Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor



Yüklə 2,22 Mb.
səhifə138/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   141
inflyasiya şəraitində maliyyə qərarlarmm əsaslanduilması

İnflyasiya şəraitində maliyyə meneceri müxtəlif çətinliklərlə üzləşir. Ona görə də inflyasiya mühitində maliyyə xarakterli idarəetmə qərarları müəyyən xüsusiyyətlərə malikdir. Bu ilk növbədə menecerin fəaliyyətinin əsas prosedur və alətlərinin düzgün müəyyən edilməsi ilə səciyyələnir ki, onlar da müəyyən dərəcədə inflyasiyanın təsirinə məruz qalır.

Müəssisə üçün mühüm əhəmiyyət kəsb edən əsas maliyyə qərarları hər şeydən əvvəl uzunmüddətli xarakter daşıyır və bu, investisiya layihələrinin seçilməsi ilə bağlıdır. Aparılan hesablamaların keyfiyyəti pul daxilolmalarının düzgün proqnozundan və menecer tərəfindən nəzərdə tutulmuş investisiyanın məqbul səmərəliliyi səviyyəsindən asılıdır. Hesablamalarda iki prinsip əsas götürülməlidir; a) inflyasiyanın proqnozlaşdırılması səviyyəsinə düzəlişi özündə əks etdirən modifıkasiya olunmasında diskontlaşma əmsalının tətbiqi təmin olunmalıdır; b) digər bərabər şəraitdə qısa müddətə gerçəkləşdirilə biləcək layihələrə üstünlük


2ir 303T2
verilməlidir. İnflyasiya şəraitində həmçinin bir sıra sadə qaydalar gözlənilməlidir:

hesablaşma hesabında artıq pul vəsaitlərini saxlamamaq, tanışlara və kontragentlərə borc və kreditlərin verilməsini azaltmaq;

sərbəst pul vəsaitini ya əmlakın alınmasına, ya da mütləq gəlir gətirəcək işlərə yönəltmək;

Məlum olduğu kimi, inflyasiya şəraitində müəssisənin normal fəaliyyəti üçün zəruri olan kapitalın həcmi daima artır. Bu sərf edilmiş xammalın qiymətinin, əmək haqqı üzrə xərclərin artması və i.a. səbəblərlə şərtlənir. Beləliklə, hətta sadə təkrar istehsal da əlavə maliyyələşdirmə mənbələri tələb edir. Sözsüz ki, bu, ilk növbədə perspektiv maliyyə planlaşdırmasma aiddir. Qısamüddətli və uzunmüddətli maliyyə qərarları üzrə belə bir prinsip əsas götürülməlidir ki, seçilmiş qərar ən azı müəssisənin iqtisadi potensialının artırılmasını təmin etməlidir.

İnflyasiya şəraitində investorlar öz kapitalını qorumaq məqsədi ilə onu yüksək faizlə borca verirlər ki, onun səviyyəsi nominal dərəcədən inflyasiyaya düzəliş həcmində fərqlənir. Qeyd etmək lazımdır ki, qərbin uçot-təhlil təcrübəsində həmin terminologiya başqa xarakter daşıyır: real faiz (readrate of interest) ’müydisıydi əlavəsi daxil olmaqla faiz dərəcəsini əks etdirir ki, məhz bu dərəcə kapital bazarında istifadə olunur.

Bazar iqtisadiyyatında istiqrazlar təsrrüfat fəaliyyətinin maliyyələşdirilməsinin əsas mənbələrindən biridir. İnflyasiya şəraitində investorlar, birincisi, qısamüddətli kredit verilməsinə üstünlük verirlər, ikincisi, uzunmüddətli investisiya üçün öz kapitalına görə yüksək faiz tələb edirlər. Bu zaman inflyasiya səviyyəsinə uyğunlaşdırılmış dəyişkən faiz dərəcəsi ilə verilən istiqrazlara üstünlük verilir.

Qiymətli kağızların alınması hər bir müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Qiymətli kağızlar üç əsas məqsəd üçün - zəruri likvidlik səviyyəsinin təmin olunması, planlaşdı- nlmamış gəlirli investisiya layihəsinin maliyyələşdirilməsi mənbəyi və gəlir mənbəyi kimi istifadə olunur.

İnflyasiya şəraitində qiymətli kağızları alman müəssisələrin müflisləşmə riski artır. Ona görə də investisiya portfelinin komplektləşdiril- məsinə xüsusi diqqət verilməlidir.

Debitor borcları müəssisənin xüsusi dövriyyə vəsaitlərinin təsərrüfat dövriyyəsindən yaymdırılmasını səciyyələndirir. Təbii ki, bu proses müəssisənin gəlirlərinin dolayısı itirilməsi ilə müşayiət olunur. İnflya-


2T304TI


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə