Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə29/30
tarix26.09.2017
ölçüsü2,08 Kb.
#1798
1   ...   22   23   24   25   26   27   28   29   30

***
Eşqin gözü kordur.
Aristotel
***
Səndən qorxanı da, sən qorxduğunu da 
sevə bilməzsən.
Siseron
Ən yaxşı evlilik dostluq hissi üzərində qurulur.
F.Nitsşe
***
Sevgisiz evlilik sevdiyinə evlənə bidməməkdən 
daha ağırdır.
(Naməlum)
***
Məhəbbət – sevilmək arzusudur.
Platon
***
132


Sahiblənmək anlayışı məhəbbətin 
izahında istifadə olunsa da, ilkin sayıla 
bilməz.  Mən nəyə görə başqasını  mənimsəmək 
və ona sahib olmaq istəyirəm? Bu mənə o zaman 
lazım olur ki, mənim  varlığım başqasının 
funksiyasına çevrilir. Amma bununla 
mənimsəmənin ancaq müəyyən üsulu 
nəzərdə tutulur; biz başqalarının 
azadlığına yiyələnmək istəyirik.
Sartr
Dövlət adamının ürəyi başında olmalıdır.
Napoleon
***
Məhəbbət müəyyən mənada konfliktdir.
Sartr
***
Qısqanclıqda sevgidən daha çox özünü   sevmək 
var.
F.Laroşfuko
***
133


Bütün fəzilətlər əslində məhəbbətin        müxtəlif 
növləridir.
Avqustin
***
Məhəbbət – məhəbbətə cavabdır.
İngilis atalar sözü
***
Məhəbbət – bizim ikinci doğuluşumuzdur.
O.Balzak
Məhəbbət insanların bir-birinə 
bağışladığı xoşbəxtlikdir.
C.Sand
***
Məhəbbət başqasının xoşbəxtliyini 
istəməkdir.
D.Yum
***
Sevinc və sevgi ruhun iki qanadıdır.
Hilmi Ziya Ülkən
134


***
Eşq – ruha təslim olmaqdır.
Hilmi Ziya Ülkən
***
Aləm eşq halında kamala gəlir.
Hilmi Ziya Ülkən
***
Sevgi – halından məmnun olmaqdır. 
Hilmi Ziya Ülkən
Məhəbbət xoşbəxtlik xəzinəsidir:                     nə 
qədər çox verir, o qədər də götürür.
V.Muller
***
Ancaq sevərkən yaşayırlar.
Helvetsi
***
Yaşayan ancaq məhəbbətlə yaşayır.
Hafiz Xarəzmi
135


***
Qadın kişiyə müxtəlif, bəzən hətta                 bir-
birinə zidd olan cəhətlərinə görə xoş gələ bilər; 
kimsə onu ağlına, başqası xeyirxahlığına görə 
sevər, üçüncüyə isə məsələn onun çatışmazlıqları 
xoş gələ bilər.
L.de Vovenarq
.
***
Vüsal məhəbbəti yerə endirmiş, onu əbədi 
şeriyyətdən məhrum etmişdir.
Asif Əfəndiyev
Bir-birinizin badələrinizi doldurun, amma bir 
badədən içməyin.
C.Cübran
***
Məhəbbət həyatın duzudur.
İngilis atalar sözü
***
Bir-birinizi sevin, amma məhəbbəti 
buxova   çevirməyin.
136


Qoy o, könüllərinizin sahilləri arasında      axan 
dəniz olsun.
C.Cübran
***
Qoy sizin mövcudluğunuzda genişlik,         vüsət 
olsun.
İmkan verin ki, aranızda səma küləkləri əssin.
C.Cübran
***
Məhəbbət incəsənətdir,                                    onu 
mənimsəmək lazımdır.
E.Fromm
Kişi üçün hər şeyin əslində necə olduğu 
önəmlidir. Qadın üçün isə önəmli olan hər   şeyin 
necə təqdim olunması və zahiri 
əminamanlıqdır.
Folkner
***
Məhəbbət  lətiflik və gözəllikdir.
İbn Sina
***
137


Məhəbbət bütün ehtirasların ən güclüsüdür, çünki 
o eyni zamanda başa,                          ürəyə və 
bədənə sahib olur.
Volter
***
Ehtiras – yelkənli gəmini hərəkətə gətirən külək 
kimidir, hərdən gəmini batıra da bilər, amma 
onsuz üzmək mümkün deyil.
Volter
***
Məhəbbət melodiyadır.
Puşkin
Başqa sahələrdə sevgi vərdişi olmayanların 
məhəbbət dərdinə mübtəla olması, immuniteti 
olmayan adamların xəstəliyə yoluxması kimi ağır 
nəticələrə gətirə bilər.
Əbu Turxan
***
Məhəbbət insanın bütün həyat və fəaliyyətinin 
mənasını sevgilinin gözünə necə 
görünməkdən ibarətdir.
Əbu Turxan
138


***
Məhəbbət nəinki yaradıcılığın mənbəyidir,       o 
özü yaradıcılıqdır,                                  yaradıcı 
enercinin şüalanmasıdır…
(Naməlum)
***
Bir şeirdir qadın bədəni də,
Yaranışın ən xoş anında
Yaradan özü bu poemanı,
Həkk etmiş tale kitabında.
Henrix Heyne
Məhəbbət çiçək üçün günəş kimidir: 
güclüləri gücləndirir, zəifləri qurudur.
İrland atalar sözü
***
Həyatın böyük sirri bunda gizlənib ki, istəyən, 
alan yox, ancaq verən, bağışlayan həzz alır.
N.Berdyayev
***
139


Könüllər bir-biri ilə baxış sayəsində 
təmasda olur.
Balmond
***
Məhəbbət ruh və bədənin 
ittifaqından yaranır.
Əbu Turxan
***
Əgər ilk məhəbbət qəlbin bütün guşələrini 
işıqlandıra bilməyibsə, deməli «ilk məhəbbətlər» 
hələ çox olacaq.
Əbu Turxan
Məhəbbət qəlbin əql üzərində 
qələbə himnidir.
Əbu Turxan
***
Qəlb köksə sığışmayanda insanın öz qəlbini 
bölüşmək ehtiyacı yaranır.
Əbu Turxan
***
140


Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə