Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə



Yüklə 124,97 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü124,97 Kb.
#42809


Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət 

Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 

 

 

    Azərbaycan  Respublikası  Qaçqınların  və  Məcburi  Köçkünlərin  İşləri  üzrə  Dövlət  Komitəsinin 



fəaliyyətinin normativ hüquqi əsaslarını təkmilləşdirmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 



haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.



 

3. Bu fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,  



Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 1 fevral 2005-ci il

 

№ 187



 

 

 



Azərbaycan Respublikası Prezidentinin

 

2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə



 

TƏSDİQ EDİLMİŞDİR

 

 

 

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi

 

Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında

 

 

 

ƏSASNAMƏ

[1]


 

 

 

1. ÜMUMİ MÜDDƏALAR

 

 

 



1.1.  Azərbaycan  Respublikasının  Qaçqınların  və Məcburi  Köçkünlərin  İşləri  üzrə Dövlət 

Komitəsi  (bundan  sonra  -  Komitə) Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi 

nəticəsində  qaçqın  və  məcburi  köçkün  olmuş  şəxslərin  (bundan  sonra  -  qaçqınlar  və  məcburi 

köçkünlər)  yerləşdirilməsi,  məskunlaşdırılması,  repatriasiyası,  sosial  müdafiəsi,  işğaldan  azad 

olunmuş ərazilərdə onların  sosial,  mənzil-məişət  şəraitinin  yaxşılaşdırılması  sahəsindədövlət 

siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

[2]

 

1.2.



  

Komitə öz  fəaliyyətində Azərbaycan  Respublikasının  Konstitusiyasını,  Azərbaycan 

Respublikasının  Mülki  Məcəlləsini,  Azərbaycan  Respublikasının  qanunlarını,  Azərbaycan 

Respublikası  Prezidentinin  fərman  vəsərəncamlarını,  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin  qərar  və sərəncamlarını,  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

 

1.3.


  

Komitə bu Əsasnamədə nəzərdə tutulan 

vəzifə və funksiyaları 

yerinə yetirərkən 

Azərbaycan 

Respublikasının 

mərkəzi 

və yerli 

icra 

hakimiyyəti 



orqanları, 

yerli 


özünüidarəetmə orqanları  ilə,  habelə ictimai  təşkilatlarla  vədigər  hüquqi  şəxslərlə qarşılıqlı 

fəaliyyət göstərir.

 

1.4.


  

1.4. 


Komitənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi 

və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

[3]

 



1.5.

  

Komitə müstəqil  balansa,  xəzinə və bank  hesablarına,  Azərbaycan  Respublikasının  dövlət 



gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamp və blanklara malikdir.

 

1.6.



  

Komitə Bakı şəhərində yerləşir.

 

 

 



2. KOMİTƏNİN ƏSAS VƏZİFƏLƏRİ

 

 



 

Komitənin əsas vəzifələri aşağıdakılardır:

 

2.1.


   

qaçqınların 

və məcburi 

köçkünlərin 

məşğulluğunun 

artırılması, 

yoxsulluğunun 

azaldılması  və sosial  problemlərinin  həlli  sahəsində dövlət  siyasətinin  formalaşmasında  iştirak 

etmək və onun həyata keçirilməsini təmin etmək;

 

2.2.



   

qaçqınların  və məcburi  köçkünlərin  həyat  şəraitinin  yaxşılaşdırılması  məqsədilə müvafiq 

dövlət proqramlarının layihəsini hazırlamaq və onların yerinə yetirilməsini təşkil etmək;

 

2.3.



   

qaçqınlar  və məcburi  köçkünlər  üçün  mənzil  və sosial  obyektlərin  təmir-tikinti  işlərinin 

aparılmasını və tikinti obyektlərinin müvafiq layihə-smeta sənədləri ilə təminatını təşkil etmək;

 

2.4.



   

qaçqınların və məcburi köçkünlərin miqrasiyasının tənzimlənməsində iştirak etmək;

 

2.5.


   

qaçqınların  və məcburi  köçkünlərin  mövcud  vəziyyəti,  ehtiyacları  onların  ölkədaxili 

miqrasiyası barədə məlumat toplamaq, təhlil etmək, ümumiləşdirmək və tövsiyələr hazırlamaq;

 

2.6.



   

qaçqınların  və məcburi  köçkünlərin  məcburi  tərk  etdikləri  yaşayış  yerlərinə qayıtmasına 

şərait  yaratmaq  məqsədilə müvafiq  dövlət  orqanları,  beynəlxalq  və qeyri-hökumət  təşkilatlan 

ilə məqsədyönlü iş aparmaq;

 

2.7.


   

qaçqın  və məcburi  köçkünlər  üçün  ayrılmış  büdcə vəsaitindən  səmərəli  istifadəni  təmin 

etmək;

 

2.8.



   

məcburi  köçkünlərin  yığcam  məskunlaşdıqları  yerlərdə və qəsəbələrdə kommunal 

xidmətlərin yaxşılaşdırılmasını təmin etmək;

 

2.9.            qanunvericiliklə müəyyən  olunmuş  qaydada  və əsaslarla  "qaçqın"  və "məcburi 



köçkün" statusu verilməsi ilə bağlı müraciətlərə baxmaq və müvafiq qərarlar qəbul etmək;

 

      2.9-1.  öz  fəaliyyəti  haqqında  əhalinin  məlumatlandırılmasını,  internet  saytının  yaradılmasını, 



malik  olduğu  və  siyahısı  qanunvericiliklə  müəyyən  edilmiş  açıqlanmalı  olan  ictimai 

informasiyanın  həmin  saytda  yerləşdirilməsini  və  bu  informasiyanın  daimi  yeniləşdirilməsini 

təmin etmək;

 

2.9-2. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və 



əlavə təhsili üçün tədbirlər görmək;

[4]

 

2.10.          Azərbaycan 



Respublikasının 

qanunvericiliyinə uyğun 

olaraq 

Komitəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.



 

 

 



3. KOMİTƏNİN ƏSAS FUNKSİYALARI

 

 



 

Komitə bu Əsasnamə ilə müəyyən  edilmiş  vəzifələrə uyğun  olaraq  aşağıdakı əsas  funksiyaları 

həyata keçirir:

 

3.1.



  

Azərbaycan 

Respublikasının 

qanunvericiliyi 

ilə müəyyən 

edilmiş 


qaydada 

və əsaslarla "qaçqın"  və ya "məcburi  köçkün"  statusu,  həmin  statusu  təsdiq  edən  sənəd  (vəsiqə) 

verir və bu statusdan məhrum edir;

[5]


 

3.2.


  

qaçqın  və məcburi  köçkün  düşmüş  şəxslərin  hüquqlarının  kütləvi  şəkildə pozulması 

faktının  beynəlxalq  və yerli  ictimaiyyətə çatdırılmasını  aidiyyəti  icra  hakimiyyəti  orqanları 

vasitəsilə həyata keçirir;

 



3.3.

  

qaçqınların və  məcburi  köçkünlərin problemlərinin  həlli  sahəsində normativ  hüquqi 



aktların təkmilləşdirilməsi üzrə təkliflər verir;

 

3.4. qaçqınlar  və məcburi  köçkünlər  üçün  mənzil,  sosial  və texniki  infrastruktur  obyektlərinin 



tikintisinə cəlb olunmuş tikinti təşkilatlarının işinə sifarişçi kimi nəzarət edir;

 

3.5.



   

qaçqınlar  və məcburi  köçkünlər  üçün  zəruri  sosial  obyektləri  olan  qəsəbələrin  və yığcam 

yaşayış  məntəqələrinin  layihələşdirilib  tikilməsi  ilə bağlı  təkliflər  verir,  onlar  üçün  iş  yerlərinin 

açılması 

məqsədilə istehsal 

infrastrukturunun 

yaradılmasında 

müvafiq 


qurumlarla 

qarşılıqlı əlaqədə fəaliyyət göstərir;

 

3.6.


   

məskunlaşma  yerləri  üzrə qaçqınların  və məcburi  köçkünlərin  uçotunun  aparılmasını, 

onlar haqqında vahid informasiya bazasının yaradılmasını təşkil edir;

 

3.7.



   

müvafiq  icra  hakimiyyəti  orqanları  ilə birlikdə qaçqınların  və məcburi  köçkünlərin 

işlə təmin  edilməsi,  peşə hazırlığı  kurslarının  təşkili,  onların  kiçik  sahibkarlıqla  məşğul  olmaları 

üzrə tədbirlər görür;

 

3.8.


   

qaçqınların  və məcburi  köçkünlərin  müvəqqəti  məskunlaşdıqları  yerlərdə və repatriasiya 

dövründə müxtəlif növ reabilitasiya və reinteqrasiya tədbirləri həyata keçirir;

 

3.9.



   

işğal  olunmuş ərazilər  barədə məlumat  toplusunun  hazırlanması,  həmin ərazilərin 

işğaldan əvvəlki  sosial-iqtisadi  vəziyyətinin,  qaçqınların  və məcburi  köçkünlərin  problemlərinin, 

ehtiyaclarının, mövcud həyat şəraitinin beynəlxalq və yerli ictimaiyyətə çatdırılması üçün aidiyyəti 

icra hakimiyyəti orqanları ilə əlaqəli tədbirlər görür;

 

3.10.          qaçqınların və  məcburi  köçkünlərin miqrasiyasının  səbəblərini  təhlil  edir,  onun 



tənzimlənməsi üzrə təkliflər hazırlayır və səlahiyyətləri daxilində müvafiq tədbirlər görür;

 

3.11.



   

müvafiq 


icra 

hakimiyyəti 

orqanları 

ilə birlikdə qaçqınların və 

məcburi 

köçkünlərin miqrasiyası ilə bağlı işlərin həyata keçirilməsini təmin edir;

 

3.12.


   

"qaçqın" statusu alan şəxslərin yerli şəraitə uyğunlaşması və onların sosial problemlərinin 

həlli üzrə zəruri tədbirlər görür; 

[6]


 

3.13.


   

qaçqınların və  məcburi  köçkünlərin qəbulu,  yerləşdirilməsi  və sosial  müdafiəsi 

ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə tədbirlər həyata keçirir;

 

3.14.



   

beynəlxalq 

qeyri-hökumət 

təşkilatları 

ilə birlikdə qaçqınların və 

məcburi 


köçkünlərin miqrasiyası  sahəsində əməkdaşlıq  məsələlərinə dair  müəyyən  olunmuş  qaydada 

məsləhətləşmələr və danışıqlar aparır;

 

3.15.


   

əmək  kollektivlərindən,  ictimai  və özəl  təşkilatlardan,  xarici  dövlətlərdən  və ayrı-ayrı 

şəxslərdən  daxil  olan, qaçqın  və məcburi  köçkünlərin ehtiyacları  üçün nəzərdə tutulmuş  müxtəlif 

növ  yardımların  qəbulu,  qeydiyyatı,  saxlanılması,  bölüşdürülməsi  və ünvanlı  çatdırılması  işini 

müəyyən 

edilmiş 


qaydalara 

uyğun 


olaraq 

müvafiq 


icra 

hakimiyyəti 

orqanları 

ilə qarşılıqlı əlaqədə təmin edir;

 

3.16.


   

qaçqınlar və  məcburi  köçkünlərlə aparılan  işin  vəziyyətinə dair  materialları  təhlil  edir, 

analitik  məlumat  hazırlayır  və müvafiq  kitablar,  broşürlər,  sorğu-məlumat  bülletenləri  və s.  nəşr 

etdirir;


[7]

 

3.17.



   

məcburi  köçkünlərin  müvəqqəti  məskunlaşması  üçün  tikilmiş  və Komitənin  balansına 

götürülmüş mənzil fondunun qorunub saxlanılmasını və istismarını təmin edir;

 

3.18.



   

qaçqın və məcburi köçkünlər üçün salman qəsəbələrin və yığcam yaşayış məntəqələrinin 

və həmin  məntəqələrdə müəssisələrin,  yaşayış  və sosial-mədəni  obyektlərin  yerləşdirilmə sxemini 

müvafiq  qurumlarla  razılaşdırmaqla  təsdiq  edir,  müəyyən  olunmuş  qaydada  obyektlərin 

layihələndirilməsi tapşırığını yerinə yetirir;

 



3.19.

   


öz  səlahiyyətləri  daxilində mənzil,  sosial,  mədəni-məişət  obyektlərinin  tikilməsi, 

qaçqınların və məcburi köçkünlərin müvəqqəti məskunlaşması, işlə təmin edilməsi, onlara torpaq 

sahələrinin ayrılması ilə bağlı təkliflər hazırlayır;

 

3.20.



   

qaçqınların və məcburi köçkünlərin əvvəlki daimi yaşayış yerlərinə qayıtması problemləri 

ilə məşğul  olur,  işğaldan  azad  edilmiş  yaşayış  məntəqələrinin,  qəsəbə və kəndlərin  bərpası, 

kommunikasiya  xətlərinin,  avtomobil  yollarının,  elektrik  xətlərinin,  su  və qaz  kəmərlərinin, 

istehsal  sahələrinin,  sosial  obyektlərin  normal  vəziyyətə salınması  sahəsində işləri  müvafiq  icra 

hakimiyyəti  orqanları,  beynəlxalq,  yerli  qeyri-hökumət  təşkilatlan  və maliyyə qurumlan 

ilə qarşılıqlı əlaqədə həyata keçirir;

 

3.21.



   

qaçqınların  və məcburi  köçkünlərin  dövlət  tərəfindən  maliyyə təminatı  ilə bağlı  dövlət 

büdcəsi  layihəsi  üzrə hesablamalarda  iştirak  edir,  bu  sahədə təkliflərini  aidiyyəti  dövlət 

orqanlarına təqdim edir;

 

3.22.


   

qaçqınların  və məcburi  köçkünlərin  şəhər  və rayonlarda  müvəqqəti  yerləşdirilməsini 

və məskunlaşmasını  planlı  surətdə təmin  etmək  üçün  onların  mənzil-məişət  problemləri 

üzrə layihələrə müvafiq dövlət orqanları iləbirlikdə baxılmasını təşkil edir;

 

3.23.


   

qaçqınların  və məcburi  köçkünlərin  məşğulluğunun  artırılması,  yoxsulluğunun 

azaldılması  və digər  problemlərinin  həlli  ilə əlaqədar  məsələləri  müvafiq  dövlət  orqanları 

və beynəlxalq 

təşkilatlar 

tərəfindən 

keçirilən 

konfranslarda, 

seminarlarda 

və başqa 

tədbirlərdə müzakirə edir;

 

3.24.



   

tikinti-quraşdırma işlərinin  yerinə yetirilməsi,  obyektlərin  istismara verilməsi  və vəsaitin 

xərclənməsi haqqında hesabatlan qanunvericiliyə uyğun olaraq müvafiq orqanlara təqdim edir;

 

3.25.



   

səlahiyyətlərinə aid  məsələlər  üzrə beynəlxalq əməkdaşlığı  həyata  keçirir,  beynəlxalq 

müqavilələrin  (sazişlərin)  layihələrinin  hazırlanmasında  iştirak  edir,  konfransların,  seminarların 

və s. tədbirlərin keçirilməsini təşkil edir;

 

3.26.


   

qaçqınlara və  məcburi  köçkünlərə onların  müraciətləri əsasında  mövcud  imkanlar 

hesabına humanitar ərzaq və qeyri-ərzaq yardımının verilməsini təmin edir;

[8]


 

3.27.


   

qaçqınların və 

məcburi 

köçkünlərin ərizə və şikayətlərinə baxır 

və qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görür;

 

3.28.



   

qanunvericiliyə uyğun olaraq digər funksiyaları həyata keçirir.

 

 

 

4. KOMİTƏNİN HÜQUQLARI

 

 

 



Öz vəzifə və funksiyalarını həyata keçirmək üçün Komitənin aşağıdakı hüquqları vardır:

 

4.1.



   

qaçqınların və  məcburi  köçkünlərin problemlərinin həlli  üzrə aidiyyəti  dövlət  orqanlarına 

təkliflər vermək;

 

4.2.



   

Komitənin  səlahiyyətlərinə aid  olan  məsələlər  üzrə qanunvericilik  aktlarının  layihələrini 

hazırlayıb müvafiq dövlət orqanlarına təqdim etmək;

 

4.3.



   

qaçqınların və  məcburi  köçkünlərin sosial  müdafiəsi  ilə bağlı  müvafiq  dövlət  orqanları 

qarşısında məsələ qaldırmaq;

 

4.4.



   

Komitənin səlahiyyətlərinə dair məsələlər üzrə mülkiyyət və təşkilati-hüquqi formasından 

asılı olmayaraq ölkə ərazisində yerləşən müəssisə, idarə və təşkilatlardan məlumatlar almaq;

 

4.5.



   

məcburi köçkünlərin aylıq yemək xərcləri üçün nəzərdə tutulmuş müavinətin və yardımın 

ünvanlı  çatdırılmasına  nəzarət  etmək,  bu  sahədə qanun  pozuntuları  aşkar  edildikdə onların 

aradam  qaldırılması  üçün  səlahiyyətləri  daxilində tədbirlər  görmək  və zəruri  hallarda  müvafiq 

orqanlara müraciət etmək;

 



4.6.

   


qaçqınların və  məcburi  köçkünlərin miqrasiyası  sahəsində dövlət  və qeyri-hökumət 

təşkilatlan ilə qarşılıqlı əlaqədə tədbirlər görmək;

 

4.7.


   

qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətlərinə dair məsələlərin icrası ilə bağlı 

təlimatlar,  qaydalar  və digər  normativ  sənədlər  hazırlamaq,  onları  müvafiq  dövlət  orqanları 

ilə razılaşdıraraq təsdiq etmək;

 

4.8.


   

xarici, yerli hüquqi və fiziki şəxslərdən qrant və yardımlar almaq;

 

4.9.


   

qanunvericilikdə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

 

 



5. KOMİTƏNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

 



 

5.1.


  

Komitənin mərkəzi aparatı,  onun  strukturunda  olan  regional  şöbələr  və digər  qurumlar 

Komitənin vahid sistemini təşkil edir.

 

5.2.



  

Komitənin ştat sayının həddi və onun strukturuna daxil olmayan tabeliyindəki qurumların 

(hüquqi  şəxslərin,  təşkilatların  və  sair) siyahısı  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti 

tərəfindən  təsdiq  edilir.Komitənin  strukturu  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən 

müəyyən edilir. 

[9]

 

5.3.



  

Komitəyə Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  vəzifəyə təyin  edilən 

və vəzifədən  azad  olunan  sədr  rəhbərlik  edir.  Sədr  Komitəyə həvalə olunmuş  vəzifələrin, 

funksiyaların və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

5.4.


   

Komitə sədrinin  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  vəzifəyə təyin  olunan 

və vəzifədən azad edilən bir müavini vardır.

 

5.5.



   

Komitənin sədri:

 

5.5.1.


  

Komitənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

 

      5.5.2.  Komitənin  aparatının  struktur  bölmələrinin  və  tabeliyində  olan  qurumların 



əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi 

üçün müəyyən olunmuş qaydada təqdim edir;

 

      5.5.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komitənin 



aparatının,  yerli  və  digər  qurumlarının  strukturunu,  ştat  cədvəlini  və  ayrılmış  büdcə  təxsisatı 

daxilində onların xərclər smetasını təsdiq edir;



[10]

 

      5.5.4.  Komitənin mərkəzi aparatının  işçilərini,  tabeliyində olan qurumların rəhbər  işçilərini 



vəzifəyə təyin  edir  və vəzifədən  azad  edir.  Onlar  barəsində həvəsləndirmə və intizam  tənbehi 

tədbirləri görür;

[11]

 

       5.5.5. qüvvədə olan qanunvericilik əsasında icrası məcburi olan əmr və sərəncamlar verir.



 

5.6.


   

Komitədə sədrdən,  onun  müavinindən,  Komitənin  rəhbər  işçilərindən  ibarət  kollegiya 

fəaliyyət göstərir.

 

5.7.



   

Komitənin kollegiyasının tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 

təsdiq edilir.

 

5.8.



   

Kollegiyada  Komitənin əsas  fəaliyyəti  və işinin  təkmilləşdirilməsi  məsələlərinə baxılır, 

qaçqın,  məcburi  köçkün  və "qaçqın"  statusu  almaq  niyyətində olan  (sığınacaq  axtaran) 

şəxslərlə bağlı  siyasətin  həyata  keçirilməsi,  çıxarılmış  qərarların  icrası,  kadrların  seçilməsi, 

yerləşdirilməsi,  tabeliyində olan qurumların fəaliyyəti  müzakirə edilir  və müvafiq  qərarlar  qəbul 

olunur. 


[12]

 

5.9.            Kollegiya öz iclaslarında səlahiyyətləri daxilində digər məsələlərə də baxır.



 


5.10.

   


Komitənin  kollegiya  iclasları  üzvlərinin  yandan  çoxu  iştirak  etdikdə səlahiyyətlidir. 

Qərarlar  sadə səs  çoxluğu  ilə qəbul  edilir  və protokolla  rəsmiləşdirilir.  Kollegiyanın  qərarları  bir 

qayda olaraq sədrin əmri ilə həyata keçirilir.

 

5.11.



   

Kollegiya qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici 

hesab edilir.

 

5.12.



   

Komitənin  kollegiyasının  iclaslarına,  zəruri  hallarda,  iştirak  etmək  üçün  digər  icra 

hakimiyyəti  orqanlarının,  idarə,  müəssisə və təşkilatların rəhbərləri,  habelə ictimai  təşkilatların 

nümayəndələri dəvət edilə bilər.

[13]

 

 



 

64 Daşınmaz əmlaka  hüquqların  dövlət  qeydiyyatının  həyata  keçirilməsinin  təmin 

edilməsi haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 



  

   Daşınmaz əmlakın  dövlət  reyestrinin  tərtib  edilməsi  və aparılmasının  sürətləndirilməsini,  bu 

sahədə mövcud  olan  təcrübənin  beynəlxalq  standartlara  uyğunlaşdırılmasını  təmin  etmək 

məqsədilə qərara alıram:

 

1.   Azərbaycan  Respublikası  İqtisadi  İnkişaf  Nazirliyinin  nəzdində Daşınmaz Əmlakın  Dövlət 



Reyestri 

Xidmətinin əsasında 

Azərbaycan 

Respublikası 

Nazirlər 

Kabinetinin 

yanında 

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaradılsın.

 

2.  Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:



 

2.1.


  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri 

Xidməti  haqqında Əsasnamənin  layihəsini  və həmin  Xidmətin  işçilərinin  ümumi  say  tərkibi 

barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

2.2.


  

öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

3.   "Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin  təsdiq  edilməsi,  qüvvəyə minməsi 



və bununla  bağlı  hüquqi  tənzimləmə məsələləri  haqqında"  Azərbaycan  Respublikası  Qanununun 

tətbiq  edilməsi  barədə"  Azərbaycan  Respublikası  Prezidentinin  2000-ci  il  25  avqust  tarixli  386 

nömrəli  Fərmanının  (Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2000-ci  il,  №  8  (3 

kitabda),  III  kitab,  maddə 609;  2003-cü  il,  №  8,  maddə 435,  №  10,  maddə522;  2004-cü  il,  №  6, 

maddə 435) 3-cü bəndin səkkizinci, onuncu və on ikinci abzaslarında "İqtisadi İnkişaf Nazirliyinin 

nəzdində" sözləri "Nazirlər Kabinetinin yanında" sözləri ilə əvəz edilsin.

 

 

 



 

 

 



 

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

 

 

1.

       


6  mart  2008-ci  il  tarixli  719

 

nömrəli  Azərbaycan  Respublikası  Azərbaycan  Respublikasının 



Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 

168)

 

2.

       

11  noyabr  2008-ci  il  tarixli  14  nömrəli  Azərbaycan  Respublikasının  Prezidentinin  Fərmanı 



(“Azərbaycan”  qəzeti  21  noyabr  2008-ci  il,  №  261,  Azərbaycan  Respublikasının  Qanunvericilik 

Toplusu, 2008-ci il, № 11, maddə 970)

 



3.

       


21 

dekabr 


2009-cu 

il 


tarixli 195 nömrəli 

Azərbaycan 

Respublikasının 

Prezidentinin 

Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289)

 

4.

       

15  fevral  2011-ci  il tarixli 381 nömrəli  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Respublika” 



qəzeti,  18  fevral  2011-ci  il,  №  38,  “Azərbaycan”  qəzeti,  20  fevral  2011-ci  il,  №  40,  Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)

 

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 



 

 

 



 

[1]


 

6  mart  2008-ci  il  tarixli  719

 

nömrəli  Azərbaycan  Respublikası  Azərbaycan  Respublikasının 



Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 168

ilə "Azərbaycan  Respublikasının Qaçqınların  və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında 

Əsasnamə"nin 2.4-cü, 3.3-cü, 3.10-cu, 3.11-ci, 3.13-cü, 3.14-cü, 3.20-ci, 3.27-ci, 4.1-ci, 4.3-cü və 4.6-cı bəndlərdə 

", məcburi köçkünlərin və "qaçqın" statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin" sözləri "və 



məcburi köçkünlərin" sözləri ilə əvəz edilmişdir. 

  

[2]



 

6  mart  2008-ci  il  tarixli  719

 

nömrəli  Azərbaycan  Respublikası  Azərbaycan  Respublikasının 



Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 168

ilə "Azərbaycan  Respublikasının Qaçqınların  və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında 

Əsasnamə"nin  1.1-ci  bənddə  "qaçqınların  və  məcburi  köçkünlərin  yerləşdirilməsi"  sözləri  "Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan 

sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi" sözləri ilə əvəz edilmişdir. 

  

[3]



 21 

dekabr 


2009-cu 

il 


tarixli 195 nömrəli 

Azərbaycan 

Respublikasının 

Prezidentinin 

Fərmanı (“Azərbaycan”  qəzeti  27  dekabr  2009-cu  il,  №  289) ilə  «Azərbaycan  Respublikasının  Qaçqınların 

və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin 1.4-cü bənd yeni redaksiyada 

verilmişdir.

 

 



 

Əvvəlki redaksiyada deyilirdi:

 

1.4. Komitənin fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd 



olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

 

 



 

[4]


 21 

dekabr 


2009-cu 

il 


tarixli 195 nömrəli 

Azərbaycan 

Respublikasının 

Prezidentinin 

Fərmanı (“Azərbaycan”  qəzeti  27  dekabr  2009-cu  il,  №  289) ilə  «Azərbaycan  Respublikasının  Qaçqınların 

və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»yə 2.9-1-ci və 2.9-2-ci bəndlər əlavə 

edilmişdir. 

  

15  fevral  2011-ci  il tarixli 381 nömrəli  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Respublika” 



qəzeti,  18  fevral  2011-ci  il,  №  38,  “Azərbaycan”  qəzeti,  20  fevral  2011-ci  il,  №  40,  Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2011-ci  il,  №  02,  maddə  85) ilə  2.9-2-ci  bəndində  “ixtisasının 

artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.

 

  



[5]

 

6  mart  2008-ci  il  tarixli  719



 

nömrəli  Azərbaycan  Respublikası  Azərbaycan  Respublikasının 

Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 168

ilə "Azərbaycan  Respublikasının Qaçqınların  və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında 

Əsasnamə"nin 3.1-ci bənddən “qaçqın” və ya” sözləri çıxarılmışdır. 

  



[6]

 6 


mart  2008-ci  il  tarixli  719

 

nömrəli  Azərbaycan  Respublikası  Azərbaycan  Respublikasının 



Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 168

ilə "Azərbaycan  Respublikasının Qaçqınların  və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında 

Əsasnamə"nin 3.12-ci bənd çıxarılmışdır. 

  

[7]



 6  mart  2008-ci  il  tarixli  719

 

nömrəli  Azərbaycan  Respublikası  Azərbaycan  Respublikasının 



Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 168

ilə "Azərbaycan  Respublikasının Qaçqınların  və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında 

Əsasnamə"nin 3.16-cı bənddə ", məcburi köçkünlər və “qaçqın” statusu almaq niyyətində olan (sığınacaq 

axtaran) şəxslərlə" sözləri "və məcburi köçkünlərlə" sözləri ilə əvəz edilmişdir. 

  

[8]



 

6  mart  2008-ci  il  tarixli  719

 

nömrəli  Azərbaycan  Respublikası  Azərbaycan  Respublikasının 



Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 168

ilə "Azərbaycan  Respublikasının Qaçqınların  və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında 

Əsasnamə"nin 3.26-cı bənddə ", məcburi köçkünlərə və “qaçqın” statusu almaq niyyətində olan (sığınacaq 

axtaran) şəxslərə" sözləri " və məcburi köçkünlərə" sözləri ilə əvəz edilmişdir. 

 

 

[9]



 

11  noyabr  2008-ci  il  tarixli  14  nömrəli  Azərbaycan  Respublikasının  Prezidentinin  Fərmanı 

(“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 

2008-ci  il,  №  11,  maddə  970)  ilə  5.2-ci  bənddə«Komitə  sisteminə  daxil  olan  təşkilatların» sözləri «onun 

strukturuna  daxil  olmayan  tabeliyindəki  qurumların  (hüquqi  şəxslərin,  təşkilatların  və  sair)» sözləri  ilə 

əvəz edilmişdir və yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

  

  



[10]

 

11  noyabr  2008-ci  il  tarixli  14  nömrəli  Azərbaycan  Respublikasının  Prezidentinin  Fərmanı 

(“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 

2008-ci  il,  №  11,  maddə  970)  ilə  5.5.2-ci  bənddə «onun  tabeliyində  olan  təşkilatların 

əsasnamələrini» sözləri «qurumlarının əsasnamələrini (nizamnamələrini)» sözləri ilə əvəz edilmişdir.

 

 



 

21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin 

Fərmanı (“Azərbaycan” qəzeti  27 dekabr  2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Qaçqınların 

və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin 5.5.2-ci və 5.5.3-cü bəndlər 

aşağıdakı redaksiyada verilmişdir. 

  

Əvvəlki redaksiyada deyilirdi: 



5.5.2.  Komitənin  mərkəzi  aparatının  struktur  bölmələrinin  və qurumlarının  əsasnamələrini 

(nizamnamələrini) təsdiq edir;

 

5.5.3. müəyyən edilmiş əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komitənin mərkəzi 



aparatının və onun büdcədən maliyyələşən qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış 

büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir; 

  

[11]


 21 

dekabr 


2009-cu 

il 


tarixli 195 nömrəli 

Azərbaycan 

Respublikasının 

Prezidentinin 

Fərmanı (“Azərbaycan”  qəzeti  27  dekabr  2009-cu  il,  №  289) ilə  «Azərbaycan  Respublikasının  Qaçqınların 

və  Məcburi  Köçkünlərin  İşləri  üzrə  Dövlət  Komitəsi  haqqında  Əsasnamə»nin  5.1-ci  və  5.5.4-cü  bəndlərdən 

«mərkəzi» sözü çıxarılmışdır. 

 

 

[12]



 

11  noyabr  2008-ci  il  tarixli  14  nömrəli  Azərbaycan  Respublikasının  Prezidentinin  Fərmanı 

(“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 

2008-ci 

il, 

№ 

11, 

maddə 

970

ilə 


5.5.4-cü 

və 


5.8-ci 

bəndlərdə «struktur 



bölmələrinin» sözləri «qurumların» sözü ilə əvəz edilmişdir. 


  

[13]


 21 

dekabr 


2009-cu 

il 


tarixli 195 nömrəli 

Azərbaycan 

Respublikasının 

Prezidentinin 

Fərmanı (“Azərbaycan”  qəzeti  27  dekabr  2009-cu  il,  №  289) ilə  «Azərbaycan  Respublikasının  Qaçqınların 

və  Məcburi  Köçkünlərin  İşləri  üzrə  Dövlət  Komitəsi  haqqında  Əsasnamə»nin  5.12-ci  bənddən  «rəhbərləri» 



sözü çıxarılmışdır. 

 

Yüklə 124,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə