Руководство для врачей. Под ред. Н. И. Дегтерева М., 2004, 578 с. 2) Hiperkapniya (hipoventilyasiya ) zamanı nə baş verir?


) Mədə xorasının perforasiyası zamanı cərrahi üsulun seçilməsində adətən hansı rəhbər tutulur?



Yüklə 2,01 Mb.
səhifə8/17
tarix14.05.2018
ölçüsü2,01 Mb.
#44099
növüРуководство
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

378) Mədə xorasının perforasiyası zamanı cərrahi üsulun seçilməsində adətən hansı rəhbər tutulur?

A) Xəstənin yaşı

B) Perforativ dəliyin yerləşməsi

C) Deşilmə müddəti

D) Perforativ dəliyin ölçüsü

E) Peritonun iltihabi dəyişiklik dərəcəsi


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
379) Mədənin qanaxan xorasının diaqnozunu dəqiqləşdirmək məqsədilə ilk növbədə hansı yerinə yetirilir?

A) Mədə şirəsinin gizli qana analizi

B) Nəcisin gizli qana analizi

C) Hemoqlobin və hematokritin təyini

D) Fibroqastroskopiya

E) Mədənin kontrast rentgenoskopiyası


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
380) 12-barmaq bağırsaq xorasının perforasiyası zamanı cərrahi müdaxilənin adətən hansı sadalanan üsulları tətbiq edilə bilər?

A) Xoranın kəsilib götürülməsi,mədənin rezeksiyası,vaqotomiya ilə birgə piloroplastikalar,qısa ilgəkdə qastroenteroanastomozun qoyulması

B) Xoranın kəsilib götürülməsi,xoranın tikilməsi , mədənin rezeksiyası ,vaqotomiya ilə birgə piloroplastikalar, qısa ilgəkdə qastroenteroanastomozun qoyulması

C) Xoranın kəsilib götürülməsi,xoranın tikilməsi,vaqotomiya ilə birgə piloroplastikalar,qısa ilgəkdə qastroenteroanastomozun qoyulması

D) Xoranın kəsilib götürülməsi,xoranın tikilməsi,mədənin rezeksiyası ,vaqotomiya ilə birgə piloroplastikalar

E) Xoranın tikilməsi,mədənin rezeksiyası ,vaqotomiya ilə birgə piloroplastikalar ,qısa ilgəkdə qastroenteroanastomozun qoyulması


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
381) Mədə və ya 12-barmaq bağırsaq xorasının perforasiyasına hansı dəlalət edir?

A) Bel nahiyəsində ağrı

B) Sklera və dəri örtüyünün yüngül sarılığı

C) Taxta qarın

D) Leykositozun 15000 qədər yüksəlməsi

E) Epiqastral güclü ağrılar


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
382) Qastroduodenal qanaxmaların residiv ehtimalı hansında daha çox olur?

A) Selikli qişanın səthi eroziyalarında

B) Xora dibində diametri 0,1 sm-dən böyük tromblaşmış damar olarsa

C) Kallyoz xorada

D) Penetrasiya edən xorada

E) Çapıqlaşan xorada


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
383) Mədə xərçəngi həmişə haraya metastaz verir?

A) Regionar limfa düyünlərə

B) Ağ ciyərlərə

C) Qara ciyərə

D) Periton boyunca

E) Sümüklərə


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
384) Mədə xərçənginin uzaq metastazlarına hansılar aiddir?

A) Ağ ciyərə metastaz, Krukenberq metastazı, Virxov metastazı, Şnitsler metastazı, mədə-mədəaltı vəzi bağına metastaz

B) Ağ ciyərə metastaz, Virxov metastazı, Şnitsler metastazı, mədə-mədəaltı vəzi bağına metastaz

C) Krukenberq metastazı, Virxov metastazı, Şnitsler metastazı, mədə-mədəaltı vəzi bağına metastaz

D) Ağ ciyərə metastaz, Krukenberq metastazı, Virxov metastazı, Şnitsler metastazı

E) Ağ ciyərə metastaz, Krukenberq metastazı, Virxov metastazı, mədə-mədəaltı vəzi bağına metastaz


Ədəbiyyat: Черноусов А.Ф. Хирургия рака желудка. М., 2004, 316 с.
385) Qarının boğulmuş yırtığında erkən əlamətlərə hansı aiddir?

A) Kəskin başlama, yırtığın yerinə düzəlməməsi, yırtıq şişkinliyinin ağrılı olması, kəskin ağrı, yüksək hərarət

B) Yırtığın yerinə düzəlməməsi, yırtıq şişkinliyinin ağrılı olması, kəskin ağrı, yüksək hərarət

C) Kəskin başlama, yırtığın yerinə düzəlməməsi, yırtıq şişkinliyinin ağrılı olması, kəskin ağrı

D) Kəskin başlama, yırtığın yerinə düzəlməməsi, kəskin ağrı, yüksək hərarət

E) Kəskin başlama, yırtıq şişkinliyinin ağrılı olması, kəskin ağrı, yüksək hərarət


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

386) Hansı yırtıqlarda daxili orqanlar yırtıq kisəsinin divarının bir hissəsini təşkil edə bilər?

A) Çəp qasıq yırtığı

B) Sürüşən yırtıq

C) Rixter yırtığı

D) Göbək yırtığı

E) Düz qasıq yırtığı


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
387) Kəskin pankreatitdə aktivləşmiş fermentlərin ən çox toplaşdığı maye mühit hansıdır?

A) Venoz qan

B) Arterial qan

C) Qarın boşluğu eksudatı

D) Sidik

E) Limfa
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.


388) Kəskin pankreatitin kişilərdə əsas inkişaf səbəbləri hansıdır?

A) Alkoqolizm

B) Qaraciyər sirrozu

C) Kortikosteroidlərin istifadəsi

D) Qarnın travması

E) Xroniki xolesistit


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
389) Peritonitlə xəstələrdə əsas rast gəlinən ağırlaşmalara hansı aiddir?

A) Pnevmoniya

B) Eventrasiya

C) Bağırsaq svişlərinin əmələ gəlməsi

D) Qarın boşluğunda irinliklərin əmələ gəlməsi

E) Ağ ciyər arteriyasının tromboemboliyası


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
390) Peritonitlə xəstələrdə aparıcı müalicə üsulunu hansı təşkil edir?

A) Rasional antibiotikoterapiya

B) Bağırsaq parezi ilə mübarizə

C) Tənəffüs pozğunluğu səbəblərinin aradan qaldırılması

D) Dezintoksikasion müalicə

E) Cərrahi müdaxilə


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
391) Qara ciyərdən kənar öd yollarının zədələnməsini aradan qaldırmaq nə ilə mümkündür?

A) Zədə yerini atravmatik ayrı-ayrı tikişlərlə tikməklə, axacağı T-yə bənzər drenaj üzərində tikməklə, axacağı L-ə bənzər drenaj üzərində tikməklə, xolesisto-qastroanastomoz qoymaqla

B) Axacağı T-yə bənzər drenaj üzərində tikməklə, axacağı L-ə bənzər drenaj üzərində tikməklə, biliodigestiv anastomoz qoymaqla, xolesisto-qastroanastomoz qoymaqla

C) Zədə yerini atravmatik ayrı-ayrı tikişlərlə tikməklə, axacağı T-yə bənzər drenaj üzərində tikməklə, biliodigestiv anastomoz qoymaqla, xolesisto-qastroanastomoz qoymaqla

D) Zədə yerini atravmatik ayrı-ayrı tikişlərlə tikməklə, axacağı L-ə bənzər drenaj üzərində tikməklə, biliodigestiv anastomoz qoymaqla, xolesisto-qastroanastomoz qoymaqla

E) Zədə yerini atravmatik ayrı-ayrı tikişlərlə tikməklə, axacağı T-yə bənzər drenaj üzərində tikməklə, axacağı L-ə bənzər drenaj üzərində tikməklə, biliodigestiv anastomoz qoymaqla


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
392) Xolangit üçün hansı xarakterdir?

