Şəmil
Sadiq
143
davam etdirməli olduğu halda, müəllim mətn oxunub
bitdikdən sonra həmin suallara qayıdır. Əslində, müəllim
öncədən metodik vəsaitlə tanış olsa idi, bilərdi ki, “Sizcə,
bundan sonra qəhrəman nə qərar verəcək?” sualını şagird
mətnin ardını bilmədən cavablandırmalıdır. Təəssüflər ol-
sun ki, bu problem hələ də davam etməkdədir.
Qrammatik bilgilərin azlığından müəllimlərimiz bir
də ona görə narahatdırlar ki, şagirdlər 11-ci sinifdə TQ-
DK-nın qəbul proqramına uyğun imtahan verəcəklər və
həmin proqram da sırf qrammatik bilgilərə əsaslanan qiy-
mətləndirməyə söykənir. Amma diqqətdən qaçırmaq ol-
maz ki, axı bu gün TQDK-nın qəbul proqramı bugünkü
11-ci sinif şagirdinin əvvəldən öyrəndiyi 5-ci sinif dərslik-
lərinə əsaslanır. Deməli, indi kurikulum layihəsi əsasın-
da təhsil alan şagirdlər hələ 5-ci sinifdədirlər. Onlar 11-ci
sinfə çatanda hökmən qəbul proqramı da həmin proqram
əsasında hazırlanıb, məntiqi təfəkkürün, dünyagörüşün,
inandırmaq qabiliyyətinin, bacarıqların qiymətləndirilmə-
sinə xidmət edəcəkdir.
İkinci bir problemi də müəllimlər onlara təqdim edilən
qiymətləndirmə vasitələri zamanı yaşayır. Biz bilirik ki,
kiçik summativ qiymətləndirmələr 4-6 həftədən bir keçi-
rilməlidir. Tutaq ki, müəllim dərsi yeni tələblərə uyğun
qurdu və tədris etdi. Kiçik summativ qiymətləndirməni
isə məktəb rəhbərləri ya kurikulumu bilməyən və bilmə-
diyi üçün də sevməyən mütəxəssislərə hazırlatdırır, ya da
Şərq-Qərb nəşriyyatının 5-ci sinif şagirdləri üçün hazırla-
dığı və Təhsil Nazirliyinin də qrifi ilə çap edilən vəsaitlər
əsasında keçirdir. Problem də buradadır. Çünki müəllim
şagirdə tamam başqa bir dərs keçib, qiymətləndirmə isə
buna tamam yaddır
və demək olar ki, ziddir.
Bu isə çoxlu-
ğun istəyinə uyğun olaraq kurikuluma aidiyyatı olmayan
bir sistemlə işlənilib. Beləcə, dövlətin xərclədiyi pullarla
kurslara gedən və sertifikatlar alan bu müəllimlər ruhdan
düşür və layihənin ciddiliyini itirdiyini düşünür. Deməli,
neçə ildir ki, layihənin həyata keçirilməsi məqsədi ilə bey-
nəlxalq treninqlərə, kadr hazırlığına, dərsliklərin nəşrinə
dövlət büdcəsindən ayrılan vəsait düzgün istifadə edilmir.
Və beləcə, dövlət tərəfindən həssaslıqla həyata keçirilən