Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə23/30
tarix26.09.2017
ölçüsü2,08 Kb.
#1798
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

cəmiyyət  onları  başa  mindirir.  Bu  isə  ancaq 
biganəlik,
 etinasızlıq 
xəstəliyinə 
tutulmuş 
cəmiyyətdə  mümkündür.  Buna  ancaq  özünü, 
özünün  də  ancaq  bugününü  düşünən, «burnunun 
ucundan  o  tərəfi  görə  bilməyənlər»  rəvac  verə 
bilər.          
Özünü qorumaq istəyən, ilk növbədə məhz 
ətrafını,  yaşadığı  mənəvi  mühiti  qorumalı 
deyilmi?  Özünü mənən yüksək görə bilmək üçün 
yüksək mənəviyyatlı millətin nümayəndəsi olmaq 
şərt  deyilmi?  Alçaldılmış  və  təhqir  olunmuş 
millətin  övladı  baş  ucalığı,  qəlb  rahatlığı  tapa 
bilərmi?  Qəlbində  Vətən  sevgisi,  millət  sevgisi 
olmayan  adamın  şəxsi  məhəbbətinə,  ailə 
sevgisinə inanmaq olarmı? 
Bu sualların cavabını şair gözəl vermişdir:
Mən vətəni canım kimi sevərəm,
Ruhum, ətim, qanım kimi sevərəm.
1
 Yaxud:
Vətəni sevməyən insan olmaz, 
Olsa da ol şəxsdə vicdan olmaz. 
2
 
     
Lakin, əlbəttə, vicdansızlıq, biganəlik, milli 
heysiyyatdan  məhrumluq  heç  də  hamıya  aid 
deyil.  Hələ  də  millətin  hər  bir  nümayəndəsinin 
1
  Abbas Səhhət.  Əsərləri iki cilddə. I cild. B., 
1975, səh. 81.
2
 Yenə orada, səh. 35.
98


şərəf  və ləyaqətini  özününkü hesab edən, hər  bir 
Vətən  qızına  alçaldıcı  münasibətin  qeyrətini 
çəkən, Xocalı faciəsini də, Dubay ləkəsini də, əsir 
düşən  və  ya  maddi  ehtiyac  üzündən  könlünü 
satan,  təhqir  olunan  hər  bir  qız-gəlinin  izzəti-
nəfsini  də  özününkü  sayan  və  qəlbi  qübar 
bağlayan,  millətin  bu  böyük  dərdini  öz 
çiyinlərində daşıyan və bu ağırlıqdan bir az xilas 
olmaq  üçün  «mənə  biganəlik  öyrət,  ürəyim»,   – 
deyən,  amma  bir  an  da  biganə  ola  bilməyən 
Məmməd  Arazlar  nə  yaxşı  ki,  hələ  vardır… 
Vardır?!                 
Gözümüzün  qabağında  zəmanə  eşqi 
ehtirasın ayağına verir. Yeni «aşiqlər» peyda olur 
və  dinə,  millətə,  adət-ənənəyə  meydan  oxuyur. 
Həyat  bayağılaşır.  Böyük  ideallar  qərbləşmək 
pərdəsi  altında  qurban  verilir.  Amma  Qərb  heç 
biz sandığımız kimi deyil. Daha çox bayağılaşan 
əslində çağdaş Şərqdir. 
Şərq və Qərb məhəbbət 
konsepsiyalarının 
müqayisəli təhlili
99


Əlbəttə,  aşiq  olmaq  adamın  özündən  asılı 
deyil. Amma onu tənzimləmək, digər ali hisslərlə 
tamamlamaq insanın öz işidir; insanlıq borcudur. 
İnsanlıq  aşiqliyə  qurban  verilə  bilməz.  İfrata 
vardırılan eşq istənilən halda faciə ilə sonuclanır. 
Vüsal  olmayanda  bu  hissin  faciəyə  gətirəcəyi 
aydındır. Bəs vüsal olanda necə?  
Yeri  gəlmişkən,  şairlər  belə  böyük  eşqləri 
nəyə  görə  vüsalla  tamamlamırlar?  Çünki  vüsal 
ideallaşdırılmış  eşqin  qənimidir.  Həsrət  isə, 
əksinə, eşqi daha da alovlandırır. 
Nəsimi deyir:
     Səndən irağ, ey sənəm, şamü səhər yanaram,
     Vəslini arzularam, dəxi betər yanaram.
     Məndən irağ olduğun bağrımı qan eylədi,
     Oldu gözümdən rəvan  xuni-cigər, yanaram.
1
Bu  misralar  Şərq  poeziyası  üçün  çox  sə-
ciyyəvidir.  Məhəbbətdən  ancaq  vüsalaqədərki 
mərhələdə,  əlçatmazlıqdan  doğan  yanğı,  həsrət 
hissi,  qəm-kədər  vəsf  olunur.  Bu  məhəbbət  real 
həyat müstəvisinə, insanlararası münasibətə tətbiq 
olunmaq  üçün  deyil.  Çünki  qarşı  tərəfə  adekvat 
olmayan  münasibət  bəslənir  və  reallıqla 
üzləşdikdə  heç  də  hər  şeyin  fərz  edildiyi  kimi 
olmadığı  üzə  çıxır.  Yəni  evlənmək  üçün,  ailə 
1
  Nəsimi.  Seçilmiş   əsərləri.   B.,   «Azərnəşr», 
1973, səh. 127.
100


qurmaq  üçün  sevgi  əsas  şərt  olsa  da,  kafi  şərt 
deyil.  Ailə  qurarkən  insan  istər-istəməz  həyatın 
nasiranə  reallıqları  ilə  də  üzləşməli  olur.  Sevdiyi 
insanla  da  sonrakı  münasibətlər  istər-istəməz  bu 
reallıqlarla  vasitələnir.  Əlbəttə,  bütün  bunlar 
qabaqcadan  nəzərə  alınsa,  bütün  hisslər  bir  hissə 
müncər  edilməsə,  sevənin  qəlbində  sevgilidən 
başqa həyatı reallıqlar üçün də yer saxlansa, belə 
sevginin  ömrü  uzun  ola  bilər.  İfrata  varmış 
hissiyyat 
isə 
reallığa 
sığmadığı 
üçün 
parçalanmağa məhkumdur. 
Bəli, aşiq olmaq adamın özündən, yəni ira-
dəsindən asılı deyil, amma səviyyəsindən asılıdır. 
İfrata  varılması,  hansı  isə  hissin  mütləqləşməsi 
mənəvi  aləm  ahəngdar  inkişaf  etmədikdə, 
intellektual-mənəvi  səviyyənin  hələ  aşağı  olduğu 
çağlarda mümkündür. Təsadüfi deyildir ki, adətən 
ilk  məhəbbət    ifrata  varır.  Və  bu  da  təsadüfi 
deyildir  ki,  müdriklərimiz  «ilk  məhəbbətin  gözü 
kor  olar»,   –  demişlər.  İlk  məhəbbət  –  dərk 
olunmamış, insanın özü üçün aşkarlanmamış mə-
həbbətdir.  Yəni  burada  şüur  yox,  qeyri-şüuri 
başlanğıc  (aşkarlanmayan  şüur)  həlledici  rol 
oynayır.  Bundan  başqa,  bu  yaş  həddində  insanın 
digər böyük duyğuları – valideyn qarşısında borc, 
millət və vətən sevgisi, insanlıq məsuliyyəti hələ 
formalaşmamış  olduğundan,  tez  baş  qaldıran  bir 
hiss  mənəvi  aləmdəki  bütün  boşluğu  dolduraraq 
öz  monopoliyasını  yaradır.  Bu  hiss  Səmərqəndi, 
101


Buxaranı  bir  gözəlin  qara  gözlərinə  qurban  ver-
məkdən daha güclü bir hissdir. Çünki öz həyatını 
vermək  əzmindədir.  Hətta  daha  çox;  dünyada 
böyük,  gözəl,  möhtəşəm  nə  varsa, –  hamısı  bir 
fərdi məhəbbətə qurban verilə bilərmiş. Bu ideya 
C.Cabbarlıya məxsus pafosla belə ifadə olunur: 
Sənsiz güllər açılmasın, axar çaylar dayansın,
Oxu, bülbül, bəlkə yarım  oyansın…
Mən bir sönməz ulduzam ki, daim işıq saçarım.
Mən bir susmaz bülbüləm ki, güldən-gülə uçarım.
Mən bir saqlı aləməm ki, sevgilərdir açarım.
Sənsiz günəş görünməsin, qaralara boyansın, 
Oxu, bülbül, bəlkə yarım  oyansın…
1
Hisslər necə də möhtəşəmdir!   Heç şübhə-
siz,  Şərq  poetik  təfəkkürünün  ən  gözəl  nü-
munələrindəndir.  
Lakin  vəcd  məqamında  hissin  kükrəyib 
coşması,  zirvəyə  yüksəlməsi  poeziya  üçün  nə 
dərəcədə  məqbuldursa, bir anın yox,  daha böyük 
zaman  intervalınının,  insan  ömrünün,  bəşər 
tarixinin  məntiqindən  çıxış  edən  sağlam  düşüncə 
üçün o dərəcədə yolverilməzdir. Çünki   bu şerdə 
də  bütün  klsassik  Şərq  poeziyasına  uyğun olaraq 
məhəbbət eqoist səciyyə daşıyır. Günəş olmasa – 
həyat  da  olmaz,  sevənlər  də!  Biz  şairi  müstəqim 
1
  Cəfər Cabbarlı.  Seçilmiş əsərləri. B., «Çaşı-
oğlu», 2004, səh. 317.
102


Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə