Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə9/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   ...   5   6   7   8   9   10   11   12   ...   85

 
35 
ayının 24-ə  qədər olan dövrlə müqayisədə ABŞ-da sənaye məhsul 
istehsalının ümumi həcmi 1930-cu ildə 80,7% -ə, 1931-ci ildə isə 
68,1%-ə endi. 1932-ci ilin yayından 1933-cü ilin yazınadək böhranın 
daha da dərinləşdiyi müşahidə edilirdi.
 
 
Ağır sənaye sahəsində böhran xüsusi ilə güclü idi. 1929-32-ci 
illərdə ABŞ-da kömür istehsalı 535 mln. tondan 310 mln. tona, polad 
əridilməsi 61,7 mln. tondan 15.1 mln. tona  enmişdi. Başqa sözlə 
desək, dörd dəfə azalmışdı.
 
 Çuqun əridilməsi isə 1896-cı il 
səviyyəsinə enmişdi. 285 domna sobasından cəmi 46-sı işləyirdi.  
     Böhran  ölkənin bank sisteminə  də güclü təsir göstərdi. 
1929-1932-ci illərdə ölkədə 5660 bank fəaliyyətini dayandırdı ki, 
buda bütün bankların 1/5-i demək idi.   Böhranın sosial nəticələri 
daha acınacaqlı idi. Öləkənin milli gəliri 1929-cu ildə 86,5 milyar 
dollar təşkil edirdisə, 1933-cü ildə bu rəqəm 40,3 milyar dollara 
enmişdi. Artıq 1931-ci ildə ABŞ-da korparasiyalar öz balansını 487 
milyon dollar itki ilə başa vurdular. 
    Böhran  biznes  üçün  uzun  sürən fəlakət oldu. Böhrandan 
aşağı  təbəqələr, xüsusi ilə  fəhlələr daha çox əzab çəkməli oldular. 
Böhranın dərinliyi və davamlılığı vahimə doğrurdu. Avropa 
ölkələrindən fərqli olaraq ABŞ-da sosial sığorta sisteminin olmaması 
vəziyəti daha da ağırlaşdırdı. Amerikalılarda o vaxtı belə bir 
psixologiya formalaşmaşdar ki, hər bir fərd həyatda ancaq özünə 
arxalanmalıdır, dövlətə ümüd etməməlidir. Onlar cətin vəziyyətdə 
ancaq xeriyyəçilərə ümüd bəsləyə bilərlər. Böhran illərində onların 
psixоlogiyasıda dəyişiklik yarandı. Onların diqqəti dövlətə 
yönəlməyə başladı. Böran illərində meydana çıxan ən böyük kütləvi 
hərakatlar dövlətin köməyini tələb edirdilər.  
  On minlərlə zavodun, fabrikin, müəssisələrin və digər istehsal 
sahələrinin bağlanması  işsizliyin  kütləvi sürətdə artmasına səbəb 
oldu. 1933-cü ilin statistik məlumatlarana  əsasən ABŞ-da tam 
işsilərin sayı 12830 min nəfər idi. Lakin ABŞ-ın mütərəqqi 
iqtisadçılarının dəqiq hesablamasına görə, 1933-cü ildə ABŞ-da 
işsizlərin dəqiq sayı 16,9 milyon nəfərə çatmışdı. Bu o demək idi ki, 
ABŞ-da işləyən hə üç nəfərdən biri işsiz qalmışdı. Nisbi işsilik 
getdikcə daha geniş miqyas alırdı.  
Amerika  Əmək Federasiyasının üzvlərindən 1932-ci ilə tam 
işlə  cəmi 10%-i məşğul olurdu.
 
Böhranın başğlancından, xüsusi ilə 
1931-ci ilin ikinci yarısından başlayaraq  əmək haqqı sürətlə  aşağı 
 
36
düşməyə başladı. 1929-cu illə müqayisədə 1993-cü ilədə əmək haqqı 
30% aşağı düşmüşdü. Ümumi əmək haqqı fondu böhran illərində 
30% aşağı endi.
 
 
 Fermerlərin də vəziyyəti xoşa gələn deyildi. Fermer təsərrüfatı 
iflas vəziyyətə düşdü. Fermerlər içərisində  həyat səviyyəsinin aşağı 
olma faizi 1932-ci ildə 92%-ə qalxdı. Kənd  təsərrüfatı məhsullarının 
qiyməti sürətlə  aşağı düşməyə başladı. 1929-1934-ci illər  ərzində 
borc və vergini ödəyə bilmədiyinə görə 897 fermer təsərrüfatı, başqa 
sözlə, ölkədəki fermer təsərrüfatların 14%-i satılmışdı.
 
 
  Fermerlərin iflasa uğraması onların yenidən icarədarlara 
çevrilməsinə  və onların yenidən yarımnatural təsərrüfat formasına 
keçməsinə  səbəb oldu. Həmçinin fermerlərin içərisində ailələri ilə 
birlikdə birlikdə böyük bir işsizlər ordusu yarandı  ki, onlarda iş 
axtarmaq üçün bütün ölkəni dolaşmağa başladılar. 
  1931-ci  ilin  payızında sənaye və aqrar böhranın daha da 
dərinləşməsi maliyyə böhranına səbəb oldu. Böhran ən kəskin 
səviyyəyə 1933-ci ilin fevral-martında çatdı. Ölkənin banklarının 
məhvi dalğası bürüdü. Milyonlarlı  xırda  əmanətçilər-fəhlələr, 
fermerlər,  şəhərin orta təbəqəsinin nümayəndələri özlərinin son 
ehtiyatlarını itirdilər və dilənçilərə çevrildilər.  
 Demək lazımdır ki, ən dəhşətli zərbə  zəncilərə  dəydi. 
Zəncilərdə yoxsullaşma prosesi dahə sürətlə getdi. Yüz minlərlə 
zənci çox milyonlu işsilər və evsizlər ordusuna çevrildi. Ölkədə 
irqiçilik gücləndi. Təkcə  rəsmi məlumatlara görə, 1929-1933-cü 
illərdə 69 zənci üzərində məhkəmə prosesi olmuşdur.
 
 
  Ölkədəki faciəli vəziyyət 30-cü illərin Amerika ədəbiyyatında  
da öz əksini tapmışdır. Məsələn bu illərdə məhşur Amerika  yazıçısı 
Teoder Drayzerin «Amerika faciəsi» meydana gəldi.  
  1929-1933-cü  illər böhranı  təkcə Amerika kapitalizminin 
sosial –iqtisadi əsaslarına toxunmaqla qalmadı. O, həmçinin 
milyonlarla amerikalıların  şüuruna psixoloji təsir göstərdi, kütləvi 
srürətdə koklü dəyişikliklərə səbəb oldu. O, həlledici şəkildə biznesə 
zərbə endirdi və 20-ci illərdəki kapitalist «çiçəklənməsi» haqqındakı 
ideyaları alt-üst etdi. İndi kütləvi psixologiya iqtisadi böhranın 
günahını «sənaye kapitalında» görməyə başladı. Böhran göstərdi ki, 
iri biznesin təşkiledici rolu daimi deyilmiş. 
  İqtisadi böranın  ən yüksək zirvəsinə çatdığı bir dövürdə 
amerikalılar artıq öz kapitalist sistemlərinin  ədalətli və müdrük 


 
37 
olduğuna  şübhə etməyə başladılar. Ancaq bir şey aydın idi ki, 
«Amerika həyat tərzinə» ümüdi şübhə əvəz etmək üzrədir. 
  XX əsrin 30-cu illərinin əvvələrində ölkədə siyasi şəraitin də 
kəskinləşdiyi də açıq hiss olunurdu.  
  1929-1933-cü  illər iqtisadi böhranı ABŞ-ın hakim dairələri 
qarşısında sosial iqtisadi, siyasi və ideoloji problemləri həll etmək 
zərurətini qoydu. Ölkənin iqtisadi mexanizminin tam laxlaması, 
kütləvi işsilik, fermerlərin müflisləşməsi, milyonlarla sadə 
amerikalıların aclıqdan və yoxsulluqdan əzab çəkməsi, brujaziyanın 
öz içərisində vəziyyətlə bağlı həyacanlar inadla tələb edirdi ki, bütün 
real imkanlar  səfərbərliyə alınsın və böhranın nəticələri aradan 
qaldırılsın. «Sərt fərdiyyətçiliyə» yenidən «nəzər» salınmağın 
vacibliyini vəziyyət tələb edirdi. 
 Eyni zamanda lazım gəlirdi ki, dövlət iqtisadi və sosial 
münasibətlərə 
fəal müdaxilə etsin. Ölkədə ziddiyətlərin 
kəskinləşməsinin bir səbəbi də ABŞ inhisarçı brujaziyasının, 
fərdiyyətçilik idealogiyasının bayrağı altında istədiyinə nail olması, 
dövlət nəzarətindən uzaqlaşması idi.  Onların  əksəriyyəti yenə  də 
fərdiyyətçilik nəzəriyyəsinin təsiri altında qalaraq əvvəlki 
mövqelərində dayanırdılar. Bir qismi isə özünü idirmiş  və bundan 
sonra nə edəcəyini müəyyənləşdirməyi bacarmırdı.  
   «Sərt fərdiyyətçilik» prinsipinə sadiq qalaq Huverin inzibati 
idarəsi bütün böhran boyu sosial-iqtisadi prosesləri tənzimləməkdə 
dövlətin rolundan istifadə etməsinə  qəti etirazlarını bildirirdilər. 
Onlar inadla belə bir nöqteyi-nəzərdə durudular ki, ABŞ-ın iqtisadi 
mexanizmi sağlamdır, amerkan biznesinin işinə qarışmaq, onu dövlət 
inhisarçı kaptalizminə çevirməklə «sosializmə» yol açıla bilər.
 
 
    Uzun  müddət Huver və respublika hökumətinin başqa 
nümayəndələri böhranın ciddiliyi fikiri ilə raılaşmaq istəmirdi. 
 Önlar hər ay öz rəsmi bəyanatlarında bildiridilər ki, ABŞ heç 
bir iqtisadi böhran keçirmir, Avropadakı hadisələrlə bağlı müvəqqəti 
çətinliklər vardır ki, o da ölkə biznesinin koməyi ilə aradan 
qaldırılacaqdır. 
 Lakin 1933—cu ildə artıq çox az adam şübhə edirdi ki, 
kapitalist dünyası çox ağır iqtisadi böhran içərisindədir. Lakin Huver 
amerka bankirləri assosasiyasının qurultayındakı nitqində 
göstərmişdir ki, 1929-cu ildə ABŞ-da baş verən hadisələr bu böyük 
millətin çiçəklənməsində hər şeydən öncə, müvəqqəti fasilədir. 
 
38
  Hətta sərt həqiqət prezident və onun təraftarları qarşısında 
ABŞ-dakı iqtisadi vəziyyətin ciddiliyini qoyduqda  da Hulver və 
respublika inzibati aparatının digər nümayəndələri «fərdiyyətçilik» 
idealogiyasında qalaraq belə fikirləşirdilər ki, ancaq biznes və başqa 
iqtisadi qrupların köməyi  və  iştirakı ilə bu vəziyyətdən yaxa 
qurtarmaq olar. Məsələn, 1930-cu ilin dekabrında prezident ölkədəki 
vəziyyət haqqında konqresə göndəriyi məktubunda bildirdi ki, 
iqtisadi durğunluq qanunverici orqanın təsiri və inzibati idarələrin 
sərancamı ilə həll edilə bilməz. 
  Bu  «fərdiyyətçilik» fəlsəfəsi prezident kürsüsündə  əyləşdiyi 
son günədək Huverdə davam etmişdir. Bunu onun 1932-ci ildə 
konqresə göndərdiyi sonuncu məktubda sübut edir. Məktubda 
göstərilirdi ki, biz fərdiyyətçiliyin xüsusi sistemini təşkil etmişik
buna dövlət dəyişiklik etməməlidir. Sosial və iqtisadi qüvvələrin 
axınına sərbəst imkan yaratmaq vacibdir. Vətandaşlarda 
təşəbbüskarlıq hissini söndürəmk olmaz. Fedaral hökumət heç kimə 
və heç bir sosial qruppa üstünlük vermir. Onların hamısı öz 
qüvvələrini mərkəzləşdirməli, cəmiyyətin iqtisadi və sosial həyatının 
iştirakçısı olmalıdırlar. 
  Məhz, ona görədə, Hulver  1929-cu ilin noyabrında «iqtisadi 
qrupların könüllü koorparasiyası» təşkil etmişdi. Prezident biznes 
nümayəndələrini inandırdı ki, onlar əmək haqqlarını əvvəlki qaydada 
saxlasınlar. Eyni zamanda AƏF-nin rəbər nümyaəndələri danışıqlar 
apardı ki, fəhlələrin tətil etməsinə yol verməsinlər. Bütün bunlar 
«milli birlik» naminə edilməli idi. Xüsusi kaпital qoyuluşunu 
stumullaşdırmaq və  işguzar fəallığı canlandırmaq üçün respublika 
iqtisadi aparatı federal ehtiyatlar sisteminin fəaliyyətini 
fəallaşdırmağa yönəldilən təcili tədbirlər planı  qəbul etdi. 
Korporasiylaırn gəlirə görə vergiləri konqresin 1929-cu ildə  qəbul 
etdiyi qanuna görə azaldıldı.1930-cu ilin iyununda protoksionizm 
siyasətinə himyəadarlıq etmək üçün yeni tarif qanunu – Xoul-Sumt  
qanunu qüvvəyə mindi. 
   Lakin  bütün  bunlar  böhranın qarşıyı qoyduğu problemləri 
həll etmədi.  
Ümumiyyətlə,1929-1933-cü ilin iqtisadi böhranının ABŞ 
tarixində anoloqu olmadığından Huver hakimiyyətinin gördüyü 
tədbirlər  onun nəticələri aradan qaldıra bilmədi.   


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə