Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor



Yüklə 2,22 Mb.
səhifə137/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   141
2T 3OIT2
cəhətdən məqsədəuyğun xərclərlə. İlk iki metoddan daha geniş istifadə olunur.

Obyektin cari dəyərinin müəyyən edilməsinin birinci metodu qiymətlilərin bazarda satıla biləcək qiymətinə əsaslanır. İkinci metodda əsas dövriyyə vəsaitlərinin əvəz olunması lazım gəldikdə onların dəyişməsinin neçəyə başa gəlməsi nəzərə alınır, daha doğrusu, birinci metodda söhbət satış qiymətindən, ikincidə isə alış qiymətindən gedir. Kreditorlar üçün birinci, müəssisə rəhbərliyi üçün ikinci variant üstünlük təşkil edir.

Hesablama proseduralarının ardıcıllığı GPL metodikasında olduğu kimidir. Lakin burada ümumi qiymət indeksinin əvəzinə əsas və dövriyyə vəsaitlərinin konkret nomenklaturası üzrə qiymət indeksindən istifadə olunur. Xüsusi vəsait mənbələrinin yenidən hesablanması aparılmır, aktivlərin passivlərdən artımı «Bölüşdürülməmiş mənfəət» maddəsi ilə balanslaşdırılır. Beləliklə, bu metodikaya əsasən inflyasiya müəssisəyə təsir göstərmədiyindən xüsusi kapitalın həcmi yenidən hesablanmır, avans edilmiş kapitalın bütün artımı yalnız müəssisəyə məxsus aktivlərin qiymətinin dəyişməsi ilə şərtlənir.

Qarışıq yanaşma metodu CCA metodikasının bir növü olub inflyasiya nəticəsində müəssisənin əldə etdiyi dolayısı gəlirin (zərərin) bölüşdürülməsi qaydasına görə ondan fərqlənir. Qarışıq yanaşmada xüsusi vəsait mənbələri ümumi qiymət indeksi vasitəsi ilə yenidən hesablanır (GPL metodikasında olduğu kimi), aktivlər fərdi qiymət indeksi ilə hesablanır, aktiv və passivin yenidən hesablanmış qiymətləri arasındakı fərq inflyasiyanın təsirindən yaranan gəlir (zərər) kimi nəzərdən keçirilir və «Bölüşdürülməmiş mənfəət» maddəsinə aid edilir.

Beləliklə, bu metodikanın əsas qaydası onunla səciyyələnir ki, inflyasiya şəraitində qiymətin dəyişməsinin təsiri ilə avans edilmiş kapitalın artımı iki hissədən ibarətdir: birinci hissə, ümumi qiymət indeksi vasitəsi ilə hesablanmış xüsusi kapitalın onun məcmuu alıcılıq qabiliyyətinin saxlanmasını təmin edən həcmdə artımı, ikinci hissə, müəssisənin aktivlərinin qiymətinin dəyişməsi ilə şərtlənən inflyasiya mənfəətidir.

Mühasibat uçotunun aparılmasının əsas prinsipi uçot obyektlərinin maya dəyəri ilə qiymətləndirilməsidir. İnflyasiya şəraitində belə qiymətləndirmə cari bazar qiymətləndirilməsindən nəzərə çarpacaq dərəcədə fərqlənir. Buna görə də müəssisənin aktivlərinin dəyər ifadəsində qiymətləndirilməsi onların bazar qiymətinə uyğunluğu baxımından mühasibat hesabatının məlumatlarının həqiqiliyini azaldır. Maliyyə hesabatı


302'T2
nın həqiqiliyini azaldan digər səbəb mövcud normativ sənədlərə uyğun olan və nəticə göstəricilərinə və hesabata müxtəlif dərəcədə təsir göstərən müxtəlif uçot metodlarının tətbiqinin mümkünlüyüdür.

Yuxarıda qeyd olunan fikirlərə aydınlıq gətirmək' məqsədi ilə iki əsas məsələni - amortizasiya və sərf edilmiş xammalın maya dəyərinin hesablanmasını nəzərdən keçirək. Belə ki, sürətli amortizasiyanın tətbiqi, birincisi, hesabat mənfəətinin məbləğini azaldır, ikincisi, əsas vəsaitlərin qalıq dəyəri nisbətən az olduğundan bütövlükdə müəssisənin dəyərinin qiyməti azalır.

Ehtiyatların LİFO qaydasında (son alış qiyməti ilə) qiymətləndirilməsi zamanı da belə vəziyyət alınır. Lakin inflyasiya şəraitində bu metodikaya üstünlük verilməlidir. Belə ki, bu halda ödənilən vergilərin məbləği aşağı olur, deməli, müəssisənin sərəncamında çox vəsait qalır.

Ehtiyatların FİFO metodikası ilə qiymətləndirilməsi avans edilmiş kapitalın nisbətən daha çox artımını təmin edir, qeyri- peşəkar investorlar üçün cəlbedici mənzərə yaradır. İnflyasiya şəraitində FİFO metodikasından istifadə mənfəətə müəyyən qədər inflyasiya əlavəsi gətirir, beləliklə, müəssisə artan qiymətlə xammal və ehtiyatların alınmasına xüsusi dövriyyə vəsaitlərini sərf edir.





    1. Yüklə 2,22 Mb.

      Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə