Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə8/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   4   5   6   7   8   9   10   11   ...   85

 
31 
Vaşinqton konfransının qərarları bir sıra məsələlərdə tam 
müvəffəqiyyətsizliyə uğradı. Belə ki, Uzaq Şərqdə Sovet hakimiyyəti 
quruldu. Sovet Rusiyasının Sakit okean dövləti kimi rolu atmağa 
başladı. Çində milli azadlıq hərəkatının yüksəlişi də Vaşinqton 
konfransının qərarlarının möhkəm olmadığını göstərdi. Həmçinin 
Uzaq  Şərqə aid ingilis-yapon və yapon-amerikan ziddiyətləri nəinki 
ləğv olunmadı, əksinə daha da artdı.  
 
ABŞ Kalvin Kulicin prezidentliyi dövründə 
 
1923-cü ilin avqustun 2-də Alyaskaya səfəri zamanı Har-
dinqin ölümündən sonra vitse-prezident respublikaçı Kalvin Kulic 
onun yerini tutdu 1924-cü il prezident seçkilərində Kulic qələbə 
qazandı. Onun daxili siyasəti ölkə iqtisadiyyatının gücləndirilməsinə 
yönəldilmişdi. İri kapitala qoyulan vergi azaldıldı Kulic "ABŞ-ın işi 
biznesdir"  şüarını irəli sürdü. İstehsal üzərində dövlət nəzarəti ləğv 
edildi.  İri kapitala qoyulan vergi azaldıldı. Məcmu milli məhsul 
istehsalı 54% artdı. Dünya sənaye məhsulu istehsalında, ABŞ-ın payı 
44,8 faiz təşkil etdi. İri biznesin özünü tənzimləmə sistemi təşəkkül 
tapdı. Çiçəklənmə illərində istehsala yeni texnika, texnologiya və 
konveyer sistemi tətbiq edildi. 
Kulic hökuməti 1924-cü ildə yeni vergi qanunu qəbul etdi. 
Qanuna görə yüksək gəlirli  şəxslərin ödəyəcəyi vergi 50 %-dən 40 
%-ə endirildi. Dövlət borcu azaldıldı. Dövlətin  iqtisadiyyata 
müdaxiləsinin  azaldılması nətisəsində xüsusi biznes inkişaf etdi. İri 
biznesin özünü tənzimləmə sistemi təşəkkül tapdı.  
Hökumət fermer təsərrüfatını inkişaf etdirmək məqsədi ilə 
onlara kredit verdi. Fermer təsərrüfatlarının problemlərinin həllinə 
başlanıldı. «Kənd təsərrüfatınının bərabərliyi»  şüarı irəli sürüldü. 
1924 – cü ildə    kənd təsərrüfatı istehsalını genişləndirmək ideyası 
gücləndi. Hökumət fermer kooperasiyasını  təşviq edərək onlara 
kredit verdi.  
Həyat səviyyəsi yaxşılaşdı. Avtomobil, soyuducu, telefon, 
radio və başqaları gündəlik məişətə daxil oldu. İstehlak kreditləri 
sisteminin tətbiq edilməsi xalqın rəğbətini qazandı. 1924 – 1929 – cu 
illərdə ölkədə yeni  həmkarlar  təşkilatları yaradılması  ətrafında 
 
32
səylər genişləndi. Sahibkarlar kompaniyası  həmkarlar  ittifaqları 
yaratdılar. 20 – ci illərin əvvəllərində  bu ittifaqların  1,5 milyon yzvü 
var idi. Müəssisə sahibləri ixtisaslı fəhlələrin əmək haqlarını artırmaq 
və pensiya tətbiq etmək yolu ilə  sosial ziddiyətləri yumşaltdılar. 
Həmkarlar  ittifaqlarının iştirakı ilə kreditverən fəhlə bankları 
yaradıldı.  АЯФ liderləri sinfi sülhün yaradılmasında mühüm rol 
oynadılar.  Əlverişli iqtisadi şərait və bərabər imkanlar fəhlə sinfinin 
fəallığını  aşağı saldı. Həmkarlar  ittifaqları  və  fermer    hərakatı 
zəiflədi. Sosial etiraz çıxışları azaldı.  Bu isə ölkədə sosial gərginliyi 
zəiflətdi.  Bütün bunlarla bərabər bu dövrdə "Ku-kluks-klan" təşkilatı 
yəhudilərə, zəncilərə, katoliklərə  və mühacirlərə qarşı mübarizəni 
gücləndirdi.  Onların başlıca məqsədi, ənənəvi ağ, kənd, protestant və 
anqlosakson Amerikasının qurulması idi.  
Bu dövrdə ölkəyə mühacir axını son dərəcə artmışdı. Bu 
problemi həll etmək üçün 1924-cü ildə yeni mühacirət qanunu qəbul 
edildi.  Şərqi Asiyadan mühacirət axını qadağan edildi, digər 
ölkələrdən mühacirət edənlərə isə məhdudiyyət qoyuldu.  
Kulic hökuməti xarici siyasətdə proteksionizm tətbiq etdi. 
1929 – cu ildə xarici ticarətin həcminə görə ABŞ  İngiltərəni ötüb 
keçdi.    Kulic hökumətinin xarici siyasəti xammal və satış ba-
zarlarına yiyələnməyə doğru yönəldilmişdi. Avropa ölkələri ilə iki 
tərəfli münasibətlər inkişaf etdirildi. O, Almaniya ilə əlaqədar "Daues 
planı"nının qəbul edilməsinə nail oldu. borclar məsələsinə diqqət 
yetirdi. Böyük Britaniya, Fransa, İtaliya, Belçika və Çexoslavakiya 
ilə  hərbi borcların bir hissəsinin ödənməsinə dair saziş bağlandı. 
1923-1929-cu illərdə Latın Amerikası ölkələrinə yardımlar edərək bu 
regionda iqtisadi, siyasi və hərbi cəhətdən xeyli möhkəmləndi. 
ABŞ – ın müharibəyə girməsinin on illiyi munasibəti ilə 
Fransanın xarici işlər naziri A. Brianın təşəbbüsü ilə 1928 – ci il 
avqustun 27 – də Parisdə Milli siyasətdə müharibələrdən imtina 
edilməsi barədə «Brian – Kelloq paktı» ( Kelloq ABŞ – ın dövlət 
katibinin adıdır) bağlandı.  
ABŞ – ın xarici siyasətinin istiqamətlərindən biri Latın 
Amerikası  və Kanada ilə münasibətlərin inkişaf etdirilməsi oldu. 
Meksika, Kuba, Mərkəzi və  Cənubi Amerika ölkələrinə kapital 


 
33 
qoyuluşu artırıldı. Latın Amerikası ölkələrinə qoyulan  kapital 5,7 
milyard dollar təşkil  etdi.  
20 – ci illərdə ABŞ – Yaponiya münasibətlərində xeyli 
mürəkkəbliklər  var idi. 1924 – cü ilin aprelin 16 – da ABŞ konqresi 
yapon mühacirlərinin  ölkəyə эəlməsini qadağan edən  qanun qəbul 
etdi. Buna baxmayaraq, amerikan xüsusi kapitalı Yaponiyaya 
istiqrazlar verirdi.  Çinə münasibətdə "açıq qapılar" siyasəti yeridildi. 
ABŞ-ın Filippin və Havay adalarında hərbi-strateji mövqeləri 
möhkəmləndi. Bir sözlə, Kulicin hakimiyyəti illərində ABŞ-ın 
beynəlxalq nüfuzu xeyli gücləndi. 
 
ABŞ dünya iqtisadi böhranı dövründə (1929-1933-cü illər) 
 
1928-ci ildə prezident seçilən respublikaçıların liderlərindən 
olan Herbert Huverin "çiçəklənmə" və "ABŞ kapitalizminin 
müstəsnalığı" siyasəti özünü doğrultmadı. Onun prezidentliyi 
dövründə "ciddi fərdiyyətçilik" və  "şəxsi təşəbbüsə yol verilməsi" 
prinsipləri yeganə prinsip oldu. Huver hökuməti daxili siyasətdə 
yoxsulluğu aradan qaldırmaq üçün plan işləyib hazırladı. Lakin 
başlanan dünya iqtisadi böhranı bu planın həyata keçirilməsinə mane 
oldu. ABŞ Huverin dövründə dolların sabit valyuta kimi tanınması və 
onun beynəlxalq pul vahidinə çevrilməsinə nail oldu.  
    20-ci  illər ABŞ tarixində «prosperiti» yəni «çiçəklənmə» 
adlandırılır və göstərilirdi ki, guya ABŞ kapitalizmi «xüsusi», 
«müstəsna» vəziyyətdədir və digər kapitalist ölkələrinin inkişafı 
yolundan kökündən fərqlənən öz yolu ilə gedir.  
   1928-ci ilin seçkilərində ölkəyə hakimlik edən respublikaçılar 
partiyası lovğalıqla tam maddi firavanlıq, biznesə isə  qızıl  əsr vəd 
edirdi. Prezident seçilmiş keçmiş ticarət naziri Huver bildirdi ki, 
iqtisadi böhranların sonu çatmışdır. Həyat tez bir zamanda yalançı 
«ümumi firavanlıq» nəzəriyyəsini bütünlüklə  təkzib etdi. Çünki 
hadisələrin axarı başqa çür idi.  ABŞ kapitalizimi daxilində tədricən 
dərin iqtisadi sarsıntıların yeni ilkin şərtləri yetişirdi.  Sənaye tam 
gücü ilə işləmirdi, onun bəzi sahələri isə durğunluq səviyyəsində idi.  
Kənd təsərrüfatı uzun çəkən böhran keçirirdi. Ölkədə 2-3 milyon 
nəfər işsiz var idi.  Əhalinin gələcək gəlirləri hesabına nisyə satışların 
miqdarı arası  kəsilmədən artırdı.  Kütlələrin alıcılıq qabiliyyətinin 
 
34
azalması  məhsulun satılması probleminin kəskinləşməsindən xəbər 
verirdi. Bütün bunlar böhranın inkar edilməzliyni nəzərə çatdırdı.
 
Tezliklə böhran bütün kapitalizim dünyasını bürüdü. 1929-cu ilin 
oktaybrın 24-də Nyu-York birjasındakı iflas dağıdıcı qüvvəsinə görə 
misli görünməmiş iqtisadi böhranın başlandığını bildirdi.  
   1929-1933-cü  illərin iqtisadi böhranı kapitalizmin bütün 
tarixi boyu ən dərin böhran kimi səciyələndirilə bilər. Demək olar ki, 
dörd il ərzində kapitalist ölkələrinin iqtisadiyyatı tam təşkil edilə 
bilməyəcək durğun bir vəziyyətdə qalmış odu.  
  1929-cu ilin oktyabr ayının 24-də dünya maliyyə  mərkəzi 
olan Nyu-Yorkun birjalarında 12,8 milyon səhm satıldı ki, buda 
əvvəlkidən 1,5 dəfə çox idi. Oktyabr ayının 29-da isə satılan 
səhmlərin sayı 16,4 milyona çatdı.
 
qiymətli kağızların kursu sürətlə 
aşağı düşməyə başladı.  Əgər 1929-cu ilin 1-də  səhmlərin dəyəri 87 
milyard dollar idisə, cəmi bir ay sonra 0,55 milyard dollara yendi.
  
belə sürətlə azalma daha üç il davam etdi. 1933-cü ilin martına qədər 
1929-cu illə müqayisədə səhmlərin dəyəri 4,5 dəfə azaldı.  
  Dünya  iqtisadi  böhranı aparıcı kapitalist dövlətlərinin 
iqtisadiyyatını    ən azı bir rüb geri atdı. Dünya sənaye istehsalının 
həcmi 38%, ticarətin həcmi 30%, kənd təsərrüfatı  məhsullarının 
istehsalı 30% azalmış oldu. 
    Dünya  bazarında rəqabət kəskinləşərək ticarət müharibəsi 
xarakteri almağı başladı. Təkcə 1929-1934-cü illərdə 76 ölkə gömrük 
vergilərini artırdı.
 
 
    Ticarət rəqabətinin artması ilə  əlaqədar ölkələr arasındakı  
maliyyə  əlaqələrinin  ənənəvi  əsasları pozulmuş oldu. İnfiliyasiya 
ABŞ-ı dolların qızıl standartından əl çəkməyə məcbur etdi. Nəticədə 
56 dövlətin dollarla bağlı valyutası qiymətdən düşdü.
 
1932-ci ilin 
əvvəli üçün tam işsizlər 26 mln., işini tamam itirməyənlərlə birlikdə 
36 mln. nəfərə çatdı. 
   Dünya  iqtisadi  böhranı beynəlxalqlar iqtisadi münasibədlər 
sahəsinə  də  əhəmiyyətli dəyişikliklər gətirdi. Məhz bu dövürdə 
Versal-Vaşinqiton siyasi sisteminin əməli iflası başlandı.  İqtisadi 
böhran fərdiyyətçilik,  şəxsi təşəbbüs və sahibkarlığın hüdudsuz 
azadılğı ideyalarının parlıtısını söndürmüş oldu.  
        ABŞ-da böhran ölkənin təsərrüfat həyatında böyük 
sarsıntıya səbəb oldu. Böhranın nəhəng dağıdıcı qüvvəsi hər şeydən 
əvvəl sənaye istehsalının azalmasına səbəb oldu 1929-cu ilin oktaybr 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə