Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə18/30
tarix26.09.2017
ölçüsü2,08 Kb.
#1798
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

Valideynlik hissi instinktiv səviyyədə hey-
vanlara  da  aid  olub  və  məqsədyönlü  qayğı  və 
himayə ilə müşayiət olunur. Lakin balaları böyü-
dükdən  sonra  onların  «valideynə»  məhəbbəti  və 
ya  hər  hansı  bir  qayğısından  danışmaq  çətindir. 
Platon  burada  ancaq  leyləyin  istisna  olduğunu 
xüsusi  qeyd  edir.  Bu  kontekstdə  Platon 
yüngülqanadlı  erosla  leyləyin  timsalında  mə-
həbbətlə qayğının müqayisəsini verir.
1
    
Övladın  valideynə  məhəbbəti  də  eyniyyət 
məhəbbətinin  bir  formasıdır.  Övladlıq  duyğusu 
hissənin  tama,  yaradılmışın  yaradana  münasi-
bətini ifadə edir. Bu mənada ilahi eşqə bənzəyir. 
Şagirdin  ustada,  hər  bir  şəxsin  öz  həyat  və  amal 
idealına  münasibəti  də  bu  qəbildəndir.  Milli  ruh, 
vətən sevgisi də  eyniyyət  məhəbbətinin  məhz bu 
aspektdəki  formalarıdır.  Yəni  insan  özünü 
millətin  və  ya  Vətənin  bir  parçası  kimi  duya 
bilirsə, – deməli, bu ülvi hissdən məhrum deyil. 
Göründüyü  kimi,  məhəbbətin  formaları 
çoxdur.  Amma  ən  çox  hallanan  və  dar  mənada 
məhəbbət  anlayışına  yiyə  çıxan  fərdi  (cinsi) 
məhəbbətdir  ki,  o  da  eyniyyətdən  yox,  fərqdən 
qidalanır.  Tamamlama  məhəbbəti  ümumdünya 
cazibəsinin də, bəşər nəslinin davam etməsinin də 
əsasında  durur.  Və  bu  hiss  mənəvi  dünyanın 
qeyri-şüuri  fəzasına  aiddir.  Onun  yaranması  da, 
1
  Платон.   Собрание   сочинений   в   четырех 
томах. Том 1. М., 1990, стр. 267. 
77


uğurla sonuclanması da taleyin, qədərin işidir. 
İnsan  bütün  potensial  məhəbbət  enercisini 
ancaq bir səmtə yönəltsə, tənasüb pozular, ahəng 
itər. 
İstənilən ifrat haramdır. 
İlk məhəbbət və ilahi eşq eyniyyət məhəb-
bətinə əsaslansa da, sevgini göydən yerə endirən, 
potensial  haldan  aktual  hala  keçirən,    onun 
cismani  dünyada  proyeksiyası  və   canlı  həyati 
forması  –  şəhvət  duyğusu,  heyvani  nəfs,  erotik 
məhəbbətdir.  Ziqmund  Freyd  hətta  bütün  başqa 
hisslərin  də  təməlində  məhz  şəhvət  hissinin 
dayandığını  iddia  edir.
1
  İndi  az  qala  bütün  Qərb 
dünyası  bu  fikirdədir.  Amma  bu,  Avropanın 
tapıntısı  deyil.  Həmin  ideyanın  daha  mükəmməl 
forması  hələ  orta  əsr  İslam  Şərqində  irəli 
sürülmüşdü.  Ş.Sührəvərdi  yazırdı:   «Bütün 
hərəkətverici  və  dərkedici  qüvvələrin  daşıyıcısı 
heyvani nəfsdir».
2
 Lakin Şərqdə bunu da bilirdilər 
ki,  bu  «qüdrət»  heyvani  nəfsin  insanın  iç 
dünyasında,  ümumi  nəfsin  strukturunda  yüksək 
məqam  tutmasından  deyil,  əksinə,  ən  aşağı 
pillədə  qərar  tutmaqla  bədənə  daha  yaxın  olma-
sından,  bədənlə,  cismani  enerci  ilə  bilavasitə 
1
   Bax:  З.Фрейд.   Введение   в   психоанализ. 
Лекции. М., 1989.
2
 Ş.Sührəvərdi. İşıq heykəlləri. – Şərq fəlsəfəsi. 
B., 1999, səh. 218.
78


təmas imkanından irəli gəlir.
Ehtiras  ülvi  hisslərlə  müqayisədə  aşağı 
pillədə  dayansa  da,  olduqca  güclü  bir  hissdir. 
Çünki  həyatın  dibindən,  canlı  olmağın  təbiə-
tindən,  genetik  məzmundan  çıxır.  İnstinktiv  sə-
ciyyə  daşımaqla,  əql  və  iradəyə  birbaşa  tabe 
deyil. Rene Dekart yazır ki, «ehtiras iradə ilə ya-
radıla  bilməz.  Yaranmış  ehtirasdan  da  sadəcə 
iradi cəhdlə qurtulmaq mümkün deyil».
1
Bu  –  doğrudur.  Amma  bu,  şəhvət  qarşı-
sında təslim olmaq və bu qəbahətə görə özünə bə-
raət  qazandırmaq  üçün  əsas  vermir.  Belə  ki,  R. 
Dekart  əslində  artıq  baş  qaldırmış  və  nəzarətdən 
çıxmış  şəhvət  duyğusundan  söhbət  açır.  Şəxsi 
iradə  isə  öz  işini  buna  qədər  görməli,  yəni  insan 
özünü  öz  hissi  qarşısında  belə  əlacsız  vəziyyətə 
salmamalıdır.  Bu,  bir  növ  içki  hərisliyini  xa-
tırladır.  Özünə  nəzarətin  ən  etibarlısı  ayıqlıq 
vaxtındakı  nəzarətdir.  Yəni  ən  əsası  ilk  badələr-
dən  imtinadır.  Əgər  bunu  etməsən,  sərxoş 
olduqdan sonra nəzarət imkanı itir və sükan alka-
qolun əlinə keçir. 
Biz  burada  belə  nasiranə  mövzuya  heç  də 
təsadüfən  toxunmadıq.  Belə  ki,  məhəbbəti  bəzən 
aludəçilik  və  hərisliklə  müqayisə  edirlər.  Lakin 
içki düşkünlüyü, pul düşkünlüyü kimi, qadın düş-
künlüyünün  də  məhəbbətlə  heç  bir  əlaqəsi 
1
 Рене Декарт. Сочинения в двух томах. Том 
1. М., 1989, стр. 501.
79


yoxdur.  İstər  içkiyə,  istər  nəşəyə,  istər  pula, 
yaxud  istərsə  də  şəhvət  hissinə  aludəçilik 
müxtəlif  səbəblərdən  də  olsa  mahiyyət  etibarilə 
iradənin  daxili  nəzarəti  itirməsi,  beyinin  duman-
lanmasıdır.  Maraqlıdır  ki,  məhəbbəti  yuxarıda 
sadaladığımız kef vasitələri ilə müqayisə etməyin 
əleyhinə  olanlar  da  onun  məhz  dumalandarıcı 
təsirini, əqlin gözünü örtməsini ön plana çəkirlər. 
Eşqdən dünyaya saldım dumanlar,
Əqlin gözlərini etmişəm xumar
1
.
Məhəbbətin bu xüsusiyyəti, yuxarıda   gös-
tərdiyimiz  kimi,  ya  «ilk  məhəbbət»  adlan-
dırdığımız  «qısa  qapanma»nın,  ya  da  sağlam 
düşüncəyə  tabe  olmayan  instinktiv  duyğunun  – 
şəhvət  hissinin  təzahürləridir.  Maraqlıdır  ki,  bu 
iki  kənar  hal  nəticə  etibarı  ilə  eyni  cür  təsir 
göstərir. Görkəmli rus filosofu V.Solovyov yazır: 
«Yüksək insanda da Eros yaşayır, yaradır, amma 
düşünmür.  Deməli,  burada  da  onun  bilavasitə 
predmeti  –  ağılçatan  ideyalar  yox,  tam  cismani 
həyatdır.  İki  Erot  arasındakı  əkslik  isə  əslində 
yalnız bu həyata əxlaqi və qeyri-əxlaqi münasibət 
arasında  əkslikdir».
2
  V.Solovyov  məhəbbətin 
1
 Nizami Gəncəvi. Xosrov və Şirin, səh.38.
2
 Вл. Соловьев.  Сочинения в двух томах, 
том 2,  М., 1990, стр.614.
80


Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə