mənəvi-insani formAsını heyvani ehtirasdan
fərqləndirməklə bərabər, onların təbiətində
eyniyyət
məqamının
olub-olmamasını
araşdırmağa çalışır. O, erotik hissin digər
məhəbbət təzahürləri ilə əlaqəsi (əslində
əlaqəsizliyi) barədə yazır: «Məhəbbət, özünün
yüksək və aşağı təzahür səviyyəsində olmasından
asılı olmayaraq, bir erotik pafos kimi istənilən
halda
Allaha
sevgiyə,
insana
sevgiyə,
valideynlərə və Vətənə, dosta-qardaşa sevgiyə
bənzəmir, – bu, hər şeydən əvvəl cismaniliyə
meyldir».
1
Doğrudan da fərdi-cismani və ya
başqa sözlə, cinsi məhəbbəti digər məhəbbət
formalarından fərqləndirən başlıca cəhət burada
şəhvani hissin az və ya çox dərəcədə iştirakıdır.
V.Solovyov da məhz bu hissin məna və
məqsədini açmağa çalışır: «Lakin bu meylin, bu
sevginin səbəbi, məqsədi nədir? Cismani
aspektdə məhəbbət nəyə doğru bir cəhddir?... ».
Bu yerdə o, Platonun Erotun gözəllikdən
doğulması haqqında fikrini xatırladır və onun
məhəbbət təlimini bar verməyən gözəl məxməri
çiçəyə bənzədir.
2
Şəhvət hissi instinktiv olsa da, əslində heç
də sadə və yekcins olmayıb, mürəkkəb struktura
malikdir. Burada bir tərəfdən yaradıcılıq ehtirası,
digər tərəfdən, tamamlama hissi ehtiva olunur.
1
Yenə orada, səh. 615.
2
Yenə orada.
81
İnsan öz tərəf-müqabili ilə vüsala can atarkən,
bunun məhz öz nəslini davam etdirmək kimi
kortəbii və qeyri-şüuri bir ehtiyacın realizasiya
cəhdi olduğu haqqında düşünmür. Əslində adi
düşüncə üçün bunun izahı çox çətindir və hətta
xüsusi bioloji və sosial bilgilər də köməyə gəlmir.
Ona görə də, insan bu hissi dərk etməyə heç
təşəbbüs də göstərmir. Tamamlama hissi isə
əslində daha universal bütövlüyə, kamilliyə,
vəhdətə təbii meylin bir forması olmaqdan başqa,
həm də qismən instinktiv yaradıcılıq cəhdindən
törəmədir. Yəni insan nəslini davam etdirmək
missiyasını üzərinə götürmək üçün insan təbiəti
yarımçıq yox, bütövlükdə təmsil olunmalıdır.
Bütövlük ancaq insan təbiətinin fərqli təzahü-
rlərinin birləşməsi sayəsində əldə edilmiş olur.
Birliyə, vəhdətə, harmoniyaya meylin əsasında
isə, bir tərəfdən genetik-bioloji yaradıcılq ins-
tinkti dayanırsa, digər tərəfdən, bu, insanın tə-
biətə, daha doğrusu, təbiətdəki ahəngə, harmo-
niyaya məftunluğunun xüsusi halıdır. İnsan təkcə
tərəf-müqabillə deyil, onun simasında dünya
harmoniyası ilə vüsal tapmağa çalışır…
Bəli, biz hətta şəhvət hissinə də «yuxarıdan
aşağı» baxmağın, onu ancaq heyvaniliyin təza-
hürü hesab etməyin tərəfdarı deyilik. Bu hissi
idarə edə bilmək üçün onu inkar etmək yox, an-
lamaq, dərk etmək lazımdır. Yəni şəhvani hiss ali
duyğuların strukturuna daxil edilsə, həmişə
82
onların əhatəsində olsa, özündən daha yüksək
hisslər müqabilində həlledici rol oynaya bilməz.
Onu
gözəl
duyğulardan,
digər
hisslərlə
qonşuluqdan, təmasdan təcrid etdikdə, onu gö-
zümçıxdıya saldıqda, bağlı qapı arxasında
saxladıqda isə sıxılmış yay effekti yaranır. O daha
da azğınlaşır, vəhşiləşir və insanın öz əli ilə xalis
heyvani (cismani) başlanğıca doğru itələnmiş
olur. Halbuki, onda yaradıcı məhəbbətin qığılcımı
var və o, atəşə çevrilib canı yandırdığı kimi, işığa
çevrilib qəlbi işıqlandıra da bilər. Yəni şəhvət
hissi nəcib duyğular məcrasına düşdükdə sonrakı
məhəbbətin təməl daşı da ola bilər.
Heyvani şəhvətdən fərqli olaraq insani
şəhvətin şəfqət və ülfət məqamı! Ülvi hisslərlə
təmasda o da incələşir, nəcibləşir, gözəlləşir; o
bir utancaqlıq, bir xəfiflik, hətta bir həya ilə ta-
mamlanır. Bəli, insanın sevgi və sayğı göstərdiyi
insana, ömür-gün yoldaşına münasibətini, küçə
qadınına münasibətlə, vəhşi, heyvani şəhvətin
təzahürü ilə müqayisəmi etmək olar?! Vəhşi
şəhvət məhəbbətin strukturuna daxil deyil; ona
heç bir aidiyyəti yoxdur. Amma digər tərfədən,
cinsi məhəbbət şəhvani komponentdən tamamilə
məhrum da deyil. Sadəcə nəzərə almaq lazımdır
ki, buraya daxil olan şəhvət komponenti xeyli
dərəcədə fərqli mənşəyə və hətta mahiyyətə
malikdir. Əsas məsələ şəhvətin özünün dife-
rensiasiyasıdır. Digər əsas məsələ bu hissin hansı
83
digər hisslərlə qarışıq halda olmasıdır. Xalis,
çıxmır duzu ancaq heyvanlar yeyir. İnsan isə onu
xörəyə qatır. Əbu Turxan demişkən, «şəhvət
məhəbbətin duzudur». Bu yerdə ingilislərin də bir
atalar sözü yada düşür: «Məhəbbət həyatın
duzudur». Yəni şəhvət məhəbbət kontekstində,
məhəbbət isə həyat kontekstində daha dəyərlidir.
Dünyada gözəl olan çox şey var. Bəs qadın
gözəlliyinə xüsusi münasibətin səbəbi nədir?
Qadının hansı cəhəti; zahiri gözəlliyimi, zərif-
liyimi, ağlımı, xarakterimi, mənəvi keyfiyyət-
lərimi insanı daha çox cəlb edir? Burada hisslə
duyulan nədir, ağılla dərk edilən nə?
84
İnsanın ictimailəşməsi və
məhəbbətin transferi
İnsanın ictimailəşməsi kişilərin simasında
lap qədimdən başlanır. Əslində cismani və
mənəvi başlanğıcla (ruh və bədənlə) yanaşı sosial
komponent də insanı fərqləndirən ilk zəruri
şərtlərdən biridir. Ona görə də biz müasir dövrdə
ümumiyyətlə insanın yox, məhz «qadının
ictimailəşməsi» prosesindən danışmaq istərdik.
İnsanların ictimailəşməsi qədim tarixə ma-
lik olsa da, müxtəlif dövrlərdə bu ictimailəşmənin
miqyası
müxtəlif
olmuşdur.
Qadınların
ictimailəşməsi neçə min illər ərzində ailə və qo-
hum-qardaş miqyasından o tərəfə keçmədiyinə
görə biz bunu tam ictimailəşmə hesab etmirik.
Ailə bir tərəfdən cəmiyyətin özəyi olsa da, digər
tərəfdən cəmiyyət üçün xeyli dərəcədə qapalı bir
sistemdir. Qərbdə qadınlar ailə «baryerini»
çoxdan keçiblər. Bizdə isə bu proses yeni-yeni
başlayır və onun yaratdığı sosial-psixik
təbəddülatların öyrənilməsinə böyük ehtiyac
vardır.
Bu hadisə, heç şübhəsiz, məhəbbətə də
təsir göstərir və onun xarakterini xeyli dərəcədə
dəyişir.
85
Dostları ilə paylaş: |