A) Hektik tipli qızdırma, şiddətli üşütmə, tərləmə, susuzluq, ağızda quruluq, qaraciyərin böyüməsi

B) Hektik tipli qızdırma, şiddətli üşütmə, dalağın böyüməsi, qaraciyərin böyüməsi

C) Hektik tipli qızdırma, şiddətli üşütmə, tərləmə, susuzluq, ağızda quruluq, dalağın böyüməsi

D) Hektik tipli qızdırma, tərləmə, susuzluq, ağızda quruluq, dalağın böyüməsi, qaraciyərin böyüməsi

E) Şiddətli üşütmə, tərləmə, susuzluq, ağızda quruluq, dalağın böyüməsi, qaraciyərin böyüməsi


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
393) Öd daşı xəstəliyinin rasional müalicəsi hansıdır?

A) Medikamentoz

B) Sanator-kurort

C) Cərrahi

D) Mineral sularla müalicə

E) Dietik


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
394) Fasiləli sarılıq nə ilə izah edillir?

A) Qara ciyərdən xaric öd yollarının xərçəngilə

B) Öd kisə axacağının daşı ilə

C) Xoledoxun ventil xarakterli daşı ilə

D) Böyük duodenal məməcikdə ilişmiş daş ilə

E) Öd kisə axacağının oklüziyası ilə müşayiət edilən öd kisəsi daşları olarsa


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
395) Kəskin öd hipertenziyasına əsas səbəblər hansıdır?

A) Hepato-pankreatiko-duodenal sahənin şişləri, böyük duodenal məməciyin stenozu, xoledoxolitiaz, qurd invaziyası

B) Böyük duodenal məməciyin stenozu, xoledoxolitiaz, duodenal hipertenziya, qurd invaziyası

C) Hepato-pankreatiko-duodenal sahənin şişləri, böyük duodenal məməciyin stenozu, xoledoxolitiaz, duodenal hipertenziya

D) Hepato-pankreatiko-duodenal sahənin şişləri, böyük duodenal məməciyin stenozu, xoledoxolitiaz, duodenal hipertenziya, qurd invaziyası

E) Hepato-pankreatiko-duodenal sahənin şişləri, böyük duodenal məməciyin stenozu, duodenal hipertenziya, qurd invaziyası


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
396) Mexaniki sarılığın səbəbini əsas hansı vasitələrlə müəyyənləşdirmək mümkündür?

A) Birbaşa spleno-portoqrafiya

B) Qara ciyərin ssintiqrafiyası

C) Peroral xolesistoqrafiya

D) Retroqrad xolangioqrafiya

E) Venadaxili xolesisto-xolangioqrafiya


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
397) Obturasion bağırsaq keçməməzliyinə səbəb olan öd daşı, bağırsaq mənfəzinə öd kisəsinin hansı orqanla əmələ gətirdiyi fistuladan keçir?

A) Kor bağırsaq

B) Nazik bağırsaq

C) Mədənin kiçik əyrilliyi

D) Çənbər bağırsaq

E) 12-barmaq bağırsaq


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
398) Qaraciyərin solitar abseslərində əsas əməliyyat növü hansıdır?

A) Biliodigestiv anastomozun qoyulması

B) Absesin yarılması və drenə edilməsi

C) Qara ciyər payının və ya seqmentinin rezeksiyası

D) Hemihepatektomiya

E) Qara ciyərin transplantasiyası


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
399) Qaraciyərin amöb absesi hansı hallarla müşayiət olunur?

A) Amöb dizenteriyası əlamətlərinin artması ilə

B) İnfeksion hepatitin artması ilə

C) Kəskin respirator virus xəstəliklərinin epidemiyası ilə

D) Opistorxoz hallarının artması ilə

E) 12 b/b xora xəstəliyinin mövsümi kəskinləşməsi ilə


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
400) Qaraciyərin böyük amöb abseslərinin kompleks konservativ müalicəsi hansı üsul ilə tamamlanmalıdır?

A) Geniş spektrli antibiotiklərin tətbiqi ilə

B) Hemihepatektomiya ilə

C) Laparotomiya, abses boşluğunun yarılması və drenə edilməsilə

D) Abses boşluğunun punksion aspirasiyası və ona anti-amöb preparatların vurulması ilə

E) Qaraciyərin rezeksiyası ilə


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
401) Qaraciyər sirrozunun gecikmiş mərhələsi üçün hansı xarakterdir?

A) Splenomeqaliya, qarnın ön divar venalarının varikoz genişlənməsi, assit, mədənin kəskin genişlənməsi

B) Splenomeqaliya, qida borusu venalarının varikoz genişlənməsi qarnın ön divar venalarının varikoz genişlənməsi, assit, mədənin kəskin genişlənməsi

C) Splenomeqaliya, qida borusu venalarının varikoz genişlənməsi qarnın ön divar venalarının varikoz genişlənməsi, mədənin kəskin genişlənməsi

D) Splenomeqaliya, qida borusu venalarının varikoz genişlənməsi, qarnın ön divar venalarının varikoz genişlənməsi, assit

E) Qida borusu venalarının varikoz genişlənməsi qarnın ön divar venalarının varikoz genişlənməsi, assit, mədənin kəskin genişlənməsi


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
402) Qida borusu venalarının varikoz genişlənməsindən qanaxma zamanı zonddan istifadə edilməsi hansı ağırlaşmalarla müşayiət oluna bilər?

A) Qida borusu selikli qişasının trofiki dəyişikliyi, yataq yarası, hipersalivasiya, tireoidit

B) Pnevmoniya, qida borusu selikli qişasının trofiki dəyişikliyi, yataq yarası, hipersalivasiya

C) Pnevmoniya, yataq yarası, hipersalivasiya, tireoidit

D) Pnevmoniya, qida borusu selikli qişasının trofiki dəyişikliyi, yataq yarası, hipersalivasiya, tireoidit

E) Pnevmoniya, qida borusu selikli qişasının trofiki dəyişikliyi, hipersalivasiya, tireoidit


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.

403) Kəskin bağırsaq keçməməzliyinin inkişafına səbəb olan anadangəlmə amillərə hansı aiddir?

A) Bağırsağın ikiləşməsi, qalça və kor bağırsağın ümumi müsariqəsinin olması, situs visçerus inverzus, mobil kor bağırsağın olması, meqadolixosiqma

B) Bağırsağın ikiləşməsi, qalça və kor bağırsağın ümumi müsariqəsinin olması, situs visçerus inverzus, mobil kor bağırsağın olması

C) Bağırsağın ikiləşməsi, situs visçerus inverzus, mobil kor bağırsağın olması, meqadolixosiqma

D) Qalça və kor bağırsağın ümumi müsariqəsinin olması, situs visçerus inverzus, mobil kor bağırsağın olması, meqadolixosiqma

E) Bağırsağın ikiləşməsi, qalça və kor bağırsağın ümumi müsariqəsinin olması, mobil kor bağırsağın olması, meqadolixosiqma


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с
404) Su-elektrolit və zülal mübadiləsi pozğunluğu daha çox hansı hallarda olur?

A) Paralitik bağırsaq keçməməzliyində

B) Obturasion bağırsaq keçməməzliyində

C) Spastik bağırsaq keçməməzliyində

D) Stranqulyasion bağırsaq keçməməzliyində

E) Bitişmə mənşəli bağırsaq keçməməzliyində


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

405) Yüksək səviyyəli nazik bağırsaq keçməməzliyində kompleks müalicə tədbirləri hansı üsuldan başlanılmalıdır?

A) İnfuzion terapiya

B) Antibiotikoterapiya

C) Antixolinesteraz təsirli preparatların tətbiqi

D) Nazoqastral zondlama

E) Cərrahi müdaxilə


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
406) Bağırsaqların dolaşaraq düyün əmələ gətirməsi daha çox hansı bağırsaqlar arasında baş verir?

A) Nazik bağırsaq ilgəkləri

B) Kor və nazik bağırsaq

C) Düz və nazik bağırsaq

D) Siqmaya bənzər və nazik bağırsaq

E) Enən çənbər və siqmaya bənzər bağırsaq


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
407) Öd kisəsinin hidropsu hansı səbəbdən inkişaf edir?

A) 12 b/b keçiriciliyinin xroniki pozğunluğu

B) Böyük duodenal məməciyin daşla tutulması

C) Kisə axacağının daşla tutulması

D) Ümumi öd axacağının daşla tutulması

E) Ümumi qara ciyər axacağının daşla tutulması


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
408) Mellori-Veys sindromuna nə aiddir?

A) Mədənin antral şöbəsinin selikli qişasının cırılması

B) Mədənin kardial şöbəsinin selikli qişasının cırılması

C) Pilorik stenoz

D) «Güzgülü» xoraların olması

E) Kardial sfinkterin spazmı


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
409) Xora xəstəliyi nə ilə ağırlaşır?

A) Qanaxma, penetrasiya, perforasiya, stenoz

B) Qanaxma, penetrasiya, perforasiya, maliqnizasiya, stenoz

C) Qanaxma, penetrasiya, perforasiya, maliqnizasiya

D) Qanaxma, perforasiya, maliqnizasiya, stenoz

E) Penetrasiya, perforasiya, maliqnizasiya, stenoz


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
410) Boğulmuş yırtıqda bağırsağın əsas həyat qabiliyyəti əlamətlərinə nə aiddir?

A) Seroz qişa parlaqdır və bağırsaq peristaltikası saxlanmışdır

B) Tünd albalı rəngli parlaq seroz qişa

C) Bağırsaq divarı çəhrayı rəngdə, seroz qişa parlaq olub, müsariqə damarlarının pulsasiyası və bağırsaq peristaltikası saxlanmışdır

D) Müsariqə damarlarının pulsasiyası

E) Bağırsağın peristaltikası


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
411) Qarın boşluğu orqanlarının travması zamanı ən opitimal cərrahi yol hansı biri sayılır?

A) Orta laparotomiya

B) Torakoadominal kəsik

C) Köndələn laparotomiya

D) Koxer, Fyodorov kəsiyi

E) Çerni kəsiyi


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
412) Mədəaltı vəzin yaralanması zamanı onun rezeksiyası nə zaman göstərişdir?

A) Peritonarxası toxumaların geniş steotonekrotik zamanı

B) Postravmatik pankreatit zamanı

C) Mədəaltı vəzin başının yaralanması zamanı

D) Tam köndələn cırılma və dağılıb- didilmə zamanı

E) Dalaq arteriyasının yaralanması zamanı


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
413) Nazik bağırsağın yaralanamsı zamanı hansı olunmalıdır?

A) Transverzoyeyunoanastomozun qoyulması

B) Maydl əməliyatının aparılması

C) Nazik bağırsağın rezeksiyası

D) Yaranın tikilməsi

E) Entrerotomiya


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
414) Nazik bağırsağın travması zamanı rezeksiya hansı hallarda göstərişdir ?

A) Müsariqənin bağırsaq divarından 4 sm və daha çox sahədə qopması

B) Nazik bağırsağın dəlib keçən yaralanması

C) Travma olan sahədə seroz qişada nöqtəvari qansızmaların olması

D) Müsariqənin homotoması

E) Geniş peritonarxası hemotoma


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
415) Ümumi öd axarının kəsilməsi zamanı erkən əməliyyatönü dövrdə hansı fəsad əmələ gəlir?

A) Öd axması

B) Hıçqırıq

C) Ödlü qusma

D) İrinli xolangit

E) Mexaniki sarılıq


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
416) Zollinger – Ellison sindromu üçün nə xarakterikdir ?

A) Mədə, 12-barmaq bağırsağın nazik və yoğun bağırsaqların çoxsaylı xoralı

B) Mədənin peptik xorası fonunda selikli qişanın atrofiyası

C) Diafraqmanın qida borusu dəliyinin yırtığı ilə birgə residiv verən mədə xorası

D) Mədə və 12-barmaq bağırsağın residiv verən xorası ilə birgə mədəaltı vəzin

E) Mədə və 12-barmaq bağırsağın residiv verən xorası ilə birgə enterit və diareyyaş


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
417) Sürüşən yırtıqların kriteriyalarına hansılar aiddir?

A) Yırtıq möhtəviyyatının olmaması

B) Yırtıq kisəsində iştirak edən orqanların intraperitonal yerləşməsi

C) Yırtıq möhtəviyyatının olması

D) Yırtıq kisəsində iştirak edən orqanların ekstroperitonal yerləşməsi

E) Yırtıq kisəsində iştirak edən orqanların mezoperitoneal yerləşməsi


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
418) Xroniki pankreatitin ən çox təsadüf edilən səbəbi hansıdır?

A) İrsi faktor

B) Hiperparatireodizm

C) Travma

D) Mədə-bağırsaq infeksiyası

E) Xroniki alkoqolizm


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
419) Yuxarı müsariqə arteriyasının emboliyası zamanı hansı cərrahi müalicə taktikasını seçərsiniz?
A) Embolektomiya

B) Qastrostoma

C) Yoğun bağırsağın rezeksiyası

D) Köndələn çənbər bağırsağın sağ yarısının, acı və qalça bağırsağın rezeksiyası

E) Köndələn çənbər bağırsağın sağ yarısının, acı və qalça bağırsağın total rezeksiyası
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
420) Kəskin appendisit olan xəstədə appendektomiyaya əks - göstəriş nədir?
A) Hemofiliya

B) Kəskin miokard infarktı

C) Appendikulyar infiltrat

D) Ikitərəfli plevropnevmoniya

E) 36 - 40 həftəlik hamiləlik
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
421) Kəskin appendisitlə sağ tərəfli böyrək sancısını differensiasiya etmək üçün hansı tədbirlər görərdiniz?

1. spazmolitiklər vurmaq

2. narkotik ağrıkəsicilər vurmaq

3. sidiyin təcili müayinəsi

4. təcili uroqrafiya və ya xromosistoskopiya

5. böyrək arteriyasının angioqrafiyası
A) 2, 3, 4

B) 1, 2, 3

C) 1 , 4, 5

D) 3, 4, 5

E) 1, 3, 4
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
422) Kəskin appendisit zamanı patoloji prosesin inkişafı haradan başlayır?
A) Soxulcanabənzər çıxıntının selikli qişasından

B) Kor bağırsağın kümbəzindən

C) Soxulcanabənzər çıxıntının seroz qatından

D) Yoğun bağırsağın terminal hissəsindən

E) Soxulcanabənzər çıxıntının əzələ qatından
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
423) Yaşlı insanlarda kəskin appendisitin inkişafının əsas səbəbi nədir?
A) Yad cisim

B) Helmintlər

C) Törəmənin olması

D) Nəcis daşları

E) Kor bağırsaq nahiyyəsində bitişmə prosesi
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
424) Bükülmüş barmaqların uc səthləri ilə epiqastral nahiyyədən sağ qalça çuxuruna çəkərkən (köynəyin üstündən) ağrının olması hansı simptom üçün xarakterikdir?
A) Sitkovski

B) Rovzinq

C) Obrazsov

D) Voskresenski

E) Razdolski
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
425) Qarının ön divarını enən çəmbər bağırsaq yerləşdiyi yerdən sıxdıqda sağ qalça çuxurunda ağrının olması hansı simptom üçün xarakterikdir?
A) Rovzinq

B) Obrazsov

C) Sitkovski

D) Razdolski

E) Voskresenski
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
426) Sol yanı üstə uzandıqda sağ qalça çuxurunda ağrının olması hansı simptom üçün xarakterikdir?
A) Voskresenski

B) Obrazsov

C) Sitkovski

D) Rovzinq

E) Razdolski
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə