Руководство для врачей. Под ред. Н. И. Дегтерева М., 2004, 578 с. 2) Hiperkapniya (hipoventilyasiya ) zamanı nə baş verir?


) Kəskin paraproktitlərin hansı formasında iltihabın ümumi əlamətləri yerli əlamətlərə nisbətən daha çox üstünlük təşkil edir?



Yüklə 2,01 Mb.
səhifə10/17
tarix14.05.2018
ölçüsü2,01 Mb.
#44099
növüРуководство
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

487) Kəskin paraproktitlərin hansı formasında iltihabın ümumi əlamətləri yerli əlamətlərə nisbətən daha çox üstünlük təşkil edir?
A) Pelviorektal

B) Submukozal

C) Səthi postnal

D) İşiorektal

E) Perianal
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 64.
488) Rektal digital müayinə zamanı anal kanalda ağrı və ödem təyin edilir. Bu hansı paraproktitlər üçün daha çox xarakterikdir?
A) Dərin postanal

B) Selikaltı

C) Səthi postanal

D) İşioanal

E) Pelviorektal
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 64.
489) Pararektal nahiyənin yeni törəmələri və abseslər arasında differensial diaqnostikada ən informativ müayinə üsulu hansıdır?
A) Fistuloqrafiya

B) NMR, Rektal ultrasonoqrafiya

C) Kolonoskopiya

D) Rektal digital müayinə

E) Anoskopiya
Ədəbiyyat: В.Л.Ривкин, О.Э.Луцевич, С.Н.Файн, В.В.Лукин. Атлас практической колоректальной хирургии. Москва, «Медпрактика» , 2006, стр., 34.
490) Ekstrasfinkter fistullarda (IV mürəkkəblik dərəcəsi) optimal cərrahi müalicə üsulu hansıdır?
A) Rıjix üsulu

B) Liqatura üsulu

C) Qabriel üsulu

D) Parks üsulu

E) Rigix - Bobrov üsulu
Ədəbiyyat: В.Л.Ривкин, О.Э.Луцевич, С.Н.Файн, В.В.Лукин. Атлас практической колоректальной хирургии. Москва, «Медпрактика» , 2006, стр., 39.
491) Anal nahiyənin spesifik fistullarına aid deyil.
A) Pilonidal kista

B) İrinləmiş teratoma

C) İrinləmiş dermoid kista

D) Hidradenit

E) Kriptoqlandulyar fistullar
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 70.
492) Qeyri-spesifik kolitdə hansı halda cərrahi müdaxilə əks-göstərişdir?
A) Uzunmüddətli effektsiz konservativ müalicə

B) Uzunmuddətli remissiyalarla kompleks konservativ müalicə

C) Yoğun bağırsağın perforasiya təhlükəsi (kəskin toksiki dilatasiya)

D) Konservativ müalicəyə tabe olmayan

E) Profuz qanaxma
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 123.
493) Babasildə cərrahi əməliyyata mütləq göstəriş sayılır.
A) Babasil düyünlərinin kəskin trombozu

B) Babasil düyünlərinin boğulması

C) Ağrı sindromu

D) Hemorroidal qanaxma, qanda Hb - nin miqdarının 80q/l-dən aşağı olması

E) Babasil düyünlərinin sallanması
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 31.
494) Defekasiya zamanı və ya sonra ağrı, sfinkterin spazmı və az miqdarda qanaxma əsasən hansı xəstəlik üşün xarakterikdir?
A) Anal fistul

B) Anal kanalın şişi

C) Anal çat

D) Babasil

E) Anal kanalın polipi
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 56.
495) Pararektal nahiyəyə ən çox infeksiya hansı yollarla daxil olur?
A) Kriptoqlandulyar

B) Düz bağırsaq selikli qişasının travması

C) Limfogen

D) Pararektal toxumanın zədələnməsi

E) Hematogen
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 56.
496) Anatomik formasına görə Hirşprunq xəstəliyinin hansı forması müəyyən edilmir?
A) Nazik bağırsaq forması

B) Rektosiqmoidal forma

C) Subtotal forma

D) Total forma

E) Rektal forma
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 183.
497) Qıcıqlanmış bağırsaq sindromunun sinonimi hansıdır?
A) Bakterial dizenteriya

B) Fuksional bağırsaq dispepsiyası

C) Qurd invaziyası

D) Funksional diareya

E) Qəbizlik
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 111.
498) Yoğun bağırsağın adenomatoz polipləri ən çox harda yerləşir?
A) Köndələn çənbər bağırsaqda

B) Qalxan çənbər bağırsaqda

C) Enən çənbər bağırsaqda

D) Rektosiqmoiddə

E) Kor bağırsaqda
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 195.
499) Rektosele nədir?
A) Düz bağırsağın sallanması

B) Sol xaya venasının genişlənməsi

C) Düz bağırsaq divarının kisəvari qabarması

D) Düz bağırsağın burulması

E) Uşaqlıq yolunun sallanması
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 95.
500) Iti uclu kondiloma harada yerləşir?
A) Düz bağırsağın selikli qişasında

B) Xarici cinsiyyət üzvlərində

C) Perianal dəridə

D) Anal kanalda

E) Aralıq nahiyyəsində
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 91.
501) Bağırsaq keçməməzliyi olan xəstədə anusdan qan gəlir. Bu hansı növ keçməməzlikdir?
A) İnvanginasiya

B) Nazik bağırsağın burulması

C) Paralitik

D) Spastik

E) Bağırsaq infarktı
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 81 səh.
502) Lateral sfinkterotomiya hansı xəstəliyin müalicəsində icra edilir?
A) Anal abses

B) Anal nahiyyənin xərçəngi

C) Hemorroy

D) Anal çat

E) Anal fistula
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр.,62-ci səh.
503) Aşağıdakı əlamətlərdən hansı Kron xəstəliyində olmur?
A) Temperatur

B) Pankreatit

C) İshal

D) Ümumi halsızlıq

E) Spastik qarın ağrısı
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр.,128-ci səh.
504) Qudzal qaydası hansı patologiyada tətbiq edilir?
A) Mədə və 12 barmaq bağırsaq xorasında

B) Anal fistullarda

C) Düz bağırsaq selikli qişasının sallanmasında

D) Öd yollarının patologiyalarında

E) Pankreonekrozlarda
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр.,73.

505) Əvvəllər heç bir şikayəti olmayan 38 yaşında olan kişidə qəflətən sol bel nahiyəsindən qasığa yayılan kəskin ağrı və bununla yanaşı ürəkbulanma, tərləmə, tezləşmiş sidik ifrazının olması müşahidə edilir. Hansı diaqnoz ehtimal edilir?
A) Sol sidik axarının daşı

B) Sol xayanın burulması

C) S - vari bağırsağın divertikulu

D) Retroperitonal qanaxma

E) Herpes zoster
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 349.
506) Sol böyrəkdən ön və bayır tərəfdə hansı orqanlar yerləşir?
A) Dalaq, enən çənbər bağırsaq

B) Mədəaltı vəz

C) Enən çənbər bağırsaq

D) Nazik bağırsaq ilgəkləri

E) Dalaq
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 688.

507) Sifətin furunkulunun əsas qorxulu cəhətinə hansı aiddir?

A) Üzdə qalxan tromboflebitin inkişafı

B) Görmə orqanı tərəfindən ağırlaşmanın inkişafı qorxusu

C) Nəzərə çarpan intoksikasiya

D) Ödem nəticəsində tənəffüsün pozulması

E) Sonradan kobud çapığın əmələ əlməsi ilə müşahidə olunan dəri nekrozu


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
508) Aşağıdakılardan hansı septik şokun səbəbi deyil?
A) Bağırsaq perforasiyası

B) Ağciyər atelektazı

C) Uretral ve intravenoz kateterlər

D) Geniş toxuma nekrozları (elektrik yanıqları kimi)

E) Qastrointestinal anastomozun çatışmazlığı
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр., 488.
509) Kriptit nədir?
A) Morqan ciblərinin iltihabı

B) Düz bağırsaq selikli qişasının iltihabı

C) Pararektal toxumanın iltihabı

D) Anal məməciklərin iltihabı

E) Yoğun bağırsağın iltihabi
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 93.
510) Ağciyər absesinin inkişafında rol oynamayan xəstəlik hansıdır?
A) Huşun itməsi, qıcolma və udma aktının pozulması ilə müşayiət olunan nevroloji xəstəliklər

B) Şəkərli diabet

C) Qida borusunun axalaziyası

D) Qida borusunun divertikulu

E) Qastroezofageal reflüks
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 94.
511) Aspirasion abseslər daha çox harada lokalizasiya edir?
A) Sol ağciyərin yuxarı payının aşağı seqmentində və aşağı payının yuxarı seqmentində

B) Qaraciyərin VIII seqmentində

C) Sol ağciyərin yuxarı payının aşağı seqmentində və aşağı payının aşağı seqmentində

D) Dalaqda

E) Sağ ağciyərin yuxarı payının arxa seqmentində və aşağı payın yuxarı seqmentində
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 93.
512) Ağciyər abseslərinin ağırlaşmaları zamanı aşağı hansı müşahidə olunmur?
A) Pnevmotaraksın inkişaf etməsi

B) Plevra boşluğuna açılması və empiema

C) Bronxlara qanaxma və asfiksiya

D) İrinin bronxlar vasitəsilə digər sahələrə yayılması və yeni abseslərin əmələ gəlməsi

E) Uzaq orqanlada metastatik abseslərin əmələ gəlməsi
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 94.
513) Təmiz bir əməliyyatdan 24 - 48 saat sonra yaranan temperaturun səbəbi nədir?
A) Yara infeksiyası

B) Atelektaz

C) Diafraqmaaltı abses

D) Bağırsaq ilgəkləri arası abses

E) Sidik katetrinin sidiylikdə çox qalması
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том стр., 155.
514) İntraperitoneal abseslər ən çox harada yerləşir?
A) Böyük piylik

B) Epiqastral

C) Diafraqmaaltı

D) Böyrək ətrafı toxumada

E) İntermezenterik
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 201 səh.
515) İrinli yarada rezin buraxıcının əsas təsir mexanizmi hansıdır?
A) Hiqroskopik xüsusiyyət

B) Kapilyar xüsusiyyət

C) Passiv ötürmə

D) Aktiv aspirasiya

E) Müştərək xüsusiyyət
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,546.

516) Qalxanvari vəzin hansı xəstəliyi xroniki tireoiditə aid dеyil?
A) Hamısı

B) De Kerven tirеoiditi

C) Xaşimato strumiti

D) Ridel uru

E) Qalxanvari vəzin adenoması
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
517) 38 yaşında qadın xəstədə bilateral total tiroidektomiya əməliyyatı icra edilib. Əməliyyatdan sonrakı 6-cı saatda xəstədə tənəffüs çatışmazlığı başlayır. Bununla bərabər hipotenziya və taxikardiya əlamətləri, kəskik nahiyyəsində şişkinlik var. Bu xəstəyə nə edərdiniz?
A) Traxeyanı intubasiya etmək

B) Vena daxili kalsium vermək

C) Oksigen vermək

D) Yaranmış olan hematomanı təcili boşaltmaq

E) Morfin vermək
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том. стр., 25.
518) Aşağıdakılardan hansı şəkərli xəstədə diabetik pəncəyə səbəb olmaz?
A) Damar çatışmazlığı

B) Təkrari travma

C) Periferik neyropatiya

D) Hipoqammaqlobulinemiya

E) İnfeksiya
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр., 718.
519) Tiroidektomiya icra edilən xəstədə əməliyyatdan sonra səsin batmasının səbəbi nədir?
A) n.laringeus superiorun zədələnməsi

B) n.vagusun zədələnməsi

C) hemotomanın yaranması

D) n. recurrensin zədələnməsi

E) n.vagusun arxa şaxəsinin zədələnməsi
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 478.
520) Kəskin pankreatitin ən çox rast gəlinən ağırlaşması hansıdır?
A) Absesin yaranması

B) Pankreatik nekroz

C) Pankreas başının xərçəngi

D) Portal damarlarda tromboz

E) Psevdokistin yaranması
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 226.
521) Sadalananlardan hansı endokrin xəstəliklərə səbəb olmur?
A) Hormonun metabolizmi, tranpotunun pozulması

B) Hоrmоnun təsirinə rezistentlik

C) Hormonun artıq olması

D) Kastlın daxili faktorunun defisiti

E) Hормоnun defisiti
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 16.
522) Sadalananlardan hansı qanda karbohidratların səviyyəsini azaldır?
A) Epinefrin

B) Boy hormonu

C) İnsulin

D) Qlükokortikoidlər

E) Qlükaqon
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 265.
523) Hansı hormon hipofizdə sintez olunmur?
A) Adrenalin

B) Follikukulstimullaşdırıcı hormon

C) Lüteinləşdirici hormon

D) Prolaktin

E) Tireotrop hormon
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 30.
524) “Diabetik pəncə” sindromuna səbəb olan əsas faktor hansıdır?
A) İnfeksiya

B) Ateroskleroz

C) Travma

D) Neyropatiya və işemiya

E) Tütünçəkmə
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 335.
525) Qalxanabənzər vəzi xərçəngi və düyünlü urun differensasiyasında hansı müayinəni aparmaq vacibdir?
A) Elektrokardioqramma

B) Qalxanabənzər vəzi hormonlarının səviyyəsini təyin etmək

C) Qalxanabənzər vəzinin skanerləşdirilməsi

D) Qalxanabənzər vəzin USM-si

E) Qalxanabənzər vəzin punksiyası
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 148.
526) Qalxanabənzər vəzinin total xaric edilməsi hansıdır?
A) Qastrektomiya

B) Strumektomiya

C) Adenomektomiya

D) Tireoidektomiya

E) Qalxanabənzər vəzinin rezeksiyası
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр.102.
527) Qalxanabənzər vəzi ibarətdir:
A) Baş, cisim və quyruqdan

B) Ön, ara və arxa paylardan

C) İki pay və boyundan

D) Bir pay və boyundan

E) İki paydan
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 74.
528) Xəstə qalxanabənzər vəzinin xərçənginə görə əməliyyat olnmuşdur. Postoperasion dövrdə xəstədə üz nahiyəsində keyləşmə və əllərdə qıcolmalar müşahidə edilir. Bu nə ilə əlaqədardır?
A) Qayıdan sinirin zədələnməsi ilə

B) Üz sinirinin zədələnməsi ilə

C) Qalxanabənzərətraf vəzinin xaric edilməsi ilə

D) Epilepsiya tutmaları ilə

E) Kalium çatışmazlığı
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 363.
529) İtsenko-Kuşinq sindromu nə ilə xarakterizə olunur?
A) Progestronun hiperproduksiyası ilə

B) Tireotrop hormonun hiperproduksiyası ilə

C) Kortizol və aldosteronun hipoproduksiyası ilə

D) Aldosteronun hiperproduksiyası ilə

E) Kortikosteroidlərin hiperproduksiyası ilə
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 186.
530) Qanda qlükozanın konsentrasiyasının artması aşağıdakılardan hansının sekresiyasını stimulyasiya edir?
A) İnsulinin

B) Somatotropinin

C) Mədə şirəsinin

D) Prolaktinin

E) Aldosteronun
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009,стр. 265.
531) 12 yaşlı xəstədə birinci dəfə şəkərli diabet aşkar edilmişdir.Ona aşağıdakı preparatlardan hansını təyin etmək lazımdır?
A) Qaraciyərdə qlükozanın produksiyasını inhibə edən preparatlar

B) Sulfanilsidikcövhəri preparatları

C) Alfaqlükozidazların inhibitorları

D) İnsulin

E) İnsulinin sekresiyasına qlükozanın təsirini imitasiya edən preparatlar
Ədəbiyyat: И.И.Дедова, Г.А.Мельниченко. Эндокринология. Национальное руководство. Москва, «ГЭОТАР Медиа», 2009 стр., 371.
532) Birincili hiperparatireoz xarakterizə olunur:
A) Hipokalsiemiya, parathormonun səviyyəsinin qalxması, generalizasiya olunmuş demineralizasiya

B) Parathormonun səviyyəsinin qalxması, hiperkalsiemiya, patoloji sınıqlar

C) Hipokalsiemiya, parathormonun səviyyəsinin aşağı düşməsi, tetaniya

D) Qanda qlükozanın miqdarının artması, poliuriya, polidipsiya

E) Hipokalsiemiya, parathormonun səviyyəsinin qalxması, hipofosfatemiya, 25-hidroksivitamin D-nin aşağı konsentrasiyası
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 353.
533) Mədəaltı vəzin əsas hormonları hansılardır?
A) Tiroksin və triyodtrionin

B) İnsulin və qlükaqon

C) Kortizol və aldosteron

D) Somatotropin

E) Prolaktin
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр 265-268.
534) Qalxanabəzər vəzin cərrahi müdaxiləsindən sonrakı dövrdə səsin xırıltılı olması və karlaşması nə ilə əlaqədardır?
A) Traxeyanın zədələnməsi

B) Qalxanabənzər ətraf vəzinin xaric edilməsi

C) Vidaci venanın zədələnməsi

D) Qayıdan sinirin zədələnməsi

E) Qida borusunun zədələnməsi
Ədəbiyyat: И.И.Дедова, Г.А.Мельниченко. Эндокринология. Национальное руководство. Москва, «ГЭОТАР Медиа», 2009 стр., 329.
535) Hipotireoz xarakterizə edilir?
A) Arıqlama, əl barmaqlarında tremor, taxikardiya

B) Piyli nəm dəri ilə

C) Sadalananlardan heç biri

D) Quru dəri, tüklərin tökülməsi və üzün odemi ilə

E) Gövdənin yan səthlərində strixiyalarla
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 118.
536) Endokrin oftalmopatiya hansı xəstəlik üçün xarakterikdir?
A) Hipertireoz

B) Hipotireoz

C) Hipoparatireoz

D) Akromeqaliya

E) Şəkərli diabet
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009,. стр. 104.
537) Boy hormonu harda sintez olunur?
A) Hipofizin ön payında

B) Epifizdə

C) Böyrəküstü vəzin beyin qatında

D) Hipofizin arxa payında

E) Qalxanabənzərətraf vəzidə
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 30.
538) Hipofiz yerləşir:
A) Döşsümüyü arxası fəzada

B) Gicgah payında

C) Beynin üçüncü mədəciyinin üzərində

D) Türk yəhərində

E) Beyincikdə
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 29.
539) Insulin harada sintez olunur?
A) Böyrəküstü vəzinin qabıq maddəsində

B) Mədəaltı vəzinin F- hüceyrələrində

C) Mədəaltı vəzinin α - hüceyrələrində

D) Mədənin fundal hüceyrələrində

E) Lanqerhans adacıqlarının β - hüceyrələrində
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 265.
540) Akromeqaliyaya səbəb nədir?
A) Follikulstimuləedici hormonun hiperproduksiyası

B) Boy hormonunun xroniki hiperproduksiyası

C) Tireotrop hormonun hipoproduksiyası

D) Aldosteronun hipoproduksiyası

E) Boy hormonunun hipoproduksiyası
Ədəbiyyat: И.И.Дедова, Г.А.Мельниченко. Эндокринология. Национальное руководство. Москва, «ГЭОТАР Медиа», 2009 стр., 633.
541) Birincili hiperaldosteronism xarakterizə edilir:
A) Hipertenziya, hipokalsiemiya və əzələ zəifliyi ilə

B) Əl və ayağın nazikləşməsi ilə proksimal əzələlərin atrofiyası, “ayabənzər sifət”,qarının aşağı nahiyələri, çiyin və budlarda striyalar

C) Baş ağrıları, tərləmə, ağbənizlik, döşdə və qarında ağrılar, qorxu hissiyyatı ilə

D) Yorğunluq, quru dəri, hipotenziya, üzün ödemi və qəbizliklə

E) Taxikardiya, arıqlama, əllərdə tremor və ekzoftalmla
Ədəbiyyat: :И.И.Дедова, Г.А.Мельниченко. Эндокринология. Национальное руководство. Москва, «ГЭОТАР Медиа», 2009 стр., 1064. 707-ci səh.
542) Mexaniki bağırsaq keçməməzliyinin qarın boşluğunun icmal rentqenoqrafiyasında ən xarakterik əlamətləri hansılardır?

A) Mədənin qaz qovuğunun boyük olması

B) Tək-tək enli üfüqi səviyyələr

C) Qarın boşluğunda çoxlu miqdarda mayenin olması

D) Çox saylı xırda üfüqi səviyyələr

E) Qarın boşluğunda sərbəst qaz


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
543) Hansı sınaq aşağı ətrafların qan təhcizatının pozulmasını təsdiq edən funksional sınaqlara aid deyil?
A) Troyanov-Trendlenburq sınağı

B) Pançenkonun diz fenomeni

C) Oppelin plantar işemiya sınağı

D) Dırnaq yatağının sıxılması simptomu

E) Qoldflam sınağı
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 623 səh.
544) Aşağı ətraf dərin venaların mənfəzinin keçiriciliyi barədə məlumat almaq üçün hansı sınaqlardan istifadə edilir
A) Talman sınağı

B) Delbe-Pertes (marş), Pratt-1 sınaqları

C) Pratt-2 sınağı

D) Şeynis sınağı

E) Hakkenbrux sınağı
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 653.
545) Mədə xərçənginə görə mədənin subtotal rezeksiyasında mədə-mədaltı bağı nə etmək lazımdır?

A) Toxunulmur

B) Tam çıxarılmalıdır

C) Hissəvi kəsilir

D) Mütləq deyil

E) Bağlanmalıdır


Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с.
546) Mədə poliplərindən hansı çox maliqnizasiya olur?

A) Adenomopapilyar

B) Hamısı

C) Adenomatoz

D) Papilyar

E) Hiperplastik


Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с.l
547) Qarışıq kəsiklə qastrektomiya nə zaman göstərişdir?

A) Mədənin total xərçəngi zamanı

B) Şiş mədənin proksimal hissəsində olduqda

C) İnfiltrativ şişdə

D) Şişin qida borusuna keçməsi zamanı

E) Bütün hallarda


Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с.
548) Mədə xərçənginə görə distal subtotal rezeksiya zamanı nəyə üstünlük vermək lazımdır?

A) Bilrot 2 əməliyyatına

B) Bilrot1 əməliyyatına

C) Arxa anastomozun qoyulması

D) Rayxel-Polia tipli əməliyyata

E) Uzun ilgəkdə ön anastomozun qoyulması


Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с.
549) Qara ciyərə metastazlar hansı yolla yayılır ?

A) İmplantasiyon

B) Retroqrad

C) Hamısı ilə

D) Limfoqen

E) Hematoqen


Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с.
550) Ağ ciyər xərçənginin artmasında hansı amillər vacibdir?

A) İş şəraiti

B) Nikotin

C) Xroniki iltihab xəstəliklər

D) Atmosferin çirklənməsi

E) Qenetik faktorlar


Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с.
Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə