Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə4/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   2   3   4   5   6   7   8   9   ...   85

 
15 
ABŞ-la  İngiltərə arasında birinci dünya müharibəsindən sonra 
kapital qoyuluşu, satış bazarları  və xammal mənbələri uğrunda  
mübarizə gücləndi.  
Çin üzərində İngiltərə və ABŞ arasında ziddiyətlər daha kəskin 
xarakter daşıyırdı. Məsələlərə aydınlıq gətirmək üçün deyək ki, Çin 
hələ orta əsrlərdən bütün qabaqcıl dövlətlərin diqqət mərkəzində olsa 
da heç birinin müstəmləkəsinə çevrilməmiş, daha doğrusu, kapitalist 
dövlətləri bunu bacarmamışdılar. Çin həmişə özünə xas olan 
təcridçiliyini saxlaya bilmişdir. Çini müstəmləkə edə bilməyən 
dövlətlər onun ancaq ayrı-ayrı limanlarında möhkəmlənə bilmişdir. 
Məsələn, Rusiya Port-Arturda, Fransa Quançjouda, Almaniya 
Tzsyançjouda,  İngiltərə isə Veyxoveyidə, Honkonqda özünü 
möhkəmlətmişdir. Yantszı çayı hövzəsində  və  Mərkəzi Çində isə 
İngiltərənin təsiri daha güclü idi. Demək olar ki, bu ərazi İngiltərənin 
təsir dairəsi hesab edilirdi. XIX əsrin sonunda isə ABŞ bütün bunları 
diqqətlə izləyirdi.  
İngiltərənin nüfuzlu siyasi dairələri dənizdə silahlanma 
məsələsində ABŞ-la kompromisə meyl etməyə başladılar. 1921-ci 
ilin martında İngiltərənin hərbi dəniz donanması naziri Lord Li belə 
bir nitqlə çıxış etdi ki, buna nail olmaq lazımdır ki, dənizdə İngiltərə 
və ABŞ donanması arasında paritet, yəni bərabərlik yaransın. Bir 
aydan sonra İngiltərə hökuməti ABŞ-a öz fikrini belə bəyan etdi ki, o 
dənizdə silahlanmada və donanmada üstünlüyü daim öz əlində 
saxlamaq ideyasında deyildir. O, ABŞ-la sazişə  gəlməyə  və bu 
sahədə onunla paritet yaratmağa razıdır. O, İngiltərə  və ABŞ 
donanmalarının bərabər səviyyədə olmasına etiraz etmədiyini 
bildirdi. Bunun üçün İngiltərə Atlantik okeanda ABŞ-ın 
təhlükəsizliyini təmin etməyi vəd etdi ki, bu da imkan verməli idi ki, 
Sakit okeanda amerikanlar öz donanmalarını  cəmləşdirməyi 
bacarsınlar.  
İngiltərə  məcburiyyət qarşısında qaldı ki, həmçinin ABŞ-la 
1902-ci il ingilis-yapon sazişi barədə  də danışıqlara girsin. Bu saziş 
həm antialman, həm antirus, həm də antiamerikan ruhunda 
bağlanmışdır. 1920-ci ildə ABŞ senatoru Lodc bildirmişdi ki, ingilis-
yapon sazişi bizim Sakit okeanda və Uzaq Şərqdə qarşılıqlı 
münasibətlərimiz üçün təhlükəli elementdir. O, təkcə ABŞ-da deyil, 
həmçinin Kanada da həyacan doğururdu. Həmçinin bu saziş 
 
16
Yaponiyanın hərbi ruhunu müdafiə edir və onun dənizdə  və quruda 
yeni münaqişələr törətməsinə imkan verirdi. 
ABŞ diplomatiyası  qətiyyətlə ingilis-yapon sazişinin ləğv 
edilməsini tələb etdi. İngiltərəyə  təzyiq göstərmək üçün ABŞ 
İrlandiya məsələsindən bacarıqla istifadə etdi. 1921-ci ilin iyununda 
ABŞ konqresi İrlandiya respublikasının tanınması  məsələsini  
müzakirə etdi. Müzakirə zamanı ABŞ-ın o zamankı dövlət katibi Yuz 
İngiltərənin ABŞ-dakı  səfirinə bildirdi ki, konqresin necə  qərar 
çıxartması İngiltərə ilə Yaponiya arasındakı qarşılıqlı münasibətlərin 
xarakterindən asılı olacaqdır. 
 
İngiltərə-Yaponiya sazişi Britaniya imperiyasının öz 
daxilində  də narazılıq doğurmağa başladı. 1921-ci ilin iyulunda 
Kanada və  Cənubi Afrika ittifaqının nümayəndələri bildirdilər ki, 
onlar  İngiltərənin dominionları kimi belə hesab edirlər ki, ABŞ-la 
yaxşı münasibətlər yaratmaq və onu qorumaq İngiltərə-ABŞ 
münasibətlərinin  əsasını  təşkil etməlidir. Yaponiya ilə saziş isə bu 
münasibətləri pozur, korlayır.  İmperiya konfransında çıxış edən 
Kanada baş naziri Meyson təklif etdi ki, İngiltərə-Yaponiya sazişinin 
əvəzində dörd dövlət sazişi – ABŞ, Böyük Britaniya, Yaponiya, 
Fransa müqaviləsi bağlansın. İki digər dominionların – Avstraliya və 
Yeni Zelandiyanın nümayəndələri belə təklif etdilər ki, İngilis-yapon 
sazişində yeniləşmə getsin. Yaponiyaya hücum əleyhinə  təminat 
verilsin, həmçinin bir sıra dəyişikliklər edilsin ki, onlar amerikanları 
razı salsın.   
 
İmperiya konfransı  nəticədə bu məsələni həll etmək üçün 
xüsusi konfrans çağırmaq və  burada ABŞ-ın da iştirakını  təmin 
etmək haqqında qərar qəbul etdi.  
Bütövlükdə götürsək,  İngiltərənin özü də Yaponiya ilə 
sazişin yeniləşməsinin əleyhinə idi. Çünki Birinci dünya müharibəsi 
dövründə Yaponiyanın mövqeyinin Çində möhkəmlənməsi 
İngiltərənin maraqlarına ciddi zərbə vurmuşdu.  İmperialist 
dövlətlərinin, xüsusilə  İngiltərənin Avropada başlanmış müharibəyə 
başlarının qarışmasından istifadə edən Yaponiya 1914-1918-ci illərdə 
Çində nüfuzunu möhkəmlətməyə xüsusi diqqət yetirdi. Bu dövrdə 
Çinə kapital qoyuluşunun həcmini artıraraq  bu sahədə  İngiltərə ilə 
yaxınlaşmaq həddinə çatdı. Bu Çinlə bağlı məsələlərə baxan təşkilat 
olan və Londonda fəaliyyət göstərən “Çin assosasiyası”nı da narahat 
etməyə başladı. Yapon kapitalının sürətlə  İngilis kapitalını 


 
17 
sıxışdırdığını görən bu assosasiya hansı ki, iri İngiltərə sənayeçiləri, 
qabaqcıl ticarət nümayəndələrini birləşdirirdi, 1921-ci ilin iyulun 22-
də  İngiltərə xarici işlər nazirinə xüsusi məktubla müraciət etdi. 
Məktubda göstərilirdi ki, 1902-ci il ingilis-yapon sazişi hazırki 
dövrdə  İngiltərənin xarici siyasət kursuna və siyasi maraqlarına 
uyğun gəlmir. Xüsusilə Yaponiyanın son dövrlərdə yeritdiyi siyasət 
İngiltərənin maraqları əleyhinədir. Ona görə də biz xahiş edirik ki, bu 
saziş ləğv edilsin və İngiltərənin mənafeyinə uyğun olan dörd dövlət 
sazişi ilə əvəz edilsin. 
 Yaponiyanın Çində  və Sakit okeanda sahib olduğu  ərazilər, 
həmçinin iqtisadi gücünün artması ABŞ-ın rəhbər dairələrini, 
xüsusilə inhisarçı dairələri narahat edirdi. Doğrudan da, Paris sülh 
konfransı  nəticəsində Çinin Şandun  əyalətinin (müharibəyə  qədər 
Şandun  əyaləti Almaniyanın təsir dairəsində idi. Birinci dünya 
müharibəsi başlayarkən Yaponiya Almaniyadan  tələb etdi ki,  
Şandun əyaləti ona verilsin. Lakin Almaniya bu tələbi rədd etdi. Belə 
olduqda, Yaponiya Antantanın tərəfində 1914-cü il avqustun 23-də 
müharibəyə girdi.) həmçinin Sakit oeandakı Marşall, Karolina, 
Mariya adalarının Yaponiyaya verilməsi onun nüfuzunu xeyli 
gücləndirmişdi. Birinci dünya müharibəsi nəticəsində ABŞ-dan sonra 
ən çox qazanan dövlət Yaponiya idi. ABŞ isə bununla barışmaq 
istəmirdi. Hələ müharibənin sonuna yaxın Yaponiyanın Çindəki 
nüfuzunu ABŞ sarsıtmağa və  zəiflətməyə çalışmağa başladı. Bu 
məqsədlə  1918-ci ilin iyununda ABŞ beynəlxalq bank konsorsumu 
təşkil etmək layihəsini irəli sürdü ki, bu layihəyə əsasən Çinə kredit 
verilməsinin bütün növlərini bu qrup inhisara almalı idi. Danışıqlar 
iki ilə qədər davam etdi. Yaponiya formal olaraq ona maraq göstərsə 
də, heç bir fəallıq nümayiş etdirmədi.  
 
Şandun  əyalətinin Yaponiyaya verilməsi Çində böyük 
həyacana səbəb oldu. 1919-cu il may ayının 4-də Çində bununla 
əlaqədar kütləvi hərakat başladı. Çində baş verən hərəkat bir daha 
sübut etdi ki, imperialist dövlətlər artıq bu ölkə ilə istədiklər kimi 
rəftar edə bilməzlər. Bu ölkə ilə münasibətlərdə dəyişiklik etmək çox 
vacibdir. Həmçinin bu hərəkatdan sonra Çin hökuməti də 
konsorsumun təklifini qəbul edə bilmədi və bundan ehtiyat etdi. ABŞ 
planının müvəffəqiyyətsizliyə  uğramasının digər səbəbi isə 
Yaponiyanın rəhbər dairələrinin buna müqavimət göstərməsi idi. 
 
18
Çünki bu layihəyə  dəstək vermək Çinin açarını ABŞ-a vermək 
demək idi. 
 Müharibədən sonra dünyanın maliyyə mərkəzi də ABŞ oldu. 
Məhz bunun nəticəsi idi ki, amerikan burjuaziyası üçün Uzaq Şərq 
bazarlarının  əhəmiyyəti daha da artırdı. 1920-ci ildə Panama 
kanalının açılması ABŞ-ın Uzaq Şərqlə dəniz yolunu qısaltmış oldu. 
Uzaq  Şərq, xüsusilə Çin uğrunda mübarizə ABŞ xarici siyasətində 
əsas yer tutdu. 
İstər ABŞ-da, istərsə  də Yaponiyada irticaçı dairələr yenidən bu iki 
dövlət arasında toqquşmalar baş verəcəyini söyləməyə başladılar. 
ABŞ donanmasının  əsas qüvvələri Atlantik okeandan Sakit okeana 
gətirildi.  
 Çin 
və Uzaq Şərq uğrunda mübarizədə Yaponiyanın 
vəziyyəti ABŞ-la müqayisədə daha əlverişli idi. ABŞ-da bunu yaxşı 
başa düşürdülər. Yaponiyanın hərbi dəniz qüvvələri Tayvan və 
Rüküdə idi, dayaq məntəqəsi isə Saxalin, Kuril, Mariana, Karolin, 
Marşall adaları idi. Bu da imkan verirdi ki, manevr etsin və dənizdən 
olacaq hər hansı bir hücumdan özünü müdafiə etsin. Sakit okeandan 
uzaq bir məsafədə yerləşən ABŞ üçün yenidən Yaponiya ilə 
müharibə aparmaq  çətin idi. Konqres ancaq 1921-ci ildə qərar qəbul 
etdi ki, Filippin və Quam adalarında silahlanmanı gücləndirmək üçün 
hazırlıq işləri aparılsın. 
 Sovet 
Uzaq 
Şərqinə  münasibətdə  də Yaponiya ilə ABŞ 
arasındakı münasibətlər kəskinləşdi. Amerika imperialistləri  əvvəlki 
kimi yenə  də Sovet Rusiyasını tanımaq və onunla münasibət 
yaratmaq  əleyhinə idilər. 1920-ci il seçkilərində demokratların 
məğlubiyyətindən sonra prezident seçilmiş respublikaçılar 
partiyasından olan Hardinq antisovet kursu davam etdirməklə 
bərabər, onu daha da dərinləşdirdi. Yaponiyanın Uzaq Şərq 
Respublikası üzərində tam hökmranlığa nail olmaq cəhdi, Sovet 
Uzaq Şərqində möhkəmlənmək istəyi ABŞ hakim dairələrində böyük 
narahatçıılığa səbəb oldu. ABŞ hökuməti yapon işğalçılarının Uzaq 
Şərqdə Sovet hökumətinə  qarşı təcavüzünü bəyənsə də, Yaponiyanın 
daha çox əl-qol açmasını istəmirdi.  
 1921-ci 
ilin 
mayında Uzaq Şərq respublikası hökuməti 
razılaşdı ki, Saxalinin Cənubundakı neft yataqlarını ABŞ-ın Sinkler 
neft kompaniyasına təqdim etsin və onlar Saxalinin şərq sahilində iki 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə