Руководство для врачей. Под ред. Н. И. Дегтерева М., 2004, 578 с. 2) Hiperkapniya (hipoventilyasiya ) zamanı nə baş verir?



Yüklə 2,01 Mb.
səhifə1/17
tarix14.05.2018
ölçüsü2,01 Mb.
#44099
növüРуководство
  1   2   3   4   5   6   7   8   9   ...   17

Ümümi cərrahiyə

1) Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?

A) Tibbi-sosial ekspertiza Komissiyası

B) Həkim Məsləhət Komissiyası

C) Baş həkim

D) Şöbə müdiri

E) Müalicə həkimi


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
2) Hiperkapniya (hipoventilyasiya ) zamanı nə baş verir?
A) Beynin qan həcm artır və KDT dəyişmir

B) Beyinin qan həcminə və KDT dəyişmir

C) Beynin qan həcmi azalır və KDT yüksəlir

D) Beynin qan həcmi azalır və KDT azalır

E) Beynin qan həcmi artır və KDT yüksəlir
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
3) Kəllə-beyin travmasının kəskin dövründə qlukokortikoidlərdən istifadə nəyə səbəb olur?
A) İrinli fəsadların inkişafına səbəb olur

B) Mədə-bagırsaq qanaxmalarını artırır

C) Beyin ödemini azaldır

D) Hiperqlikemiyaya səbəb olur

E) İmmun sistemi aşağı salır
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
4) Üz nahiyyəsinin yuxarı hissəsinin fleqmonalarının ciddi fəsadlaşmasına hansı aiddir?
A) Mediastenit

B) Parotit

C) Yumşaq toxumaların hematoması

D) Üz sinirinin parezi

E) Künc damarının venasının flebiti
Ədəbiyyat: Ədəbiyyat:Руководство по челюстно-лицевой хирургии и хирургичеслой стомотологии.А.А.Тимофеев.Москва,2002,317с.
5) Ağız boşluğu dibinin fleqmonasını aşağıdakılardan hansı ilə differensasiya etmək lazımdır?
A) Lüdviq anginası

B) Trizm


C) Yanaq nahiyyəsinin fleqmonası

D) Almacıq nahiyyəsinin fleqmonası

E) Alt dodağın karbunkulu
Ədəbiyyat: Ədəbiyyat:Руководство по челюстно-лицевой хирургии и хирургичесkой стомотологии.А.А.Тимофеев.Москва,2002,317с.
6) Sadalanan simptomlardan hansı göbək yırtığı üçün daha az xarakterikdir?
A) Sakit halda çətin düzəlməsi

B) Şişkinlik əksər hallarda narahatlıq zamanı meydana çıxır

C) Tez-tez boğulma

D) Göbək həlqəsinin genişlənməsi

E) Sakit halda asanlıqla düzəlməsi
Ədəbiyyat: Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
7) Baş beyinin silkələnməsində huşun itirilməsi nə qədər davam edir?
A) 1saatdan çox

B) 1 sutkadan çox

C) Bir neçə saat

D) 10 dəqiqəyə qədər

E) 1 saata qədər
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
8) Baş beynin silkələnməsində vegetativ pozğunluqlara aşağıdakılardan hansı aiddir?

A) Zəiflik

B) Yüksək tərləmə,titrətmə

C) Ürəkbulanma, qusma

D) Hamısı

E) Üzün hiperemiyası


Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
9) Baş beynin silkələnməsində müşahidə olunan astenik simptomlara aşağıdakılardan hansı aiddir?
A) Baş ağrısı

B) Tez yorulma

C) Qıcıqlılıq

D) Başgicəllənmə

E) Yüksək tərləmə
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
10) Baş beynin silkələnməsində stasionarda qalma müddəti nə qədərdir?
A) 1 gün

B) 1 ay


C) 3 gün

D) 7 gün


E) 14 gün
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
11) Aşağıdakı hansı əlamətin mövcudluğu beyin əzilməsini təsdiq edir ?
A) Hamısı düzdür

B) Hemiparezin olması

C) Subaraxnoidal qanaxmanın olması

D) Kəllə sümüklərinin sınığının və likvoreyanın olması

E) 1 saatdan artıq huşun itirilməsi
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
12) Hansı ümumi beyin simptomu baş beynin əzilməsində rast gəlinmir?
A) Karlaşma tipli huş pozuntusu

B) Ürəkbulanma,bir neçə dəfə qusma

C) Nistaqm

D) Baş ağrısı

E) Sopor tipli huş pozuntusu
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
13) Epidural hematoma üçün aşağıdakılardan hansı xarakterikdir?
A) Travmadan müəyyən vaxtdan sonra huşun itməsi

B) Huşun itməsi ,işıqlı mərhələ,sonra təkrar huşun itməsi

C) Travmadan sonra huşun itməsi (ışıqlı mərhələ olmadan)

D) Başgicəllənmənin olması

E) Huşun itməsi baş vermir
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
14) Beyindaxili hematomalara aşağıdakı simptomlardan hansı xarakterikdir?
A) Hissiyyat pozğunluğu

B) Tutmaşəkilli baş agrıları

C) Başgicəllənmə

D) Hemiparez

E) Bütün sadalananlar
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
15) Güllə yarası üçün hansı xarakterikdir?
A) Yara oval və ya dairəvi formada olub kənarları düzdür

B) Hamısı düzdür

C) Yaranın kənarlarında yanıq əlamətləri

D) Yaranın kənarları nahamar olub nekrotik dəyişilib

E) Yaranın kənarları nahamar olub nekrotik dəyişilib və yanıq əlamətləri var
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
16) Kəllənin güllə yarasının təsnifatında hansı zədələnmələr qeyd olunur?
A) Açıq

B) Dəlib keçən

C) Kor,toxunan

D) Bütün sadalananlar

E) Qapalı
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
17) Onurğa beyninin mərkəzi şöbələrinin zədələnmə sindromuna hansı aiddir?
A) Müxtəlif dərəcəli hissiyyatın itməsi və çanaq pozgunluqları, aşağı paraplegiya, yuxarı paraparez

B) Tam iflic və çanaq pozğunluqları ilə ağrı,temperatur, hissiyyatının itməsi

C) Aşağı ətraflara nisbətən yuxarı ətraflarda zəiflik, hissiyyatın müxtəlif dərəcəli itməsi , çanaq pozgunluqları olmadan

D) Aşağı ətraflara nisbətən yuxarı ətraflarda zəiflik, hissiyyatın müxtəlif dərəcəli itməsi və çanaq pozgunluqları

E) Hissiyyatın dissosasiya edilmiş pozuntusu
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
18) Ağciyərin irinləmiş kistasının plevra boşluğuna açılması nəticəsində əmələ gələn piotoraks zamanı taktika necə olmalıdır?
A) Plevra boşluğunun Bülau üsulu ilə drenə edilməsi

B) Torakotomiya,ağciyərin kista ilə birgə seqmentar rezeksiyası

C) Plevra boşluğunun Bülau üsulu ilə drenə edilməsi,ehtiyac olarsa - torakotomiya

D) Torakotomiya,lobektomiya

E) Konservativ (antibakterial) terapiyanın aparılması
Ədəbiyyat: М.И.Кузин .Хирургические болезни. Москва,2002,812 c.
19) Ağciyər exinokokkozunun piopnevmotoraksla ağırlaşması zamanı seçim əməliyyatı hansıdır?
A) Birmomentli exinokokkektomiya,plevra boşluğunun sanasiyası və drenə edilməsi

B) Lobektomiya, plevra boşluğunun sanasiyası və drenə edilməsi

C) Pulmonektomiya

D) Ağ ciyərin atipik rezeksiyası, plevra boşluğunun sanasiyası və drenə edilməsi

E) İkimomentli exinokokektomiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
20) Uşağın ümumi vəziyyətində dəyişiklik törətməyən göbək yırtığı zamanı əməliyyatı nə vaxt aparmaq məsləhət görülür?
A) Diaqnoz qoyularkən

B) 3 yaşdan sonra

C) 4-5 yaşında

D) 2 yaşa qədər

E) 1 yaşa qədər
Ədəbiyyat: Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
21) Obliterasiyaedici endarteriitlə xəstədə fiziki müayinə zamanı nəyə diqqət yetirmək lazımdır?
A) Dəri örtüyünün rənginə

B) Tərləmənin pozulmasına

C) Bütün sadalananlara

D) Saçların və dırnaqların inkişafına

E) Periferik arteriyanın pulsasiyasına
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
22) Obliterasiyaedici endarteriitlə xəstələrdə differensial diaqnostikanı nə ilə aparmaq lazımdır?
A) Anadasngəlmə artiokleroz displaziya ilə

B) Obliterasiya edən ateroskleroz və spesifik olmayan aortaarteriitlə

C) Bütün sadalananlar

D) Periferik nevritlə

E) Səthi tromboflebitlə
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
23) Obliterasiyaedici endarteriitlə xəstələrdə konservativ müalicə necə aparılmalıdır?
A) İldə 1 dəfə 1 ay olmaqla

B) İl boyu

C) Kəskinləşmə dövründə

D) Mövsümü terapiya

E) İldə iki dəfə və hər biri bir ay olmaqla stasionar şəraitdə,həmçinin bütün il boyu qoruyucu terapiya
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
24) Obliterasiyaedici endarteriit zamanı tipik revaskulyar əməliyyata göstərişə nə aiddir?
A) 500 m-dən çox məsafəyə gedərkən fasiləli axsama

B) 4-5 km/saat 1000 metr məsafəyə gedərkən fasiləli axsamanın əmələ gəlməsi

C) 4-5 km/saat 700 metr məsafəyə gedərkən fasiləli axsamanın əmələ gəlməsi

D) 200 m-ə qədər məsafəyə gedərkən keçici axsama və dizaltı arteriyanın və ya baldır arteriyalarında birinin keçiriciliyinin olması zamanı

E) Dishidroz,ətrafların soyuması və keçici axsama
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
25) Obliterasiyaedici endarteriitlə xəstədə ətrafların cərrahi revaskulyasiyası və funksasiyasının bərpası üçün hansı kifayətdir?
A) Dizaltı arteriyanın iki baldır arteriyası ilə keçiriciliyinin bərpası

B) Dizaltı arteriyanın bir baldır arteriyası ilə keçiriciliyinin bərpası

C) Dizaltı arteriyanın keçiriciliyinin üç baldir arteriyası ilə bərpası

D) Dizaltı arteriyanın izolə olunmuş seqmentinin bərpası

E) Baldırın bir arteriyası və pəncənin arteriyal qövsü ilə keçiriciliyinin bərpası
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
26) Burger xəstəliyi (obliterasiyaedici trombangit) obliterasiyaedici endarteriitdən nə ilə fərqlənir?
A) Aşağı ətraf arteriyalarının distal zədələnməsi ilə yanaşı səthi venalarda miqrasiyaedici tromboflebitin olması

B) Ciddi fərq yoxdur

C) Aşağı ətraf arteriyalarının proksimal seqmentinin zədələnməsinin üstünlük təşkil etməsi

D) Arteriyal şaxənin distal zədələnməsi

E) Aşağı ətrafın bütün damarlarının diffuz zədələnməsi
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
27) Burger xəstəliyi və həmçinin obliterasiyaedici endarteritin kompleks konservativ müalicəsi zamanı nə etmək lazımdır?
A) Hiperbarik oksigenasiya

B) Qanın lazer şüalanması

C) Plazmaferez

D) Qeyd olunanların hamısını

E) Hemosorbsiya
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
28) Reyno xəstəliyinin diaqnostikasında ən informativ müayinə üsulu hansıdır?
A) Yuxarı ətrafların assiloqrafiyası

B) Yuxarı ətrafların reovozoqrafiyası

C) Nitroqliserin sınağı ilə yuxarı ətrafların ultrasəs doppleroqrafiyası

D) Yuxarı ətrafların soyuq sınağı zamanı termoqrafiya

E) Yuxarı ətrafların ultrasəs doppleroqrafiyası
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
29) Aşağı ətraf venalarının varikoz xəstəliyinin kliniki əlamətlərinə nə aiddir?
A) Bütün sadalananlar

B) Kosmetik defektə görə şikayətlənmək

C) Dərialtlı venaların böyüməsi, günün axırında ödem və piqmentasiyanın meydana çıxması

D) Yerli trofiki dəyişiklik

E) Ağrı hiss etməsinə görə şikayətlənmək
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
30) Varikoz genəlmədə ulturasəs dopler müayinəsi və fleboqrafiyaya nə zaman gostərişdir?
A) Cavan yaşlı xəstələrdə (20-40 yaş arası)

B) Differensiasiyali yanaşdıqda

C) Bütün xəstələrdə

D) Ətraflarda trofiki dəyişiklik olduqda

E) Yaşlı xəstələrdə (40 yaşdan yuxarı)
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
31) Varikoz xəstəliyində cərrahi müalicənin radikallığı nədən asılıdır?
A) Varikoz zədələnmiş kiçik dərialtı venaların çıxarılması

B) Bütün sadalananlardan

C) Kollaterallar boyu bütün magistral varikoz damarların çıxarılması

D) Fassiyaaltı və fassiyaüstü bütün perforant venaların bağlanması

E) Oval çuxur nahiyyəsində bütün kollateralların işləməsindən
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
32) Flebektomiya əməliyyatı aşağıda sadalananlardan hansıdır?
A) Troyanov-Trendelenburq üsulu

B) Narat üsulu

C) Bebkokk üsulu

D) Bütün sadalanan üsullar

E) Kokett üsulu
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
33) Flebektomiya əməliyyatından sonra əhəmiyyətli nə sayılır?
A) Antibiotikoterapiya

B) Palçıq müalicəsi

C) Xəstənin tez aktivləşdirilməsi

D) Elastik bintdən istifadə edərək xəstənin tez aktivləşdirilməsi

E) Fizioterapiya
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
34) Göbək yırtığına görə əməliyyatdan sonra tez-tez rast gəlinən ağırlaşma hansıdır?
A) Piyliyin eventrasiyası

B) Tikişlərin aralanması

C) Yaranın əməliyyatdan sonrakı dövrdə irinləməsi

D) Residiv

E) Liqatura fistulu
Ədəbiyyat: Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
35) Posttromboflebitik xəstəlikdə hansl seqment daha çox zədələnir?
A) Poplitea-tibial seqmenti

B) İliofemoral seqmenti

C) Femero-tibial seqmenti

D) İleokaval seqmenti

E) Aşağı boş venanı
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
36) Posttromboflebitik xəstəliyin patofizioloji venoz dinamikası ilk növbədə nə ilə əlaqəlidir?
A) Kommunukant venaların qapaq sisteminin pozulması ilə

B) Venoz qanın dərin venalardan səthi venalara axmasının patoloji pozgunluğu ilə

C) Tam varikoz genəlməyəə uğramış səthi venoz damarlara görə

D) Xəstənin yaşı ilə

E) Aşağı ətraflarda venoz hipertenziyanın meydana çıxması ilə
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
37) Posttromboflebitik xəstəliyin daha çox yayılmış formasına hansı aiddir?
A) Ödemli ağrılı və varikoz-xoralı forma

B) Varikoz-xoralı forma

C) Kəskin forma

D) Ödemli ağrılı forma

E) Trofiki forma
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
38) Posttromboflebitik xəstəliyin cərrahi müalicəsində geniş istifadə olunan üsul hansıdır?
A) Dərin venoz sistemə implantantla süni qapağın qoyulması

B) Dərin venaların ekstravazal qapaq korreksiyası

C) Autovenoz şuntlama və dərin venaların protezləşdirilməsi

D) Linton əməliyyatı ilə konbinə olunmuş flebektomiya

E) Kokett əməliyyatı
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
39) Venoz trombozun ucu böyrək venalarından aşağı yerləşən zaman ağciyər arteriyalarının trombemboliyasının profilaktikası necə aparılmalıdır?
1.Aşağı boş venanın parsial okkluziyası

2.Aşağı boş venanın bağlanması

3.Trombektomiya

A) 2,3


B) 1,2,3

C) 1,2


D) Yalnız 2

E) Yalnız 1


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
40) Ağciyər arteriyasının tromboemboliyasının təsnifatı hansıdır?
A) Bütün sadalananlar

B) Kicik, pay, seqmentar, massiv tromboemboliya

C) Sağ ağciyərin mərkəzi arteriyasının tromboemboliyası

D) Ağciyərin total tromboemboliyası

E) Sol ağciyərin mərkəzi arteriyasının tromboemboliyası
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
41) Ağciyər arteriyasının tromboemboliyasının profilaktikasına nə daxildir?
A) Antiaqreqant terapiya

B) Antikoaqulyant terapiya

C) İnfuzion terapiya

D) Antikoaqulyant terapiya, lazım gələrsə operativ metod

E) Ağrıkəsicilərin yeridilməsi
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
42) Ağciyər arteriyasının trobemboliyası zamanı əsas klinik sindrom hansıdır?
A) Abdominal

B) Ağciyər-plevral

C) Kardial

D) Kardial və abdominal

E) Bütün sadalananlar
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
43) Ağciyər arteriyasının trobemboliyası venasının trombozundan nə ilə fərqlənir?
A) “Sağlam” insanlarda da ağciyər arteriyasının trobemboliyası ola bilər

B) Öncə trobemboliya olur, sonra klinik simptomlar

C) Venoz trombozda klinik əlamətlər nisbətən ləng inkişaf edir

D) Bütün sadalananlar

E) Venoz trombozun səbəbindən asılı olaraq letallıq uzanır
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
44) Qida borusunun təzə zədələnmələri zamanı radikal əməliyyat-defektin tikilməsi hansı müddətə qədər olunmalıdır?
A) 8-12 saat

B) 48 saata qədər

C) 12-24 saat

D) 24-36 saat

E) 6-8 saat
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
45) Hansı divertikul Zenker divertikulu adlanır?
A) Qida borusunun traxeanın bifurkasiyasından keçən hissəsinin divertikulu

B) Qida borusunun abdominal hissəsinin divertikulu

C) Udlaq-qida borusu divertikulu

D) Qida borusunun epifrenal divertikulu

E) Mədənin fundal hissəsinin divertikulu
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
46) Epifrenal divertikulun cərrahi müalicəsi zamanı hansı kəsik aparılır?
A) Sağ tərəfdən 6-cı qabırğaarası sahədən torakotomiya

B) Yuxarı orta laparotomiya

C) Sol tərəfdən 6-cı qabırğaarası sahədən torakotomiya

D) Sağ tərəfdən 7-ci qabırğaarası sahədən torakotomiya

E) Sol tərəfdən 7-ci qabırğaarası sahədən torakotomiya
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
47) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı zamanı hansı forma müşahidə edilmir?
A) Subtotal

B) Bağırsaq

C) Kardiofundal

D) Qida borusu

E) Kardial
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
48) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı zamanı hansı əlamət müşahidə olunmur?
A) Gəyirmə

B) Qıcqırma

C) Döş sümüyü arxasında ağrı

D) Stenokardiya tipli ağrı

E) Hipoqastral nahiyədə ağrı
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
49) Qida borusunun peptiki strikturası hansı səbəbdən əmələ gəlir?
A) Kardiyanın xalaziyası zamanı mədə turşusunun qida borusunun distal hissəsinə zədələyici təsiri nəticəsində

B) Termiki yanıq nəticəsində qida borusunun distal hissəsinin zədələnməsi nəticəsində

C) Qida borusunun epifrenal divertikulu nəticəsində

D) Kimyəvi yanıq nəticəsində qida borusunun distal hissəsinin zədələnməsi nəticəsində

E) Diafraqmanın qida borusu dəliyinin daralması nəticəsində
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
50) Qida borusunun peptiki strikturası zamanı aşağıdakılardan hansı müşahidə olunmur?
A) Döş sümüyü arxasında ağrı

B) Qusma


C) Disfagiya

D) Qıcqırma

E) Requrgitasiya
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
51) Qida borusunun peptiki strikturasının müalicəsi nədən başlanmalıdır?
A) Klapanlı qastroplikasiya

B) Konservativ müalicə,bujlama və ya pnevmodilatasiya

C) Ezofaqofundorafiya

D) Fundoplikasiya olunur

E) Qida borusunun distal hissəsinin rezeksiyası
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
52) Qida borusunun peptiki strikturasının cərrahi müalicəsi zamanı seçim əməliyyatı hansıdır?
A) Antireflüks əməliyyatı

B) Göstərişdən asılı olaraq qida borusunun plastikası və ya antireflüks əməliyyatı

C) Qida borusunun plastikası

D) Selektiv proksimal vaqotomiya ilə fundoplikasiya

E) Ezofaqofundorafiya
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə