Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə12/30
tarix26.09.2017
ölçüsü2,08 Kb.
#1798
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

müxtəlif  mahiyyətli  insanlar  «bir  ipin  üstünə 
odun yığa bilərlərmi»?  
Beləliklə,  ilk  yaxınlaşmada  cavab  ey-
niyyətin, uyğunluğun xeyrinə olur. 
Lakin diqqətlə yanaşdıqda başqa suallar da 
ortaya  çıxır.   «İki  qoçun  başı  bir  qazanda 
qaynamaz»,   «Sən  ağa,  mən  ağa  –  inəkləri  kim 
sağa»,   «Biri  od  olanda,  o  biri  su  olmalıdır»,   – 
sözlərini də atalar deməyibmi?  
Eyniyyətdən yeni bir şey yaranmaz. Yeni – 
ancaq  əksliklərin  vəhdətindən  yaranır.  İnkişafın 
təməlində,  nəslin  artmasında  da  əsas  şərt 
əksliklərin  vəhdətidir.  Kişini  daha  da  qüdrətli 
göstərən  cəhətlər  qadın  üçün  kobudluq,  qadını 
zərifləşdirən  cəhətlər  isə  kişi  üçün   zəiflik  sayıla 
bilər.  Qadın  gözəlliyi  kişi  üçün  arzuolunmaz 
cəhətdir.  Təsadüfən  deməyiblər  ki,   «qadına  ox-
şayan  kişidən  və  kişiyə  oxşayan  qadından  uzaq 
dur». 
Söhbət  ancaq  zahiri  görkəmdən  və  xa-
rakterdən  getmir.  Söhbət  həm  də  qabiliyyətdən, 
peşədən,  əməli  vərdişlərdən  gedir.  Əlbəttə,  bu 
fərqi tam əks qütblər kimi vermək qüsurlu olardı. 
Yəni  uyğun  gələn,  üst-üstə  düşən  sahələr  də 
vardır. Hətta ola bilsin ki, bu ümumi sahə fərqlərə 
nisbətən  daha  çoxdur.  Lakin  baxdığımız  halda 
məqsəd  məhz  fərqləri  ön  plana  çəkmək  və 
tamamlama 
imkanlarını 
üzə 
çıxarmaqdır. 
Təfərrüata  getmədən  obrazlı  şəkildə  əməli 
51


fəaliyyət  sahəsində  kişi  ilə  qadının  bir-birini 
tamamlamasını  bir  binanın  arxitekturasında 
sütunlarla  naxışların,  karkasla  bəzək  işlərinin 
nisbəti kimi təqdim etmək istərdik. 
Peşə  və  ixtisas  fərqlərinin  bir  qismi  fiziki 
fərqlərdən  irəli  gəlir.  Məsələn,  qadınların  kişi ilə 
bərabərliyini  onların  traktorist  və  ya  kombaynçı 
ola  bilməsi  ilə  sübut  etməyə  çalışan  sovet 
bərabərçiliyinin  əslində  nə  qədər  bayağı  olduğu 
heç kimdə şübhə doğurmur. Hüquq bərabərliyinin 
ağır fiziki iş müstəvisinə keçirilməsi, əlbəttə, total 
bərabərləşdirmə  siyasətinin  təzahürü  idi.  Bəs 
Qərbdə indi də davam edən «bərabərlik» uğrunda 
mübarizə əslində nə üçündür?  
Ailəni  dayanıqlı  edən  qadın  ilə  kişi  ara-
sında eyniyyət yox, fərqdir. Məhəbbət özü də bu 
fərqin sayəsində mümkün olur. Təsadüfi deyildir 
ki, Can Pol Sartr məhəbbəti həm də konfliktin bir 
forması kimi nəzərdən keçirir
1

Bir  çex  filmində  gənclərin  ailə  qurması 
üçün  kompüterin  xidmətindən  necə  istifadə 
olunduğu  nəql  olunur.  Evlənmək  istəyənlər  öz 
zahiri  göstəricilərini,  arzu  və  istəklərini,  zəif  və 
güclü  cəhətlərini  məlumat  bazasına  daxil  edirlər. 
Kompüter  uyğun  gələnləri  seçir;  gözəli  gözəllə, 
uzunu  uzunla,  tənbəli  tənbəllə,  zəngini  zənginlə, 
qəmgini qəmginlə və s. evləndirirlər. Əvvəlcə hər 
1
 Проблема человека в западной философии. 
М., «Прогресс», 1988, стр. 210. 
52


şey  çox  rahat  gedir.  Kim  nə  desə,  o  biri  o  saat 
razılaşır. Kim nəyi bilirsə, o biri də onu bilir. Kim 
nəyi  bacarırsa,  o  biri  də  elə  onu  bacarır.  Lazım 
olan  başqa  bir  işi  isə  heç  biri  görə  bilmir. 
Mübahisə  yoxdur,  amma  inkişaf  da  yoxdur. 
Tezliklə  bu  həyatın  yeknəsəq  və  darıxdırıcı 
olduğu üzə çıxır. Üstündən bir il keçdikdən sonra 
kompüter  izdivacının  nəticələrini  yoxlamaq 
qərarana  gəlirlər;  məlum  olur  ki,  evlənənlərin 
böyük əksəriyyəti artıq ayrılıblar. 
O  sistem  dayanıqlıdır  ki,  onun  elementləri 
bir-birini  təkrar  etmir,   –  tamamlayır.  Hər  bir 
varlıq  isə  daha  dayanıqlı  vəziyyətə  keçməyə, 
özünün bütövlük, kamillik həddinə çatmağa  cəhd 
göstərir.  Biz  bu  universal  meylə  şərti  olaraq 
tamamlama məhəbbəti deyəcəyik. 
Maraqlıdır  ki,  qədim  çin  fəlsəfəsi  dao-
sizmdə  dünyanın  iki  fərqli  başlanğıcı  sayılan  İn 
və Yan kişi və qadın cinsləri kimi təqdim olunur. 
Yerdə  qalan  nə  varsa,  hamısı  onların  bir-
ləşməsindən  yaranmışdır.  Qədim  çin  mənbələ-
rindən biri olan «İ tszin» əsərində deyilir: «Dün-
yanın  yaranması  ilkin  bütövlük  olan  Xaosun  öz-
özünə  bölünməsinin  nəticəsidir.  Xaos,  yaxud 
Vahid nəfəs əvvəlcə iki qütbə bölündü: işıqlı fəal 
kişi  başlanğıcı  Yan  və  qaranlıq  passiv  qadın 
başlanğıcı  İn;  bu  «iki  başlanğıc»dan  dünyanın 
53


dörd  tərəfinə  uyğun  olan  «dörd  obraz»  ayrıldı».

Zərdüşt təliminə görə də dünya əksliklər üzərində 
qərar tutur. Hegel də inkişafın təməlini əksliklərin 
vəhdətində  axtarır.  Şəhvani  hissin  və  ailənin 
əsasında da məhəbbətin bu növü dayanır. 
Eyni  olanlardan  nə  isə  yeni  bir  şey  əmələ 
gələ  bilməz.  Fərqli  olanlar  da  hər  hansı  bir 
münasibətə,  əlaqəyə  girməsələr  yeni  heç  nə  ya-
ranmaz.  Ona  görə  də,  söhbət  fərqli  tərəflərin 
təmasından,  əksliklərin  vəhdəti  və  mübarizə-
sindən gedir. 
İnsanın  təbiətdəki  gözəlliyə  meyli,  məf-
tunluğu,  aludəçiliyi  də  tamamlama  hissinin,  har-
moniya duyğusunun təzahürüdür. 
Xristianlığın  məhəbbət  ideologiyası  isə 
nəinki sevginin şəhvətlə əlaqəsini inkar edir, hətta 
bütövlükdə  şəhvətə,  ehtirasa,  cinsi  məhəbbətə 
qarşı  yönəldilmişdir.  Dini  inam  hissinin  də  əsas 
meyarlarından biri məhz şəhvətdən imtinadır. Bu, 
xristian  ruhaniliyinin,  din  xadimi  olmağın  da 
tələblərindən  biridir.  Keşiş  və  ya  rahibə  nəinki 
naməhrəmə başqa gözlə baxa bilməz, hətta ümu-
miyyətlə  sevə  bilməz  və  ailə  qura  bilməz. 
Monastır  da  məhz  İsaya  qulluq  etmək  naminə 
şəhvani  hissdən  imtina  ideyasından  törəmişdir. 
Lakin bu imtina heç də asan əldə olunmur və çox 
1
  Антология даосской философии. М., 1994, 
стр. 6.
54


Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə