Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə24/30
tarix26.09.2017
ölçüsü2,08 Kb.
#1798
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

mənada,  nasiranə  anlamaq  mövqeyindən  çox 
uzağıq.  Amma,  bununla  belə,  gülün  və  günəşin 
daha universal sevgi rəmzləri olduğunu da unuda 
bilmərik. Yəni ən gözəl hissin də ifrata varılması 
onun öz əksliyinə çevrilir. 
Əlbəttə, poeziyada önəmli olan hissdir. Bir 
hiss  tərənnüm  olunurkən,  yerdə  qalan  hər  şey 
yaddan  çıxarılır.  Ona  görə  də,  poetik  təfəkkürlə 
çox  da  uzağa  getmək  mümkün  deyil.  Real 
həyatda  isə  sevgi  hisslə  əqlin  vəhdəti  şəklində 
təzahür  edir.  Sadəcə,  insanın  öz  hisslərini 
anlamaq və onu reallıq müstəvisinə keçirə bilmək 
səriştəsi  olmalıdır.  Özünü  hisslərin  ixtiyarına 
buraxmaq fərdi azadlığın yüksək dərəcəsi olsa da, 
hissləri  cilovlamaq,  ictimai  reallığı,  başqalarının 
varlığını  və  hisslərini  də  nəzərə  almaq  sosial 
yetkinliyin,
 şəxsiyyət 
azadlığının 
yüksək 
təzahürüdür.  Məhz  sosial  müstəvidə  məhəbbətin 
duyğusal komponenti ilə yanaşı, əqli komponenti 
də inkişaf edir. 
Şərqdə isə hiss əqlə yer qoymur. Görünür, 
belə  bir  disbalansın  nəticəsidir  ki,  fərdi  mə-
həbbətinin  əsiri  olanlar,  nəinki  başqa  insanların, 
heç  sevgilisinin  də  duyğularına  sayğı  ilə 
yanaşmırlar.  Sevgili  üçün  dünyaları  verməyə 
hazır olanlar onu duymaq və bu duyğuya hörmət 
bəsləmək  «əziyyətinə»  qatlaşa  bilmirlər.  Bunun 
nəticəsidir ki, «qız qaçırmaq» ənənəsi kimi vəhşi 
bir  hala  haqq  qazandıranlar  da  tapılır.  Və  bəzən 
103


bunu  böyük  məhəbbətin  sosial  maneələrə  qarşı 
mübarizəsi kimi dəyərləndirirlər. Bəs qız özü razı 
olmayanda  belə  bir  addım  atanlar  hansı  mənəvi 
mühitin  yetirmləridir?  Qərbdə  bu  ancaq  cinayət 
kimi  qiymətləndirilir.  Bizim  hüquq  normalarına 
görə  də  belədir.  Amma  bəs  bunu  adət  kimi 
qələmə verməyə çalışanların nəzərində necə?  
Belə  halların  baş  verməsi  hissin  bö-
yüklüyündən  yox,  intellektin   zəifyindən,  digər 
hisslərin  və  həyatın  mənası  haqqında,  insanın 
sosial  və  mənəvi  məsuliyyəti  haqqında  bilgilərin 
azlığındandır. 
Hissin  böyüklüyü  bəzən  onun  hələ  dife-
rensiallaşmamış  olmasının  nəticəsidir.  Hisslərin 
tərbiyə  olunması,  insanın  öz  hisslərini  dərk  et-
məyə  çalışması  və  onları  fərqləndirməsi,  təsnif 
etməsi,  səbəblərini  anlaması  mənəvi-intellektual 
inkişafın  məqamlarıdır.  Yəni  məhəbbət  ancaq 
hiss müstəvisində deyil, tntellekt müstəvisində də 
nəzərdən  keçirilməlidir.  Güclü  hissin  idarə 
olunması üçün dərin düşüncə və böyük iradə tələb 
olunur.  Horatsi  demişkən,  əqllə   idarə  oluna 
bilməyən böyük qüvvə öz məxsusi ağırlığı altında 
əzilməyə  məhkumdur.  Mənəviyyatsız  adamın 
ağıllı olması ziyan verdiyi kimi, ağılsız adamın da 
hissiyatının güclü olması ziyanlıdır.
Amma  məhəbbətə  bu  cür  baxışın  əleyh-
darları  da  vardır.  Xüsusən  də  Şərqdə.  Bu  möv-
qeyin konseptual ifadəsini mən hələ təqribən 30 il 
104


bundan  əvvəl  tanınmış  filosoflarımızdan  birinin 
münasibətində görmüşəm. O vaxt mən hələ BDU-
nun  aspirantı  olarkən  «Məhəbbət  və  intellekt» 
kitabı  üzərində  işləyirdim.  Şərq         poeziyasının 
fəlsəfəsi  ilə  məşğul  olan  və  bu           problemin 
mütəxəssisi 
saydığım 
professor 
Camal 
Mustafayev  mənim  bu  təşəbbüsümdən   xəbər 
tutunca çox hiddətləndi: – «Ah, siz fiziklər, bircə 
məhəbbət  qalıb  saf,  təmiz,  buna  da  intellektmi 
qatmaq  istəyirsiniz?».   «Məsləhət  bilmirəm»,   – 
dedi.  Əlim  işdən  soyudu,  neçə  illər  ərzində  bu 
mövzuda  vaxtaşırı  qeydlər  etsəm  də,  kitabımı 
yazmadım. 
«Hər pis şeyin yaxşı tərəfi də  var», –   de-
yirlər.  Bu  vaxt  ərzində  mən  məhəbbətin 
intellektual-fəlsəfi  aspektləri  ilə  əlaqədar  daha 
çox mənbələrlə tanış ola bildim. Ona görə də, üs-
tündən  30  il  keçdikdən  sonra  mən  öz  möv-
qeyimdə  daha  israrlıyam.  Əqllə  sərinləşdirilmə-
yən yanar məhəbbət uçub gedəcək. Bu yerdə Əbu 
Turxanın bir bəndi yadıma düşdü:
Fikir cövhərini odda yapmasan,
Soyuq düşüncədən şəfqət sönəcək.
Sevgi atəşinə hikmət qatmasan,
Kərəmlər yanaraq külə dönəcək.
Belə  düşünmək  ki,  Şərq  həmişə  duyğusal 
olmuş  və  əqlin  rolunu  dəyərləndirməmişdir,   – 
105


səhv olardı. Əksinə, rassionalizm ilk dəfə Şərqdə 
təşəkkül tapmışdır. Elm, bilik də məhəbbətdən az 
vəsf  olunmamışdır.  Hətta  sevgilərin  ən  böyüyü 
əqlə, kamala ünvanlanmışdır. 
Yuxarıda  Əbu  Turxandan  misal   gətirdi-
yimiz  rübaidə  diqqət  tarixən  «gül»  və  «bülbül» 
təşbehlərinin  mənasının  dəyişməsinə  yönəldil-
mişdi.  Başqa  bir  şerində  Əbu  Turxan  bülbülün 
gülə sevgisini vətən hissi ilə əlaqələndirir:
Elə ki, bülbül ahu-zar edir,
Gülə sevgisini bil, izhar edir,
Gül ona vətəndir, burda sevənlər
Vətəni özünə nazlı yar edir. 
Lakin  təəssüf  ki,  sonralar  İslam  şərqində 
renessans  dövrü  keçdikdən,  hisslər  öz  əvvəlki 
yüksək  məzmununu  itirdikdən,  hikmət  mərtəbə-
sindən  zövq-səfa  mərtəbəsinə  endikdən         sonra 
eşqin  hüdudları  da  məhdudlaşmış,  gül-bülbül 
münasibəti  də  ancaq  oğlanla  qız  arasında 
münasibət çərçivəsinə salınmışdır. 
Şərq  ölkələrində  ancaq  kapitalist  ictimai-
iqtisadi  münasibətlərinin  formalaşmağa  başladığı 
dövrdə milli hiss, dövlətçilik şüuru, vətən sevgisi 
yenidən  güclənmişdir.  Bu  baxımdan,  XX  əsrin 
əvvəlləri  Azərbaycanda  bütün  mənalarda  mənəvi 
yüksəliş illəri olmuş, insanlar azadlıq və səadətin 
ancaq milli istiqlal sayəsində əldə edilə biləcəyini 
106


Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə