betaadrenoblokatorlar neyrohormonal modulyatorlar kimi, AÇF
ingibitorlarına əlavə olunur; aldesteron reseptorlarının antaqonistləri
AÇF ingibitorları və betaadrenoblokatorlar ilə birlikdə xronik ürək
çatışmazlığının təzahürlü gedişində təyin olunur; diuretiklər,
orqanizmdə
natrium v
ə suyun ləngiməsi ilə əlaqədar meydana çıxan ürək
çatışmazlığında bütün xəstələrə göstərişdir; ürək qlükozidləri səyrici
aritmiya il
ə müşayiət olunan təsadüflərdə daha effektivdir və nəhayət
angiotenzin respetorlarının antaqonistləri AÇF ingibitorlarının
keçirilm
əməzliyində, bəzən isə
onlarla birlikd
ə
t
əzahürlü
dekompensasiyalar zamanı verilir. İndi məlum olur ki, xronik ürək
çatışmazlığı özünün inkişafı və proqressivləşməsinə görə neyrohormonal
konsepsiyaya istinad edir v
ə onun müalicəsində istifadəsi tövsiyə
olunmuş AÇF ingibitorları, betaadrenoblokatorlar, aldostoron və
angiotenzin res
eptorlarının antaqonistləri neyrohormonal modulyatorlar
statusunu
daşıyır. Statinlər, ürəyin işemik xəstəliyinin nəticəsində
meydana çıxan xronik ürək çatışmazlığının bütün təsadüflərində, həm də
ÜİX-li xəstələrdə xronik ürək çatışmazlığının inkişaf riskini azaltmaq
üçün t
əyin olunur; qeyri-düz təsirli antikoaqulyantlar, səyrici aritmiya ilə
müşayiət olunan ÜİX və xronik ürək çatışmazlığı təsadüflərində
göst
ərişdir. Xronik ürək çatışmazlığının müalicəsində istifadəsi tövsiyə
olunmuş köməkçi dərmanların, xəstəliyin proqnozuna olan
müsbət təsiri
sübüt olunmamışdır və onların bu məqsədlə istifadəsi, xəstəliyin özünə
yox, dekompensasiyanı ağırlaşdıran situasiyalara yönəlmişdir:
-
periferik vazodilatatorlar (nitratlar) yanaşı gedən
stenokardiya zamanı qəbul olunur;
- kalsiumun l
əng kanalları blokatorları (sürəkli təsirə malik
dihidropiridinl
ər) davamlı stenokardiya və arterial
hipertenziya zamanı təyin olunur;
- antiaritmik preparatlar (III sinif antiaritmikl
ər) həyati
t
əhlükəli mədəcik mənşəli aritmiyalar zamanı verilir;
- aspirin v
ə digər antiaqreqantlar keçirilmiş miokard
infarktından sonra ikincili profilaktika məqsədilə işlənilir;
- qeyri-qlükozid inotrop stimulyatorlar,
xronik ür
ək
çatışmazlığının davamlı hipotoniya və sol mədəciyin atım
fraksiyasının
azalması
ilə
müşayiət olunan
dekompensasiyası, yəni ağırlaşması, kəskinləşməsi zamanı
lazım olur.
Yeri g
əlmişkən qeyd edək ki, xronik ürək çatışmazlığının
müalic
əsində polipraqmaziyaya yol vermək olmaz, çünki bəzi hallarda
olduğu kimi xəstəyə 6-14 dərman təyin olunması müsbət nəticədən çox
m
ənfi nəticələrə gətirib çıxarır. Bu baxımdan müalicə həkimi,
xronik
313
ür
ək çatışmazlığının müalicəsi üçün tövsiyə olunmuş dərmanların
farmakoloji, farmakinetik, farmakoterapevtik v
ə digər xüsusiyyətlərini
əsaslı dərəcədə bilməlidir.
AÇF ingibitorları hazırda, xronik ürək çatışmazlığının
müalic
əsində ön xəttdə duran, önəmli dərman preparatları sayılır; onların
effektiv t
əsiri yaşdan, klinik vəziyyətdən, xəstəliyin gedişi və ağırlıq
d
ərəcəsindən asılı olmayaraq, bütün təsadüflərdə qeyd edilir. Onu da
qeyd ed
ək ki, işemiya mənşəli xronik ürək çatışmazlığında, qeyri-steroid
iltihab
əleyhinə dərmanların böyük dozaları ilə birlikdə işlənildikdə və
h
əm də qadınlarda onların effektivliyi bir qədər azala bilər; özü də bu
deyil
ənlər, aspirinin kiçik dozalarda qəbul olunmasında, demək
olar ki
rast g
əlinmir. Bununla belə, AÇF ingibitorlarını alan xronik ürək
çatışmazlıqlı xəstələrə, xüsusilə onların dekompensasiya dövründə qeyri-
steroid iltihab
əleyhinə preparatların verilməsi məsləhət deyildir. Ürək
qüsurları və xüsusilə ürək dəlikləri stenozunun üstünlüyü ilə olan
qüsurların nəticəsində baş vermiş xronik ürək çatışmazlığının AÇF
ingibitorları ilə müalicəsi məqbul sayılmir; belə hallarda əsas xəstəlik,
y
əni ürək qüsuru cərrahi üsulla korreksiya olunmalıdır. Söz yox ki,
x
əstəlik cərrahi əməliyyata qədər kompensasiya vəziyyətinə
g
ətirilməlidir və bu məqsədlə xəstəyə verilən bütün dərmanlar və o
cüml
ədən AÇF ingibitorlarının dozaları müvafiq şərtlərə uyğun olaraq
mü
əyyən edilməlidir. Hazırda xronik ürək çatışmazlığının müalicəsində
ən çox işlənilən AÇF ingibitorlarına benazepril, zofenopril, kaptopril,
kvinapril,
lizinopril, perindopril, spirapril, ramipril, fozinopril, silazapril,
enalapril aiddir.
Bunlardan xronik ür
ək çatışmazlığının müalicəsində ən
çox istifad
ə olunanları enalaprit və kaptoprildir (sinif A). Fozinopril,
perindopril v
ə lizinoprilin müalicə effektivliyi B sinif səviyyəsində təsdiq
olunmuşdur. Kəskin miokard infarktını keçirmiş xəstələrdə xronik ürək
çatışmazlığının profilaktikası üçün kaptopril, ramipril, fozinopril və
perindopril, A s
əviyyəsində tövsiyə edilmişdir. Perindopril ürəyin
postinfarkt remodelyasiya prosesinin gedişini ləngidir və bu yolla xronik
ür
ək çatışmazlığının inkişafına maneçilik törədir. Son illərin tədqiqatları
göst
ərmişdir ki, perindopril, ramipril əsasən (A sinif) və kvinapril,
spirapril is
ə hissəvi olaraq (B sinif səviyyəsində) ürəyin işemik xəstəliyi,
arterial hipertenziya, şəkərli diabet, periferik ateroskleroz, keçirilmiş
miokard infarktı, insult fonunda, xronik ürək çatışmamazlığının inkişafını
daha effektiv
almağa qabildir; onlar həm də I
və II funksional sinifə aid
x
əstələrdə dekompensasiyanın profilaktikası üçün tövsiyə olunmuşdur.
AÇF ingibitorları ilə müalicə olunan xəstələrin 2-5% - də
hiperkreatinemiya, quru öskür
ək, angionevrotik ödem, hipotoniya kimi
əlavə, xoşagəlməz hallar rast gəlinə bilər. Hər iki böyrək arteriyasının
314