S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə140/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   137   138   139   140   141   142   143   144   145

betaadrenoblokatorlarla müalic
ənin birinci 2 həftəsində  ürək  atımının 
azalması və xronik ürək çatışmazlığı əlamətlərinin kəskinləşməsi halları 
rast g
əlinə bilər. Bu zaman AÇF ingibitorlarının, diuretiklərin dozalarını 
bir q
ədər  artırmaq,  ürək qlükozidlərini kiçik dozalarda vermək
betaadrenoblokatorların  dozalarını  isə  yavaş  tərzdə  titrləmək məsləhət 
görülür. Ona gör
ə,  betaadrenoblokatorların  qəbulu  dayandırıldıqda, 
xronik ür
ək çatışmazlığının klinik gedişi pisləşə bilər. Hipotoniya, qeyri-
stabil  hallar v
ə  sairə  göstəricilərə  görə, betaadrenoblokatorlarla 
müalic
ənin  dayandırılması  lazım  gəldikdə, onun yenidən  başlanması, 
klinik v
əziyyətin stabilləşməsindən sonra kiçik dozalarla həyata keçirilir.  
         Xronik ür
ək  çatışmazlığında  betaadrenoblokatorlarla  müalicənin 
aparılmasına aşağıdakı əks göstərişlər vardır: 

bronxial  astma,  xronik  obstruktiv  irinli  bronxit,  ağciyərin 
xronik obstruktiv x
əstəliyi (AXOX); 

bradikardiya (˂50 vurğu/dəq); 

sistolik hipotoniya (˂80 mm c.s); 
- II v
ə daha çox dərəcəli AV blokadaları; 

ağır dərəcəli obliterasiyaedici endarteriit.  
 
  
Xronik ür
ək  çatışmazlığının  özünün  yaratdığı  xronik  bronxit, 
betaadrenoblokatorla
rın  təyin  olunmasına  mütləq  əks göstəriş  deyildir. 
Bütün  bu  hallarda  betaadrenoblokatorların  təyin  olunmasına,  kiçik 
dozalarla  başlamaqla  və  çox ləng titrləmə  aparmaqla  nail  olmağa  cəhd 
etm
ək,  çalışmaq  lazımdır.  Onların  qəbulu fonunda və  ya nəticəsində 
bro
nxobstruksiya  baş  verdikdə  və  ya  mövcud  olan  buna  oxşar  hal 
k
əskinləşdikdə, kardioselektiv  betabiradrenoblokator olan bisoprololu 
verm
ək  lazımdır.  Xronik  ürək  çatışmazlığı  2-ci  tip  şəkərli diabetin 
fonunda v
ə  ya onun nəticəsində inkişaf etmiş olduqda və  ya da onların 
müştərək  olduqları  təsadüflərində, betaadrenoblokatorun təyin edilməsi 
mütl
əq göstərişdir. Burada daha çox karvedilol göstərişdir, çünki o, digər 
betaadrenoblokatorlardan f
ərqli olaraq, həm də  periferik  toxumaların 
insulin
ə olan həssaslığını yaxşılaşdırır (A sinif). Son illər ərzində, ürəyin 
işemik 
xəstəliyi olan pasiyentlərdə, 
betaadrenoblokatorların 
keçirm
əməzliyində, ürək  vurğularının  tezliyini azaltmaq üçün, If – 
kanallarının  blokatorlarından  biri  olan,  ivabradindən istifadə  etməyə 
başlamışlar. Xronik ürək  çatışmazlığı,  ürəyin sol mədəciyinin  atım 
fraksiyasının azalması təsadüflərində, ürək vurğularının dəqiqəlik sayının 
azaldılması,  ürəyin  işemik  xəstəliyində  proqnozun  yaxşılaşdırılmasında 
yeni imkanlara yol aça bil
ər. 
         Bel
əliklə, xronik ürək 
çatışmazlığının 
müalicəsində 
betaadrenoblokatorların təhlükəsiz və uğurla tətbiq olunması üçün, onları 
AÇF  ingibitorlarını  alan  pasiyentlərə  təyin etmək,  inotrop  preparatların 
 
319 


v
ə  diuretiklərin vena daxilinə  yeridilməsinə  ehtiyacı  olmayan,  nisbətən 
stabil klinik v
əziyyətində  olan xəstələrə  vermək, müalicəni kiçik 
dozalarla  başlayıb  tədricən  artırmaqla  optimal  fərdi  dozaya  çatdırmaq 
lazımdır. Betaadrenoblokatorlarla müalicəni ambulator şəraitdə başlamaq 
v
ə davam etdirmək olar; müalicənin başlanğıc dövründə rast gəlinə bilən 
hipotoniya, bradikardiya v
ə  ya klinik vəziyyətin pisləşməsini göstərən 
qeyri-
stabil  halları  vaxtında  aşkara  çıxardıb  aradan  götürmək  lazımdır. 
Ona gör
ə  də  xəstələr  ambulator  şəraitində  həkimin nəzarətində  olmalı, 
onlarda arterial qan t
əzyiqi, ürək  vurğularının  tezliyi,  ürək  çatışmazlığı 
simptomları,  durğunluq  əlamətləri sistematik olaraq müəyyən olunub, 
qiym
ətləndirilməlidir; ürək  çatışmazlığı  əlamətlərinin  artmasında,  yəni 
dekompensasiyanın  proqressivləşməsində, birinci növbədə  AÇF 
ingibitorlarının və diuretiklərin sutkalıq dozalarını artırmaq lazımdır; bu 
t
ədbirlərin  effektivliyi  olmadıqda  betaadrenoblokatorun  dozasını 
müv
əqqəti olaraq azaltmaq və klinik vəziyyət rekompensasiya olduqdan 
sonra, yenid
ən kiçik dozalarla müalicəni bərpa etmək  lazımdır; 
dekompensasiya dövründ
ə inotrop preparatların təyin olunmasına ehtiyac 
olduqda kalsium sensitizatorlardan biri olan levosimendandan istifad
ə 
edilm
əsi tövsiyə  olunur. Sonuncunun inotrop hemodinamik effekti
betaadrenoreseptorların  blokada dərəcəsindən asılı deyildir; xronik ürək 
çatışmazlığının III-IV funksional sinifli xəstələrdə, naməlum etiologiyalı 
ür
ək çatışmazlığında, hipotoniya, bradikardiya, yanaşı bronxoobstruksiya 
zamanı  və  betaadrenoblokatorları  pis  keçirən hallarda və  anamnezdə 
əvvəllər betaadrenoblokatorlarla müalicənin,  əlavə  və  xoşagəlməz 
əlamətlərə, ürək  çatışmazlığının  kəskinləşməsinə  görə,  dayandırılması 
haqqında məlumata malik təsadüflərdə xəstələri xüsusi olaraq kardioloji 
n
əzarətə və müşahidəyə götürmək tövsiyə olunur. 
 
Aldosteron antaqonistl
əri, xronik ürək  çatışmazlığının  kompleks 
diuretik  terapiyasında,  ağır  dərəcəli  klinik  gedişi  zamanı,  100-300 
mq/sutka dozasında, kaliumu mühafizə edən diuretik kimi tətbiq olunur
onların  tətbiqinə  xronik ürək  çatışmazlığının  dekompensasiyası, 
hiperhidratasiyası  və  fəal dehidrativ müalicənin  aparılmasına  ehtiyacın 
olması 
göstərişdir. 
Xronik 
ürək 
çatışmazlığının 
gedişində 
rekompensasiyanı  əldə  etmək üçün, aldosteron antaqonistlərinin AÇF 
ingibitorları  və  ya  angiotenzin  reseptorlarının  blokatorları  və  digər 
diuretikl
ərlə  birlikdə,  kompleks  şəkilində  tətbiq edilməsi,  uğurlu 
n
əticələrə  gətirib  çıxarır.  Xəstələrdə  rekompensasiya  əldə  olunduqdan 
sonra, aldosteron antaqonistl
ərinin  sutkalıq  dozası  azaldılır  və  onların 
q
əbulu kiçik dozalarda əlavə  neyrohormonal modulyator kimi, uzun 
müdd
ət  ərzində  davam  etdirilir.  AÇF  ingibitorları  və  aldosteron 
antaqonistl
ərinin birlikdə təyin olunması yüksək effektivliyə malikdir və 
onlar birlikd
ə  qanda kaliumun və  kreatinin  miqdarını  artırır.  Odur  ki, 
 
320 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə