Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə17/30
tarix26.09.2017
ölçüsü2,08 Kb.
#1798
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

Birinci  hiss  uşağı  göylərə  səsləyir;  o  öz 
mələyini axtarır. Bu, – ilk məhəbbət duyğusudur. 
İkinci  hiss  də  əks-cinsə  qarşı  yönəlmişdir. 
Lakin  o,  vəhşi  bir  ehtirasdır.  Burada  qarşı  tərəf 
nəinki  mələk  deyildir,  hətta  onun  əxlaqı,  mənəvi 
keyfiyyətləri, əql-kamalı ümumiyyətlə diqqətdən, 
fokusdan  kənardadır.  Əslinə  qalsa,  burada  ancaq 
erotik  kamillik,  qadın  təravətinin,  qadınlıq 
məziyyətinin  bariz  ifadəsi  ön  plana  çıxır.  Bu 
zaman hətta yaş da önəmli deyil. Məsələn, 14-15 
yaşlı  bir  yeniyetmənin  nəzər-diqqətini  özü 
yaşında  olan,  qönçə  kimi  hələ  təzə  açılmağa 
başlayan,  nərmənazik  bir  qız  uşağı  deyil,  cinsi 
inkişaf  baxımından  tam  yetişmiş  və  cinsi 
cazibədarlığını daha çox hiss etdirən hər hansı bir 
qadın cəlb edir. 
Bu  axtarış  heç  də  bəxt  ulduzunun,  könül 
yoldaşının  axtarışı  deyil.  Məqsəd  də  heç  ev-
lənmək  deyil.  Sadəcə  vəhşi  şəhvani  hiss  öz  əks 
qütbünü  axtarır  və  bu  əks-qütb  adsız-ünvansız, 
şəxssizləşmiş, mücərrəd bir erotik təzahürdür. Bu 
təzahürün  real  daşıyıcısı,  onun  kimliyi,      digər 
xüsusiyyətləri  əsla  maraqlı  deyil.  Əksinə,  bu 
xüsusiyyətlər ortada olanda, yəni şəxsi tanıyanda 
ona  «o  gözlə»  baxmağa  utanırsan.  Çünki  bu 
tanışlıq  səni  reallığa  gətirir.  İçində  baş  qaldıran 
ünvansız  erotik  hiss  isə  sənə  bu  dünyanın  real 
münasibətlərindən,  əxlaqi  normAlardan,  adət-
ənənədən, səni məhdudlaşdıran, utandıran, hissinə 
73


mane  olan  nə  varsa,   –  hamısından  ayrılmaq, 
təcrid  olunmaq  və  öz  hissinlə,  bu  hissin  təsadüfi 
və  ünvansız  tərəf-müqabili  ilə  birlikdə  qalmaq 
istəyi təlqin edir. 
Güman edirəm ki, qızlar da bu dövrlərində 
öz  həmyaşıdlarından  daha  çox  yetkin  kişilərə 
(xüsusən,
 romanlarda 
və 
filmlərdə 
kişi 
xarakterinin  və  kişi  gücünün  timsalı  sayılan 
obrazlara)  qarşı  özləri  üçün  anlaşılmaz  bir  meyl, 
cazibə hiss edirlər. 
Əlbəttə,  bu  yaşda  yeniyetmə  öz  hisslərin-
dən  diksinir,  utanır,  onları  gizlədir,  amma  da-
xilində  qadın  cinsinə  qarşı  yaranmış  anlaşılmaz 
bir  cazibədən  də  qurtula  bilmir.  Fikri-zikri  daha 
çox  bu  mövzuya  yönəlir.  Yeniyetmə  təcrübəli 
kişilərdən, don cuanlardan fərqli olaraq, bu istəyi 
reallaşdırmaq  üçün  plan  cızmır,  tədbir  tökmür, 
hətta  belə  bir  görüşdən,  öz  hissini  real 
münasibətlər  sisteminə  daxil  etməkdən  çəkinir, 
qaçır;  amma  ətraf  qıcıqlandırıcı  amillərlə  dolu 
olduqda  bu  istəkdən  xilas  olmaq  çətindir.  Ona 
görə  də,  yeniyetmələrdə  erotik  filmlərə  baxmaq 
meyli  yaranır,  onlar  çox  vaxt  video  və  internet 
dünyasına  səyahətə  çıxmağa,  reallıqdan  uzaq-
laşmağa çalışırlar. 
Tənzim  oluna  bilməyən  erotik  hiss  hələ 
tam  formalaşmamış  yeniyetmənin  digər  hissləri 
ilə  müqayisədə  çox  güclü  olduğundan,  hətta  psi-
xikanın  pozulmasına  da  səbəb  ola  bilər.    Belə 
74


vaxtlarda  görünür  bu  hissləri  anlamaq  və  idarə 
edə  bilmək  üçün  onlara  xüsusi  bilgilər  ve-
rilməsinə  ehtiyac  yaranır  ki,  bu  da  ilk  növbədə 
valideynlərin  vəzifəsidir.  Cinsi  tərbiyə  ilə  əla-
qədar  Azərbaycan  dilində  elmi-pedaqoji  mən-
bələrin

  olduğunu  nəzərə  alaraq,  bu  mövzu  üzə-
rində  ətraflı  dayanmayacağıq.  Bircə  B.Rasseldən 
belə  bir  fikri  iqtibas  gətirmək  istəyirik  ki, 
yeniyetmələri  öz  cinsi  hissləri  ilə  təkbaşına 
buraxmaq,  bu  hisslərin  gizlindən  çıxarılması, 
adiləşdirilməsi və tənzimlənməsi üçün  zəruri bil-
gilər  verməmək,  onlara  qarşı  ən  azı  qəddarlıq 
hesab olunmalıdır. 
1
İlk məhəbbət duyğusu da, əslində ünvansız 
yaranır.  Yeniyetməlik  dövründə  məhəbbət  eyni 
vaxtda iki müxtəlif qütbdən başlanır. Bir tərəfdən, 
bədən  yetkinləşir  və  erotik  duyğu  qəlb  aləminə 
qədəm  qoyur.  Digər  tərəfdən,  qarşı  cinsə 
münasibətdə estetik duyğu daha da yetkinləşir və 
xüsusi  məna  kəsb  edir.  İllər  keçdikcə  hər  iki 
hissdə  mərkəzə  doğru  yerdəyişmə  gedir.  Yaş 
artdıqca yeniyetmələrin cinsi meyli açmış güldən 
qönçəyə  doğru  dəyişir  və  nəhayət,  öz 
həmyaşıdlarının  üzərində  dayanır.  Bu  dövrdə  ilk 
məhəbbət duyğusu da göylərdən yerə enir və artıq 

  Bax,  məs.:  Ə.Əlizadə.   «Məhəbbət  aləmi»; 
G.Quliyev. Məhəbbətin psixologiyası. B., 2005 və s.   
1
  Russel  B.  On  education.  London,  Routledge, 
1994, p. 141-142.
75


nəzarətə  alınan  erotik  hisslə  qovuşmaq  imkanı 
əldə  edir.  Real  eşq  üçün,  evlənmək  üçün 
yetkinliyin  əsas  şərti  də  məhz  bu  iki  qütbün 
birləşməsi,  yerin  və  göyün  cazibələrinin 
tarazlaşmasıdır. 
Düzdür,  spontan  başlanan  ülvi  məhəbbət 
duyğuları  ilə  spontan  erotik  hissin  qovuşması, – 
eşqin  kamillik  məqamı  heç  də  hamıya  qismət 
olmur.  Kim  isə  hələ  vaxtından  əvvəl  ya  ülvi 
duyğularını,  ya  da  şəhvət  hissini  mütləqləşdirir, 
onun  əsirinə  çevrilir;  kim  isə  göydən  yerə  enə 
bilmir və kim isə ömrü boyu sürünür və heç vaxt 
öz nəfsinin fövqünə qalxa bilmir.
Məhəbbətin  elə  formaları  da  vardır  ki, 
fərqlənən tərəfə yox, özünün bir parçasına, ikinci 
varlığına  münasibət  kimi  ortaya  çıxır.    Bu,  ilk 
növbədə yaradıcılıq məhəbbətinə aiddir.              
Valideyn  məhəbbəti  də  qismən  yaradıcılıq 
məhəbbətini  xatırladır.  Yəni  yaradanın  öz 
yaratdığına  sevgisi  kimidir.  Bir  rəssamın  öz  tab-
losuna, bir bəstəkarın öz musiqisinə, bir yazıçının 
öz  romanına  bəslədiyi  münasibət  də  bu 
qəbildəndir.  Çünki  yaradıcılıq  məhəbbəti  də 
əslində  eyniyyət  məhəbbətinin  formalarından 
biridir.  Sənətkar  əvvəlcə  öz  qəlbində  yaratdığı 
obrazı, öz qəlbinin bir guşəsini gerçəkliyə transfer 
edir  və  yaratdığı  əsərin  simasında  özünün  ikinci 
(bəlkə də daha əsas) həyatını yaşıyır. 
76


Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə