Azərbaycan respublikasinin döVLƏT İmtahan məRKƏZİ



Yüklə 42,91 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü42,91 Kb.
#1602


 

AZƏRBAYCAN RESPUBLİKASININ 

DÖVLƏT İMTAHAN MƏRKƏZİ

 

 

 

ABİTURİYENT ÜÇÜN 



YADDAŞ  

KİTABÇASI

 

(ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı üçün) 

 

Aşağıdakıları imtahana gətirmək qadağandır:



 

 

 



 

 

 



 

İmtahan binasına  giriş zamanı üzərində  mobil telefon  və  digər 

rabitə  vasitələri,  konspekt  və    başqa  yardımçı  vasitələr  aşkar 

olunan  abituriyentlər  barədə  akt  tərtib  olunur,  bu  vasitələr  və 

onların  imtahan  sənədləri  alınır  və  onlar  imtahan  binasına 

buraxılmırlar. 



 

 

İmtahanının nəticələrini 



www.dim.gov.az

 internet səhifəmizdən öyrənə bilərsiniz! 

2017




ƏZİZ ABİTURİYENTLƏR! 

Azərbaycan  Respublikası  Dövlət  İmtahan  Mərkəzi  (DİM)  biliyin  yekun 

qiymətləndirilməsi mərhələsində sizə uğurlar arzulayır! 

DİM-in  məqsədi  imtahanda  biliklərinizi  nümayiş  etdirmək  üçün  sizə  rahat  şərait 

yaratmaq, şəffaflığı, aşkarlığı və obyektivliyi təmin etməkdir. 

Yüksək  bilik  nümayiş  etdiyiniz  və  imtahanın  texnoloji  tələblərinə  düzgün  əməl 

etdiyiniz təqdirdə uğur qazanacağınıza tamamilə əmin ola bilərsiniz. 

 

İMTAHANDA İŞTİRAK ETMƏK ÜÇÜN AŞAĞIDAKILARA 

ƏMƏL ETMƏLİSİNİZ: 

1.

 



Siz  imtahan  günü  buraxılış  vərəqənizdə  göstərilən  vaxtda  imtahan  verəcəyiniz  binanın 

qarşısına gəlməli (bina haqqında məlumat imtahana buraxılış vərəqənizdə göstərilmişdir), 

özünüzlə  mütləq  qara  və  ya  tünd  göy  rəngdə  yazan,  mürəkkəb  axıtmayan  diyircəkli 

qələm və (və ya) HB sərtliyində sadə karandaş, qələmyonan, pozan və aşağıdakı sənədləri 

gətirməlisiniz:  

-

 



"İmtahana buraxılış vərəqəsi"ni; 

-

 



şəxsiyyəti təsdiq edən sənədin əslini: 

a)

 



Azərbaycan  Respublikasının  vətəndaşları  (16  yaşı  tamam  olmayan 

abituriyentlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 

b)

 

əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti 



tərəfindən  verilmiş  icazə  vəsiqələrini,  qaçqın  statusu  almış  xarici 

vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 

-

 

Şəxsiyyət  vəsiqəsində  şəkli  olmayan   abituriyentlər   digər  sənədlərlə 



yanaşı,  təhsil  müəssisəsi  tərəfindən  verilmiş  və  fotoşəkilləri 

yapışdırılmış  arayışı  (arayışa  abituriyentin  3x4sm  ölçülü  şəkli 

yapışdırılır və şəkil möhürlə təsdiqlənir) 

DİQQƏT!  Göstərilən  sənədlərdən  biri  olmadıqda  və  ya  sənədlər  arasında 

uyğunsuzluq olduqda imtahana buraxılmayacaqsınız!  

2.

 

Göstərilən  sənədləri  imtahan  binasının  giriş  qapısında  buraxılış  rejimini  həyata  keçirən 



mühafizə  əməkdaşlarına  təqdim  edib  yoxlamadan  keçdikdən  sonra  imtahana  buraxılış 

vərəqənizdə göstərilmiş  müvafiq kodlu zala gedin. 



ABİTURIYENTİN İMTAHAN ZALINDA GÖRƏCƏYİ İŞLƏR:

 

1.



 

İmtahan zalında imtahana buraxılış vərəqəsində göstərilən sıra və yerdə oturduqdan sonra 

nəzarətçinin  izahatını  diqqətlə  dinləyin.  Aydın  olmadıqda  əlinizi  qaldırıb    nəzarətçiyə 

müraciət edin. 

2.

 

İzahat  qurtardıqdan  sonra  sizə  cavab  kartı  paylanır.  Cavab  kartını  qara  və  ya  tünd  göy 



rəngdə  yazan,  mürəkkəb  axıtmayan  diyircəkli  qələmlə  və  ya  sadə  karandaşla  doldurun. 

Cavab  kartındakı  məlumatlar  optik qurğu vasitəsilə oxunur. Ona görə də cavab  kartı ilə 

işləyərkən  ehtiyatlı  olun.  Dairələri  tam  qaralayın  (nümunə:),  kartın  əks  üzünün 

qabarmaması üçün qələmi bərk basmayın. Kartı əzmək, ləkələmək, zədələmək və cırmaq 

olmaz.  

DİQQƏT! Korlanmış cavab kartı dəyişdirilmir. 



Sizə  məxsus  cavab  kartının  1-ci  bölməsində  iş  nömrəniz,  soyadınız,  adınız  və 

atanızın adı çap edilmişdir. Özünüz  haqqında çap edilmiş həmin məlumatları yoxlayın. 

Uyğunsuzluq aşkar etdikdə mütləq nəzarətçiyə müraciət edin.  



2-ci  bölmədə  iş  nömrənizin  hər  bir  rəqəmini  ardıcıl  olaraq  damalara  yazın,  hər  bir 

damanın  altındakı  sütunda  uyğun  rəqəmi  tapıb,  onun  yerləşdiyi  dairəni  qaralayın.  Bu 

zaman diqqətli olun: hər sütunda yalnız bir dairə qaralanmalıdır.  

3-cü  bölmədə  özünüz  haqqında  məlumatları  yazın  və  qaydalara  zidd  hərəkətə  yol 

verməyəcəyiniz  barədə  bu  bölmədəki  bəyannamə  ilə  tanış  olun.  Cavab  kartında 

yazdığınız  məlumatların  düzgünlüyünü  və  bəyannamə  ilə  tanış  olduğunuzu  imzanızla 

təsdiq edin.  



4-cü bölmədə sizə veriləcək sual kitabçasının variantı çap edilir. 

Bundan  sonra  sizə  üzərində  sizin  iş  nömrəniz,  soyadınız,  adınız  və  ata  adınız  çap 

edilmiş və cavab kartınızda göstərilmiş varianta uyğun sual kitabçası paylanılır.  

DİQQƏT!  Təqdim olunan sual kitabçası sizə məxsus deyilsə və ya cavab  kartınızın 

4-cü  bölməsində  göstərilmiş  varianta  uyğun  olmazsa,  dərhal    nəzarətçiyə  müraciət 

edin.  Çünki  imtahan  nəticələriniz  qiymətləndirilərkən  cavablarınız  cavab  kartınızda 

göstərilmiş varianta uyğun və üzərində sizin soyadınız, adınız və ata adınız çap edilmiş 

sual  kitabçasının  doğru  cavabları  ilə  müqayisə  ediləcəkdir.  Odur  ki,  sual  kitabçasının 

sizin  variantınıza  uyğunluğuna  əmin  olun.  Nəzarətçi  sual  kitabçasını  açmağa  icazə 

verdikdən  sonra  onu  vərəqləyərək  çap  qüsurlarının  olub-olmadığını  yoxlayın.  Bu  cür 

qüsurlar olarsa, onların aradan qaldırılması üçün nəzarətçiyə  müraciət edin. 

3.

 



 “İmtahan  başlandı!”  elan  edilən  andan  suallara  cavab  vermək  üçün  ayrılan  1  saat  30 

dəqiqəlik  vaxtdan  səmərəli  istifadə  edin.  Cavabların  cavab  kartında  qeyd  olunması 

(uyğun dairələrin qaralanması) üçün sərf olunan vaxt da imtahan müddətinə daxildir.  

4.

 



Cavab  kartının  cavablar  üçün  ayrılmış  5-ci  bölməsi  sual  kitabçasındakı  sualların 

ardıcıllığına  uyğun  olaraq  1-dən  60-dək  sıralanmışdır.  1-30  saylı  suallar  ana  dili  fənni 

üzrə, 31-60 saylı suallar riyaziyyat fənni üzrədir. Hər suala verilmiş beş cavabdan (bunlar 

A, B, C, D, E hərfləri ilə işarələnmişdir) düzgün hesab etdiyiniz yalnız bir cavabı seçin və 

cavab kartında ona uyğun dairəni qaralayın. Əgər bir suala cavab olaraq birdən çox dairə 

qaralanarsa, həmin cavab səhv hesab edilir.  



Buraxılış  imtahanını  (9-cu  siniflər  üzrə)  yalnız  riyaziyyat  fənni  üzrə  verən,  tədris  dili 

Azərbaycan və rus dillərindən fərqli olan ümumtəhsil müəssisələrinin cari ilin məzunları orta 

ixtisas  təhsili  müəssisələrinə  qəbul  olmaq  üçün  ərizə  təqdim  etdikləri  halda  ərizədə  qeyd 

etdikləri  bölməyə  uyğun  ana  dili  (Azərbaycan  və  ya  rus  dili)  fənnindən  imtahan  verirlər. 

İmtahanın müddəti 45 dəqiqədir. 

Ballarınız  hesablanarkən  yalnız  cavab  kartında  qaraladığınız  cavablar  nəzərə 

alınır. Səhv cavabların nəticələri düzgün cavablara təsir göstərmir.  

DİQQƏT!  Başqasının  cavablarını  köçürməyin.  Özünüz  də  diqqətli  olun  ki,  sizin 

cavablarınızı heç kim köçürməsin. Nəticələriniz yoxlanarkən xüsusi araşdırma zamanı 

köçürmə  faktı  aşkar  edilərsə,  həm  köçürənin,  həm  də  köçürməyə  şərait  yaradanın 

imtahan nəticələri ləğv olunacaqdır. 

5.

 

Hesablamaları  və  qeydləri  aparmaq  üçün  sual  kitabçasında  boş  yerlər  nəzərdə 



tutulmuşdur. Buna görə də əlavə kağızdan istifadə etməyə icazə verilmir. 

6.

 



İmtahan  başlandıqdan  etibarən  1  saat    müddətində  və  imtahanın  son  15  dəqiqəsi 

ərzində imtahan zalından çıxmaq qadağandır.  


7.

 



İmtahan başlandığı andan 1 saat 30 dəqiqə müddət keçdikdən sonra “İmtahan qurtardı!” 

elan edilir. Siz cavab kartını və sual kitabçasını zal nəzarətçisinə təhvil verməlisiniz. 

8.

 

İmtahan  sənədlərini  nəzarətçiyə  təhvil  verdikdən  sonra  imtahana  buraxılış  vərəqəsində 



nəzarətçiyə    imza  etdirməlisiniz.  Cavab  kartını    və  sual  kitabçasını  nəzarətçiyə  təhvil 

verməsəniz, imtahan nəticələriniz ləğv olunacaqdır.  



DİQQƏT!  Cavab  kartının  və  sual  kitabçasının  təhvil  verilməsinə  görə  abituriyent 

şəxsən məsuliyyət daşıyır. 

9.

 

Siz cavab kartlarının sayılıb zərfə qoyularaq bağlanmasında iştirak edib, zərfin üzərindəki 



aktı imzalaya bilərsiniz.  

ABİTURİYENTƏ QADAĞANDIR:

 

-   saxta sənəd təqdim etmək; 



-

 

imtahana öz yerinə başqasını göndərmək; 



-

 

imtahan  binasına  (zalına)  mobil  telefon,  çanta,  xarici  yaddaş  qurğuları  və  digər  rabitə 

vasitələri,  kalkulyator,  konspekt,  lüğət,  cədvəl,  məlumat  kitabçası  və  digər    yardımçı 

vasitələr gətirmək və onlardan istifadə etmək;  



-

 

yandırıcı,  partlayıcı,  kəsici,  deşici,  atıcı  və  digər  bu  növ  əşyalarla  imtahan  binasına 

girmək, özü ilə siqaret gətirmək; 

-

 

sual  kitabçaları  paylandıqdan  sonra  hər  hansı  bir  səbəbə  görə  imtahan  zalını  tərk  edib 

yenidən geri dönmək; 

-

 

nizam-intizam  qaydalarını  pozmaq,  zalda  yerini  dəyişmək,    gəzişmək,  yerindən  durmaq 

və bu kimi hallarla imtahanın gedişinə mane olmaq; 

-

 

başqasının  cavab  kartına,    sual  kitabçasına  baxmaq  və  ya  öz  cavab  kartına,  sual 

kitabçasına başqasının baxması üçün şərait yaratmaq;  

-

 

“İmtahan  başlandı!”  elan  olunan  andan  1  saat  müddətində  və  imtahanın  son  15 



dəqiqəsi ərzində səbəbindən asılı olmayaraq imtahan zalından çıxmaq;  

-

 

nəzarətçiyə  test tapşırıqlarının həllində kömək üçün müraciət etmək; 



-

 

cavab kartını və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq. 



DİQQƏT!  Abituriyentin  göstərilən  hərəkətlərə  yol  verməsi  halları  aşkar  edildikdə  o, 

imtahandan xaric olunur və onun imtahan nəticələri DİM tərəfindən ləğv olunur. 

DİM  abituriyentin  imtahan  qaydalarına  zidd  hərəkətini  imtahandan  sonra  da  aşkar 

etmək üçün müxtəlif üsullardan istifadə edir. 

Əgər  siz  imtahan  zamanı  qaydaların  pozulması  halları  ilə  rastlaşsanız,  mütləq 

nəzarətçiyə  müraciət  edin,  nəzarətçi  lazımi  ölçü  götürməzsə,  imtahan  rəhbərinin  və  ya 

DİM-in nümayəndəsinin zala gəlməsini tələb edin. 

Nəzarətçi  müəllimlər  qeyri-fənn  müəllimləridir.  Onların  vəzifəsi  imtahanın  gedişi 

zamanı  nizam-intizam  yaratmaqdır.  İmtahanın  başlandığı  elan  edildikdən  sonra  Sizin 

onlara sual verməniz, onların Sizə yaxınlaşıb hər hansı bir məlumat almaq üçün müraciət 

etməsi imtahan qaydalarına ziddir.  

Nəzarətçi  müəllimlərin  fəaliyyəti  imtahan  prosesinin  tələblərinə  uyğun  olmazsa,  bu 

barədə  imtahan  rəhbəri  zala  gəldikdə  ona  məlumat  verin.  Siz  imtahan  binasından 

çıxdıqdan sonra imtahanın gedişi ilə əlaqədar şikayətlərinizə baxılmayacaqdır. 



Sizə müvəffəqiyyətlər arzulayırıq! 

  

 



 




CAVAB KARTI NÜMUNƏSİ 

 

 

 

 

Yüklə 42,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə