Peyk geodezi və məsafədən zondlama üsulları əsasında daşqınların qiymətləndirilməsi



Yüklə 14,31 Kb.
tarix28.08.2018
ölçüsü14,31 Kb.
#65066
növüXülasə

Dənziyev Ramal Mirzəhəsən oğlunun “Peyk geodezi və məsafədən zondlama üsulları əsasında daşqınların qiymətləndirilməsi” adlı dissertasiya işi üzrə
Xülasə
Təqdim edilən dissertasiya işində Azərbaycan Respublikasında və Cənubi Azərbaycanda daşqın, sel, subasma hadisələri tərəfindən landşaft və ətraf mühitə qarşı təhlükə və risklərin tədqiqi üzrə mövcud işlərin xülasəsi verilmişdir.Daşqın hadisələrinin proqnozlaşdırılması üçün istifadə edilən metodların xülasəsi tərtib edilmişdir. Yaz daşqınları dövründə ərazilərin potensial su basma şərtləri tədqiq edilmişdir. Su basmasının əsas göstəricilərinin xətti proqnozlaşdırma metodu ilə optimal proqnoz qiymətləndirilməsi yerinə yetirilmişdir. Su basmalarının yüksək həqiqiliklə proqnozlaşdırılması məqsədilə yağış yağıntılarının proqnozlaşdırılması sistemi optimallaşdırılmışdır.Potensial su basması yarada bilən su kütləsinin cəmləyici kanalın məcrasına optimal diferensial marşrutlaşdırma metodu təklif edilmişdir.

Su basan sahələrin vəziyyətinin proqnozlaşdırılması üçün əks hidroinformasion modelləşdirmə metodu işlənilmişdir. Vahid gecikən hidroqraflar çoxluğundan istifadə etməklə su basma modeli qurulmuşdur. Torpağın su tutumu xarakteristikaları nəzərə alınmaqla su basma rejimləri modelləşdirilmişdir. Bitki örtüyünün qiymətlərinin qeyri-müəyyənliyinin su basmları zamanı şəhər ərazilərinin su ilə basılmasının proqnoz edilən ehtimalına təsiri tədqiq edilmişdir.



Su basma xəritələrinin tərtib edilməsi üçün məsafədən zondlama və hidroloji modelləşdirmə verilənlərinin müqayisəsi əsasında peyk verilənlərinin validasiyası məsələlərinə baxılmışdır. Su basmalarının proqnozlaşdırılması üçün yağış yağıntısına məsafədən nəzarət vasitələrinin işlənilməsi məsələləri nəzərdən keçirilmişdir. Su basmalarının proqnozlaşdırılması məqsədilə torpağın nəmliyinin müəyyənləşdirilməsi üçün məsafədən tətbiq edilən iki səviyyəli kombinə edilmiş ölçmə metodu işlənilmişdir. Su basmaların yüksək həqiqiliklə proqnoz edilməsi üçün torpağın nəmliyinin məsafədən qiymətləndirilməsinin qeyri-müəyyənliyi təhlil edilmişdir. İki ölçülü sahədə ölçmə nəticələrinin interpolyasiyası üçün invers-loqarifmik metod işlənilmişdir. Su basmaları zamanı qırıntıların dağlıq meşə sahələrindən keçməsi uzaqlığı qiymətləndirilmışdir. Su basma hallarının yaranmasına səbəb olan faktorlara qarşı görülə bilən tədbirlərin optimallaşdırılması yerinə yetirilmişdir. Daşqınların proqnozlaşdırılması üçün istifadə edilən SCS-CN metodunun təklif edilmiş təkmilləşdirilmiş variantı üzrə eksperimental-model tədqiqatları aparılmışdır.
Yüklə 14,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə