Səmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə2/85
tarix08.10.2017
ölçüsü4,51 Kb.
#3784
1   2   3   4   5   6   7   8   9   ...   85

 

ın müharibədə hərbi xərci 25,7 milyard dollar təşkil etdi, ABŞ birinci 
dünya müharibəsi nəticəsində  ən çox qazandı  və kapitalizm 
dünyasının  ən güclü dövləti səviyyəsinə qalxdı.  Əgər birinci dünya 
müharibəsinə  qədər ABŞ borc alan dövlət idisə, onun xarici 
dövlətlərə borcu 6 milyard dollara çatırdısa, müharibə dövründə o, 
borc verən dövlətə çevrildi. Müharibədən sonra xarici dövlətlərin ona 
borcu 10 milyard dollar oldu. Dünya qızıl ehtiyatının yarısı onun 
əlində  cəmləşdi. Dünyanın maliyyə  mərkəzi  İngiltərənin paytaxtı 
Londondakı Siti bankından Nyu-Yorkun Uoll-Strit bankına keçdi. 
Müharibə  nəticəsində ABŞ Avropa dövlətlərinə  hərbi və 
ərzaq məhsuları satmaqla güclü sənaye sahələri yaratmış oldu. Artıq 
1920-ci ildə dünyada istehsal edilən bütün avtomobillərin 85%-i, neft 
istehsalının 67%-i, poladın 60%-i ABŞ-ın payına düşürdü. Müharibə 
nəticəsində ABŞ-ın milli gəliri 2,5 dəfə artdı. Onun dövlət inhisarçı 
kapitalizminə çevrilməsi prosesi başa çatdı. Belə ki, ABŞ-dakı bütün 
fabrik və zavodların 50%-i, bütün sənaye məhsulunun 92%-i iri 
korporasiyalara məxsus idi.Fəhlələrin 90 %-i bu korporasiyalarda 
işləyirdi. Əhalinin 2%-ni təşkil edən inhisarçıların əlində bütün milli 
gəlirin 60%-i toplanmışdı.  Əhalinin 2/3 hissəsi təşkil edən digər 
təbəqələrə isə  gəlirin 5%-i düşürdü. Ayrı-ayrı ailələrin  əlində külli 
miqdarda sərvət toplanmışdı. Morqan, Düpon, Rokfeller, Mellonun 
ailələri belələrindən idi. Həmçinin inhisar qruplaşmalarının yerləşdiyi 
ayrı-ayrı  şəhərlərdən Çikaqo, Boston, Klivlend, Nyu-York  xüsusilə 
seçilirdi.  
Birinci dünya müharibəsinin ABŞ üçün nəticələrindən biri də 
kapital ixracının güclənməsi idi. Əgər 1913-cü ildə ABŞ xarici 
ölkələrə cəmi 2,6 milyard dollar kapital ixrac edirdisə, artıq 1920-cı 
ildə bu rəqəm 7 milyard dollara çatdı. ABŞ müharibə illərində 
verdiyi kreditlər hesabına çoxlu borc faizləri götürdü ki, bu da demək 
olar ki, büdcənin 30%-dən çoxunu təşkil edirdi. O, rantye dövlət kimi 
də tanınırdı. Lakin ABŞ, dənizdə hökmranlığı və kapital ixracındakı 
üstünlüyü  İkinci dünya müharibəsinə  qədər  İngiltərənin  əlindən 
almağı bacarmadı. 
Birinci dünya müharibəsi qurtardıqdan sonra ABŞ-da hakim 
dairələr içərisində demokratlar partiyasından narazılığın 
güclənməsinin səbəblərindən biri prezident Vudro Vilsonun Paris 
 
8
sülh konfransında ABŞ-ın üstünlüyünü təmin etməyi bacarmaması 
idi. Vilson özü Versal müqaviləsinə qol çəksə də, ABŞ konqresi bu 
müqaviləni ratifikasiya etmədi. Vilson özünü müdafiə etmək üçün 
konqresə məlumat verdi ki, o, Almaniyanın parçalanmasının qarşısını 
almışdır. Saar vilayətinin Fransaya verilməsinə mane olmuşdur. 
Respublikaçılar Millətlər Cəmiyyətində ABŞ-ın rəhbərliyinin təmin 
edilməməsindən də narazı idilər. Bu dövrdə ABŞ-ın hakim dairələri 
içərisində xarici siyasətdə iki meyl yarandı. Bunlardan biri 
təcridçilik, ikincisi isə beynəlmiləlçilik idi. Birinci meylə 
respublikaçıların  ən nüfuzlu nümayəndəsi Lodc başçılıq edirdi. O, 
göstərirdi ki, biz ilk prezidentimiz Corc Vaşinqtonun vəsiyyətinə 
əməl etməli və narahat Avropadan kifayət qədər kənarda 
dayanmalıyıq. Beynəlmiləlçilər isə belə fikir irəli sürdülər ki, ABŞ 
dünyanın tərkib hissələrindən biridir. O, ancaq dünya ölkələri ilə əla-
qədə öz inkişafını təmin edə bilər.  
1920-ci ilin prezident seçkiləri  ərəfəsində Vilson vəziyyəti 
düzəltmək üçün konstitusiyaya 2 düzəliş etməyi təklif etdi (ABŞ 
konstitusiyası Corc Dikkenson tərəfindən tərtib edilmiş, 1787-ci il 
sentyabr ayının 17-də qəbul olunmuşdu. Konstitusiyada cəmi 7 mad-
də vardır. Bu vaxta qədər ona 26 əlavə edilmişdir). Vilsonun 
konstitusiyaya etmək istədiyi düzəlişlərdən biri ondan ibarət idi ki
qadınlara da kişilərlə bərabər seçki hüququ verilsin və onlar bərabər 
hüquqlu vətəndaşlar hesab edilsin. Lakin ABŞ əhalisinin əksəriyyəti 
protestant olduğu üçün bu təklif böyük həyəcana səbəb oldu. Çünki 
onlar qadını ancaq mətbəxdə, kilsədə  və ailədə görmək istəyirdilər. 
Konstitusiyaya edilən 18-ci düzəlişə görə isə spirtli içkilərin istehsalı 
və istehlakı qadağan edilirdi. Lakin bu qara bazarın genişlənməsinə 
və çirkli pulların işə düşməsinə səbəb oldu.  


 

ABŞ Uorren Hardinqин prezidentliyi dövründə 
 
1920-ci ilin noyabr ayında keçirilmiş prezident seçkilərində 
respublikaçıların nümayandəsi Hardinq prezident seçildi. O, Oqayo 
ştatından idi. Uorren Hardinq hökuməti ilk növbədə iqtisadiyyatın 
dövlət tənzimlənməsinə ayrılan büdcə  xərclərinin azaldılması  təklifi 
ilə konqresdə  çıxış etdi. O, "normal zaman" və "normal qaydalar" 
şüarını irəli sürərək fərdiyyətçilik prinsipini əsas götürdü. Hökumət 
şəxsi biznesin inkişafına xüsusi fikir verdi. Əməklə kapital arasında 
əməkdaşlıq yaradılması  məqsədi ilə  həmkarlar ittifaqları assosia-
siyaları yaradıldı.1921-ci ildə 1920-ci illə müqayisədə federal 
hökumətin xərcləri iki dəfə  aşağı düşərək 3,3 milyard dollar təşkil 
etdi. 
1920-ci ilin yayında ölkədə iqtisadi böhran başlandı, istehsal 
aşağı endi. Xarici ticarət iki dəfə azaldı, işsizlik artdı, əmək haqqı 25-
50% ixtisar edildi. Lakin böhran 1921-ci ilin sonu 1922-ci ilin 
əvvəllərində iqtisadi yüksəlişlə  əvəz olundu. ABŞ-da iqtisadi 
böhranın tez qurtarmasının səbəbləri daxli bazarın geniş tutumlu 
olması, yeni sənaye sahələrinə iri həcmli kapital qoyuluşu, ABŞ 
mallarının xarici ölkələrə ixracından və onun verdiyi borclardan 
gələn gəlirlər ilə əlaqədar idi. 1922-ci ildən iqtisadiyyatda inkişaf və 
ya "çiçəklənmə" ("prosperite") dövrü başlandı. Qardinqin 
hakimiyyəti illərində rüşvətxorluq halları artdığına görə üç nazir 
istefaya getməli oldu.  
Bu dövrdə ABŞ-ın xarici siyasətində  təcridçiliyin üstünlük 
təşkil etməsinə baxmayaraq xarici iqtisadi əlaqələr genişləndirildi. 
ABŞ 1921-ci ilin avqustunda Almaniya ilə müqavilə bağladı. Latın 
Amerikasında öz nüfuzunu gücləndirdi. Uzaq Şərqdə İngiltərə-ABŞ, 
Yaponiya-ABŞ arasındakı problemlər Vaşinqton konfransında 
qismən həll edildi. 
 
10
 
ABŞ VƏ VAŞİNQTON KONFRANSI 
 
1919-1920-ci illərdə Paris sülh konfransında bağlanmış 
müqavilələr 1914-1918-ci illəri  əhatə edən birinci dünya 
müharibəsindən sonrakı dövr üçün Avropanın böyük dövlətləri 
arasındakı yeni münasibətləri müəyyən etdi. ABŞ öz Avropadakı 
rəqibləri ilə mübarizədə diplomatik uğursuzluğa düçar oldu. Bu hər 
şeydən əvvəl, Vudro Vilsonun İngiltərənin baş naziri Lloyd Corc və 
Fransanın baş naziri Corc Klemenso ilə müqayisədə siyasi cəhətdən 
təcrübəsizliyi ilə  əlaqədar idi. Vudro Vilson ABŞ-a üstünlük 
qazandırmağı bacarmadı. Lloyd Corc və Corc Klemenso isə öz 
dövlətlərinə üstünlük qazandırmağı məharətlə bacardılar. Məhz buna 
görə də ABŞ Paris sülh konfransında öz planlarının heç birini həyata 
keçirə bilmədi, daha doğrusu bacarmadı. Bir sıra məsələlər, o 
cümlədən Uzaq Şərq və Sakit okean məsələsi isə  həll edilməmiş 
qaldı.  
Paris sülh konfransı  nəinki sülhü təmin etmədi, hətta demək 
olar ki, imperialist dövlətləri arasındakı ziddiyətləri daha da 
kəskinləşdirdi. ABŞ-da Versal sülhünü qəbul etməmək uğrunda 
mübarizə hələ 1919-cu ilin yazında başlandı. Tezliklə hər iki partiya 
arasında intensiv diskussiyalar başlandı. Hər şeydən əvvəl, konqresin 
özündə bu məsələ müzakirə obyektinə çevrildi.  
 “Barışmazlıq” tərəfdarları isə irəli sürürdülər ki, Versal 
müqaviləsinə düzəlişlər etmək lazımdır. Bu düzəlişlərdə bütün  
dövlətlərdə  hərbi mükəlləfiyyətlərin ləğv edilməsi, iri dövlətlərin 
ordu və donanmalarını ixtisar etmək, həmçinin hərbi büdcəni 
azaltmaq və s. məsələlər öz əksini tapmalıdır. Onlar İngiltərə, Fransa, 
Yaponiyanı Avropanı, Almaniya koloniyalarını, Çin və Türkiyə 
ərazilərini bölüşdürməkdə  təqsirləndirir, bunu “imperialist soyğunu 
və  işğalı” hesab edir, buradakı insanlara мцнасибяти  isə “heyvanla 
münasibətə” bənzədirdilər 
Vilsona qarşı duran cəbhədə respublikaçılar partiyasının 
liderlərindən olan Morqan və Rokfeller birləşdilər. Onlar ilk növbədə 
anti  İngiltərə istiqamətində köklənmişdilər. Onlar istəyirdilər ki
Yaxın  Şərqdən Meksikaya qədər bütün neft sərvətlərinə ABŞ 
rəhbərlik etsin. Onlar göstərirdilər ki, ABŞın maraqlarında birinci 
yeri Avropa, sonra Latın Amerikası və Asiya tutmalıdır. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə