Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə13/30
tarix26.09.2017
ölçüsü2,08 Kb.
#1798
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

vaxt 
insanın 
özü-özünü 
aldatmasından, 
başqalarının  nəzərində  «müqəddəs» obrazı  yarat-
maq riyasından başqa bir şey deyil. 
Bir  insanın  sosial-dini  mükəlləfiyyət  kimi 
üzərinə  götürdüyü  «şəhvətdən  uca  durmaq» 
missiyasının  daxili  dramatizmi  Lev  Tolstoyun 
«Sergi  Ata»  əsərində  böyük  ustalıqla  qələmə 
alınmışdır.  Dini  xidmətdə  olan  insanlara  ancaq 
nəcib  hisslərlə  yaşamaq  və  heyvani  nəfsdən, 
şəhvət  duyğusundan  uzaq  olmaq,  xüsusən  onun 
yanına  etiraf  üçün, «günahlarının  bağışlanması» 
üçün  gəlmiş,  ona  pənah  gətirmiş  qadınlara  «pis 
gözlə»  baxmamaq  kimi  tələblərin  qoyulması 
təbiidir.  Amma  ailə  qurmamaq  tələbi  din 
xadimini  həm  də  övlad  məhəbbətindən  məhrum 
edir. Təsadüfi deyildir ki, «məgər İsaya məhəbbət 
digər  məhəbbət  formalarını  mütləq  istisnamı 
etməlidir», – sualı Qərb mütəfəkkirlərini də daim 
narahat  etmişdir.  E.Voyniçin  «Ovod»  əsərində, 
bir  tərəfdən,  keşiş  Montanellinin  faciəsi:  dini-
inzibati  borc  və  saf  məhəbbət  arasında 
tərəddüdləri,  öz  atalıq  haqqını  gizlətmək 
məcburiyyətində  qalması,  digər  tərəfdən  də, 
Ovodun  həqiqəti  bildikdə  bu  icbari  riyakarlığa 
qarşı  üsyanı  əks  etdirilmişdir.  Ülvi  hisslərin  bir-
biri ilə qarşılaşdırılması, «hansı məhəbbət hansına 
qurban  verilməlidir?», –  kimi  üzücü  dilemmalar, 
əlbəttə,  həyatı  ağırlaşdırır.  Belə  əlavə  yük  ruhun 
uçması, öz tayını tapıb tamamlanması və mənəvi 
55


bütövlük  kəsb  etməsi  üçün  ancaq  əngəldir. 
Halbuki,  hələ  yaranışdan  hər  kəsin  öz  tayı,  əks 
qütbü var. Qurani-Kərimin Rum surəsində yazılır: 
«[Allah] sizin özünüzdən sizlər üçün taylar yarat-
mış  ki,  rahatlıq  tapasız  taylarınızla.  Sevgi  ilə 
mərhəmət  bərqərar  eləmiş  aranızda.  Bunlar  O-
nun  qüdrətinin  dəlilləridir.  Şübhəsiz,  bunlarda 
ayələr var düşünənlər üçün».
1
 
Bəli, insanlar arasında sevgi Allahın iradəsi 
ilə həyata keçir. İnsanın habelə təbiət gözəlliyinə 
və  ya  hər  hansı  digər  formadakı  gözəllik 
təzahürünə meyli, məftunluğu və vüsal hissi məhz 
daxili  harmoniyanın  təminatına  xidmət  edir. 
İnsanın bütün mənalı həyatı, kamilliyə aparan yol 
ondan  kənarda;  təbiət  hadisələrində,  digər 
insanların  zahiri  və  batini  aləmində,  sənət  əsər-
lərində  rastlaşdığı  harmoniya  sayəsində  öz 
daxilindəki  yarımçıqlığı  tamamlamaq  bütövləş-
mək  istiqamətində  yoldur.   (Çin  fəlsəfəsində  bu 
yola  dao  deyilir  və  ancaq  daoya  çatan  kamil  he-
sab  olunur.)  İnsan  özündə  bəlkə  də  rüşeym 
şəklində, potensial imkan şəklində olan, lakin hə-
lə  açılmamış,  yetişməmiş  bir     ahəngin,  daxili 
incə quruluşun kənardakı ekvivalentinə meyllidir. 
Bir  insan  yaradılarkən  onun  fərdi  nəfs 
aləmi,  ruhu  harada  isə  tamamlanmış,  harada  isə 
hələ  tamamlanmağa  möhtacdır.  Ona  görə  də, 
insan ömrü boyu instinktiv və intuitiv şəkildə ta-
1
 Qurani-Kərim. Rum surəsi,  21-ci ayə.
56


mamlanmağa,  bütövləşməyə,  Vahidə  can  atır. 
Bədii  ədəbiyyatda,  bütün  sənət  növləri  də  məhz 
bu  missiyaya  xidmət  edir,  daha  doğrusu,   – 
etməlidir. Çünki insan həyatda rast gəlmədiyi ka-
millik  və  harmoniya  nümunələrini,  heç  olmasa 
sənətdə tapır. Gözəlliklə ülfətdə özü də gözəlləşir, 
kamilləşir. 
İnsanın  yarımçılıqdan  xilas  olmaq,  bü-
tövləşmək istiqamətində göstərdiyi başqa bir cəhd 
öz  ifadələrini  ilahi  eşqdə  tapır.  Burada  insan  öz 
yarımçıq  mənəvi  varlığını,  tamamlan-mamış 
ahəngini  nəyinsə  hesabına  tamamla-maq,  addım-
addım  kamilləşmək  yolunu  deyil,  öz  yarımçıq 
Mən-indən  ümumiyyətlə  imtina  etmək,  özünü 
itirmək və O-nda – mütləq     varlıqda, Yaradanın 
özündə tapmaq yolunu tutur. Burada tamamlanma 
ehtiyacı  əslində  başqa  formada  ödənilmiş  olur. 
Yaradan  heç  şübhəsiz,  bütün  yaradılmışlardan 
kamildir  –  kamilliyin  zirvəsidir.  Ona  qovuşan 
insan  da  kamilləşir,  müdrikləşir,  müqəddəsləşir. 
İlahi  eşqin  bu  maksimalist  forması  ənəlhəqqə 
aparır.  Normal  insanınsa  eşqi  yalnız  idealda, 
üfüqdə  ilahi           eşqdir.  Bu  ideala  doğru  aparan 
yolun məqamları pillə-pillə keçilməlidir.
Universal xristianlıq sevgisi, sən demə, bir 
o  qədər  də  universal  deyilmiş.  Başqalarına  qarşı 
mərhəmət təlqin edən, şəhvani hisslərin fövqündə 
durmağa  səsləyən  bu  təlim  bəzən  insanın  özünə 
qarşı xeyli sərt olur. Hər bir ifrat isə öz əksliyinə 
57


çevrilir.  Bəlkə  də  elə  bununla  bağlıdır  ki,  indi 
xristian  dünyasında  cinsi  məhəbbət,  hətta  ailə 
xaricində  normaya  çevrilmiş  şəhvani  həyat  özü 
universallaşdırılmışdır.       Xristianlığın  qoyduğu 
mənəvi  qadağalar  həyat  reallıqlarının  fövqündə 
dayandığından  indi  ancaq  simvolik  səciyyə 
daşıyır.  İlahi  eşqin  bütün  insan  ruhunu  sarması 
kimi  fövqəladə  mənəvi  yüksəliş  məqamının 
bəhrəsi  olan  bir  qüdrəti  adi  insanlardan,  hansı 
səbəblərdənsə  sadəcə  dini  xidmət  yolunu  tutmuş 
şəxslərdən  gözləmək,  ən  azı,  sadəlövhlükdür. 
Belə  bir  məqama  ancaq  xüsusi  (vergi  verilmiş) 
insanlar  və  o  da  ancaq  ruhun  uzun  illər  ərzində 
tərbiyəsi sayəsində yüksələ bilərlər. 
Cismin  (bədənin)  və  heyvani  nəfsin  tər-
biyəsi  ilə  yanaşı,  ruhun  tərbiyəsi  də  tələb  olu-
nursa,  bu  ancaq  böyük  fəlsəfi  təməl  üzərində 
qurula  bilər.  İslam  şərqində  bu  məqama 
yüksəlişin  (sufilik  praktikasının)  əsasında  tə-
səvvüf  fəlsəfəsi  dayanır.  Hindistanda  nirvana 
məqamına  yüksəlmək  üçün  Budda  təliminə 
(buddizm), Çində dao məqamına yüksəlmək üçün 
Lao  Tszı    təliminə  (daosizm)  yiyələnmək  tələb 
olunur.  Əslində  bunlar  hamısı  eyni  mahiyyətin 
müxtəlif  təzahürləridir.  Bəşəriyyət  mənəvi 
yüksəliş  pilləkanının  alt  pillələrində  nə  qədər 
fərqli  olsa  da,  yuxarıya  qalxdıqca  yaxınlaşır, 
birləşir. «Cismani həyatlar fərqli, ruhani həyatlar 
isə oxşardır» (Əbu Turxan). 
58


Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə