Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə7/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   2   3   4   5   6   7   8   9   10   ...   85

 
27 
bütövlüyünə toxunulmasın və ona hörmət edilsin., həmçinin onun 
siyasi və iqtisadi müstəqilliyi təmin edilsin. Çin nümayəndə heyəti 
habelə öz tərəfindən vəd edirdi ki, öz ərazisinin müəyyən hissəsini 
xarici kapitalistlərə icarəyə verə bilər. Çin nümayəndə heyəti “Açıq 
qapılar və bərabər imkanlar” prinsipi ilə razılaşdığını bildirdi. Lakin 
Çin nümayəndə heyəti bağlanan sazişlərdə özünün bərabərhüquqlu 
dövlət kimi iştirakını tələb edirdi, hansı ki, bu sazişlər Sakit okeanla 
və Çinlə birbaşa bağlı idi. Çin nümayəndə heyətinin irəli sürdüyü “on 
maddə”də  həmçinin bir sıra mühüm tələblər vardı ki, bunlar Çin 
ərazisində bütün xarici dövlətlərin hər cür imtiyaza və üstünlüyə 
malik olmasının  qadağan edilməsi,  Şandunun Çinə qaytarılması  və 
Yaponiyanın 17 tələbinin rədd edilməsi”, “nüfuz dairəsi” və 
“icarə”lər formasında xarici dövlətlərin Çin ərazisində ağalığının ləğv 
edilməsi, xarici qoşunların çıxarılması və başqaları idi.   
Bu proqram xarici dövlətləri, ilk növbədə ABŞ-ı  təmin 
etmirdi. ABŞ ancaq o maddələri müdafiə edirdi ki, onlar 
Yaponiyanın  əleyhinə çevrilmişdir. ABŞ özü də Çinə müdaxiləsini 
genişləndirmək istəyirdi, lakin bunu hərbi təzyiq yolu ilə yox, 
özünəməxsus xüsusi vasitələrlə  həyata keçirmək istəyirdi. Çində 
ABŞ-ın “Standard oyl” inhisarının, Düponun konserninin, “Betlaxem 
stil”in, “Vesteri elektrikin” və başqalarının filialları yerləşirdi. ABŞ-
ın təşəbbüsü ilə 1920-ci ilin oktyabrında burada beynəlxalq bank 
konsersumu da  təşkil edilmişdi. Bundan məqsəd Çinə  dəmiryol, 
sənaye müəssisələri, iqtisadi islahatlar üçün təqdim edilən istiqrazları 
cəmləşdirmək idi. 1919-cu ilin martılndan ABŞ-ın təşəbbüsü ilə 
dəmiryollara aid saziş imzalanmağa başlandı. ABŞ çalışırdı ki, 
ideoloji metodla Çinə nüfuz etməyə xüsusi diqqət yetirsin. Çinli 
tələbələrin ABŞ universitetlərində oxumasına xüsusi şərait 
yaradılırdı. Həmçinin Çinin özündə ABŞ-ın köməyilə  tədris 
müəssisələri açılırdı. Məsələn 1920-cı ildə Çindəki 16 universitetdın 
8-ni ABŞ özü, 3-nü isə Kanada və İngiltərə birlikdə açmışdır. 
ABŞ çalışırdı ki, Çində İngiltərə, Yaponiya və Fransanın təsir 
dairələrini ləğv etsin. O əslində istəyirdi ki, Çinin birləşməsi 
Amerikapərəst Çin hökuməti tərəfindən yenidən təşkil edilsin. 
Yaponiyanın Çinə  hər cür müdaxiləsinin məhdudlaşdırılması 
Vaşinqton konfransında ABŞ-ın başlıca məqsədlərindən biri idi. 
ABŞ-ın digər məqsədi Çində milli-azadlıq hərakatını zəiflətmək idi, 
çünki bu dövrdə etiraf etmək lazımdır ki, Çində Rusiyadakı Oktyabr 
 
28
çevrilişinin təsiri ilə milli-azadlıq hərəkatı başlanmış, və geniş vüsət 
almışdı. Kommunist partiyası yaranmışdı. Çində milli-azadlıq 
hərəkatının ən bariz nümunəsi özünü 1919-cu ilin 4 may hərəkatında 
tapdı. Bu hadisə  Şandun  əyalətinin Yaponiyaya verilməsi haqqında 
Paris sülh konfransının qərarına qarşı yönəlmişdi. Bu hərəkat Pekin 
hökumıtini məcbur etdi ki,  o, Versal müqaviləsini imzalamaqdan 
imtina etsin. Belə bir şəraitdə isə maraqlı  tərəf kimi ABŞ  çıxış 
etməyə başladı.  
ABŞ-ın Çinə münasibəti Vaşinqton konfransında hər şeydən 
əvvəl, iri kapital nümayəndələrinin planına uyğun gəlməli idi. Onları 
isə  ən çox Çində baş verən siyasi hadisələr narahat edirdi. ABŞ 
köhnə müstəmləkə metodlarının  əleyhinə  çıxış etməklə  bərabər, 
Çindəki inqilabi demokratik antiimperialist hərəkatdan qorxaraq ona 
dominion hüququ verilməsini təklif edirdi. 
Konfransda Kontondakı demokratik hökumətin 
nümayəndələrinin iştirakına icazə verilməmişdi. Çinin tələbləri 
içərisində mərkəzi yeri Şandun məsələsi tuturdu.  
1922-ci il fevralın 4-də Yaponiya və Çin saziş bağladılar. 
Yaponiya öz qoşunlarını Şandundan çıxartmağı öz öhdəsinə götürdü. 
Kömür və dəmir filizi mədənləri Çin-Yaponiya birgə kompaniyasının 
əlinə keçdi. Taidao-Teinan dəmiryol xətti Çinə qaytarıldı. Yaponiya 
Çinə istiqraz təqdim etdi. Şandun  əyaləti ilə bağlı Versal 
müqaviləsinə yenidən baxılması Yaponiyanın məğlubiyyəti, ABŞ 
diplomatiyasının isə böyük qələbəsi demək idi. 
1922-ci ilin  fevralın 6-da konfransda “Doqquz dövlət 
müqaviləsi” adlanan müqaviləni ABŞ,  İngiltərə, Fransa, Yaponiya, 
Belçika, İtaliya, Hollandiya, Portuqaliya, Çin imzaladı. Müqavilənin 
iştirakçıları üzərlərinə öhdəlik götürdülər ki, Çinin suverenliyinə 
hörmət edirlər, onun ərazi və inzibati bütövlüyünə toxunmayacaqlar. 
Lakin Çinin  suverenliyini təmin etmək üçün böyük dövlətlər heç bir 
təminat vermədilər. 
ABŞ “Doqquz dövlət sazişi”nin bağlanmasını özünün ən 
böyük nailiyyəti hesab edirdi. Yuz göstərirdi ki, bu sazişə minnətdar 
olmaq lazımdır ki, o “açıq qapılar”ı reallığa çevirdi. Bu yolla onlar 
Çin bazarında ağalıqlarını həyata keçirmək istəyirdilər.  
Çin üçün “Açıq qapılar” doktrinası onun müsətqilliyinə 
böyük zərbə demək idi. Çin böyük dövlətlərin sövdələşmə obyektinə 
çevrildi. Bu müqavilə Çinin milli-azadlıq hərəkatını boğmaq üçün 


 
29 
imperialistlərin birləşməsi demək idi. Çində xaricilərin rabitə şöbələri 
və radiostansiyaları ləğv edilmədi. Çin gömrük məsələsində bərabər 
hüquq almadı, xarici dövlətlər polis və qoşununu onun ərazisindən 
çıxartmadı. Mühüm strateji ərazilər yenə  də böyük dövlətlərin 
sərəncamında qaldı. Yaponiya Lyaodun yarımadasını,  İngiltərə isə 
Honkonqu öz əraziləri hesab etdilər.  
“Doqquz dövlət müqaviləsi” Uzaq Şərqə dair imperialist 
dövlətləri arasındakı ziddiyətləri həll etmədi.  Şandun məsələsinə 36 
iclas həsr edilmişdi ki, burada yapon  diplomatları ilə  kəskin 
mübarizə getmişdi. ABŞ  və  İngiltərə burada “barışdırıcı” mövqedə 
olan tərəflər kimi çıxış edərək bildirirdilər ki, Şandun dəmiryolu 
konsorsiuma verilsin. Tsindao limanı açıq limana çevrilsin.  Bu isə 
əslində  Şandunun ABŞ  və  İngiltərənin olmasının təmin edilməsi 
demək idi.  
“Doqquz dövlət sazişi”nə  əlavə olaraq dörd əlavə saziş  də 
bağlandı. Gömrük tarifi haqqında müqaviləyə görə Çin gömrüyü 5 % 
yüksəldə bilərdi. Qiymətləri isə 1843-cü ildəkindən cəmi 7,5 % 
yüksəldə bilrərdi. Halbuki Çin nümayəndə heyəti tələb edirdi ki, 12,5 
% yüksəltməyə hüququ olsun. Həmin doqquz dövlət qətnamə qəbul 
etdilər ki, Çindən xarici qoşunlar çıxarılsın. Nəhayət,  qərar qəbul 
edildi ki, səkkiz dövlətin iştirakı ilə komissiya yaradılsın ki, bu 
komissiya eksterritoriallıq hüququnun təxirə salınması haqqında 
məsələni diqqətlə öyrənsin.  
Paris sülh konfransında olduğu kimi, Vaşinqton konfransında 
da “rus məsələsi” vacib yer tuturdu. Dövlətlərin Sovet Rusiyasını və 
Uzaq Şərq Respublikasını konfransa dəvət etməkdən imtina etmələri 
Sovet Rusiyasının bəyanat verməsinə səbəb oldu.  
Konfransın antisovetizm əhval-ruhiyyəsində olması burada 
tez-tez  ŞÇDY (Şərqi Çin Dəmir Yolu) məsələsinin müzakirə 
obyektinə  çııxarılmasında da özünü göstərirdi. ABŞ hakim dairələri 
çalışırdılar ki, ya onu neytrallaşdırsınlar, ya da onun üzərində, 
beynəlxalq nəzarət qoysunlar. Konfransda texniki-ekspertlər 
komissiyası yaradıldı  ki, o yolun idarə edilməsini yeni şəkildə təşkil 
etməli idi. 
RSFSR hökuməti qəti surətdə buna etirazını bildirdi və 
göstərdi ki, bu məsələ Çin və Rusiyaya aid məsələdir. Sovet 
hökumətinin qəti mövqeyi və  iştirakçılar arasında fikir müxtəlifliyi 
konfransda bu məsələ ilə əlaqədar qərar qəbul edilməsinə mane oldu. 
 
30
Konfransa dəvət edilməsə  də, Uzaq Şərq respublikasının 
nümayəndə heyəti konfransa gəldi və öz bəyanatını ABŞ nümayəndə 
heyətinin başçısı Yuza 1921-ci il dekabrın 22-də təqdim etdi. Burada 
Uzaq  Şərq respublikasının kənarlaşdırılmasına etiraz öz əksini 
tapmışdı. Həmçinin Yaponiyanın Uzaq Şərq respublikasına aid 
verdiyi “17 tələb” də rədd edilirdi.  
1922-ci ilin yanvarın 23-də konfransın Uzaq Şərq 
komissiyasının iclasında Yaponiyanın nümayəndəsi Sidexara bildirdi 
ki, o, Rusiyanın  ərazi bütövlüyünə hörmət edir və Priamuryedən və 
Saxalindən qüvvələrini evakuasiya edəcək. Lakin bunun saxtalığı o 
idi ki, burada müddət göstərilmirdi. ABŞ sözdə Yaponiyanın fikri ilə 
razılaşsa da həqiqətdə isə Sovet hakimiyətinə qarşı mübarizədə 
Yaponiyadan istifadə etmək istəyirdi Ona görə  də konfrans Sovet 
Uzaq  Şərqindən yapon qoşunlarının çıxarılması  məsələsinin 
üzərindən sükutla keçdi.  
Vaşinqton konfransı Sakit okeanda qüvvələrin yeni 
quruluşunu müəyyənləşdirdi. Konfransın qərarları 1919-1920-ci 
illərin Paris konfransının qərarlarını müəyyən dəyişikliklərlə 
tamamlamış oldu.  
Vaşinqtonda bağlanmış sazişlər  əslində ilk növbədə ABŞ 
imperialistlərinin maraqlarına cavab verirdi. Yaponiya bir sıra 
güzəştlərə getməli oldu. Onlardan ən vacibi Şandundan imtina idi. 
Lakin bununla belə o Şimal-Şərqi Çinin cənub hissəsində  və Sakit 
okeanın qərb hissəsində güclü hərbi-dəniz bazalarını saxlaya bildi. 
İngilis-Yapon sazişinin ləğv edilməsi də Yaponiyanın məğlubiyyəti 
idi.  
Həm ABŞ  və  İngiltərənin təzyiqi və  həm də Uzaq Şərqdə 
yapon müdaxiləsinə qarşı qalxan uğurlu mübarizə, ölkənin daxili 
vəziyyəti özü də Yaponiyanın güzəştə getməsinə  səbəb olan 
amillərdən idi. .  
Çin xalqının milli azadlıq mübarizəsi də göstərdi ki, artıq 
Çinlə əvvəlki kimi rəftar etmək qeyri-mümkündür. Bununla bərabər 
konfransdan sonra imperialst dövlətləri Çin uğrunda mübarizəni 
gücləndirdilər. Vaşinqton konfransı  həmçinin sovet dövlətinə qarşı 
çevrilmişdi. Konfransın qərarları vahid antisovet cəbhə 
yaradılmasında  əməkdaşlıq yaratmağa kömək edirdi. Onlar Uzaq 
Şərqdə “hasar” yaratmaq və sovet ölkəsini mühasirəyə almaq 
istəyirdilər.  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə