Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə26/30
tarix26.09.2017
ölçüsü2,08 Kb.
#1798
1   ...   22   23   24   25   26   27   28   29   30

ması ilə bağlı bir sıra tədqiqatlara nəzər saldıqda 
təəccüblənməmək  olmur.  Məsələn,  son  vaxtlarda 
Nobel  mükafatına  layiq  görülmüş  tədqiqatlardan 
birində  «nigah  bazarı»ndan  bəhs  edilir,  Şərq 
poeziyasında ənənəvi olan aşiq-məşuq münasibət-
ləri  bazar  iqtisadiyyatı  konteksinə  salınır. 
Amerika iqtisadçısı Q.S.Bekker «İnsan davranışı; 
iqtisadi  yanaşma»  əsərində  yazır:   «İnsan  nigah 
bazarına daxil olarkən ümid edir ki, onun nigahda 
qazancı  subaylıq  zamanındakına  nisbətən  çox 
olacaq».
1
Qərbdə  evlilik  məhəbbət  və  ya  cinsi 
münasibət  mənasında  yox,  daha  çox  dərəcədə 
birgə  mülkiyyət  və  birgə  təsərrüfat  mənasında 
başa  düşülür.  Hüquq  müstəvisində  evlənmək  və 
boşanmaq  prosedurları  da  müvafiq  olaraq 
mülkiyyətin birləşməsi və bölgüsü məsələsi kimi 
ortaya  çıxır.  Kiminlə  isə  «dostluq»  etmək, 
müntəzəm  cinsi  münasibətlərdə  olmaq  evlilik 
üçün  əsas  sayılmır.  Q.S.Bekker  yazır: «Məsələn, 
kişi  və  qadın  uşaqların  tərbiyəsində,  ev  tə-
sərrüfatında  və  digər  faydalı  məsələlərdə  ailə 
qurmağın əhəmiyyətli olduğuna əmin olana qədər 
nigaha girməyi təxirə salırlar».
2
1
  Гэри   С.Беккер.     Человеческое   поведение; 
экономический   подход.   М.,   ГУ   ВШЭ,   2003.   стр. 
396.
2
  Yenə orada. səh. 397.
111


Əlbəttə,  kapitalizm  dünyasında  bütün  mə-
sələlərdə  olduğu  kimi,  ailə  qurulmasında  da 
kapitalın  ən  önəmli  fakt  kimi  ortaya  çıxması 
təəccüblü  olmamalıdır.  Həm  də  belə  düşünmək 
ki,  qərblilər  məhəbbəti  ümumiyyətlə  nəzərə 
almırlar,   –  düzgün  olmazdı:   «Oxucular  soruşa 
bilərlər  ki,  mənim  tədqiqatlarımda  romantik 
bağlılıq  üçün  də  yer  vardırmı,  yoxsa  məhəbbət 
iqtisadi  yanaşma  çərçivəsində  öyrənilmək  üçün 
həddindən  artıq  emosional  və  irrasionaldırmı?».

Bu  konteksdə  Qeri  Bekker  müasir  Qərb 
ölkələrində  bəzi  cəmiyyətlərdən  fərqli  olaraq, 
nigah  zamanı  məhəbbətin  hər  halda  nəzərə 
alındığını  da  qeyd  edir.
2
  Bu  «bəzi  cəmiyyətlər» 
görəsən hansılardır? Nə qədər paradoksal görünsə 
də,  Bekker  yəqin  bizi,  islam  ölkələrini  nəzərdə 
tutur.   (Kor  kora  lağ  etməsə,  bağrı  çatlayar). 
Görünür,  burada  çadra  amili  əsas  rol  oynayır. 
Sifətini görmədiyin, toxunmadığın adamı sevmək 
Qərb  təfəkkürü  üçün  anlaşılmazdır.  Digər 
tərəfdən, Qərbdə belə təsəvvür  var  ki,  müsəlman 
ölkələrində qızı ərə «başlıq» müqabilində verirlər.
Doğrudan da, Qərbdə başlıq   yoxdur, lakin 
əvəzində  plan  var.  Başlıq  isə  Şərqdə  heç  də 
universal  xarakter  daşımır  və  həm  də  bəzən 
rasional  motivlərə  əsaslanır.  Məsələn,  qərblilər 
başlıq  alsaydılar,  onun  məbləği  ali  təhsilli,  çox 
1
  Yenə orada. səh. 402. 
2
  Yenə orada.  
112


görmüş,  çox  gəzmiş  qızlar  üçün  daha  böyük 
olardı.  Türkmənistanda  isə  orta  təhsilli  qız  üçün 
başlıq ali təhsillidən artıqdır. Ən yüksək məzənnə 
isə  heç  təhsil  görməmiş,  evdən-eşiyə  çıxmamış 
qızlar  üçündür.  Deməli,  əsas  məsələ  hansı 
meyarlardan  çıxış  etməkdə,  nəyə  üstünlük 
verməkdədir.  Meyar  haradasa  təcrübə,  bilik  və 
sərbəstlik,  haradasa  məsumluq,  itaətkarlıq  və 
bakirəlik dərəcəsidir.
Başlıq almayan Qərb ölkələrində qızın ailə 
büdcəsinə  nə  qədər  gəlir  gətirəcəyi  haqqında 
mülahizə  əsas  yer  tutur.  Təzahürlər  fərqli, 
mahiyyət  isə  eynidir.  Lakin  Qərblilər  öz  iqtisadi 
maraqlarını  daha  ustalıqla maskalaya bildiyindən 
sadəlövh şərqlilərə lağ etməkdən çəkinmirlər.
Qərb tərbiyə sistemində, o cümlədən, bizim 
pedaqoqların indi də istifadə etdiyi sovet pedaqoji 
sistemində  məhəbbət  hissi  yüksək  mənəvi  dəyər 
kimi  geniş  şərh  olunmamış  və  bir  çox  hallarda 
sadəcə  cinsi  ehtiyacla  və  ya  evliliklə,  ailə  ilə  bir 
səviyyədə  təqdim  olunmuşdur.  Məsələn,  L.V. 
Vorobyovun  orta  məktəblər  üçün  dərs  vəsaitinə 
daxil  edilmiş  məqaləsində  deyilir: «Məhhəbbətin 
sirri  heç  də  ülvi-səmavi  yox,  cismani-çağdaş 
mənşəyə  malikdir.  Cinsi  münasibətsiz  məhəbbət 
mümkün deyil».
1
 Yəqin ona görə də, kimsə kimi 
1
  Хрестоматия   по   этике   и   психологии 
семейной жизни: Учеб. пособие для учащихся ст. 
классов. М., Просвещение, 1987, стр. 44.
113


isə  sevib-sevməyəcəyini  bilmək  üçün  əvvəlcə 
yaxın münasibətlərdə olmalı imiş. Qərbdə bu cür 
yanaşmanın əsas səbəbi məhəbbətin cinsi həyatla 
həqiqətdə 
olduğundan 
daha 
artıq 
əlaqələndirilməsidir. 
Əlbəttə,  Qərb  fəlsəfəsində  də,  rus  ədəbi-
bədii və fəlsəfəi fikrində də məhəbbətdən yüksək 
mənəvi-estetik  hiss  kimi  bəhs  olunan  məqamlar 
az  deyil.  Zadəganlıq  dövründə  Rusiya  daha  çox 
dərəcədə  Şərq  ölkəsi  idi.  Əks  təqdirdə,  Puşkin 
poeziyası, «Yevgeni  Onegin»  kimi  şərəf  və  mə-
həbbət  dastanları  yaranmazdı.  Lakin  zaman 
keçdikcə  məhəbbət  ideyasının  tənəzzülünü  görü-
rük.  Dünya  ədəbiyyatının  şedevri  olan  «Anna 
Korenina»  artıq  geriyə  doğru  bir  addımdır.  Ona 
görə  yox  ki,  L.N.Tolstoy  bir  sənətkar  kimi 
Puşkinə nəzərən geriləmədir; ona görə ki, ictimai 
reallığın, mənəvi mühitin özündə tənəzzül vardır. 
Qərbi  Avropada  isə  bu  geriləmə  daha  əvvəl 
başlanmışdı.   «Tristan  və  İzoldası»,   «Romeo  və 
Cülyettası»  olan  xalqların  ədəbiyyatı,  görünür, 
kapitalizm  cəmiyyətinin  yaratdığı  yeni  mənəvi 
mühitin  təsirindədir  ki,  böyük  məhəbbətdən 
erotikaya  doğru  eniş  yolu  keçmişdir.  Bəli,  bunu 
reallığın  özü  tələb  edirdi.  Düzdür,  Azərbaycan 
ədəbiyyatında  məhəbbətə  münasibətdə  romantik 
ənənələr  zəifləsə  də,  hələ  davam  edir.  Amma 
təəssüf  ki,  gerçək  ictimai  reallığımız  heç  bu 
zəifləmiş  ədəbiyyatımıza  da  uyğun  gəlmir.  Bu-
114


Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə