Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə6/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   2   3   4   5   6   7   8   9   ...   85

 
23 
özü də bu sahənin yeni texnika əsasında inkişaf etdirilməsində 
maraqlı idi.  
Konfransda yeganə birgə müzakirə edilməsi mümkün olan 
məsələ müharibənin gedişində kimyəvi vasitələrdən istifadə etmək 
üzrə  məsələyə baxılmasına dair beş dövlət, ABŞ, Böyük Britaniya, 
Yaponiya, Fransa və İtaliya komitəsinin təşkili idi. Lakin komitənin 
yaradılmasında dövlətlər yekdil qərara gələ bilmədilər. Konfransda 
müharibədə kimyəvi vasitələrdən istifadə haqqında ümumi 
müzakirədən sonra əlavə beş dövlət müqaviləsi bağlandı. Bir sözlə, 
Vaşinqton konfransında ancaq dənizdə “tərksilah” məsələlərinə 
baxıldı. 
Dənizdə silahlanmanın məhdudlaşdırılmasına Hardinq 
hökuməti xüsusi əhəmiyyət verirdi. Yuzun məruzəsində göstərilirdi 
ki,  ABŞ,  İngiltərə  və Yaponiya xətt gəmilər aşağıdakı nisbətdə 
müəyyən edilsin. Belə ki, ABŞ  və  İngiltərə 500 min ton su tutumu
Yaponiyaya isə 300 min ton su tutumu olan gəmilər istehsal edə 
bilərdi. Nisbət 5:5:3 olmalı idi. ABŞ-ın məqsədi İngiltərəyə çatmaq, 
Yaponiyanı isə ikinci yerdə saxlamaq idi. Həmçinin Yuz belə bir 
bəhanədən də istifadə etdi ki, guya böyük gəmilər xüsusi təhlükə 
təşkil edir, ona görə  də 35 min ton su tutumundan yuxarı  gəmilər 
tikilməsin. Bu həm də ona görə lazım idi ki, ABŞ üçün Atlantik 
okeandan Sakit okeana, Sakiit okeandan Atlantik okeana donanma 
köçürməkdə  çətinlik törətməsin. Böyük dövlətlərin mənafeyinə 
uyğun olaraq dənizdə yeni silahlanmanın  əsası qoyulmuş oldu. Yuz 
çox böyük çətinlik bahasına linkorların nisbətini aşağıdakı qaydada 
müəyyən edə bildi.  ABŞ  və  İngiltərə üçün 525 min tona qədər
Yaponiya üçün 315 min tona qədər, Fransa və  İtaliya üçün isə 175 
min tona qədər. Bu nisbətin qəbul edilməsi  əslində ABŞ-ın daha iri 
gəmilər tikməsinə  şərait yaradılması demək idi. İngiltərə  və Fransa 
arasında kəskin müzakirələr kreyserlərin və sualtı qayıqların 
məhdudlaşdırılmasına imkan vermədi. 
Konfrans həmçinin təyyarə daşıyan gəmilərlə  əlaqədar 
razılığa gələ bilmədi. Bu münasibətlə elə ilk təqdim edilən layihə 
rədd edildi. Bütün bu sahələrdə müqavilələrin bağlanmamasının 
səbəkarı isə Fransa və güzəştə getməyi bacarmayan İngiltərə oldu.  
ABŞ-ın müvəffəqiyyətləri tam olmadı,  o bir neçə güzəştə 
getməyə məcbur oldu.  Bu, onun Yaponiyaya yaxın ərazilərdə hərbi 
baza yaratmamağı öhdəsinə götürməsi idi. Nəticədə onun hərbi 
 
24
bazalarının hamısı Perl-Xarbor və Sinqapurla məhdudlaşdırılmış 
oldu. Bu özü ABŞ-ın konfransı müntəzəm davam edən orqana 
çevirmək planından imtina etməsi demək idi. ABŞ-ın planına görə 
həmin orqan Millətlər Cəmiyyətinə qarşı çevrilməli və iqtisadi və 
maliyyə məsələlərini əhatə edən fəaliyyət sahəsini əhatə etməli idi.  
Beş dövlət müqaviləsinin müzakirəsi göstərdi ki, Avropa 
dövlətləri və Yaponiya ABŞ-ın hegemonluq iddiasını  qəbul etmək 
istəmirlər. Hətta ayrı-ayrı istiqamətlərə  də bunu şamil etmək 
niyyətində deyildilər. Bununla bərabər Yuz ona müvəffəq olmağı 
bacardı ki, Vaşinqton konfransında iki qətnamə  qəbul etdirsin. 
Bunlardan biri “tərksilah” məsələsinin gələcəkdə müzakirə edilməsi 
zəruriliyi, digəri isə konfrans iştirakçılarının 8 ildən sonra bir daha 
konfrans çağırıb xətt gəmilərinin tonnajını  təsdiq etmək öhdəliyi 
haqqında idi. Bu nisbət belə müəyyən edilirdi. 5:5:3:1,75:1,75. Bu 
qətnamələr ABŞ-a imkan verdi ki, dənizdə silahlanmanı öz nəzarəti 
altına alsın və  tərksilah məsələsi üzrə növbəti konfrans çağırmaq 
təşəbbüsünü öz əlində  saxlamış olsun. 
Vaşinqtonda silahların məhdudlaşdırılması  məsələsinin 
müzakirəsinin nəticələri ABŞ senatında kəskin müzakirəyə  səbəb 
oldu.  Tənqidçilər sağdan hökuməti fövqaladə güzəştlərə getməkdə 
təqsirləndirirdilər. Göstərirdilər ki ABŞ, nümayəndələri hədsiz 
dərəcədə sülh xülyalarına qapılmışlar. Senator C. Rid təsdiq edirdi ki, 
müqavilə göstərir ki, biz ingilislərə necə xeyirxahlıq göstəririk. 
Digərləri isə ABŞ-ın Yaponiyaya gözəştə getməsini pisləyirdilər. 
Debat belə bir amilə imkan verdi ki,  sağlar bundan istifadə edərək 
hərbi hazırlığı gücləndirməyi, müəssisələrin hərbi sifarişlər qəbul 
etməsinə icazə verilməsini tələb etsinlər.  
Soldan tənqiddə senator Bora, Uilyam, Uinq və digərləri 
qeyd edirdilər ki, Sakit okeanda bazalarını möhkəmləndirməkdən 
imtina edən ABŞ çalışmalıdır ki, Filippin və Quamda 
möhkəmlənməkdən imtina etməməklə bərabər özünə geniş imkanlar 
yaratsın.  İngiltərə  və Yaponiya isə Sakit okeanın qərb hissəsində 
möhkəmlənməməlidir. Bütün böyük dövlətlərin donanmalarını 
azaltmamalı,  əksinə onlar daha güclü olmalıdırlar. Xərclər qoy çox 
olsun, lakin sürətlə silahlanmada kreyser, sualtı qayıq və  təyyarələr 
istehsalı artırılsın.  


 
25 
Beş dövlət müqaviləsinə  senatda cəmi bir nəfər səs vermədi
ancaq 24 senator bu məsələdə bitərəf qaldı, qalanlar leyhinə  səs 
verdi. 
Müqaviləyə əlavədə Yuz göstərdi ki, dənizdəki hərbi gəmilər 
və köməkçi döyüş vasitələrinin nisbəti dünyanın böyük dövlətləri 
arasında proporsional qaydada bölünməlidir. Bundan ABŞ-ın birinci 
növbədə  məqsədi o idi ki, İngiltərənin xətt gəmilərinin ABŞ 
üzərindəki üstünlüyü ləğv edilsin. Çünki İngiltərə artıq xətt 
gəmilərinin tikintisinə başlamışdı, ABŞ-da isə  hələ bu tikinti 
başlamamışdı.  İngiltərə üçün ABŞ-ın təklifini rədd etmək çətin idi. 
Çünki bu dövrdə  İngiltərə çox böyük maliyyə  çətinlikləri ilə 
qarşılaşmışdı, dənizdə donanma saxlamaq isə ona çox baha başa 
gəlirdi. Ona görə  də Balfur Yuzun təklifini müdafiə etməli oldu. 
Yapon nümayəndəsi Kato isə ABŞ-ın təklifi ilə  əlaqədar olaraq öz 
proporsional sazişini elan etdi. Bununla belə konfransda ABŞ-ın 
layihəsi konkret şəkildə müzakirə edildikdə müxtəlif məsələlər 
meydana gəldi. Yaponlar təkid edirdilər ki, ABŞ,  İngiltərə  və 
Yaponiya arasında xətt gəmilərində nisbət 10:10:7 olsun. Halbuki 
Yuz təklif edirdi ki, bu nisbət 10:10:5 olsun. Cavabında ABŞ 
bildirirdi ki, əgər Yaponiya inadkarlığını davam etdirərsə, ABŞ  hər 
bir yapon gəmisinə    qarşı dörd gəmi tikintisinə başlayacaqdır. Belə 
olduqda yaponlar ABŞ-ın təklifinə razı olduqlarını bildirməyə 
məcbur oldular. Lakin onlar belə bir şərt qoydular ki, ABŞ Sakit 
okeanda belə  gəmilərin tikintisi ilə  məşğul olmayacaqdır və  hərbi-
dəniz bazası yaratmayacaqdır. ABŞ nümayəndəsi Yaponiyanın bu 
tələblərinə etirazını bildirdi,  xüsusilə Havay adalarına da bunu şamil 
etməsinə razılşmadığını bildirdi. Öz növbəsində Fransa da təkid etdi 
ki, ona 35 min tonnaj su tutumu olan 10 linkor tikintisi üçün icazə 
verilsin.  İtaliya da onun Fransa ilə  bərabərhüquqlu səviyyədə 
tutulmasını  və Fransaya aid ediləcək proporsiyanın ona da şamil 
edilməsi tələbini bildirdi.   
ABŞ nümayəndələri konfransda İngilislərin köməyi ilə   quru 
qoşunlarının və aviasiyanın ixtisarı haqqında məsələ qaldırdı. Əslində 
nə ABŞ, nə də İngiltərə ümumi  formada silahlanmanı ixtisar etmək 
istəmirdilər. Bundan məqsəd Yaponiyanın mövqeyini Çində, 
Fransanın mövqeyini isə Avropada və Yaxın  Şərqdə sarsıtmaq idi. 
Manevr alınmadı. Fransa  quruda silahlı qüvvələrin qəti surətdə 
ixtisar edilməsi əleyhinə çıxdı. Fransız nümayəndə heyətinin başçısı 
 
26
Brian konfransda antisovet əhval-ruhiyyəsini biruzə verərək göstərdi 
ki, Fransaya böyük ordu lazımdır ki, Polşa və  Qərbi Avropanı 
bolşevizm təhlükəsindən qoruya bilsin. Həmçinin o göstərdi ki, 
Almaniya istənilən an özünə yarım milyonluq ordu yarada bilər. 
Quru qoşunlarının ixtisarına qarşı Yaponiya, İtaliya, Belçika da öz 
etirazlarını bildirdi. Kəskin fikir ayrılıqlarının meydana çıxması 
nəticəsində quru qoşunlarının, həmçinin sualtı donanmanı  və  hərbi 
hava qüvvələrini məhdudlaşdırmaq məsələsi də həll edilməmiş qaldı. 
Bununla belə İngiltərə və ABŞ-ın təzyiqi nəticəsində Fransa onların 
hərbi-dıniz tonnajı haqqında təkliflərini qəbul etməli oldu.  
Nəhayət üç aylıq gərgin mübarizədən sonra ABŞ, Böyük 
Britaniya Yaponiya, Fransa və  İtaıiya birgə 1922-ci il fevralın 6-da 
beş dövlət sazişini imzaladılar ki, bu “Dəniz qüvvələrinin 
məhdudlaşdırılması haqqında” saziş adlanır. Saziş dövlətlər 
arasındakı nisbəti bu şəkildə müəyyən etdi:5:5:3:1,75:1,75. Bu 
müqavilə 1936-cı ilin 31 dekabrına qədər qüvvədə hesab olunurdu.  
Beş dövlət sazişi İngiltərə ilə ABŞ arasında xətt gəmilərində 
bərabərliyi rəsmiləşdirdi. Amerika nümayəndə heyəti həmçinin hərbi 
kreyserlərin də  məhdudlaşdırılmasını  təklif etdi, çünki İngiltərə bu 
sahədə birinci yeri tuturdu. Lakin İngiltərə nümayəndə heyəti bunu 
qətiyyətlə  rədd etdi, çünki kreyser donanması  dənizdə 
kommunukasiya xətlərinə  nəzarət etmək üçün mühüm əhəmiyyət 
kəsb edirdi və  İngiltərə onun vasitəsi ilə müstəmləkələri ilə  əlaqə 
saxlaya bilirdi. Beləliklə  İngiltərə bir sıra sahələrdə  dənizdə 
üstünlüyünü qoruya bildi.   
ABŞ-ın Sakit okeanda yeni dəniz bazaları tikməsi sazişə 
əsasən qadağan edilirdi. Lakin bu qadağa ABŞ-ın adalarına, 
Kanadaya, Avstraliyaya, Yeni Zelandiyaya, Panama kanalı zonasına, 
Havay adalarına aid edilmirdi.  
Konfransın müzakirə etdiyi mühüm məsələlərdən biri də Çin 
məsələsi idi. Vaşinqton konfransında Pekin hökuməti nümayəndələri 
Çinin maraqlarını müdafiə etmək qabiliyyətinə malik deyildi. Cənubi 
Çin hökumətinin nümayəndələri, hansı ki, ona Sun-Yatsen başçılıq 
edirdi, konfransa buraxılmamışdı.  
Ancaq Çində baş verən antiimperialist hərəkatlar Çin 
nümayəndə heyətini məcbur etmişdi ki, konfransda Çinin milli 
maraqlarını qismən olsa da, müdafiə edən tələblər proqramı    irəli 
sürsün. Çin böyük dövlətlərdən tələb edirdi ki, onun ərazi 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə