ekstren tibbi yardımın göstərilməsidir. Bunun üçün, aşağıdakı tədbirlərin
icrasına riayət etmək lazımdır:
- diuretikl
əri AÇF ingibitorları və aldosteron antaqonistləri
(spironolakton) fonunda t
əyin etmək;
- diuretikin
əvvəlkindən iki dəfə böyük
dozada vena daxilinə
yeritm
ək, lazım olarsa (məsələn, laziksi) sutkada iki dəfə
transfuziya etm
ək və ya gün ərzində vena daxilinə
damcılatmaq;
- sistolik arterial qan t
əzyiqinin 100 mm c.s.-dan çox olduğu
t
əsadüflərdə əvvəl vena daxilinə 2,4%-li 10 ml eufillin və
ondan bir neç
ə dəqiqə sonra laziksin yeridilməsi; hipotoniya
halında vena daxilinə dopaminin damcılandırılması və sonra
laziksin vena daxilin
ə yeridilməsi;
- diuretikl
ərin, hipoproteinemiya hallarında qan plazması və
ya albuminl
ə birlikdə vena
daxilinə yeridilməsi; qanda
zülalların konsentrasiyası normal həddlərdə tərəddüd edən
t
əsadüflərdə, diuretiklərin 96%-li 2 ml steril etanol məhlulu
il
ə birlikdə, vena daxilinə yeridilməsi;
- t
əzahürlü hipotoniya hallarında levosimendan, dobutamin,
dopamin
kimi müsb
ət inotrop təsirli preparatların
qlükokortikoidl
ərlə vena daxilinə damcılandırılması;
- diuretikl
ərin yuxarıda göstərdiyimiz kimi kombinasiya
olunması;
- h
əyati göstərişlərə görə plevral,
perikardial mayelərin
parasentez üsulu il
ə xaric olunması;
- ultrafiltrasiya.
Son ill
ər ərzində xronik ürək çatışmazlığının müalicəsində istifadə
olunan
əsas dərmanların cədvəlində birinci sıradan xeyli aşağı düşmüş
olan ür
ək qlükozidləri, hələ də öz yerini itirməmişdir. Məlum olmuşdur
ki, ür
ək qlükozidləri ürək çatışmazlığının proqnozunu yaxşılaşdıra və
x
əstəliyin proqressivləşməsini ləngidə bilməsə də,
həm səyrici aritmiya
v
ə həm də sinus ritmi fonunda klinik vəziyyətini, həyat keyfiyyəti
göst
əricilərini yaxşılaşdırır, kəskinləşmələrin və hospitalizasiyanın sayını
azaldır. Ürək qlükozidləri ürəyə müsbət inotrop, mənfi xronotrop və
neyromodulyator effektl
ər göstərir. Hazırda xronik ürək çatışmazlığının
müalic
əsində, müsbət təsiri A sinif səviyyəsində sübut olunmuş diqoksin
t
ətbiq edilir. Diqoksinin böyük dozaları (0,375 mq/sutka) qısa müddət
ərzində intoksikasiya yaratdığı və proqnoza neqativ
təsir göstərdiyi üçün,
onu kiçik dozalarda (0,25-0,30 mq/sutka) t
əyin edirlər. Diqoksin kiçik
dozalarda neyrohormonal modulyator kimi f
əaliyyət göstərir, ürəyin
yığılma gücünü və sürətini stimulyasiya edir və ürək ritmini nizamlayır;
327
böyr
ək çatışmazlığında diqoksin dozası müvafiq şəkildə azaldılmalıdır;
s
əyrici aritmiya zamanı diqoksinin, onun AV keçiriciliyini və ürək
vurğularının tezliyini azaltmaq qabiliyyətinə görə, birinci sıra dərmanı
kimi tövsiy
ə olunur; sinus ritmi fonunda inkişaf edib davam olunan
xronik ür
ək çatışmazlığının müalicəsində diqoksin AÇF ingibitorları,
betaadrenoblokatorlar,
aldosteron antaqonistl
əri və diuretiklərdən sonra
beşinci yeri tutur; onun koronar patologiya və stenokardiya ilə müşayiət
olunan t
əsadüflərdə təyin olunması, həkimdən ehtiyatlı və diqqətli olmağı
daha çox t
ələb edir.
Angiotenzin II resepto
rlarının blokatorlarına kandesartan, losartan
v
ə valsartan aiddir. Bunlardan kandesartan xronik ürək çatışmazlığının I-
IV funksional sinifl
ər, ürəyin diastolik çatışmazlığı zamanı, başlanğıc
(start) dozası 4 mq/sutka, terapevtik dozası 16 mq/sutka və maksimal
doz
ası 32 mq/sutka olmaqla təyin olunması tövsiyə olunur; valsartan II-
IV funksional sinifl
ər zamanı və infarktdan sonrakı dövrdə müvafiq
olaraq 40 mq/sutka; 80 mq/sutka v
ə 160 mq/sutka dozalarında verilməsi
tövsiy
ə olunur; losartanı AÇF ingibitorlarının keçirilməməzliyi zamanı
v
ə xronik ürək çatışmazlığının profilaktikası üçün 25 mq/sutka, 50
mq/sutka v
ə 100 mq/sutka dozalarda təyin edirlər.
Xronik ür
ək çatışmazlığı zamanı, qanın damarlarda və ürək
boşluqlarında durğunluğu nəticəsində ürək və damardaxili trombozların,
trombemboliyaların baş verməsi riski artır. Ona görə də, xronik ürək
çatışmazlığına düçar olmuş və xüsusilə yataq rejiminə düşmüş
pasiyentl
ərdə tromboz və emboliyaların qarşısını almaq üçün enoksiparin
(40 mq/sutka, 2-3 h
əftə ərzində) və dalteparinlə müalicə olunması, A
sinif s
əviyyəsində tövsiyə olunur. Səyrici aritmiya ilə müşayiət olunan və
trombemboliya riskinin yüks
əlməsilə gedən
təsadüflərdə oral qəbul
olunan qeyri-düz antikoaqulyantlarla (sinkumar, varfarin) müalic
ə mütləq
göst
ərişdir. Səyrici aritmiyanın mövcudluğunda aşağıda göstərilmiş
halların müştərəkliyi, trombemboliya riskini yüksəldir:
-
yaşın 60-dan çox olması və ya ahıl yaşlılıq;
- anamnezd
ə trombemboliyanın baş verməsi haqqında
m
əlumatın olması;
- insult v
ə beyin qan dövranının tranzitor pozğunluqları
haqqında informasiya;
- ür
əkdaxili trombların mövcudluğu;
- ür
əyin sol mədəciyinin atım fraksiyasının 35%-dən aşağı
düşməsi və ürək mədəciklərinin genişlənməsi (son diastolik
ölçünün 6,5 sm-d
ən çox olması);
- ür
əkdə cərrahi əməliyyatların keçirilməsi.
328