S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə141/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   137   138   139   140   141   142   143   144   145

sözüged
ən dərman  preparatlarının  hər ikisinin böyük dozalarda üzun 
müdd
ət təyin  olunması  məsləhət görülmür və  ya bu zaman qanda 
kaliumun v
ə kreatininin səviyyəsinə diqqət yetirilməsi tövsiyə olunur.  
 
Xronik ür
ək  çatışmazlığının  gedişində  dekompensasiya  başlanıb 
proqressivl
əşdikdə, aldosteron antaqonistləri 100-300 mq/sutka 
dozasında,  15-18 gün ərzində, kompleks müalicənin tərkibində  təyin 
olunur; rekompensasiya 
əldə olunduqda, onların dozaları, yuxarıda qeyd 
olunduğu  kimi,  azaldılmalıdır.  Xronik  ürək  çatışmazlığının 
dekompensasiyası,  yəni kəskinləşməsi və  hiperhidratasiyası  zamanı 
aldosteron antaqonistl
əri ilə müalicənin effektivliyi aşağıdakı meyarlarla 
qiym
ətləndirilir: 

davamlı  və  refrakter ödem sindromunda diurezin 20-25% 
artması; 

susama hissinin, ağızda quruluğun və ağızdan gələn spesifik 
“qaraciy
ər” iyinin azalması; 
-  qanda kaliumun v
ə  maqneziumun  konsentrasiyalarının, 
hiperdiurez v
əziyyətinə  baxmayaraq, stabilləşməsi, yəni 
hipokaliumemiya v
ə  hipomaqneziumemiyanın  qeyd 
edilm
əməsi. 
 
 
Bundan sonra, III-IV f
unksional sinifli dekompensasiyalı xəstələrə 
AÇF  ingibitorları  və  betaadrenoblokatorlarla birlikdə, aldosteron 
antaqonistl
ərini kiçik dozalarda (25-50 mq/sutka), RAAS-ı tam blokada 
ed
ən, xəstəliyin  gedişini  və  proqnozunu  yaxşılaşdıran  neyrohumoral 
modulyator kimi, t
əyin edirlər.  Hazırda  ağır  dərcəli xronik ürək 
çatışmazlığının müalicəsində, AÇF ingibitorları + betaadrenoblokatorlar 
+  aldosteron antaqonistl
əri kompleksi ən rasional terapiya üsulu hesab 
olunur v
ə onun effektivliyi A sinif səviyyəsində sübut olunmuşdur. Onu 
da qeyd ed
ək  ki,  spironolaktonun  qanda  konsentrasiyası,  100-300 
mq/sutka dozasında qəbul olunduğu zaman üçüncü gün öz platosuna çatır 
v
ə onun qəbulu dayandırıldıqdan 3 gün sonra onun fəaliyyəti, yəni təsiri 
qurtarır.  Onu  da  qeyd  edək ki, aldosteron antaqonistlərinin 
hiperkaliumemiya,  kreatinin  qanda  artması  kimi  əlavə  təsirlərindən 
başqa,  bəzən  ginekomastiya  da  inkişaf  edə  bilər.  Ona  görə  də,  qanın 
plazmasında  kreatininin  səviyyəsi 130 mkmol/l-dən çox, kaliumun 
s
əviyyəsi 5,2 mkmol/l-dən çox, anamnezdə böyrək çatışmazlığı haqqında 
m
əlumat  olduğu  təsadüflərdə, aldosteron antaqonistlərinin AÇF 
ingibitorları  ilə  birlikdə  təyin  olunması,  həkimdən  ehtiyatlı  olmağı  və 
sözüged
ən göstəricilərin nəzarət altına alınmasını tələb edir. 
 
Xronik ür
ək  çatışmazlığının  sidikqovucularla  müalicəsi və  ya 
diuretikoterapiya, x
əstəlik  zamanı  orqanizmdə  mayenin ləngiməsi və 
ödem  sindromunun  inkişaf  etməsinə  əsaslanır.  Burada  dehidratasiya 
 
321 


üsulu il
ə  aparılan  müalicə  yüksək terapevtik əhəmiyyət kəsb edir. 
Patofizioloji olaraq, orqanizmd
ə ləngiyib yığılmış olan artıq maye, əvvəl 
hüceyr
əxarici sahədən damardaxili  axınına  keçməli, böyrəklərə  çatıb 
filtrasiya  olunmalı,  böyrək  kanalcıqlarında  reabsorbasiya  nəzarətindən 
sonra  sidik  şəkilində  xaric  olunmalıdır.  Orqanizmdə  yığılmış  artıq 
mayenin heceyr
əxarici sahədən  damardaxili  axınına  keçməsi üçün, 
sirkulyasiya ed
ən qan həcmini və  damardaxili hidrostatik təzyiqini 
azaldan f
əal təsirli diuretik, müsbət inotrop təsirə  malik preparat, AÇF 
ingibitoru (v
ə  ya  angiotenzin  reseptorlarının  blokatoru),  vena  daxilinə 
onkotik qan t
əzyiqini yüksəldən  qan  plazmasınıın  və  ya albuminin 
yeridilm
əsi, osmotik təzyiqini yüksəldən, ion mübadiləsini gücləndirən 
aldosteron antaqonistinin verilm
əsi  lazımdır;  damardaxili  axınına 
hüceyr
əxarici sahədən artıq  dərəcədə  daxil olan mayenin böyrəklərə 
çatması  və  burada  onun  filtrasiyasının  intensivləşməsi üçün, səyrici 
aritmiya  zamanı  diqoksinin  kiçik  dozalarından,  sinus  ritmi  fonunda 
hipotoniya  zamanı  vena  daxilinə  dopamin, sistolik qan təzyiqinin 
s
əviyyəsi 100  mm c.s-dan yüksək  olduğu  təsadüflərdə  vena daxilinə 
eufillinin yeridilm
əsi lazımdır; böyrəklərdə əmələ gəlmiş birincili sidiyin 
böyr
ək  kanalcıqlarına  düşdüyü  zaman,  burada  onun  reabsorbasiyasının 
blokada  olunması  və  orqanizmdən çoxlu miqdarda mayenin xaric 
edilm
əsi üçün, xəstəyə  diuretiklərin təyini  lazımdır.  Beləliklə,  yuxarıda 
t
əsvir etdiyimiz üç əsas patofizioloji mexanizmin təmin olunması, xronik 
ür
ək  çatışmazlığı  olan  xəstələrin dehidratasiya üsulu ilə  müalicənin 
uğurla  həyata keçirilməsinə  şərait yaradır.  Beləliklə, xronik ürək 
çatışmazlığının  dehidratasiya  üsulu  ilə  diuretiklər vasitəsilə  müalicə 
ed
ərkən, xəstəyə  AÇF  ingibitorları  və  aldosteron antaqonistləri kimi 
neyromodulyatorları, mayeni hüceyrəxarici sahədən damardaxili axınına 
ç
əkib gətirən, böyrək  qan  dövranını  və  filtrasiyanı  yaxşılaşdıran 
d
ərmanların  da  verilməsi mütləq  lazımdır  (A  sinif  səviyyəsində  sübut 
olunmuş hesab olunur).  
 
Xronik ür
ək  çatışmazlığının  dehidrativ  terapiyası  və  bu zaman 
diuretikl
ərin tətbiqi aşağıdakı müddəalara əsaslanır: 
-  diuretikl
əri və  ya sidikqovucu dərmanları  ödem 
sindromunun aradan götürülm
əsi və  xəstənin klinik 
v
əziyyətinin 
yaxşılaşması 
üçün 
təyin edirlər; 
diuretikoterapiya h
əm də xəstənin hospitalizasiya hallarının 
sayını 
azaldır. 
Bununla 
belə 
onlar x
əstəliyin 
proqressivl
əşməsini ləngidə  və  proqnozu  yaxşılaşdıra 
bilmirl
ər;  diuretikoterapiyanın  düzgün  aparılmaması  və 
diuretikl
ərin yüksək dozalarda tətbiq olunmasında, xəstənin 
h
əyat kefiyyəti göstəriciləri hətta pisləşə bilər;   
 
322 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə