essesini oxumaq kifayətdir. Şopenhauer isə
məhəbbəti hətta şər qüvvə hesab edir: «məhəbbət
də aclıq kimidir və insan üçün ziyanlıdır.»
1
Lakin məhəbbətin (əslində məhəbbətin yox,
şəhvətin) aclığa bənzəməsi heç də onun ziyanlı
olmasına dəlalət etmir. İnsan acmasaydı,
yeməsəydi bədəndə maddələr mübadiləsi də
getməzdi. Yəni bu, həyat üçün zəruri bir
prosesdir. Erix Fromm yazır: «Psixoloji nöqteyi-
nəzərdən aclıq, təşnə və şəhvət kimi hisslər
özünüidarə dinamikasına malikdirlər; onların
intensivliyi istək təmin olunana qədər artır,
kulminasiyaya çatır və istəyin təmin olunma
məqamından sonra bir müddət yox olur».
2
Yox
olur və insan energetik baxımından yenidən
tarazlaşdıqdan sonra bərpa olunur. Yəni aclıq və
təşnə kimi şəhvət də diskret dəyişir. Ona görə də,
dausizm və dzen-buddizmin bazasında şəhvət
enercisinin şüurla idarə olunması və enercinin
düzgün balanslaşdırılması ilə əlaqədar xüsusi
təlimlər işlənib hazırlanmışdır.
Daha çox bədənlə, insanın cismani enercisi
ilə bağlı olan diskret bir hissi-bioloji vəziyyət
müntəzəm və daimi hiss olan məhəbbət duyğusu
ilə eyniləşdirilə bilməz. Amma müəyyən əlaqəni
də inkar etmək olmaz.
1
Энциклопедия ума. М., 1998, стр. 209.
2
Фромм Э. Мужчина и женщина. – М., 1998,
стр. 124.
68
Maraqlıdır ki, müvafiq hind-çin təlimlə-
rində şəhvət hissinin şüurlu surətdə, iradi aktla
idarə olunmasından hətta bir hissin enercisinin
başqa enercetik məcraya yönəldilməsindən tibbi
və ya bioloji kontekstdə deyil, psixoloji-fəlsəfi
kontekstdə söhbət gedir. Təəccüblüdür ki, bu
təlimlər Qərbdə deyil, Şərqdə meydana gəlmişdir.
Həm də Z.Freyddən neçə min il əvvəl. Freyd və
onun davamçıları isə psixik situasiyaya fizioloji
təməl aspektində yanaşdıqlarından hələ də çox
geridədirlər.
Digər tərəfdən, Qərbdə sosial psixolog-
iya, ictimai proseslərin psixik və mənəvi əsasları
daha ətraflı öyrənildiyindən, nəinki aclıq və
şəhvət kimi ehtiyacların, hətta daha yüksək
hisslərin sosial tənzimlənməsi və ictimai reallıqla
əlaqələndirilməsi istiqamətində də böyük işlər
görülmüşdür.
69
İlk məhəbbət və şəhvət duyğusu
Ailənin sonrakı fazasında, övladlar əmələ
gəldikdən
sonrakı
mərhələsində
eyniyyət
məhəbbəti daha həlledici rol oynayır; həm fərdi
məhəbbətdə övladların taleyi ilə bağlı birgə
məsuliyyət hissi tamamlama səciyyəli cinsi ca-
zibəni üstələyir, həm də övladlara yönəldilmiş
yeni tipli münasibətlər yaranır. Bu, – valideynin
övlada məhəbbətidir. Valideyn uşağında özünün
ikinci varlığını, həyatının öz cismindən kənardakı
mövcudluğunu görür. Daha doğrusu, genetikanı
bilib-bilməməsindən asılı olmayaraq, ona belə
gəlir. Ta o vaxta qədər ki, uşaq böyüyüb başqa bir
xarakter, başqa bir mənlik nümayiş etdirməsin.
Bu başqalıq, «yadlıq» əlaməti üzə çıxanda
məhəbbət elə bil ki, daşa çırpılır. Amma sınmır.
Çünki valideyn neçə illər ərzində qəlbində
70
bəslədiyi eyniyyət ümidini itirməmək üçün
faktları qulaq ardına vurur, dərinə getmir, reallığı
anlamağa çalışmır. Fərq çox böyük olmayanda,
acı nəticələrə gətirməyəndə hər şey təbəddülatsız
ötüşür. Tək-tək hallarda, – fərq özünü təkidlə
biruzə verəndə, qarşıdurmaya keçəndə məhəbbət
içindən
sarsılır.
Bu
valideynliyin
faciə
məqamıdır. Bu məhəbbət, xarakterinə görə ilk
məhəbbəti xatırladır.
Valideyn məhəbbəti genetik eyniyyət
duyğusundan yaranmaqla yanaşı, həm də nar-
sisizm təzahürüdür. Söhbət «Mən»in, fərdi
mənəvi həyatın, ikinci şəxsdə davamından gedir.
İlk məhəbbət isə insanın özünün olmasa da,
idealının kənarda mövcudluğuna olan müna-
sibətidir.
Yeniyetmənin cinsi hissiyatı hələ təzəcə
formalaşarkən onun özünün də hələ anlamadığı
bir sövq-təbii ilə qəlbində bir işıq yanır və dünya
gözəlləşir, daha al-əlvan görünür.
Qönçə idim, gül oldum,
Boy atdım sünbül oldum,
Bir dilbilməz quş idim,
Oxudum bülbül oldum.
1
1
Azərbaycan şifahi xalq ədəbiyyatı antologi-
yası. B., «Çaşıoğlu», 2004, səh.137-138.
71
Və bülbül gül həsrəti ilə yanmağa başlayır.
Yeniyetmənin könlündə əks-cinsdən olan ideal
obraz yaranır. Bu da əslində genetik olaraq ötü-
rülmüş hissiyyatdır. Əlbəttə, bu obraz hələ tam
formalaşmamışdır, konturları da aydın deyil, –
amorfdur. Amma fərqi yoxdur. Yeniyetmə özü də
bilmədən kənarda bu obrazın gerçəyini axtarır.
Və hər hansı bir təsadüf, gerçəyin hər hansı bir
əlamətinin bu obraza uyğun gəlməsi yeniyetmədə
axtardığını tapmaq duyğusu, tam eyniyyət
əminliyi yaradır. Bu duyğu elmdə kəşfi, texniki
axtarışda ixtiranı, bədii yaradıcılıqda vəcdi, ilahi
ünsiyyətdə vəhyi xatırladır. Bu, – möhtəşəm və
əsrarəngiz bir duyğudur. Və bundan sonra
yeniyetməni inandırmaq çətindir ki, bu gerçək
əslində onun idealından çox fərqlidir. Çünki o
daha gerçəyi deyil, onun simasında öz idealını
görür («ilk məhəbbət kor olar»). Və bu aldadıcı
eyniyyət duyğusunun parçalanması üçün neçə-
neçə faktların möhkəm zərbələri ilə üzləşmək
lazım gəlir. Ağıl deyir ki, bu o deyil. Amma qəlb
yenə də görmək istəyini görür.
İlk məhəbbət də, şəhvani hiss də – hər ikisi
uşağın özünü cinsi baxımdan fərqləndirməyə
başladığı vaxtdan yaranır. Bu zaman içəridən
uşaq üçün anlaşılmaz və idarəolunmaz hisslər baş
qaldırır. Və bu hisslər bir-birindən tamamilə
fərqli iki müxtəlif qütb kimi ortaya çıxır.
72
Dostları ilə paylaş: |