Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor



Yüklə 2,22 Mb.
səhifə136/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   141

5Zr3öo°T2

qiymətləndirilməsinin təhrif olunması; xüsusi kapitalın və cari mənfəətin idarə edilməsində düzgün meyarın olmaması.

Monetar aktivlər (öhdəliklər) yenidən qiymətləndirilmiş hesabatda nominal (və ya dəyəri ilə), qeyri monetar aktivlər (öhdəliklər) isə ümumi qiymət indeksi vasitəsilə ilkin dəyərlərin yenidən hesablanması yolu ilə əldə edilən şərti qiymətlə əks etdirilir.

Təcrübədə bu metodika bir neçə mərhələdə aparılır. İlkin mərhələdə hesabat uçot qiyməti ilə tərtib edilir. İkinci mərhələdə hesabatların bütun maddələrinin monetar və qeyri-monetar olmaqla təsnifləşdirilməsi həyata keçirilir. Üçüncü mərhələdə qeyri-monetar obyektlər ümumi qiymət indeksi vasitəsi ilə (aktivlərin əldə edilməsi, öhdəliklərin yaranması illəri üzrə) cari qiymətlərə görə yenidən hesablanır. Dördüncü mərhələdə yenidən qiymətləndirilmiş hesabat tərtib olunur və hesabat dövründə pul vahidinin alıcılıq qabiliyyətinin dəyişməsindən yaranan mənfəət (zərər) hesablanır. Onu da qeyd edək ki, hər bir il üçün obyektlərin dəyəri cari ilin qiymət indekslərindən istifadə etməklə yenidən qiymətləndirilir və aşağıdakı düsturla müəyyən edilir:


Pu = I Pk X \p (11.4)
Burada Pu - eyni alıcılıq qabiliyyətinə malik pul vahidi ilə bütün obyektlərin qiymətini, Pk - konkret ildə alınmış obyektin qiymətini, Ysp - ümumi qiymət indeksini (cari), Ykp - konkret ilin ümumi qiymət indeksini göstərir.

Bu metodikanın çatışmazlıqlarından bəhs edərkən qeyd etmək lazımdır ki, təhlilin məqsədləri üçün hesabatın yenidən hesablanması zamanı digər yanaşmalardan da, o cümlədən cari bazar qiymətindən və fərdi qiymət indekslərindən də istifadə olunması zəruridir. Məhz belə yanaşma CCA metodikası vasitəsi ilə gerçəkləşdirilir. Həmin metodikaya əsasən hesabat tərtib edilərkən aktivlər cari qiymətlə göstərilir. Əsas problem balans maddələrinin cari qiymətlərinin formalaşmasının xeyli mürəkkəbliyi və subyektivliyi ilə səciyyələnir. Məhz bu aspektə görə CCA metodikası daha çox tənqid edilir.

Hər hansı bir obyektin cari dəyəri üç əsas metod ilə müəyyən edilir: 1) aktivlərin mümkün satış qiyməti ilə; 2) bərpa dəyəri ilə; 3) iqtisadi


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə