Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə33/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   29   30   31   32   33   34   35   36   ...   42

Şəmil 
Sadiq
116
Sonda onu da deyim ki, qərəzdən qərəz doğar, f.ü.f.d, 
tənqidçi Nərgiz Cabbarlının sənə cavabında müzakirədən 
fərqli olaraq, qərəz var idi. Bu da təbii idi. Xanım tənqid-
çi yazır ki, “məzmun əsərin üzdə olan qatıdır. Əgər onda 
hər şey yerindədirsə, kələ-kötürlük, uyğunsuzluq, boşluq 
yoxdursa, oxucunun diqqətini özündə pis mənada tutub 
saxlamırsa, o zaman əsərin digər qatlarına enməyə imkan 
olur. Bu barədə düşünməyə, fikir bildirməyə fürsət qaza-
nırsan. Amma bu əsərin məhz məzmun qatında o qədər 
boşluqlar var idi ki, söhbətin mövzusu da o istiqamətə ili-
şib qaldı”. Əgər Nərgiz xanım müzakirədə bunu desə idi, 
üstündən keçmək olardı. Lakin bu da sənin sayəndə təcrü-
bəli tənqidçinin emosional reaksiyasının təzahürüdür!
Heç  bir  halda  məzmun  formaya  qurban  verilə  bil-
məz.  Forma  xüsusiyyətləri  məzmunu  ifadə  etmək  üçün 
bir  vasitədir.  Heç  formasında  da  böyük  bir  qəbahət  gör-
mədiyim bu roman məzmun baxımından sizin dediyiniz 
kimi  kələ-kötür,  uyğunsuzluqla  dolu  deyil  ki,  siz  ilişib 
qalmışdınız orda. Əgər Aytəkin savadsız qız olsaydı, sizin 
dediyiniz kimi təhkiyyəsi şübhə doğurardı. Amma gündə-
liyin  yazılmasından  əvvəlki  dialoqlar,  söhbətlər  var.  On-
ların səviyyəsi gündəlik yazan adamın səviyyəsi ilə eyni-
dir” deyərək Aytəkinin qadın duyğularının tərənnümünü 
bəyəndiyinizi elan etmişdiniz. Bədii əsərin forması ədəbiy-
yatşünaslar üçün “çörək ağacı”dırsa, gözəl məzmun  oxu-
cu üçün mənəvi qidadır.
Bir  daha  demək  istəyirəm  ki,  mən  bütün  yazdıqla-
rımda  ideyanı,  mövzunu  bütün  nəzəri  tələblərdən  üstün 
tuturam. Yaxşı əsər öz məzmun gözəlliyi ilə bütün forma-
ları kölgədə qoyur. Xocalı, Qaradağlı faciələrinin, əsirlikdə 
olan  azərbaycanlıların  tipikləşdirilmiş  xarakteri  olan Ay-
təkin obrazı öz çəkisi ilə faciə yaşamış əsl insan obazıdır. 
Ramilin onun fonunda qabarıq görünməməsi isə müəllifin 
qələminin zəifliyi yox, Aytəkinin faciələrinin ağırlığından 
doğur.  Düşünürəm  ki,  Ramil  obrazını  mən  də  yaratmış 
olsa idim, o ikinci planda qalardı.
Yüz  ildən  sonra  da  qondarma  tarixə  inanmayan  tə-
dqiqatçılar məhz Aytəkinin başına gələnlərlə dövrün təq-
viminə işıq tutacaq, Qarabağ həqiqətlərini öyrənəcəklər.


Şəmil 
Sadiq
117
P.S.  Bəlkə  mən  də  emosional  görünürəm  bu  yazıda, 
amma sevgidən, əyləncədən, eyş-işrətdən, kriminal aləm-
dən  yox,  xalqın  taleyindən  yazmağa  cəhd  etdiyim  üçün, 
belə mövzulara bu cür yanaşmanı görəndə, deyəsən, belə 
oluram.


Şəmil 
Sadiq
118
I BAKI AVROPA OYUNLARI
Hüseyn  Cavid  “Azər”  poemasında  Azərin  kimliyini 
bir  beytlə  verir:  “Mən  doğuldum  atəşlə  suyun  qovuşdu-
ğu torpaqlarda”. Bəli, bu atəşlə suyun qovuşduğu torpaq 
məhz Azərbaycan torpağıdır. O Azərbaycan torpağı ki, 12 
iyunda yollarını bütün Avropaya açdı. Açılış mərasimin-
dən bir neçə saat öncə iki televiziya verilişinə qatılmışdım. 
Verilişdə söhbət zamanı “Azərbaycan sirli, şifrəli bir mə-
kandır”  dedim.  Düzü,  sonra  fikirləşdim  ki,  deyəsən,  çox 
mistik danışmışam.
Bəli,  dünənki  Bakı  I  Avropa  Oyunlarının  açılışında 
məhz  türk  təfəkküründə  paklıq,  saflıq,  birlik  rəmzi  olan 
oda xüsusi yanaşılmışdı. Dörd müqəddəs ünsürün dördü-
nün də mükəmməl təqdimatının şahidi olduq. Cadar-ca-
dar olmuş torpağın alovlanması, sonradan suyun ona can 
verməsi və yaşıllığın yaranması bir təbiət hadisəsi idi ki, 
texnikanın imkanları ilə gözümüzün önündə  canlanırdı.
Azərbaycan elə bir məkandır ki, burda hər şey şifrələ-
nib. Bu şifrələr oxunduqda bəşəriyyət xilas olacaq. Çünki 
orta əsrlərdə Avropa odu şeytana satanda Azərbaycanda 
Nizamilər, Şeyx Səfilər, Nəimilər, Nəsimilər, Yunus Əm-
rələr  yaşayıb,  kamillik  ideyasını  yayırdılar.  Həmin  müd-
riklər  o  şifrələri  çözmüş,  insan  və  Tanrı  arasındakı  sirrə 
vaqif  olmuşdur.  I  Avropa  oyunlarının  açılışında  istifadə 
edilən simvolika isə bu ilahi məkanın və Tanrının sirləri ilə 
şifrələnmiş Türk insanının ruhunu göstərmək üçün böyük 
iş gördü. Əlbəttə, sadə insanların təmtəraqlı hesab etdiyi 
bir tədbir kimi də yadda qala bilər. Əminəm ki, mütəxəs-
sislərin  araşdırmalı,  ismarıc  almalı  olduğu  məqamlar  ən 
yüksək səviyyədə təqdim edildi.
“Sarı gəlin” musiqisinin sədaları altında oğlanın odu 
götürərək  qıza  tərəf  gəlməsi  və  qovuşması  səhnəsində 
Günəşin rəmzi olan dairəvi lövhənin alovlandırılması yer 
və göyün vəhdətini tərənnüm edirdi.                                                                                                                                      
Burada ssenari müəllifinin və rejissorun tariximizi də-
rindən araşdırdıqları açıq-aydın görünürdü.
Ən önəmli simvol isə bəsirət gözü ilə qəlbləri nurlan-
dıran,  Qarabağ  müharibəsi  veteranı,  parolimpiya  çempi-


Şəmil 
Sadiq
119
onumuz  İlham  Zəkiyevin  son  məşəli  alovlandırması  idi. 
Düzdür, burda Azərbaycanın Qarabağ kimi yarasının ol-
duğu, qaziyə verilən dəyər, idmançıların dövlət tərəfindən 
diqqətdə saxlanılması amilləri dünyaya açıq-aydın ismarıc 
idi.  Amma  məsələnin  görünməyən  tərəfi  isə,  məncə,  ta-
mam fərqli idi. İnsanın təfəkkürü işıqlı olmalıdır. O qədər 
gözlülər var ki, həqiqəti görmür. Amma müdriklik söz və 
əməlin vəhdətindən doğur ki, o da ətrafa işıq saçır. İlham 
Zəkiyev bəsirət gözü kor olanlara bir daha işıqlı dünyanın 
kamillikdə olduğunu göstərdi.
Qürur  hissi  keçirməyən  kimsə  qalmadı. Amma  üzə-
rimizə  düşən  ən  böyük  məsuliyyət  kimsənin  bizim  odu-
muzu,  işığımızı  söndürməsinə,  onu  oğurlamasına  imkan 
verməməkdir. Bu möhtəşəm tədbirin devizini də səbəbsiz 
yerə “öz odunu (işığını) yandır!” (“Light your fire”) seç-
məmişdilər.


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə