Руководство для врачей. Под ред. Н. И. Дегтерева М., 2004, 578 с. 2) Hiperkapniya (hipoventilyasiya ) zamanı nə baş verir?


) Ağız dibinin fleqmonası ağırlaşa bilər



Yüklə 2,01 Mb.
səhifə17/17
tarix14.05.2018
ölçüsü2,01 Mb.
#44099
növüРуководство
1   ...   9   10   11   12   13   14   15   16   17

888) Ağız dibinin fleqmonası ağırlaşa bilər.
A) parotonzilyar abseslə

B) limfadenitlə

C) tonzillitlə

D) furunkul ilə

E) mediastenitlə
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
889) Əng sümüyü sınığının əsas simptomu adlanır.
A) əng sümüklərinin patoloji hərəkətliliyi

B) baş ağrıları

C) çənə sümüyünün patoloji hərəkətliliyi

D) alveol çıxıntılarının selikli qişasının cırılmış yaraları

E) burun qanaxması
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
890) Çənə sümüyü sınığının əsas simptomu adlanır.
A) ) baş ağrıları

B) çənə sümüyünün patoloji hərəkətliliyi

C) üzün yumşaq toxumalarının şişkinliyi

D) udqunmanın çətinləşməsi

E) alveol çıxıntılarının selikli qişasının cırılmış yaraları
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
891) Kəllə əsasının sınığının mütləq göstəricisidir.
A) xarici qulaq keçəcəyindən qanaxma

B) likvoreya

C) burun qanaxması

D) əng sümüklərinin patoloji hərəkətliliyi

E) çənə sümüyünün patoloji hərəkətliliyi
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
892) Çənənin oynaq çıxıntısının ikitərəfli sınığının xarakterik simptomu.
A) açıq dişləm

B) ağız açılmasının məhdudluğu

C) qulaqönü nahiyənin şişkinliyi

D) alveol çıxıntılarının selikli qişasının cırılmış yaraları

E) sınıq olan tərəfdə antaqonist dişlər arasında kontakt yoxdur
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
893) Burun sümüklərinin sınığının əsas simptomudur.
A) dərialtı emfizema,qanaxma

B) burun tənəffüsünün çətinləşməsi,qanaxma

C) burun sümüklərini patoloji hərəkətliliyi,deformasiya

D) burnun deformasiyası, burun yollarından qanaxma

E) burnun deformasiyası,hematoma
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
894) Sifətin yaralarının birincili cərrahi işlənməsi hansı müddətə qədər aparıla bilər.
A) 8-12 saat ərzində

B) 72 saat ərzində

C) 48 saat ərzində

D) birinci saat ərzində

E) 24 saat ərzində
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
895) Çənə sümüklərinin sınıqları zamanı müvəqqəti immobilizasiya aparılır.
A) Hippokrat papağı

B) dairəvi təpə-çənə sarğısı

C) dişlərin şinalanması

D) Zbarj aparatı

E) dairəvi alın-ənsə sarğısı
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
896) Yuxarı tənəffüs yollarının yad cisimlə tutulması adlanır.
A) klapanlı asfiksiya

B) obturasion asfiksiya

C) aspirasion asfiksiya

D) dislokasion asfiksiya

E) stenotik asfiksiya
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
897) Çənənin mental hissəsinin qopması nəticəsində yaranan asfiksiya adlanır.
A) stenotik

B) klapanlı

C) obturasion

D) aspirasion

E) dislokasion
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
898) Dil kökünün (əsasının) zədələnməsində bağlanması məqsədəuyğundur:
A) Zədə tərəfdən dil arteriyasının

B) Xarici yuxu arteriyasının

C) Ümumi yuxu arteriyasının

D) Daxili yuxu arteriyasının

E) Baş-bazu kələfini
Ədəbiyyat: Т.В.Золоторева, Г.Н.Топоров. Хирургическая анатомия головы. «Медицина», Москва. 1968. с. 228.
899) Traxeotomiya üçün əsas sayılır:
A) Ağ ciyərlərin ödemi

B) Səthi bronxospazm

C) Yuxarı tənəffüs yollarının keçməməzliyi fonunda əmələ gələn ağır asfiksiya

D) Yemək borusunun kimyəvi yanığı

E) Mendelson sindromu
Ədəbiyyat: Т.В.Золоторева, Г.Н.Топоров. Хирургическая анатомия головы. «Медицина», Москва. 1968. с. 228.
900) Byork üsulu ilə traxeotomiya edəndə fərqli cəhət:
A) Traxeyanın yalnız yuxarı iki üzükvarı həlqəsinin kəsilməsi

B) Traxeyanın III-IV qığırdaq yarım həlqəsi ilə qalxanvarı vəzin boyun arası hissəsinin kəsilməsi

C) Traxeyanın ön divarından əsası aşağıda olmaqla yamağın kəsilib hazırlanması

D) Qırtlaq membranasının kəsilməsi

E) Traxeyanın yarımüzük qığırdaqlarının aralığının köndələn kəsiyi
Ədəbiyyat: Ю.М.Лопухин, В.С.Савельев. Хирургия. «ГЭОТАР Медицина», Москва, 1997. с. 1070.
901) Yemək borusunun boyun nahiyəsində zədələnməsi zamanı hansı kəsik optimal hesab olunur:
A) Nasilov kəsiyi

B) Razumovski-Rozanov kəsiyi

C) Sternotomiya

D) Savinıx kəsiyi

E) Plevradan keçən kəsik
Ədəbiyyat: Ю.Л.Шевченко, Н.Н.Шихвердиев. Ангиогенный сепсис. «Наука», СПб, 1996.
902) Yemək borusu divarının zədələnməsində yaranı belə tikmək lazımdır:
A) Mədəyə zond yeridib yaranı tikmək lazım deyil

B) 24 saat ərzində

C) 24 saatdan sonra

D) Zədələnmə vaxtından 12 saat keçənə qədər

E) Yaralanmadan sonrakı vaxt məna kəsb etmir
Ədəbiyyat: Ю.М.Лопухин, В.С.Савельев. Хирургия. «ГЭОТАР Медицина», Москва, 1997. с. 1070.
903) Yemək borusu ətrafı toxumaları drenləşdirmək üçün münasib sayılır:
A) Zədələnən nahiyəyə cuna tamponlarının yeridilməsi

B) Rezin zolaqlardan istifadə etmək

C) Axar-sorucu sistemindən istifadə

D) Qeyri-fəal drenaj yeridilməsi

E) Yara kanalını açıq saxlamaq lazımdır
Ədəbiyyat: Ю.М.Лопухин, В.С.Савельев. Хирургия. «ГЭОТАР Медицина», Москва, 1997. с. 1070.
904) Sayılan göstəricilərdən hansı baş beyin silkələnməsinə xarakterikdir:

1. Huşun itirilməsi

2. Anizokoriya

3. Ürəkbulanma və qusma

4. Üfüqi nistaqm

5. Bradikardiya
A) 1, 3, 4

B) 2, 4, 5

C) 2, 3, 5

D) 1, 2, 4

E) 1, 3, 5
Ədəbiyyat: Лебедев В. В. , Быковников Л. Д. Руководство по неотложной нейрохирургии. - М.: Медицина, 1987.
905) Baş beyinin sıxılma sindromunu təsdiq edən diaqnostik tədbirlər:

1. Kranioqrafiya

2. Axırıncı sisternin punksiyası

3. Meninqoexoskopiya

4. Kompyuter tomoqrafiyası

5. Onurğa beynin punksiyası
A) 2, 4, 5

B) 2, 3, 5

C) 1, 2, 4

D) 1, 3, 4

E) 1, 3, 5
Ədəbiyyat: В.В.Лебедев, Л.Д.Быковников. Руководство по неотложной нейрохирургии. «Медицина», Москва, 1987.
906) Sadalanan əməliyyatlardan hansı mədə və 12 barmaq bağırsaq xora xəstəliyinin müalicəsində təcili göstərişə əsasən aparılır?
A) Selektiv proksimal vaqotomiya

B) Perforativ xoranın gözənməsi

C) Kötük vaqotomiyası, piloroplastika ilə

D) Bilrot-II üsulu ilə mədə rezeksiyası

E) Bilrot-I üsulu ilə mədə rezeksiyası
Ədəbiyyat: М.И. Кузин. Хирургические болезни. «Медицина», Москва, 1995.
907) Əməliyyatdan sonrakı dövrdə aşağı ətraflarda flebotrombozun baş verməsinin əsas qorxusu nədir?
A) Dərialtı venaların varikoz genişlənməsi

B) Ağ ciyər arteriyasının trombemboliyası

C) Əməliyyatdan sonrakı pnevmoniya

D) Ayaqların qanqrenası

E) Beyin damarlarının emboliyası
Ədəbiyyat: Т.П.Макаренко, Л.Г.Харитонов, А.В.Богданов. Ведение больных общехирургического профиля в послеоперационном периоде. «Медицина», Москва, 1989. с.350
908) Böyrəklərin və qarın daxili üzvlərin müştərək travması zamanı nefrektomiyaya mütləq (tam) göstərişdir:
A) Böyrəyin əzilib parçalanması

B) Ləyənin cırılması

C) Subkapsulyar hematoma

D) Geniş peritonarxası hematoma

E) Böyrəyin aşağı qütbünün cırılması
Ədəbiyyat: Ю.М.Лопухин, В.С.Савельев. Хирургия. «ГЭОТАР Медицина», Москва, 1997.
909) Əməliyyatdan sonrakı dövrdə trombembolik ağırlaşmaların profilaktikası aşağıda qeyd olunanların hamısının məcmusudur bundan başqa:
A) Dezaqreqantlar

B) Aşağı ətrafların əməliyyatdan əvvəl və sonra elastiki bintlə bintlənməsi

C) Ciddi yataq rejimi

D) Düz təsirli antikoaqulyantlar

E) Müalicə gimnastikası və adekvat ağrısızlaşdırma
Ədəbiyyat: Т.П.Макаренко, Л.Г.Харитонов, А.В.Богданов. Ведение больных общехирургического профиля в послеоперационном периоде. «Медицина», Москва, 1989.
910) Anamnezində qanaxma ilə ağırlaşma olmuş 12 barmaq bağırsaq xorasında əməliyyat önü dövrdə qanköçürməyə göstəriş sayılır:
A) Qan yaranmasını stimulə etmək vacibliyi

B) İmmunokorreksiyanın vacibliyi

C) Hepatit.

D) İntoksikasiya

E) Aşkar görsənən anemiya
Ədəbiyyat: М.И. Кузин. Хирургические болезни. «Медицина», Москва, 1995.
911) Piylənmədən əziyyət çəkən, əməliyyata məruz qalmış xəstədə daha çox hansı fəsadın baş verməsini gözləmək olar?
A) Piy toxumasında anestetiklərin kumulyasiyası

B) Piy emboliyası

C) Arterial təzyiqin düşməsi

D) Ağ ciyər ağırlaşmaları (atelektazlar)

E) Elektrolitlər pozğunluğu
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999
912) 4 gün əvvəl mədənin perforativ dəliyinin gözənməsindən sonra, ağ ciyərin emfizemasından əziyyət çəkən xəstədə spontan pnevmotoraks baş verib. Pnevmotoraksın ləğvi və plevral boşluğun drenləşdirilməsi üçün ən əlverişli sahə hansıdır?
A) Arxa aksilyar xətt üzrə VIII qabırğaarası sahə

B) Ön qoltuqaltı xətt üzrə IV qabırğaarası sahə

C) Ön aksilyar xətt üzrə VII qabırğaarası sahə

D) Orta körpücük xətti üzrə II qabırğaarası sahə

E) Orta körpücük xətti üzrə V qabırğaarası sahə
Ədəbiyyat: В.В.Кованов. Оперативная хирургия и топографическая анатомия. «Медицина», Москва, 1995.
913) Miller-Ebbot zondu hansı məqsədlər üçün işlədilir:
A) Qarın boşluğunun drenləşdirilməsi

B) Laparoskopik xolesistostomanın qoyulması

C) Yoğun bağırsağın intubasiyası

D) Xoledoxun drenləşdirilməsi

E) Nazik bağırsağın intubasiyası
Ədəbiyyat: Ю.М.Лопухин, В.С.Савельев. Хирургия. «ГЭОТАР Медицина», Москва, 1997.
914) Bağırsaq keçməməzliyi ilə ağırlaşmamış, «S»-vari bağırsağın xərçəngi ilə olan xəstənin əməliyyata hazırlamağın ən optimal variantı
A) Bağırsağın mexaniki olaraq təmizlənməsi

B) Antifunqal müalicə

C) Sistemli antibiotikoterapiya

D) Şişdən yuxarı kolostomanın qoyulması

E) Bağırsağın mexaniki olaraq təmizlənməsi + peroral antibiotiklər
Ədəbiyyat: Ю.М.Лопухин, В.С.Савельев. Хирургия. «ГЭОТАР Медицина», Москва, 1997.
915) Mexaniki sarılığı olan xəstədə sarılığın səbəbini öyrənmək üçün əməliyyatdan əvvəl aparılan diaqnostik müayinələrdən hansı daha informativdir:
A) Peroral xolesistoqrafiya

B) Angioqrafiya

C) Qara ciyərin ssintoqrafiyası

D) Xolesistoxolangioqrafiya

E) Nüvə-maqnit rezonans müayinəsi ilə xolesistoqrafiya.
Ədəbiyyat: Ф.Ф.Шалимов. Хирургия печени и желчевыводящих путей. «Здоровье», Киев, 1993.
916) Mexaniki sarılıqla ağırlaşmış, öd yollarının çapıq mənşəli keçməməzliyində, əməliyyatönü hansı əsas müalicə tədbirlərini aparmaq lazımdır:
A) Antibiotikoterapiya

B) Diyetoterapiya

C) Öd yollarının dekompessiyası (dəridənkeçən, qaraciyərdən keçən)

D) Hemosorbsiya

E) Təcili biliodiqestiv anastomozun qoyulması
Ədəbiyyat: А.Е.Борисов, Н.И.Глушков, Н.А.Борисов, В.С.Веховских. Чрезкожные эндобилиарные вмешательства при рубцовой непроходимости желчных протоков. «МАПО», СПб, 1997.
917) Piksobezoar nədir?
A) Tərkibi qətran olan bezoar

B) Tərkibi kətan və yun saplar olan bezoar

C) Tərkibi müxtəlif laklar olan bezoar

D) Tərkibi saçlar olan bezoar

E) Tərkibi heyvani yağlar ( keçi, qoyun piyi, sala) olan bezoar
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 185.
918) Divertikulyozun ən az rast gələn fəsadı hansıdır?
A) Divertikulin perforasiyası

B) Maliqnizasiya

C) Bağırsaq qanaxması

D) Divertikulit

E) Bağırsaq ətrafı infiltrat
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том стр., 425.
919) Tireotoksik krizin əsas səbəbi nədir?
A) Qanda katexolominlərin səviyyəsinin gözlənilmədən yüksəlməsi

B) T-3 və T-4 səviyyəsinin artması

C) Su - elektrolit mübadiləsi pozğunluğu

D) Kəskin böyrəküstü vəzi çatışmazlığı



E) Hiperqlikemiya
Ədəbiyyat: И.И.Дедова, Г.А.Мельниченко. Эндокринология. Национальное руководство. Москва, «ГЭОТАР Медиа», 2009 II том стр.32.
Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə