Руководство для врачей. Под ред. Н. И. Дегтерева М., 2004, 578 с. 2) Hiperkapniya (hipoventilyasiya ) zamanı nə baş verir?



Yüklə 2,01 Mb.
səhifə2/17
tarix14.05.2018
ölçüsü2,01 Mb.
#44099
növüРуководство
1   2   3   4   5   6   7   8   9   ...   17

53) Qida borusunun distal hissəsinin yanıq strikturasının cərrahi müalicəsi zamanı seçim əməliyyatı hansıdır?
A) Ezofaqofundorafiya

B) Selektiv proksimal vaqotomiya ilə fundoplikasiya

C) Qida borusunun plastikası

D) Göstərişdən asılı olaraq qida borusunun plastikası və ya antireflüks əməliyyatı

E) Antireflüks əməliyyatı
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
54) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı zamanı ən çox hansı orqanlar zədələnir?
A) Diafraqma

B) Mədə


C) Qida borusu

D) Öd kisəsi

E) 12 barmaq bağırsaq
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
55) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı öd daşı xəstəliyi ilə yanaşı gedərsə hansı əməliyyat icra olunur?
A) Xolesistektomiya və fundoplikasiya

B) Xolesistektomiya və diafraqma ayaqcıqlarının tikilməsi

C) Fundoplikasiya

D) Xolesistektomiya və Dor əməliyyatı

E) Xolesistektomiya
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
56) Diafraqmanın qida borusu dəliyinin aksial yırtıqlarının ən effektiv cərrahi müalicə üsulu hansıdır?
A) Hill əməliyyatı

B) Qastropeksiya

C) Ezofaqofundorafiya

D) Fundoplikasiya

E) Diafraqma dəliyinin tikilərək daraldılması
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
57) Diafraqmanın relaksasiyasının səbəbi ən çox nə olur?
A) Azan sinirin zədələnməsi

B) Diafraqmal sinirin zədələnməsi

C) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı

D) Qonşu orqanlarda inkişaf edən bədxassəli törəmələr

E) Ümumi peritonit
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
58) Reflüks-ezofagitin ən effektiv cərrahi müalicə üsulu hansıdır?
A) Kötük vaqotomiyası ilə fundoplikasiya

B) Mədə rezeksiyası

C) Ezofaqofundorafiya

D) Hill əməliyyatı

E) Selektiv proksimal vaqotomiya ilə fundoplikasiya
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
59) Həqiqi Nissen fundoplikasiyasının çatışmayan cəhəti nədir?
A) Fundoplikasiyanın mədənin arxa divarı hesabına yaradılması

B) Fundoplikasiyanın mədənin həm ön,həm də arxa divarı hesabına yaradılması

C) Fundoplikasiyanın qısa icra edilməsi

D) Mədə divarının qida borusuna tikilməsi

E) Fundoplikasiyanın mədənin ön divarı hesabına yaradılması
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
60) Nissen fundoplikasiyasının Çernousov modifikasiyasından fərqləndirici cəhəti nədir?
A) Fundoplikasiyon manjetin zirvəsinin hər iki tərəfdən qida borusuna tikilməsi

B) Mədə divarının qida borusuna tikilməsi

C) Fundoplikasiyanın mədənin ön divarı hesabına yaradılması

D) Fundoplikasiyanın mədənin həm ön,həm də arxa divarı hesabına yaradılması

E) Fundoplikasiyanın mədənin arxa divarı hesabına yaradılması
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
61) Vaqotomiya olunmuş xəstədə aparılmış əməliyyatla əlaqədar hansı inkişaf edə bilməz?
A) Dempinq sindrom

B) Qastrostaz

C) Qida borusunun divertikulu

D) Öd daşı xəstəliyi

E) Postvaqotomik diareyya
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
62) Postvaqotomik diareyanın səbəbı nədir?
A) Mədə turşuluğunun azalması

B) Qələvi reflüks-qastrit

C) Kardiyanın funksiyasının pozulması

D) Mədəaltı vəz,qaraciyər və nazik bağırsağın denervasiyası

E) Nazik bağırsaqlarda qan təchizatının zəifləməsi
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
63) Postvaqotomik diareyanın müalicəsi zamanı aşağıdakı preparatlardan hansı istifadə olunur?
A) Benzoheksonium,motilium,mebendazol

B) Antibiotiklər,metoklopiramid

C) Sulfanilamidlər,korqlükon

D) Antibiotiklər,benzoheksonium,xolestiramin

E) Xolestiramin,prozerin,ranitidin
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
64) Postvaqotomik diareyanın cərrahi müalicəsi zamanı seçim əməliyyatı hansıdır?
A) Mədənin Bilrot-2 üsulu ilə rezeksiyası

B) Mədənin Bilrot-1 üsulu ilə rezeksiyası

C) Nazik bağırsaq seqmentinin inversiyası

D) RU əməliyyatı

E) Qastroenteroanastomozun qoyulması
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
65) ”Teleskop effekti” fenomeni nədir?
A) Fundoplikasion manjetin sürüşməsi

B) Mədənin çevrilməsi

C) Qusmanın mümkün olmaması

D) Fundoplikasin manjetin qida borusunu sıxması

E) Qida borusunun abdominal hissəsinin daralması
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
66) Mədə divertikulu ən çox mədənin hansı hissəsində lokalizasiya edir?
A) Ön divarında,böyük əyriliyə və fundusa yaxın

B) Arxa divarında,böyük əyriliyə və fundusa yaxın

C) Ön divarında antral hissəyə yaxın

D) Ön divarında,kiçik əyriliyə və kardiyaya yaxın

E) Arxa divarında,kiçik əyriliyə və kardiyaya yaxın
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
67) 12 barmaq bağırsaq divertikulu 12 barmaq bağırsağın hansı hissəsində daha çox lokalizasiya olunur?
A) Böyük duodenal məməciyə yaxın

B) Horizontal hissədə

C) Soğanağın ön divarında

D) Soğanağın arxa divarında

E) Enən hissədə
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
68) 12 barmaq bağırsaq divertikulunun səbəbi bir çox hallarda aşağıdakılardan hansı ilə bağlıdır?
A) Duodenostazın olması ilə

B) Xroniki duodenitin olması ilə

C) 12 barmaq bağırsağın yad cismi ilə

D) Anadangəlmə olması ilə

E) 12 barmaq bağırsaq xorasının olması ilə
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
69) Mədənin divertikulunun səbəbi daha çox nə ilə bağlı olur?
A) Anadangəlmə olması ilə

B) Xroniki qastritlə

C) Mədə xorasın ilə

D) Mədənin əvvəllər baş vermiş travmaları ilə

E) Mədənin yad cismi ilə
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
70) Ağırlaşmamış mədə divertikulunun müalicə üsulu hansıdır?
A) Selektiv proksimal vaqotomiya,antrumektomiya

B) Konservativ müalicə

C) Divertikulektomiya

D) Selektiv proksimal vaqotomiya,fundoplikasiya

E) Mədənin 2/3 hissəsinin rezeksiyası
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
71) Mekkel divertikulunun səbəbidaha çox nə ilə bağlıdır?
A) Kəskin appendisitin olması ilə

B) Anadangəlmə olması ilə

C) Kron xəstəliyinin olması ilə

D) Mədənin travmaları ilə

E) Nazik bağırsağın şişi
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
72) Köndələn qastroduodenoanastomozun digər drenəedici əməliyyatlardan üstünlüyü nədədir?
A) Qidanın mədədən 12 barmaq bağırsağa tez keçməsində

B) Anastomozun geniş olmasında

C) Anastomozun gələcəkdə daralmamasında

D) Anastomozda iltihabın olmamasında

E) Qidanın mədədən 12 barmaq bağırsağa nisbətən porsiyalarla keçməsində
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
73) Xroniki duodenostazın fibroqastroduodenoskopiya müayinəsi zamanı aşağıdakılardan hansı aşkar edilir?
A) 12 barmaq bağırsaq horizontal hissəsinin daralması

B) Mədə möhtəviyyatının qida borusuna atılması

C) 12 barmaq bağırsaqda çoxlu eroziyalar

D) Duodenoqastral reflüks

E) 12 barmaq bağırsaq soğanağının genişlənməsi
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
74) Xroniki duodenostaz zamanı hansı əməliyyat icra olunur?
A) Xoledoxoyeyunoanastomoz

B) Duodenoyeyunoanastomoz

C) Qastroduodenoanastomoz

D) İleotransverzoanastomoz

E) Qastroyeyunoanastomoz
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
75) Xroniki duodenostazın cərrahi müalicəsi zamanı ən effektiv üsul hansıdır?
A) Berqeret

B) Albrekt

C) Vorre

D) Duval


E) Qrequar
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
76) Əməliyyat olunmuş xəstədə xoranın residivinin səbəbi aşağıdakılardan hansı ola bilməz?
A) Birincili hiperparatireoidizm

B) Zollinger-Ellison xəstəliyi

C) Tireotoksikoz

D) Qeyri-tam vaqotomiya

E) Mədənin qənaətedici rezeksiyası
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
77) Əməliyyat olunmuş xəstədə xoranın residivinin səbəbi aşağıdakılardan hansı ola bilər?
A) Tireotoksikoz

B) İtsenko-Kuşinq xəstəliyi

C) Reflüks-ezofagit

D) Birincili hiperparatireoidizm

E) Öddaşı xəstəliyi
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
78) Bilrot-2 üsulu ilə rezeksiya olunmuş xəstə ağır Dempinq-sindroma görə təkrar əməliyyat olunarsa seçim əməliyyatı hansıdır?
A) Zaxarov-Henley üsulu ilə rekonsruktiv qastroyeyunoduodenoplastika və ya Bilrot-2-nin Bilrot-1-ə çevrilməsi

B) Kötük vaqotomitası ilə birgə fundoplikasiya

C) Zaxarov-Henley üsulu ilə rekonsruktiv qastroyeyunoduodenoplastika ilə birgə vaqotomiya

D) RU əməliyyatı və ya Zaxarov-Henley üsulu ilə rekonsruktiv qastroyeyunoduodenoplastika

E) Bilrot-2-nin Bilrot-1-ə çevrilməsi ilə birgə duodenoplikasiya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
79) Gətirici ilgək sindromu zamanı seçim əməliyyatı hansıdır?
A) Kötük vaqotomitası ilə birgə fundoplikasiya

B) Stronq əməliyyatı

C) Ezofaqofundorafiya

D) Bilrot-2-nin Bilrot-1-ə çevrilməsi

E) U şəkilli qastroyeyunoanastomoz
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
80) Dempinq-sindrom zamanı ən informativ müayinə üsulu hansıdır?
A) PH-metriya

B) Kontrastla rentgen müayinə

C) Angioqrafiya

D) Fibroqastroduodenoskopiya

E) USM
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
81) Mədənin Bilrot-1 üsulu ilə rezeksiyasını hansı halda etmək olmaz?
A) Xora 12 barmaq bağırsağın soğanağında olduqda

B) Xora 12 barmaq bağırsağın postbulbar hissəsində olduqda

C) Xora 12 barmaq bağırsağın soğanağında olduqda və stenozla ağırlaşdığı zaman

D) Xora mədənin pilorik hissəsində olduqda

E) Xora mədənin subkardial hissəsində olduqda
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
82) Xəncərvari çıxıntının yırtığının səbəbi nədir?
A) Xəstənin həddən artıq köklüyü

B) Xəstənin hiperstenik döş qəfəsinə malik olması

C) Xəncərvari çıxıntının anadangəlmə və qazanılma defekti

D) Qarnın düz əzələsinin diastazası

E) Epiqastral nahiyədə əmələ gələn böyük lipoma
Ədəbiyyat: Ədəbiyyat:Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с,
83) Xəncərvari çıxıntının yırtığı zamanı xəstənin şikayətləri ən çox nədən olur?
A) Döş sümüyü arxasında ağrılardan və bəzən xəstəliyin öddaşı və xroniki pankreatitə oxşamasından

B) Göbək nahiyəsində ağrılardan və qucmadan

C) Döş sümüyü arxasında ağrılardan və bəzən xəstəliyin stenokardiya,xora xəstəliyi və qastritə oxşamasından

D) Xəncərvari çıxıntının altında yerinə düzələn şişkinlik olur və ağrı olmur

E) Sağ qabırğaaltı nahiyədə ağrılardan və qusmadan
Ədəbiyyat: Ədəbiyyat:Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с,
84) Ağ xəttin yırtığı ən çox hansı nahiyədə təsadüf edir?
A) Hipoqastral nahiyədə

B) Eyni dərəcədə epiqastral və mezoqastral nahiyədə

C) Eyni dərəcədə mezoqastral və hipoqastral nahiyədə

D) Epiqastral nahiyədə

E) Mezoqastral nahiyədə
Ədəbiyyat: Хирургия грыж живота. В.В.Жебровский.,Москва 2005,381 с,
85) Qarın daxili yırtıqlardan ən çox boğulma müşahidə olunanı hansıdır?
A) Sidik kisəsi üstü daxili yırtıq və müsariqə-divar daxili yırtığı

B) Müsariqə-divar daxili yırtığı

C) Kor bağırsaq ətrafı daxili yırtlq

D) Kor bağırsaq ətrafı daxili yırtlq və sidik kisəsi üstü daxili yırtıq

E) Sidik kisəsi üstü daxili yırtıq və oniki barmaq bağırsaq ətrafı –Treys daxili yırtığı
Ədəbiyyat: Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с,
86) Qapayıcı dəliyin yırtığı haradan xaricə çıxır?
A) Budun yuxarı 1/3-nin ön-lateral tərəfindən

B) Sağrı nahiyəsindən

C) Pupart bağının altından və ona bitişik

D) Qasıq nahiyəsindən

E) Budun yuxarı 1/3-nin ön-medial tərəfindən
Ədəbiyyat: Ədəbiyyat:Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с,
87) Spigel yırtığı haradan çıxır?
A) Qasıqüstü nahiyədən

B) Göbəkdən bir qədər aşağıda düz əzələ yatağının içəri kənarından

C) Ön-üst qalça tinindən 2sm medial tərəfdə

D) Göbəkdən bir qədər aşağıda düz əzələ yatağının bayır kənarından

E) Göbəkdən bir qədər yuxarıda düz əzələ yatağının bayır kənarından
Ədəbiyyat: Ədəbiyyat:Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с,
88) Uşağın ümumi vəziyyətində dəyişiklik törətməyən qarnın ağ xəttinin yırtığı nə vaxt əməliyyat olunmalıdır?
A) 10 yaşdan sonra

B) 3 yaşdan sonra

C) 5 yaşdan yuxarı

D) 1-3 yaşında

E) 1 yaşa qədər
Ədəbiyyat: Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
89) Pankreonekroza görə aparılan əməliyyat zamanı hansı icra olunmur?
A) Piylik kisəsinin drenə olunması

B) Xoledoxoduodenoanastomoz

C) Ümumi öd axarının drenə olunması

D) Mədəaltı vəzin abdominizasiyası

E) Xolesistostomiya
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
90) Dodaqvari bağırsaq fistulasını nə təşkil etmir?
A) Fistula kanalı

B) Bağırsağın ön və arxa divarı

C) Aparıcı ilgək

D) Gətirici ilgək

E) Dəriyə açılan xarici dəlik
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
91) Borulu bağırsaq fistulasını nə təşkil etmir?
A) Çapıq toxuması

B) Fistula kanalı

C) Dəriyə açılan xarici dəlik

D) Daxili dəlik

E) Bağırsağın ön və arxa divarı
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
92) Borulu bağırsaq fistulasını nə təşkil edir?
A) Fistula kanalı

B) Bağırsağın arxa divarı

C) Aparıcı ilgək

D) Bağırsağın ön divarı

E) Gətirici ilgək
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
93) Qarışıq fistula hansıdır?
A) Dodaqvari və borulu bağırsaq fistulası

B) ”Yüksək”yerləşən bağırsaq fistulası

C) Formalaşmış natamam fistula

D) Nazik bağırsağın bir neçə yerində olan fistula

E) Eyni vaxtda nazik və yoğun bağırsaqda olan fistula
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
94) Natamam fistula hansıdır?
A) Formalaşmamış fistula

B) Bağırsaq möhtəviyyatının hamısı fistula dəliyindən xaric olur

C) Bağırsaq möhtəviyyatı həm fistula dəliyindən,həm də təbii yolla xaric olur

D) Nazik bağırsağın bir neçə yerində olan fistula

E) Eyni vaxtda nazik və yoğun bağırsaqda olan fistula
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
95) Fistulanın obturasiyasını hansında etmək olar?
A) Nazik və yoğun bağırsağın tam fistulaları zamanı

B) Yüksək lokalizasiyalı,sərt “mahmızı” olan fistula zamanı

C) Nazik bağırsağın formalaşmamış fistulası zamanı

D) Peristomal zonanın iltihab prosesləri zamanı

E) Nazik bağırsağın natamam formalaşmış fistulası zamanı
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
96) Bağırsaq fistulasının müalicəsındə hansı üsul bağırsaqdaxili obturasiyaya aid deyil?
A) Paul üsulu ilə obturasiya

B) Petser kateteri ilə obturasiya

C) Xaskeleviç üsulu ilə obturasiya

D) Bioloji toxumalarla (ət,cift) obturasiya

E) Svet üsulu ilə obturasiya
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
97) Bağırsaq fistulasının müalicəsındə hansı üsul bağırsaqdanxaric obturasiyaya aiddir?
A) Friş üsulu ilə obturasiya

B) Petser kateteri ilə obturasiya

C) Xaskeleviç üsulu ilə obturasiya

D) Paul üsulu ilə obturasiya

E) Svet üsulu ilə obturasiya
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
98) Qalxan çənbər bağırsağın tam fistulası zamanı optimal əməliyyat üsulu hansıdır?
A) Fistuladan hər iki tərəfdə bağırsağın rezeksiyası və uc-uca anastomozun qoyulması

B) İleostoma

C) Yalnız ileotransverzoanastomozun qoyulması

D) Sağtərəfli hemikolektomiya və ileotransverzoanastomozun qoyulması

E) Sekostoma
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
99) Postxolesistektomik sindromun əmələ gəlməsinə hansı səbəb olmur?
A) Sağtərəfli pielonefrit

B) Mədə və 12 barmaq bağırsağin xora xəstəliyi

C) Xroniki pankreatit

D) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı

E) Xroniki qastrit
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
100) Kəskin appendisiti nə zaman əməliyyat etmək olmaz?
A) Kəskin appendisit ürək çatmamazlığı ilə yanaşı gedərsə

B) Kəskin appendisit qaraciyər sirrozu ilə yanaşı gedərsə

C) Kəskin infiltrativ appendisit zamanı

D) Kəskin kataral appendisit zamanı

E) Kəskin appendisit hemofiliya ilə yanaşı gedərsə
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
101) Öd daşı xəstəliyi münasibətilə əməliyyat zamanı konkrementlə dolu büzüşmüş öd kisəsi və çoxlu konkrement aşkarlanan ümumi öd axarı,həmçinin 2,5 sm-dən çox genişlənmiş ümumi öd axarı aşkar edilərsə, xəstəyə hansı əməliyyat icra edilməlidir?
A) Xolesistostomiya

B) Xolesistektomiya, dərhal öd yollarının təftişi və xolangioqrafiyadan sonra,T-şəkilli drenajın qoyulması

C) Xolesistektomiya və xolangioqrafiyadan sonra biliodigestiv anastomozun qoyulması

D) Duodenotomiya və böyük duodenal məməciyin təftişi

E) Xolesistektomiya
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
102) Qapalı exinokokkektomiya hansıdır?
A) Exinokokk kistası ilə birgə qaraciyər rezeksiya edilir

B) Exinokokkxitin qatı ilə birgə xaric edilir və fibroz boşluq ketqutla hermetik tikilir

C) Exinokokk kistasının ekstirpasiyası-fibroz qat ilə birgə çıxarılması

D) Exinokokkxitin qatı ilə birgə xaric edilir və fibroz boşluğa drenaj yerləşdirilir

E) Exinokokkxitin qatı ilə birgə xaric edilir və fibroz boşluğa ayaqcıq üzərində piylik tikilir və drenaj yerləşdirilir
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
103) Yarımqapalı exinokokkektomiya hansıdır?
A) Exinokokk xitin qatı ilə birgə xaric edilir və fibroz boşluğa drenaj yerləşdirilir

B) Exinokokk kistası ilə birgə qaraciyər rezeksiya edilir

C) Exinokokk xitin qatı ilə birgə xaric edilir və fibroz boşluğa ayaqcıq üzərində piylik tikilir və drenaj yerləşdirilir

D) Exinokokk xitin qatı ilə birgə xaric edilir və fibroz boşluq ketqutla hermetik tikilir

E) Exinokokk kistasının ekstirpasiyası-fibroz qat ilə birgə çıxarılması
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
104) Açıq exinokokkektomiya hansıdır?
A) Exinokokk xitin qatı ilə birgə xaric edilir və fibroz boşluq ketqutla hermetik tikilir

B) Exinokokk xitin qatı ilə birgə xaric edilir və fibroz boşluğa ayaqcıq üzərində piylik tikilir və drenaj yerləşdirilir

C) Exinokokk xitin qatı ilə birgə xaric edilir və fibroz boşluğa drenaj yerləşdirilir

D) Exinokokk kistasının ekstirpasiyası-fibroz qat ilə birgə çıxarılması

E) Exinokokk kistası ilə birgə qaraciyər rezeksiya edilir
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
105) Radikal exinokokkektomiya hansıdır?
A) Exinokokk xitin qatı ilə birgə xaric edilir və fibroz boşluğun kənarları içəriyə çevrilib tikilir

B) Exinokokk xitin qatı ilə birgə xaric edilir və fibroz boşluğa ayaqcıq üzərində piylik tikilir və drenaj yerləşdirilir

C) Exinokokk kistası ilə birgə qaraciyər rezeksiya edilir

D) Exinokokk xitin qatı ilə birgə xaric edilir və fibroz boşluq ketqutla hermetik tikilir

E) Exinokokk xitin qatı ilə birgə xaric edilir və fibroz boşluğa drenaj yerləşdirilir
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə