Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə28/30
tarix26.09.2017
ölçüsü2,08 Kb.
#1798
1   ...   22   23   24   25   26   27   28   29   30

Könül sevən gözəl olar.
Atalar sözü
Fəqət hər gözəl olanı könül sevməz.
C.Rumi
***
Məhəbbət ehtiraslıdır, 
dostluq isə ruhun keyfiyyətidir.
Aristotel
***
Ehtirasını idarə et, 
yoxsa ehtiras səni idarə edər.
Epiktet
***
Dünyada heç bir böyük iş ehtirassız           görülə 
bilməz.
Q.Hegel
***
122


Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?
Nizami
Mən aşiq, o da giryan,
    Mən giryan, o da giryan,
  Dedim könlün odun al,
  Demədim oda gir, yan.
Bayatı
***
Fikir cövhərini odda yapmasan,
Soyuq düşüncədən şəfqət sönəcək.
Sevgi atəşinə hikmət qatmasan,
Kərəmlər yanaraq külə dönəcək.
Əbu Turxan
***
Eşqsiz olsaydı, xilqətin canı,
Dirilik sarımazdı, böyük cahanı.
Nizami
***
Dumanla doldurub dünya üzünü,
Yatırtdım eşq ilə ağlın gözünü.
123


Nizami
***
Eşq aşiqlər üçün həqiqət yolunu işıqlandırır.
Füzuli
       Məhəbbət ləzzətindən bixəbərdir
                                              zahidi-qafil.
       Füzuli, eşq zövqün zövqi-eşqi var
                                             olandan sor.
Füzuli
***
Qəlbin pünhanları ancaq eşq                   işığında 
görünür.
Əbu Turxan
***
Məhəbbət ruhun canlanmasıdır.
Əbu Turxan
***
Aşiq sevgilisinin sevincinə sevinir.
Əbu Turxan
***
124


Məhəbbətdir işıq saçan,
                    onsuz aləm bir zülmətdir,
Zülmətdə gördüklərin,
                    sanma ki,  bir həqiqətdir.
Əbu Turxan
Sevənlər hamısı şairdirlər.
Platon
***
Ağıl ürəyin kölgəsidir.
E.Miyanəci
***
Allahı sevmək – onun yaratdıqlarını 
sevməkdir.
Əbu Turxan
***
Məhəbbət və nifrət artmayanda ölürlər.
Can Pol Sartr
***
125


Məhəbbət böyük hisslərdən başlayır,             xırda 
qalmaqalla bitir.
A.Morua
***
Məhəbbət – hisslərin poeziyasıdır.
O.Balzak
Məhəbbətin çiçəklənməsi üçün münbit      mühit 
lazımdır.
Əbu Turxan
***
Məhəbbət – arzunun zirvəsidir.
İ.Göte
***
Məhəbbət arzu dünyası ilə gerçəkliyin 
qarışmasıdır.
Əbu Turxan
***
Sevgi aşiqin ayağını yerdən üzür və o, xəyal 
dünyasına köç edir.
Əbu Turxan
126


***
Vüsal romantik məhəbbəti yerə endirir.       Eniş 
uğursuz olanda məhəbbət ölür.            Eniş tədrici 
olanda məhəbbət yeni formaya – ailə 
məhəbbətinə keçir.
Əbu Turxan
Günəş çıxanda Yer hansı hissi keçirirsə, 
sevgilisini görən aşiq də həmin hissi keçirir.
Əbu Turxan
***
İnsan qəlbinin dərin qatları düşüncə ilə yox, sevgi 
ilə işıqlanır.
Əbu Turxan
***
Milli ruh məhəbbətlə ağlın ittifaqından 
yaranır.
Əbu Turxan
***
127


Arzular dünyaya məna verir.
A.Frans
***
Ürək məhəbbət arzularından zövq-səfa 
şərbəti içir.
C.Bayron
Qadın ümidləri günəş şüalarından qidalanır; kölgə 
onları yox edir.
D.Elyot
***
Kim isə demişdir: «Ağılla idarə olunan 
məhəbbətdən yaxşılıq gözləmək olmaz».
İbn Ərəbi
***
Məhəbbət kimi desən tutub
gizli yollarla Allaha aparar.
C.Rumi
***
128


Sənsiz idi onda hələ yer səma,
Sən yox idin var idi qəmim daima.
Nizami
***
Göylər yaransaydı eşqdən azad,
Düşün, olardımı yer üzü abad?
Nizami
Sevgili aşiqin qəlbindədir. 
Fəqət aşiq sevgilinin özündə 
olduğunu bilməz, onu yenə kənardakı 
sevgili vasitəsi ilə tanıyar.
İbn Ərəbi
***
Kişi də, qadın da tək qanadla yaranır.  
Pərvazlanıb uçmaq üçün isə qanadların 
qoşalaşması lazımdır.
Əbu Turxan
***
Uça bilmək üçün qanadlar tən olmalıdır.
129


Tayını tapa bilməyənlərin məhəbbəti 
göydən asılı qalar.
Atıcı atar, tayını tapar.
Atalar sözü
***
       Ərlə arvadın torpağı 
                    bir yerdən götürülür.
Atalar sözü
Yaxşı qadınlar yaxşı kişilər üçün və yaxşı 
kişilər yaxşı qadınlar üçündür.
Qurani-Kərim 
 
***
(Allah) sizin özünüzdən sizlər üçün taylar 
yaratmış ki, onlarla rahatlıq tapasınız. Sevgi ilə 
mərhəmət bərqərar eləmiş aranızda.
Qurani-Kərim
***
Məhəbbət ümidini itirmiş adamı 
yenidən həyata qaytarır.
Əbu Turxan
***
130


İdrakı rəmz edib bir gül sandılar,
Aqil olanları bülbül sandılar,
Vaxt keçdi, rəmz itdi, sonra gələnlər
Təkcə bülbül ilə gülü andılar 
Əbu Turxan
***
Aşiq ən gözəl anlarını ancaq sevgilisi ilə 
bölüşmək istəyir.
Əbu Turxan
Bütün sevənlər bacardıqlarından çox şey      vəd 
edir, amma bacardıqlarını da etmirlər.
V.Şekspir
***
İlk məhəbbətin mövhumi obrazı aşiqin özü 
tərəfindən yaradılmış olur.
Yaradan yaratdığını sevməyə bilərmi!?
Əbu Turxan
***
İlk məhəbbət kor olur.
Atalar sözü
131


Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə