Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor



Yüklə 2,22 Mb.
səhifə133/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   ...   141
Xr295T2
mayan amortizasiya ayırmaları nəticəsində mənfəət artımına və beləliklə də artırılmış vergilərin ödənilməsinə gətirib çıxaracaqdır.

İnflyasiyanın təsirinin ziddiyyətliliyi onunla səciyyələnir ki, balansın aktivinin bəzi maddələri (materiallar, əsas vəsaitlər, istehsal ehtiyatları) hesabatda bazar qiymətindən aşağı, pul vəsaitləri (valyuta hesablarından başqa) və hesablardakı vəsaitlər (debitor borcları) balans tərtib olunan dövrə hesabat tarixinə mövcud qiymətlə əks etdirilir.

Pul gəlirinin artımı həm natural ifadədə satışın həcminin artımı ilə, həm də qiymətin artımı (inflyasiya artımı) ilə bağlıdır. İnflyasiya şəraitində ikinci yol daha səciyyəvidir. Lakin dəyər ifadəsində istehsalın həcminin artması müəssisənin xərclərinin artması ilə müşayiət olunur. Bu zaman müəssisədə xammal, material almaq, gələcəkdə istehsal və satış prosesini davam etdirmək üçün hazır məhsul ehtiyatlarının yaradılması üçün pul vəsaitlərinə böyük tələbat hiss olunur. Satışdan pul gəlirinin daim artması şəraitində pul məsrəflərinin həcminə yalnız xərclərin kütləsi deyil, eləcə də xammal ehtiyatlarının və məhsulun satış qiyməti, xammalın dəyərinin ödənilməsi müddəti və hazır məhsulun yüklənib göndərilməsi vaxtı da təsir göstərir.

Hazır məhsula görə hesablaşmalar nə qədər tez həyata keçirilərsə, debitor borcları nə qədər az olarsa, digər bərabər şəraitdə müəssisənin dövriyyə vəsaitlərinə tələbatı da bir o qədər az olacaqdır. Debitor borclarının həcmi, onların ödənilməsi müddəti dövriyyə vəsaitlərinin formalaşması və onun həcminin dəyişməsi ilə bağlı xərclərə birbaşa təsir göstərir. Bununla yanaşı, göndərilmiş material, xammal, yanacaq və başqa əmtəə-material qiymətlilərinə görə ödəmələrin müddəti də müəssisənin xərclərinə təsir göstərir. Onların ödənilməsi qabaqcadan aparıla bilər ki, bu əlavə pul vəsaitlərinin yayındırılmasına səbəb olur. Əmtəə- material dəyərlilərinin daxil olmasından sonra ödəmələr aparıldıqda isə müəssisə kommersiya krediti almış olur ki, bu da balansda kreditor borcları kimi əks etdirilir. Müəssisə ona göndərilən əmtəə-material dəyərlilərinə görə ödəmələri gecikdirdikdə kreditor borcları artacaq, müəssisənin xərcləri də az olacaqdır. Deməli, müəssisənin xərcləri ilə kreditor borclarının dinamikası arasında tərs mütənasib asılılıq mövcuddur.

Beləliklə, inflyasiya şəraitində xammal, material, enerji və başqa istehsal ehtiyatları növlərinin qiymətinin yüksəlməsi ilə müəssisənin maliyyə tələbatının real həcmi artır. Ödəmələrin vaxtı uzadıldıqda isə inflyasiya istehsal ehtiyatlarının real qiymətinin aşağı düşməsinə səbəb olur. Əgər xammal, enerji və materialların qiyməti hazır məhsulun qiy
2”296T2
mətindən sürətlə artarsa, onda istehsalın real rentabellik səviyyəsi aşağı düşəcəkdir.

İnflyasiyanın ziddiyyətliliyi onunla xarakterizə olunur ki, öhdəliklərini (bütün növ kreditor borcları, ödənmə vaxtı çatmış borc qiymətli kağızlar) kağız pul formasında ödəməli olan müəssisə borclarını dəyəri aşağı düşmüş pulla ödədiyindən əlverişli imkan əldə edir. Bununla yanaşı, balansda müəssisənin dövriyyə aktivlərinin ilkin dəyəri ilə qiymətləndirilməsi dövriyyə fondlarının real dəyərinin təhrif olunması ilə şərtlənir. Bu, müəssisənin kreditödəmə qabiliyyətinin aşağı düşməsinə səbəb olur, onun likvidliyi təhrif olunur.

Balansın aktivi üzrə maddələrin real dəyərinin aşağı salınması müvafiq xərclərin azalmasına (o cümlədən amortizasiya ayırmalarının), beləliklə, satılmış məhsulun faktiki maya dəyərinin təhrif olunmasına şərait yaradır. Nəticədə, mühasibat hesabatında mənfəət əsassız artırılmış olur, əlavə vergi ödənilir.

Beləliklə, müəssisənin maliyyə vəziyyətinə inflyasiya proseslərinin təsiri aşağıda göstərilən vəziyyətlərlə səciyyələnir:



  • müəssisənin əmlakının real dəyəri aşağı düşür;

  • əmtəə-material qiymətlilərinin real dəyəri və amortizasiya xərcləri azalır, nəticədə, bir tərəfdən əsassız olaraq məhsulun maya dəyəri azalır, digər tərəfdən əsassız olaraq mənfəət artır;

  • müəssisə kapital qoyuluşunu həyata keçirmək üçün lazımi həcmdə pul vəsaitləri toplaya bilmir;

  • müəssisənin taktiki, qısamüddətli maraqları ön plana çəkilir ki, bu da istehlak fondunun artması və yığım fondunun azalması ilə səciyyələnir;

  • milli valyuta kursunun aşağı düşməsi müəssisənin bütün gəlir növlərinin qiymətdən düşməsinə səbəb olur;

  • faktiki əldə edilmiş mənfəətdən büdcəyə vergi ödənilir.




    1. Yüklə 2,22 Mb.

      Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə