Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə15/30
tarix26.09.2017
ölçüsü2,08 Kb.
#1798
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

duyğuları  tərənnüm  edən  şerlər  çoxdur.  Bəzən 
şair  özü  mövqeyinin  zahidlərdən  fərqli  olduğunu 
xüsusi vurğulayır: 
Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil.
Füzuli, eşq zövqün zövqi-eşqi var olandan sor. 
1
Mövlana  Cəlaləddin  Ruminin  poeziya-
sında da eşq daha çox dərəcədə ilahi eşqin ifadəsi 
kimi  səciyyələndirilir.  Professor  Yusif  Rüstəmov 
yazır:   «Cəlaləddin  Ruminin  bütün  yaradıcılığı 
İlahi  eşqi  tərənnüm  etmək  üstündə  qurulub.  O, 
sübut  etməyə  çalışırdı  ki,  eşq  insanın  vücuduna 
xoş  yüngüllük  gətirən,  onu  göylərə  yüksəldən 
qanaddır.  Eşqin  qarşısında  uca  dağlar  əriyir, 
hərəkət etməyə başlayır, acı şey dadlı şeyə, kədər 
səfaya,  torpaq  qızıla,  dərd-azar  sağlamlığa, 
üzüntü  sevincə,  fəlakət  uğura  çevrilir.   «Ölü 
qəlblər  dirilir,  kölələr  ağa  olur,  dəmir  yumşalır, 
daş  əriyir»».
2
  Burada  biz  əslində  bir  qədər  əvvəl 
İbn Sina və Nizami tərəfindən irəli sürülmüş eşq 
konsepsiyasının  davamını,  poetik  təkamülünü 
görürük. 
Mövlana  öz  eşq  təliminin  izahını  da  verir: 
«Allah  ona  (aşiqə)  səbəbsiz  olaraq  bu  varlığı 
1
   Məhəmməd Füzuli. Əsərləri. I cild. B., 1958, 
səh. 151. 
2
 Yusif Rüstəmov. Mövlana Cəlaləddin Ruminin 
sufilik  fəlsəfəsi.  B.,   «Azərbaycan  Universiteti»  nəş-
riyyatı, 2002, səh. 122
64


vermişdir. O, comərd ər də səbəbsiz olaraq Allah 
vergisini  Allaha  bağışlayır».
1
  Lakin  sual  olunur 
ki,  Allah  doğrudandamı  insanlara  varlığı  və  bu 
hissi  ona  geri  qaytarmaq  üçün  vermişdir?  Hətta 
bu belədirsə də, Allahı sevməyin yolu insanları və 
təbiəti  sevməkdən  keçməli  deyilmi?  Axı,  başqa 
bir yaxınlaşmaya görə yerdə və göydə olan bütün 
gözəlliklər  Xaliqin  təzahürüdür.  Əlbəttə,  biz  bu 
fikri  panteist  yozumunda  demirik.  Allahın,  insan 
və  təbiətin  fövqündə  dayandığına  şübhə  etmirik. 
Amma  bu  fövqəlqüdrətin  insanlarda  və  təbiətdə 
də  təzahür  etdiyini  söyləyənlərə   tam  etinasız  da 
yanaşa bilmərik. Bu, incə bir məqamdır. 
Vaxtilə  böyük  İbn  Sina  bu  məsələyə  ay-
dınlıq  gətirməyə  çalışmışdır: «Elələri  də  var  ki, 
nəfsi  Allah  hesab  edirlər,   –  kafirlərin  dediklə-
rindən  yüksəkdə  dayan,   –  guya  o  müəyyən  bir 
tərzdə hər şeydə o iştirak edir: bir halda – təbiət, 
digər halda – zəka və üçüncü halda – nəfs. Lakin 

bunların 
birləşdirilməsindən 
yüksəkdə 
dayanır».
2
 Gözəl deyilmişdir. Allah yeganə həqiqi 
varlıq  olaraq  bütün  yaradılmışların  fövqündədir. 
Lakin  biz  onu  onun  yaratdıqları  vasitəsi  ilə 
olmasa, bəs necə dərk edərik? Ona olan sevgimiz 
və  pərəstişimiz  də  onun  yaratdıqlarına  heyranlıq 
və  sevgidən  başqa  necə  ifadə  oluna  bilər?  Axı, 
1
 Yenə orada.
2
 Ибн Сина. Книга о душе. – Избранные фи-
лософские произведения. М., 1980, стр. 395.
65


Allah  insanlara  bütün  həqiqətləri,  ən  böyük 
həqiqət  olan  varlığın  özünü  –  Allahı  dərk  etmək 
dərəcəsində  bilgi  verməmişdir.  Axı,  ruh  insan 
üçün əlçatmazdır.
1
 
İnsana  verilmiş  məhdud  idrak  qabiliyyəti 
əslində yalnız müəyyən məkan və zaman hüdud-
unda  baş  verən  sonlu  hadisələrin  öyrənilməsi 
üçün  yetərlidir.  Sonsuzluğu,  əbədiyyəti  məntiqlə 
dərk  etmək  mümkün  olmadığı  kimi,  duyğu  ilə 
tam  ehtiva  etmək  də  mümkün  deyil.  Qeyri 
məyyənlik  insanı  bir  tərəfdən,  cəlb  edirsə,  digər 
tərəfdən  də  qorxu  ilə  müşayiət  olunur.  Ona  görə 
də,  qorxu  qədər  əsrarəngiz  bir  duyğu  yoxdur. 
İlahi eşqin komponentlərindən biri qorxu, biri də 
pərəstiş  duyğusudur.  İnsanın  məqsədi  Allaha 
çatmaq  yox,  ona  səcdə  etmək  olmalıdır.  Daha 
doğrusu,  Qurani-Kərimdə  deyildiyi  kimi,  Allaha 
ona səcdə edən yaxınlaşmış olur.
2
 
Ən  böyük  ideal  Allahı  ehtiva  etmək  deyil, 
Allah duyğusu ilə ehtiva olunmaq, ona tapınmaq, 
ona  sığınmaqdır.  Allahı  təbiətdə  və  insanın 
qəlbində  axtaranlar  da  var.  Əlbəttə,  hər  şeydə 
onun nişanəsini görmək olar. Yaradılmış olan ən 
azı  Yaradanın  iradəsinin  məhsuludur.  Lakin 
məqsəd  onu  özündə  tapmaq  deyil,  özünü  onda 
itirmək,  dəryanın  damlası  olmaqla  sonsuzluğa 
qovuşmaqdır.  Nəfs  pillələri  ilə  qalxaraq  («nəfs 
1
  Qurani-Kərim .İsra surəsi, 85-ci ayə.
2
  Qurani-Kərim . Ələq surəsi, 19-ju ayə
66


üzərində qələbə çalaraq») ruh aləminə qovuşmaq, 
vəhy  məqamına  çatmaq,  özünün  Haqq  olduğunu 
deyil,  Haqqa  qovuşduğunu,  onun  bir  parçasına 
çevrildiyini  anlamaq,  duymaq  –  budur  böyük 
səadət,  budur  kam  almaq  və  budur  kamala 
çatmaq! 
Lakin Şərq təfəkkürü və poeziyası İlahi eşq 
axtarışlarında  da  vüsal  səhnəsi  yaratmağa 
çalışmışdır. «Haqqı  bulmaq»,  «ənəlhəqq»  iddia-
ları  belə  yaranmışdır.  Dəryaya  qovuşmuş  damla 
özünü  dərya  zənn  etmişdir.  Amma  haqqı 
bulduqdan, ideala çatdıqdan sonra həyatın mənası 
qalmır. Yəqin buna görədir ki, Mənsur Həllac bu 
məqama  çatdığına  inandıqdan  sonra  insanlardan 
onu öldürmələrini xahiş edirmiş.
1
Qərbdə  sufilik  yayılmamışdır.  Qərb  dü-
şüncə tərzində fərdi-cismani məhəbbətin fövqünə 
qalxmaq üçün ilahi eşqə ehtiyac duyul- mamışdır. 
Hissiyyat  həmişə  intellektlə  ram  edildiyindən 
onun  reallıqdan  uzaqlara  uçmaq  təhlükəsi 
olmamışdır.  Uçmaq,  qanadlanmaq  imkanından 
məhrum  olan  məhəbbət  cismani  həyatın 
atributları  səviyyəsinə  endirilmişdir.  Buna  əmin 
olmaq  üçün  Stendalın  «Məhəbbət  haqqında»

1
 М.Байат, М.Али Джамния. Халладж – пер-
вый мученик суфизма.- Суфийская проза и поэзия. 
М., 1998, стр. 162.
2
 Bax: Стендаль. О любви. –  Собрание сочи-
нений в 15-и томах,    том 4, М., 1959.
67


Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə