Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə22/30
tarix26.09.2017
ölçüsü2,08 Kb.
#1798
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

qərarlaşır  və  öz  işçisi  ilə  «sərbəst»  rəftar,  ona 
təmənnalı  və  ya  sırtıq  münasibət  vəzifəli  şəxsin 
heç ağlına da gəlmir.
Bəs  bizdə?  Hüquq  öz  funksiyasını  yerinə 
yetirə bilmədiyindən və hüquqi mədəniyyət aşağı 
olduğundan  sırtıq  münasibətlə  üzləşən  qadın  nə 
edəcəyini  bilmir;  ya  ürək  ağrısı  ilə  təhqirlərə 
dözməli,  ya  iş  tapmağın  belə  çətin  olduğu  bir 
vaxtda  «üzü  sulu»  işdən  çıxmalı,  ya  da  bunu 
ərinə, qardaşına, atasına deməklə qan tökülməsinə 
bais  olmalıdır.  Qərbdə  ən  optimal  sayılan 
məhkəməyə  müraciət  variantı  isə  heç  ağıla  da 
gəlmir. «Kişilər»  də  məhz  qadının  bu  «əlacsız» 
vəziyyətindən,   «özünü 
biabır 
etmək 
istəməməsindən» sui-istifadə edirlər.
Əlbəttə,  məhəbbət  haqqındakı  əsərdə 
söhbət  təhsil  müəssisələrində,  iş  yerlərində  gənc 
qız  və  oğlanlar,  subay  kişi  və  qadınlar   arasında 
yaranan  sağlam  dostluq  münasibətlərindən  və  ya 
məhəbbətdən  getsə,  daha  çox  yerinə  düşərdi. 
Lakin  yuxarıda  baxdığımız  neqativ  hallar  o 
dərəcədə  aktuallaşıb  ki,  biz  bu  kontekstdə 
psevdoməhəbbətdən və hətta antiməhəbbətdən də 
danışmaq məcburiyyətində qallırıq. 
Təəssüflər  olsun  ki,  poetik  idealda  eşqi 
göylərə  qaldıran,  məhəbbəti  saf,  təmiz  və  hətta 
müqəddəs  duyğu  kimi  vəsf  edən  Şərq  kişiləri 
ictimai  həyatın  reallığına  enəndə  çox  vaxt  başqa 
hava  çalırlar.  Görünür,  burada  ictimai  rəyin 
94


düzgün formalaşmaması və kişi ilə qadın arasında 
məsuliyyət dərəcələrinin düzgün bölünməməsinin 
də  rolu  vardır.  Belə  ki,  elə  bil  bütün  məsuliyyət 
qadının  üzərinə  atılmışdır.  Kişinin  təhrikçi 
münasibətindən  daha  çox,  qadın  zəifliyi  məzəm-
mət olunur. Bizim fikrimizə görə isə güclü cinsin 
nümayəndəsi  olmaqla  kişi  daha  çox  məsuliyyət 
daşımalıdır. Lakin günahın çoxu kişilərdən də çox 
cəmiyyətdədir.
 Naqis 
cəmiyyətdə 
yüksək 
mənəviyyatın qorunması çətin olur.
Səbəblərdən  biri  də  eşq  ideologiyasının 
reallıqdan  çox  uzaq  olması,  adi  insanlar  üçün 
əlçatmaz olmasıdır.
Qərbdə  evlənənlərin  istifadəsində  real 
ictimai  mühitdən,  hakim  mənəvi  dəyərlər  siste-
mindən, üstün ictimai rəydən, ailə iqtisadiyyatın-
dan,  hətta  psixoloji  və  fizioloji  bilgilərdən  çıxış 
edən,  əməli  həyatda  yararlı,  mükəmməl  bir  ailə-
məhəbbət  təlimi  vardır.  Bizimkilər  isə  məc-
nunluqla,  yüksək  eşq  idealı  ilə  elə  yüksəklərə 
qalxıblar  ki,  buradan  nəinki  ailə  həyatı,  heç 
ümumiyyətlə yer də görünmür.  Real həyatda, ailə 
münasibətlərində  bu  konsepsiya  kara  gəlmir. 
Daha  doğrusu,  «aşiqlik  istedadı»,  cəmiyyətin 
fövqünə  qalxmaq  əzmi  seçilmişlərin  qismətidir. 
Həm  də  bu  seçilmişlər  adi  mənada  xoşbəxt  ola 
bilməyərək,  ancaq  «cəfadan  zövq  almağa» 
məhkumdurlar.    
95


İnsanların  böyük  əksəriyyəti  isə  ictimai 
mühitin,  mövcud  sosial  reallığın  bir  hissəsidir. 
«Normal  insanların»  məhəbbətləri  də  öz  səviy-
yələrinə  uyğun  olur.  Şərqdə  isə  «normal  mə-
həbbət»  konsepsiyası  yaradılmayıb;  görünür,  bu 
əskiklik sayılıb. Ona görə də, ailə quran gənclərin 
zehnində  və  əməli  istifadəsində  onlara  yardımçı 
ola  biləcək  heç  bir  örnək,  təlimat  yoxdur.  Bu 
sahədə  biz  bəyənmədiyimiz  qərblilərdən  geri 
qalırıq.  Ailə  isə  ancaq  qadınlarımızın  fədakarlığı 
sayəsində qorunub saxlanır.
Təəssüflər olsun ki, bizdə qadına ikili mü-
nasibət az qala normaya çevrilmişdir. Özümünkü 
və  başqası  bölgüsü  getmiş,  əxlaqi  eqoizm  hakim 
kəsilmişdir;   «hər  kəs  ancaq  öz  ailəsinə 
cavabdehdir». 
Başqalarının  haqq  yolundan,  əxlaq  yolun-
dan  uzaqlaşmasına  biganəlik  göstərilir  və  bəzən 
hətta dəstək verilir. Bu «özgəyə» biganəlik hissi, 
antimilli  mahiyyət  kəsb  edən  fərdiyyətçilik  və 
eqoizm özünü ancaq saf məhəbbət, izzəti-nəfs və 
namus  məsələlərində  deyil,  daha  geniş  dairədə 
göstərir.  Məmməd  Araz  da  «Məndən  ötdü, 
qardaşıma  dəydi…»  şeirində  diqqəti  məhz  bu 
cəhətə yönəldir:
Səndən, məndən ötən zərbə
96


Vətən, Vətən, sənə dəydi…
1
Vətən  isə  təkcə  torpaq  deyil,  ərazi  deyil, 
həm  də  milli  mənəviyyat,  milli  namus  və  qey-
rətdir.  Ətrafda  milli-mənəvi  ənənələr  pozulursa, 
məhəbbət ucuzlaşırsa, maddi ehtiyac ülvi hissləri 
ayaq altına atırsa, Füzulinin, Aşıq   Ələsgərin vəsf 
etdiyi gözəllər mənən dəyərsizləşirsə, – və bütün 
bunlar  sənin  Vətənində,  ən  yaxın  ətrafında  baş 
verirsə,  özünün  də,  övladlarının  da  gec-tez  bu 
xəstəliyə 
mübtəla 
olmayacağına 
əminlik 
haradandır? Axı, insan mühitdə formalaşır. Və bu 
mühitdə «söymə nökər atama, söyərlər bəy atana» 
timsalı da vardır. 
Şair biganəlikdən danışır. Lakin bu mühitin 
pozulmasında  bilavasitə  iştirak  edən,  əxlaqi 
dəyərlərə,  bakirə  könüllərə  qəsd  edən  «insanlar» 
da  var.  Onlar  bizim  aramızda  olmaqla  yanaşı, 
həm  də  «hörmət  sahibləridir».  Belə  olan  halda, 
kimsə  soruşa  bilər  ki,  heç  olmazsa  özü  düz 
olmağa  çalışan  bu  binəva  «biganə»nin  təqsiri 
nədir? 
Amma bütün məsələ də elə bundadır ki, əx-
laqi  normalardan  kənara  çıxan  pozğun  adamlar, 
naqislər,  tüfeylilər  hər  yerdə  ola  bilər;  lakin 
cəmiyyət  onları  məzəmmət  edir,  islah  etməyə 
çalışır,  cəzalandırır.  Faciə  o  zaman  baş  verir  ki, 
1
Məmməd   Araz.  Seçilmiş   əsərləri.   B.,   «Çaşı-
oğlu», 2004, səh. 61.  
97


Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə