Rəyçüər: S. M. SƏBZƏLİyev iqtisad elmləri doktoru, professor



Yüklə 2,22 Mb.
səhifə135/141
tarix24.02.2022
ölçüsü2,22 Mb.
#84018
növüDərs
1   ...   131   132   133   134   135   136   137   138   ...   141
Müslümov S. Y.. Kazımov R.N.
tutur ki, belə metodika çox əmək tutumludur və yalnız mühasibat uçotunun tam kompyuterləşdirilməsi şəraitində tətbiq oluna bilər.

Hazırda bir sıra səbəblər, o cümlədən dövlət tərəfindən valyuta kurslarının müəyyən dərəcədə tənzimlənməsi, yerli mallara münasibətdə qoruyucu siyasət və başqaları mühasibat elmi və təcrübəsində əmtəə kütləsinin qiymət indeksləri əsasında yenidən qiymətləndirilməsinin geniş yayılmasına səbəb olmuşdur. Əmtəə qiymətləri kurslarının dəyişməsi üzrə hesabatların yenidən qiymətləndirilməsi metodikası müəssisənin maliyyə vəziyyətinə və onun hesabatına inflyasiyanın təsirinin qiymət indekslərindən istifadə etməklə müəyyən edilməsi ilə səciyyələnir. Burada iki əsas konsepsiya mövcuddur: a) kapitalın maliyyə təbiəti konsepsiyası; bu zaman aktivlər uçotda ya nominal qiymətlə ya da ümumi qiymət indeksi vasitəsi ilə eyni alıcılıq qabiliyyətli pul ölçüsündə ifadə olunmuş qiymətlə əks etdirilir; b) kapitalın əşya - maddi təbiəti konsepsiyası; bu konsepsiyaya konkret məhsul nomnenklaturası və mallar üzrə fərdi qiymət indeksinə və yaxud fərdi və ümumi qiymət indekslərinin kombinə olunmasına istiqamət götürülür.

Hər iki konsepsiya iki metodika kimi 15 №-li beynəlxalq uçot standartında öz əksini tapmışdır. Birinci metodika «Mühasibat uçotu obyektlərinin eyni alıcılıq qabiliyyətli pul ifadəsində qiymətləndirilməsi metodikası» (General Price Level Accountinq - GPL), ikinci «Cari dəyərlə mühasibat uçotu obyektlərinin yenidən qiymətləndirilməsi metodikası» (Current Cost Accountinq - CCA) kimi məlumdur. Birinci metodikanın əsasını Q.Svineyin kapitalı firmaya qoyulmuş pul vəsaitləri kimi səciyyələndirməsi ideyası (passivin dominantı), ikinci metodikanın əsasını isə U.Patonun kapitalı müəyyən material və qeyri material qiymətlilərinin məcmuu kimi (aktivin dominantı) səciyyələndirməsi ideyası təşkil edir. Bu metodikalarda əsas cəhət dolayısı anlayışla gəlirin (zərərin) müəyyənləşdirilməsi, eləcə də onun hesablanması qaydasıdır, o cümlədən yenidən hesablanmış aktivlər və passivlər arasındakı uyğun- suzluğun müxtəlif üsullarla bölüşdürülə bilən olmasıdır.

GPL metodikasının məntiqini daha sadə formada şərh etsək, müəssisəyə qoyulmuş, balansın passivində əks etdirilmiş kapitalın həmin anda müəyyən alıcılıq qabiliyyətli pul ifadəsində əks etdirilməsi başa düşülər. Əgər müəyyən dövrdən sonra pul vahidinin alıcılıq qabiliyyəti dəyişmişdirsə və bu ümumi qiymət indeksinin səviyyəsi ilə göstərilirsə, onda kapital yeni alıcılıq qabiliyyətinə malik qiymətlə yenidən


299T2
qiymətləndirilməlidir. Lakin bu yenidən hesablama birbaşa deyil, dolayısı ilə əsasən balansın aktiv maddələri çərçivəsində passiv maddələrlə bağlı yenidənqiymətləndirmə yolu ilə həyata keçirilir.

Beləliklə, bu metodikanın mahiyyəti ümumi qiymət indeksi vasitəsi ilə müəssisənin aktiv və öhdəliklərinin dövri olaraq yenidən hesablanması ilə səciyyələnir. Bütün əməliyyatlar cari uçotda onların başa çatması anına mövcud qiymətlə əks etdirilməli, lakin gələcəkdə hesabat tərtib edilərkən məlumatlar dəqiqləşdirilməlidir.

Mühasibat uçotu obyektlərinin monetar və qeyri-monetar olmaqla təsnifləşdirilməsi GPL metodikasının əsas səciyyəvi xüsusiyyətini təşkil edir. Monetar aktivlər (öhdəliklər) pul formasında və ya qabaqcadan müəyyən edilmiş pul məbləğində ödənilən və ya alınan uçot obyektləridir. Onlar öz təbiətinə görə uçotda və hesabatda cari pul qiymətində əks etdirilir. Buraya kassa və hesablaşma hesabında olan pul vəsaitləri, depozitlər,

maliyyə qoyuluşları, debitor və kreditorlarla hesablaşmalar daxildir.

Qeyri - monetar aktivlər (öhdəliklər) vaxt və qiymətin dəyişməsi ilə bağlı real dəyərinin qiyməti dəyişən uçot obyektləridir. Öz təbiətinə görə bu obyektlər vaxtaşırı olaraq yenidən qiymətləndirilməlidir. Bura əsas vəsaitlər, qeyri- maddi aktivlər, istehsal ehtiyatları, kontragentlər qarşısında öhdəliklər və i.a. daxildir.

Məlum olduğu kimi, inflyasiyanın monetar və qeyri-monetar obyektlərə təsiri müxtəlifdir. Belə ki, monetar aktivlərin qiymətdən düşməsi nəticəsində müəssisə dolayısı itkilərə məruz qalır, əksinə, kreditor borclarının düşünülmüş artımı dolayısı gəlirlərin əldə edilməsinə şərait yaradır. Əsas vəsaitlər və əmtəə-material dəyərliləri ilə bağlı onu da qeyd etmək olar ki, inflyasiya şəraitində onların real bazar dəyərinin daimi artımı ilə onların sabit qiymətlə uçotda əks etdirilməsi arasında ziddiyyətlər mövcuddur. Bu həm operativ planda (borc vəsaitlərinin alınması üçün şəraitin pisləşməsi), həm də perspektiv planda (özəlləşdirmə prosesində uçot qiymətlərindən istifadə olunması dövlət mülkiyyətinin qarət edilməsinə, inflyasiya nəzərə alınmadan müəyyənləşdirilən mənfəətdən istifadə edilməsinə səbəb olur) mənfi nəticələrin yaranmasmna səbəb olur. Beləliklə, inflyasiya şəraitində maya dəyəri üzrə uçotun üç çatışmayan cəhətini göstərmək lazımdır: hesabatların vaxta görə müqayisə edilməsinin mümkünsüzlüyü; maddələrin balans




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə