Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası



Yüklə 241,39 Kb.
Pdf görüntüsü
tarix28.06.2018
ölçüsü241,39 Kb.
#51995


 



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 



№1    

 

Humanitar elmlər seriyası   

 

2013 

 

 



 

 

DİLÇİLİK 



 

 

46.21.31- 

Dil və məktub. UOT 8135 və ya 8126  

 

“ƏKİNÇİ” QƏZETİNDƏ DİL MƏSƏLƏLƏRİ 

 

M.Ə.MƏMMƏDOV 

Bakı Dövlət Universiteti 

mamedov2010@mail.ru 

 

H.B.Zərdabi “Əkinçi” qəzeti ilə milli mətbuatımızın bünövrəsini qoymaqla yanaşı, ana 

dilimizin milli zəmində inkişafına  təkan  verdi, onun  leksik-qrammatik və üslubi imkanlarının 

zənginliyini aşkara çıxardı. Məqalədə qəzetin saylarındakı dil məsələləri-alınma sözlərin milli 

qarşılığı  ilə  əvəz  edilməsi,  dil  və  nitq,  nitqin  formalaşması,  rəsmi-işgüzar  sənədlər,  termin 

yaradıcılığı, durğu işarələri, onomastik vahidlər və s. müasir dilçilik baxımından araşdırılır. 

Burada  həmçinin  dilin  lüğət  tərkibinin  zənginləşməsi,  dil  əlaqələri,  qonşu  dillərin  bir-birinə 

təsiri, ortaq türk dili ilə bağlı Həsən bəyin dəyərli fikirləri təhlil edilir.  

 

Açar sözlər: H.B.Zərdabi, “Əkinçi”, dil, nitq, termin  

 

“Əkinçi”  qəzetinin  nəşri  ilə  dilimizin  və  mədəniyyətimizin  inkişafında 



ye

ni  dövr  başlandı;  milli  mətbuatımızın  bünövrəsi  qoyuldu,  ana  dilimizin 

fəaliyyət dairəsi genişləndi, ədəbi dilin publisistik üslubu təşəkkül tapdı, rəsmi-

işgüzar  üslubda  və  elmi  terminologiyada  milliləşmə  prosesi  intensivləşdi. 

Qəzetin  dili  fonetik-qrammatik  və  leksik  normalar  müstəvisində  həmin  dövr 

üçün səciyyəvi olan klassik ənənə ilə xalq danışıq üslubunu özündə birləşdirdi. 

Az vaxt ərzində mütərəqqi ziyalılar qəzetin ətrafına toplaşdılar, xalqın müxtəlif 

təbəqələri oxucu auditoriyasında təmsil olundu. 

“Əkinçi”nin  dili  xalq  dilinə  köklənmişdi.  Siyasi,  elmi,  tibbi,  rəsmi  və 

kənd təsərrüfatına dair məqalələr sadə və aydın üslubda yazılırdı, eyni zamanda 

ana dili təbliğ olunurdu. Ölkənin Dərbənd, Tabasaran, Quba, Göyçay, Zərdab 

və s. bölgələrindən, xaricdən - Qars, Krım və s.-dən gələn məqalələrin çapında 

da ədəbi dilin normaları nəzərə alınırdı. Qəzetin lüğət tərkibinin əsasını milli 

sözlər təşkil edirdi. Zərurət yarandıqda ərəb-fars və rus alınmalarından istifadə 

olunurdu: “

Əkin yeri sulanır isə gərək onu duzlayasan və su gələn tərəfini bir 

az  hündür  edəsən  ki,  su  axsın.  Bizlərdə  yeri  suya  basdırırlar,  amma  belə  də 

yerin bir tərəfi az və bir tərəfinə çox az dəyir və bir də belə də su axan zaman 




 

torpağı apardığına yeri nahəmvar edir və əkinə lazım olan şeyləri aparıb ol ye-



rin  ayağını  qüvvətli  edir,  amma  başını  qüvvədən  salır.  Ona  bina  ən  bir  yeri 

düşəndə  bir  suya  basdırmaq  olur  ki,  onun  zəhməti  azdır,  amma  həmişə 

basdırmaq olmaz (1877, 5)

*



H.B.Zərdabi məqalə müəlliflərinin fərdi üslubunu 

da 


saxlamağa  çalışır,  hər  müəllifi  öz  dili  ilə  tanıdırdı.  Daha  çox  din  xadim-

lərinin məktublarında və məqalələrində ərəb və fars sözlərinin bolluğu nəzərə 

çarpır:  “Cənab  Heydəri  elmül-əbdan  və  əqlül-məaş  hədisinin  barəsində  fazil 

rus dilindən elədiyi suala cavabdır: əvvələn, əhli-islama əqli-məaş və elmül-əb-

danı əllərindən verməklik böhtandır. Əgər belə olsa, əhli-islama lazım gəlir ki, 

təxti-bəvücudları ədəmə mübəddəl olsun, bəlkə hər tayfa özünə münasib səliqə 

ilə  məaş  və  hifzi-əbdanların  hifz  ediblər.  Külli  hizbin  bima  lədeyhim  (Bad-

kubəli molla) “Əkinçi”nin bu mövqeyi dövrün mütərəqqi ziyalıları tərəfindən 

yüksək  qiymətləndirilir.  Ə.Topçubaşov  “Azərbaycanın  mayakı”  məqaləsində 

yazırdı:  “Həsən  bəy  ona  məxsus  enerji  ilə  ana  dilinin  müdafiəsi  üçün  səylə 

çalışırdı; o, dilin terminologiyası imkan verdiyinə görə “Əkinçi” də ərəb və fars 

söz


lərindən  qaçmağa  və  müstəsna  şəkildə  türkcə-Azərbaycanca  yazmağa 

çalışırdı;  imkan  daxilində  ən  sadə,  ən  di  asan  başa  düşülən  xalq  sözləri  və 

ifadələri işlədirdi”. 

“Əkinçi”  qəzetinin  çap  olunduğu  dövrdə  ədəbi  dildən  osmanlı  dilinə 

meyl güclənmişdi. Bir qrup ziyalılar türk dünyasının görkəmli ideoloqu İ.Qas-

pralının  mövqeyində  dayanaraq,  ümumtürk  ədəbi  dili  kimi  osmanlı  dilində 

yazmağı təbliğ edirdilər. H.B.Zərdabi “Əkinçi” qəzeti vasitəsilə bu cür hallara 

qarşı  çıxır,  mənşəyi  eyni  olsa  da  dillərin  müasir  səviyyəsinin  fərqli  olmasını 

göstərirdi:  “...əvvələn  bu  hürufat  İstanbulda  alınıb.  Çünki  bizim  dildə  bəzi 

hərflər, məsələn q, k, r, l artıq işlənir, ona binaən ol hüruflar qəzetə çatışmır. 

Bu səbəbə bir mətləbi yazan vaxtda nə ki, ol mətləbin məzmununu və qeyri-əh-

valatları  yoxlayırıq,  amma  məzkur  hüruflar  az  işlənməkdən  ötrü  bəzi  sözləri 

türüb onun əvəzinə başqa sözlər yazırıq ki, bu sözlərdə məzkur hərflər olma-



s

ın  (“Əkinçi”  qəzetinə  istinadlarda  çap  ili,  və  sayı  göstərilmişdir)  (1875,  3). 

Böyük  mütəfəkkirin  qeyd  etdiyi  hərflər  Azərbaycan  və  türk  dillərində  fərqli 

tələffüzə və işlənmə məqamlarına malikdir. Eyni zamanda Həsən bəy osmanlı 

dilinin XIX yüzillikdəki durumunu məqbul hesab etmir. Dilin lüğət tərkibində 

ərəb  və  fars  sözlərinin  zənginliyi  ədəbi  dillə  ümumxalq  dili  arasında  böyük 

fərqlər yaratmışdı: “...Doğrudur, osmanlı dili ilə bizim dil düz gəlmir, amma 

onların  elə  təfavütü  yoxdur  ki,  birindən  o  birinə  tərcümə  etmək  lazım  ola. 

Ancaq 

osmanlı  kitabı  oxuyanda  diqqət  ilə  oxumaq  gərək.  Ona  binaən  ki, 



onların dilində ərəb, fars və qeyri millətlərin sözləri çox olduğuna onu birdən 

dərk etmək çətindir” (1876, 14). 

H.Zərdabi Qafqaz müsəlmanlarının savadsız olmasının, elm öyrənməmə-

sinin və tərəqqidən kənarda qalmasının bir səbəbini də ərəb əlifbasında görürdü. 

M.F.Axundova “Əkinçi” qəzeti vasitəsilə göndərdiyi məktubunda bildirirdi ki, 

                                                 

*

 

Якинчи гязетиня истинадларда чап или вя сайы эюстярилмишдир. 




 

“Doğru  buyurursunuz,  bizim  dillərdə  yazıb  oxumaq  çətindir  və  buna  səbəb 



bizim hü

rufatdır ki, onların bəzi yazılmağına (zir, zəbər, puş), onu bir-birindən 

düzmək çətin olduğuna və bəzisinin sədası bir olduğuna(       ya         ) 

onlara bir-

birindən  təvafüt  etmək  çətindir  (1877,  3).  Orta  yüzilliklərdə  türk 

dünyasının  ən  möhtəşəm  abidələri  ərəb  əlifbasında  yazılsa  da,  türk  dillərinin 

fonetik  sistemini  tam  əks  etdirmirdi.  Böyük  və  kiçik  hərflərin,  durğu  işa-

rələrinin  olmaması,  qrafik  işarələrin  oxşarlığı,  nöqtələrin  çoxluğu,  bir  sıra 

hərflərin  birləşməməsi,  qrafemlərin  söz  ortasında  və  sonun  da  dəyişikliyə 

uğraması, liqaturlar, saitləri bildirən hərflərin azlığı, müştərək hərflər bir səsin 

iki  və  daha  artıq  hərflə  ifadə  olunması  və  s.  məsələlər  yazı  və  oxunuşda 

çətinliklər  yaradırdı.  Həsən  bəy  kimi  digər  mütəfəkkirlər  ərəb  əlifbasının 

dəyişdirilməsi və islah edilməsi üçün nə qədər çalışsalar da buna XX yüzilliyin 

əvvəllərində  nail  olundu.  Həmin  dövrdə  latın  əlifbasına  keçidlə  savadsızlıq 

tədricən aradan qaldırıldı.  

H.B.Zərdabi doğma dili müqəddəs sayır, dünyada ən əziz varlıq olan ana 

ilə müqayisə edir. Öz dilini sevməyən, ana dilində danışmağı xoşlamayan, dili-

nin  inkişafına  çalışmayan  insanları  anasına  qayğı  göstərməyənlərə  bənzədir: 

“...bir  kişiyə  vacibdir  ki,  daima  onun  irəli  getməsinə  (dil  nəzərdə  tutulur  - 

M.M.) canını fəda etsin və millətin xidmətində bulunmayan kişiyə bir kəs yaxşı 

deməyəcəkdir....hər kəs ol kişiyə yaman sözlər deyib yoldan keçərkən rastına 

gəlsə, bu, anasını xoşnud eləməyən kişidir-deyibən Allahın salamını dəxi ona 

verməkliyi çox görəcəkdir”(1875,10). 

Qəzetin səhifələrində dilin ictimai funksiyasına da toxunulur. Dil və nitq, 

nitqin  formalaşması  məsələlərinə  aydınlıq  gətirilir.  Nitqin  formalaşmasında 

ailə, məktəb və ictimai mühitin roluna xüsusi əhəmiyyət verilir: “Bir çocuq öz 

anası  rəhmindən  düşüb  dünyaya  gəldiyində  və  körpə  lisanı  açıb  cüzi  fərasət 

kəsb elədiyi vaxtda öz pədəri və anasından savayı heç kimsə böyük yoxdur, - 

deyib fəhvasında bulunurdum... Öz pədəri və anasından yaxşıca öyrəndiyindən, 

əvvəl hər bir ləvazimata lisanı təpərindəki qədər yek-diğərinə az-az ism verir. 

Ondan  sonra  su,  çörək,  süd,  çay  deməyi  başlar.  4-5  sinninə  təcavüz  etdiyi 

vaxtda  küçələrə  çıxıb  gəzmək  istər”  (1876, 13).  Ədəbi  dildə  əsas  yeri  milli 

leksika tutur. Bundan əlavə, ərəb, fars və rus alınmaları fəal iştirak edir. Nitq 

pros


esində leksik normanın pozulmasında, yəni loru və yaxud kobud sözlərin 

yer  almasında  ailə  günahkar  sayılır:  “Bir  kərə  düşünməlisiniz  ki,  bu  həzəran 

səbt  etmək  və  fəna  sözlər  söyləmək  əcəba  çocuqlar  bunları  kitabdamı  oxu-

yurlar?  Haşa.  Bu  lüğətlər  heç  bir  zaman  çap  olunmamış  və  olunmaz.  Ancaq 

övladlar körpə zamanı öz pədər və analarından öyrəniblər. Çox pədər övladımı 

söyərəm  deyərəm  deyim,  başlar  ona  fəna  sözlər  öyrətməyə,  zavallı  çocuq  da 

yaman sözlər ağzından çıxarmağa adət edib, sonra eşiyə çıxdığı vaxtda dəxi bu 

misilli bir çəng sözlər tərbiyəsiz yoldaşlardan eşidib, günbəgün artmağa başlar 

və belə böyüdüyünə mədəniyyətdən məhrum olur”( 1876,13). 

H.B.Zərdabi dili millətin varlığının əsas atributlarından sayırdı. O, bütün 

dillərə, o cümlədən də azsaylı xalqların dillərinə hörmətlə yanaşmağın tərəfdarı 



 

idi. Bəzi azsaylı xalqların dilinin mənşəyini leksikası əsasında müəyyənləşdi-



rib, qorunub saxlanmasını vacib hesab edirdi: “Gürcüstanda ud adlı bir tayfa 

var  ki,  onun  dilində  Misir  əhlinin  dilinin  sözlərindən  çox  sözlər  var.  Qədim 

tarixlərə  binaən  Misir  əhli  bir  neçə  min  il  bundan  əvvəl  Gürcüstanı  zəbt 

etmişlər  imiş.  Belə  görünür  ki,  onların  bir  güruhu  bizim  Gürcüstanda  qalmış 

imiş. Çünki zikr olan ud tayfası mürur ilə azalıb tələf olur və yavuq zamanda 

bil


mərrə yox olacaqdır, ona binaən indi elm sahibləri ol tayfanın dilini öyrənib 

onun Misir əhli olmağını sübut edirlər”( 1879,9). 

“Əkinçi” qəzeti onomastik vahidlərin, xüsusilə toponim və hidronimlərin 

tədqiqində tarixi mənbə kimi dəyərlidir. Qəzetin ayrı-ayrı səhifələrində Azər-

bay

can, Gürcüstan, Dağıstan, İran, Türkiyə, Rüsiya, Özbəkistan və s. ölkələr-



dəki  şəhər,  kənd,  çay  adları  və  onların  coğrafi  mövqeyi  barədə  məlumatlar 

verilmişdir. Köçəri qırğız, qıpçaq, qarapapaq, osetin, ud, zaryan etnonimləri ilə 

bağlı məlumatlar onların mənşəyinin və tarixi miqrasiyalarının öyrənilməsi ba-

xımından əhəmiyyətlidir: “20 ya 30 il bundan əqdəm İran dövlətinin qarapapaq 

tayfasından 1500 xanə Osmanlı dövlətinə tabe olan Şurəgil adlı yerə köçmüş 

imişlər. İndi İran dövlətinin tərəfindən məzkur tayfanı zor ilə İrana köçürməyə 

hökm olunub”(1875,9). Həsən bəy bəzi toponimlərin yaranması ilə bağlı xalq 

etimolog


iyasını  da  xatırlatmışdır:  “450  il  bundan  sabiq  Osmanlı  türkləri 

Avropaya  daxil  olub  Rum  dövlətinin  Qəstəntiniyyə  şəhərini  zəbt  edib  ona 

İslambul, yəni islam şəhəri ad qoyub, ətrafda vaqe olan xaçpərəst vilayətlərini 

həm zəbt ediblər” (1876, 8). Müasir elmi ədəbiyyatda da İstanbul sözünün bu 

yozumu həmin toponim barəsində mülahizələr arasında özünə yer almışdır. 

“Əkinçi”  qəzetində  ədəbi  dilimizin  inkişafını  təmin  edən  mühüm  amil 

kimi  rəsmi-işgüzar  sənədlərə  geniş  yer  ayrılırdı.  Qəzetin  hər  sayında  elanlar, 

məktublar və naşirin ayrı-ayrı tanınmış ziyalılar və din xadimləri ilə yazışma-

ları  çap  olunurdu.  Bu  sənədlər  xalqa  zəruri  informasiyalar  verməklə  yanaşı, 

təmiz ana dilində asan başa düşülən üslubda yazılırdı, lüğət tərkibi və sintaksisi 

xalq danışıq dilinə tam uyğun gəlirdi. Həsən bəy sənədlərdə standard formaları 

gözləməkdən  əlavə,  asan  başa  düşülməsi  üçün  müxtəlif  vasitələrdən,  o 

cümlədən sinonimlərdən də istifadə edirdi: “Bir cavan rus ki, Badkubəyə təzə 

gəlib və özü türk dilini danışmağı bilir, istəyir amil, yəni prikasçik olsun. Hər 

kəs onu saxlamağa xahiş edirsə, ”Əkinçi”nin idarəsinə xəbər eləsin”(1877, 12). 

İşgüzar  sənəd  formalarının  xalq  arasında  yayılması  üçün  qəzetdə  ana  dilində 

hüquqi  məsləhətlər  də  verilirdi:  “Zakona müvafiq notarius  təsdiq  edən 

vəkalətnamə  iki  qisim  olur.  Birisi  gerbovoy  və birisi  sadə, yəni  ağkağız  üstə 

yazılır. Əvvəlinci qism vəkalətnaməni notarius gərək öz dəftərinə səbt eləsin. 

Ona binaən bu vəkalətnaməni təsdiq etmək üçün o vəkalətnaməni təsdiq edən 

kəs gərək natariusa bir manat pul versin, amma sadə kağız üstə yazılan vəka- 

lətnaməni natarius iki qism təsdiq edə bilir”( 1875,1). 

“Əkinçi” qəzeti terminologiya sahəsində də Azərbaycan dilçiliyinə yeni-

lik gətirdi; qəzetin səhifələrində ilk dəfə sahə terminologiyasına aid milli ter-

min

lər  işləndi.  H.B.Zərdabinin  əməli  fəaliyyəti  sayəsində  dildə  ərəb-fars  və 




 

rus-



Avropa mənşəli terminlərin mövqeyi milli sinonimlərinin hesabına zəiflədi. 

Burada  işlənən  milli  terminlərin  əksəriyyəti  morfoloji  və  sintaktik  üsullarla 

əmələ  gəlmişdir:  yonqu,  çəki,  yatalaq,  dayaqlı,  tullama,  dolandırma,  lərə, 

istilik, diyirçək, gözçü, yağışölçən, qarğaduzu dəmir qabı və s. Bəzi terminlər 

ilk dəfə işləndiyindən( nar qumstan, quru qumstan, soyuq yer, çürük otlu~qara 

yer, gəvasin, qılınc, kənə, qır, diyircək, dəstə “kotanın hissələri”, dayaq “kotan 

növü”,  ləpə,  tullama,  dolandırma”  zəlzələ  növləri”,  yağışölçən  və  s.)  onların 

sadə dildə izahı verilir, quruluşu və xassələri göstərilir. Qəzetdə milli və alınma 

terminlər paralel işlənir və bəzən də anlaşılmazlığı aradan qaldırmaq üçün bir-

birinin vasitəsi ilə izah edilir. Terminlərlə bağlı H.Zərdabinin ənənələri sonrakı 

dövrlərdə  uğurla  davam  etdirilmiş,  müasir  dövrdə  milli  terminlərin  dildə 

kəmiyyəti artmış və sabitləşmişdir. 

Azərbaycan  yazısının  formalaşmasında  “Əkinçi”  qəzetinin  rolu  böyük-

dür. Həsən bəy yazının asan oxunması, fikrin tez anlaşılmasında durğu işarələ-

rinin roluna xüsusi əhəmiyyət vermiş, ilk dəfə yazıda iki nöqtə, çox nöqtə, sual, 

mötərizə,  defis  işarələrini  işlətmiş  və  işlənmə  məqamlarını  müəyyənləşdir-

mişdir.  Bundan  sonra  yazıda  əsas  qrafik  vasitə  kimi  durğu  işarələrinin  rolu 

genişlənmiş və tədricən təkmilləşmişdir. 

“Əkinçi” qəzetinin fəaliyyəti dayandırıldıqdan sonra Həsən bəy “Həyat” 

qəzeti  ilə  əməkdaşlıq  etmiş,  dövrünün  aktual  problemləri,  o  cümlədən  də  dil 

məsələləri ilə bağlı fikirlərini ictimaiyyətə həmin qəzet vasitəsilə çatdırmışdır. 

“Kənd mirzələrindən xilas olmalıyıq” məqaləsində rus dilinin geniş yayılması-

na,  ana  dilinin  fəaliyyət  dairəsinin  məhdudlaşdırılmasına  mənfi  münasibətini 

bildirir.  Azərbaycan  dilinin  dövlət  statusunun  bərpa  olunması  üçün  xalqı 

mübarizəyə çağırır: “... məlumdur ki, bizim kənd divanxanalarında rus dili işlə-

nir. Kənd yüzbaşılarının və sudyalarının qəti-teyi dəftərlərə rus dilində yazılır 

və onun altında bisavad yüzbaşı və sudyalar padşahlıq möhürlərini səbt edirlər 

və həmçinin hakimlərə göndərilən raportlar, hakimlərdən sadir olan hökmlər də 

rus dilində yazılır və bunları əmələ gətirməkdən ötrü hər camaatın borcudur ki, 

rus  mirzəsi  saxlasın  və  hər  camaat  hər  mirzəyə  ildə  3-4  yüz  manat  məvacib 

versin (2, 216). Bu məsələdə Azərbaycan dili gürcü dili ilə müqayisə edilir; hər 

ikisi  ümumünsiyyət  vasitəsi  olsa  da,  Gürcüstanda  dövlət  idarələrində  yazış-

malar  milli  dildə  aparılırdı:  “Tiflis  qəzetləri  yazırlar  ki,  Kutais qubernatoru 

hökm  edir  ki,  Ozorgid  uyezdinin  naçalnik  divanxanası  Ozorgid  kəndlərinin 

s

akinləri intixab edən yüzbaşı və sudyalar ilə öz dillərində, yəni gürcü dilində 



danışsınlar.  Yəni  kəndlərdən  divanxanaya  gedən  və  divanxanadan  kəndlərə 

gələn kağızlar, həmçinin qəti-teylər, xülasə, hər bir yazı gürcü dilində yazılsın 

(2,  218)”. 

Həsən  bəy  “İttihadi-lisan”  və  “Dil  davası”  məqalələrində  ümumi 

dilçilik  məsələlərinə  aydınlıq  gətirir.  O,  dili  statik  vəziyyətdə  deyil, daim 

inkişafda görür. Cəmiyyət inkişaf etdikcə, dil də inkişaf edir. Xalqlar arasında 

mədəni, siyasi və iqtisadi əlaqələrin güclənməsi ilə dilə alınma sözlər daxil olur 

və  lüğət  ehtiyatını  zənginləşdirir.  Həsən  bəyin  bu  proseslə  bağlı  müqayisəsi 

yerinə düşür: “Dil bir şeydir ki, onu öz halında saxlamaq mümkün deyil. Elə ki, 



 

10 


qaranlıq otağın qapısı açıldı, qeyri tayfalar ilə gediş-gəliş artdı, artıq şeylər ələ 

gəldi  və  adətlər  dəyişildi,  təzə  sözlərin  qədəri  günü-gündən  artacaqdır,  belə 

sözlərin artmağının dilə zərəri yoxdur, xeyri var. Çünki o sözlər tərəqqi etməyə 

səbəb olurlar (2, 243). 

Ortaq  türk  ədəbi  dilinin  yaradılması  türk  xalqlarını  düşündürən  vacib 

problemlərdəndir. Uzun yüzilliklər boyu türk xalqları belə bir dilə ehtiyac duy-

muşlar. Orta yüzilliklərdə türk dövlətlərinin əmələ gəlməsi vahid türk dilinin 

regional  formalarının  meydana  çıxması  ilə  nəticələnmişdir.  Həmin  dövrdən 

müstəqil  inkişaf  yoluna  qədəm  qoyan  müasir  türk  dilləri  arasında  müəyyən 

fərqlər  yaranmış  və  ünsiyyət  çətinləşmişdir.  Həsən  bəy  bu  tarixi  prosesi  iz-

ləmiş, gələcək inkişafına narahatlığını bildirmişdir: “Biz Rusiya dövlətinə tabe 

olan müsəlmanların hamısı türkdürlər. Bizim əsil dilimiz türk dilidir. Amma bu 

dil  ayrı-ayrı  yerlərdə  cari  olduğuna  hər  tərəf  də  bir  qeyri  cür  şivəyə  düşüb, 

qeyrilərdən  aralanıb,  əlbəttə,  zikr  olan  qayda  ilə  bu  türk  tayfaları  elm  təhsil 

etməyə  başlayıb,  qaranlıq  otaqdan  çıxıb  tərəqqi  yoluna  düşəndə  bir-birindən 

dəxi artıq uzaqlaşacaqdırlar. Belədə bir az vaxtdan sonra onlar bir-birinin nə ki, 

danışığını, hətta yazdığını da anlaya bilməyəcəkdirlər” (2, 244). 

Türk  dillərinin  bu  istiqamətdə  inkişafının  qarşısını  almaq  üçün  XIX 

yüzill

iyin sonu XX yüzilliyin əvvəllərində İ.Qaspralı ortaq türk dili məsələsini 



qaldırmış,  Həsən  bəy  də  bu  vacib  məsələnin  zəruriliyini  və  əhəmiyyətini 

göstərmişdir:”  Ona  görə  bizlərə  vacibdir  ki,  indi  vaxt  keçməmişdən  ittihadi-

lisan dalıncan olub bir ümumi dil bina edib, bu ümumi dildə yazıb oxuyaq ki, 

vaxtilə  o  dil  hamının  yazıb  oxumaq  dili  olsun.  Belədə  Rusiyada  olan  türk 

tayfaları getdikcən bir-birinə artıq yavuqlaşıb, birləşməkdən artıq da güclənib 

tərəqqi etməyə qadir olurlar və qardaşlıqları dəxi möhkəm olur”( 2, 244). 

Qohum və qeyri-qohum xalqlar arasındakı çoxsaylı əlaqələr dillərin daha 

çox lüğət tərkibinə, bəzən də qrammatik quruluşuna da öz təsirini göstərir. Bu 

cəhətdən Həsən bəy dilimizin Qafqaz və digər azsaylı xalqların dilləri ilə əla-

qələrinə  toxunur  hətta  qonşu  dillərin  sərhədlərində  ikidilli  mühitlərin  for-

malaşmasını qeyd edir: “...Bu səbəblərə görə indi o tayfaların dilləri ilə ətrafda 

olan  tayfaların  dilləri  arasında  dil  davası  (dil  əlaqələri  -  M.M.)  şiddət  edib. 

Dağıstanın  bizim  tərəflərdə  olan  tayfaları  ki,  Samur.  Tabasaran,  Qumuq  və 

Kürə okruqlarında sakin olurlar, bizim ilə gediş-gəlişləri artıq olduğuna mirur 

ilə bizim türk dilini öyrənib türkləşirlər”( 2, 246). 

Xalqımızın və dilimizin tarixinə müxtəlif baxışlar uzun illər davam etsə 

də  Həsən  bəy  Azərbaycanın  ta  qədimdən  türklər  ölkəsi  olmasını  təsdiqləyir. 

Gəlmə İran tayfalarının ümumünsiyyət vasitəsi kimi Azərbaycan-türk dilindən 

is

tifadə etməsi nəticəsində onların dilinin türkləşməsini təbii proses kimi dəyər-



ləndirir: “Dağıstan tayfalarından sonra bir qeyri tayfalar da bizim Qafqaza İran 

tərəfindən gəlib düz yerlərdə sakin olurlar. Onların bəzi ərəb, bəzi fars və bəzi 

türkmən olub. O ərəb və türkmən tayfalarının indi bircə adları qalıb. Məsələn: 

Ərəb Şahverdi”, “Ərəb Baloğlan”, Göyçayın yanında olan türkmənlər və qeyri 



dil  davasında  onlar  məğlub  olub  lap  türkləşiblər...”(2,  247).  Şirvanda  Lahıc 


 

11 


kəndində əhalinin öz dilini qoruyub saxlaması onların yaşadığı coğrafi məkanla 

və əlaqələrinin zəifliyi ilə izah edilir: “Bircə Şirvanda Lahıc kəndi qalıb ki, bu 

halda da fars dili danışır və onların da belə qalmağına səbəb onlar sakin olduğu 

yerdir ki, dağ təpəsində olduğuna gediş-gəliş az olub”( 2,247). 

H.B.Zərdabinin ana dilimizlə bağlı fikir və mülahizələri XX yüzillikdə də 

inki


şaf etdirilərək dilçiliyin nitq mədəniyyəti, üslubiyyat, terminologiya, dil əlaqə-

ləri sahələri kimi formalaşmışdır. Ortaq türk dili problemi sovet dönəmi istisna ol-

maqla həmin dördən indiyə qədər öz aktuallığını saxlamış, hazırda türk xalqları 

vahid ü


nsiyyət vasitəsinin yaradılması istiqamətində mühüm işlər görürlər.  

 

 



ƏDƏBİYYAT 

1.

 



Əkinçi  (tam  mətni)  -  transliterasiya  və  tərtib  edəni:  T.Həsənzadə.  Bakı:  Avrasiya Press, 

2005, 496 s.  

2.

 

Həsən bəy Zərdabi. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1960, 432 s. 



  

ВОПРОСЫ ЯЗЫКА В ГАЗЕТЕ « ЭКИНЧИ» 

 

М.А.МАМЕДОВ 

 

РЕЗЮМЕ 

 

Г.Б.Зардаби  газетой  «Экинчи»  не  только  заложил  фундамент  азербайджанской 



национальной прессы, но и дал толчок развитию азербайджанского языка на националь-

ной основе, а также выявил его лексико-грамматические и стилистические богатства. В 

статье, с точки зрения современной лингвистики исследуются языковые проблемы, на-

шедшие отражение на страницах газеты «Экинчи». Среди них особое внимание уделяет-

ся  таким  вопросам,  как  замена  иноязычных  слов  эквивалентами  национального  языка, 

язык  и  речь,  формирование  речи,  официально-деловые  документы,  процесс  создания 

терминов, ономастические единицы и др. Здесь также анализируются интересные мысли 

и высказывания Г.Б.Зардаби по поводу обогащения словарного запаса языка, языковых 

связей, взаимовлияния соседних языков.  

 

 



Ключевые слова: Г.Б.Зардаби, «Экинчи», язык, речь, термин 

 

LANGUAGE PROBLEMS IN THE NEWSPAPER «EKINCHI» 



 

M.A.MAMMADOV 

 

SUMMARY 

 

H.B.Zardabi laid down the foundations of the  Azerbaijani national press and  by  this 

way stimulated the development of the Azerbaijani language on the national basis, revealed its 

lexical-  grammatical and stylistic wealth.The presented article deals with  the  language 

problems in newspaper series,like substitution of loan words  with their native equivalents

language and speech, formation of speech in official and business documents, term formation, 

punctuation marks, onomastic items etc,  and explains them  from the point of  view of 

contemporary linguistics. Some interesting points by H.B.Zardabi about the enrichment  of 

vocabulary composition, language connections and the influence of adjacent languages to one 

another have been analysed as well. 



 

Key words: H.B. Zardabi, «Ekinchi», language, speech, term  

Yüklə 241,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə