçmiş Çəm-

bərəkənd qəbiristanlığında (indiki Şəhidlər xiyabanında – Ş.N.

dəfn olunmuşdur. Sonralar – 1939-cu ildə bolşevik S.M.Kirova 

heykəl  qoyulanda  həmin  qəbiristanlıq  dağıdılmışdır.  O  illərdə 

generalın ailəsi sürgündə idi. Qəbri başqa yerə köçürülmədiyindən 

yerlə yeksan edilmişdir.

* * *


Uzun müddət yad ölkədə – Rusiyada yaşayıb qulluq etməsinə 

baxmayaraq, böyük sərkərdəmiz Səməd bəy Mehmandarov mil-

li hisslərdən, milli varlığından uzaqlaşmamışdır. O, 1892-1894-

cü illərdə “Novoye obozreniye” qəzetində “İslam dini və onun 

əhəmiyyəti barədə”, “Necə edək?”, “Müsəlmanların geridə qal-

malarının səbəbləri”, “Şiələrin yeni misteriyaları”, “Müsəlman-




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə