Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə31/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   27   28   29   30   31   32   33   34   ...   42

Şəmil 
Sadiq
109
rədd edir. Zənn edirəm ki, Sevinc Elsevər də Azadı içkili 
olduğu üçün bağışlaya, tamaşanı Arzunun tükürpədən bir 
monoloqu ilə bitirə, bir qadının ürək çırpıntısı ilə utandıra 
və vicdanı ilə baş-başa buraxa bilərdi. Bunu rejissor da edə 
bilərdi,  amma  etmədi.  Bütün  bunlara  rəğmən  bu  əsərin 
araya-ərsəyə gəlməsində zəhməti olanlara bir daha təşək-
kürümü bildirirəm.


Şəmil 
Sadiq
110
MÜŞFİQ XANA AÇIQ MƏKTUB
Ümidlərin gözü ilə...
Azərbaycan Yazıçılar Birliyində Müşfiq XANla birgə 
qələmə aldığımız  “Ümidlərin izi ilə” romanının müzakirə-
si keçirildi. AYB-nin Yaradıcılıq məsələləri üzrə katibi İlqar 
Fəhminin təşkilatçılığı və moderatorluğu ilə baş tutan təd-
birdə tənqidçi f.ü.f.d. Nərgiz Cabbarlı, kitabın redaktorları 
Elxan Nəcəfov, f.ü.f.d. Arif Əsədov və şairə Nuranə Nur 
da iştirak edirdi.
Əlbəttə,  hər  bir  yazıçı  üçün  əsərinin  müzakirə  edil-
məsi çox önəmli hadisədir. İstər tənqid edilsin, istərsə də 
tərif. Axı  yazılan  istənilən  yazı  kimlər  üçünsə  yazılıb  və 
mütəxəssis rəyləri də çox önəmlidir. Mənim üçün əsərimin 
müzakirəsi iki məqamda önəmlidir, birincisi, özümün də 
görmədiyim qüsurlarımı yenidən görmək, ikincisi, əsərlə 
tanış olmayanlara və ya olanlara istiqamət verilməsi baxı-
mından. Hələ klassik ədəbiyyatşünaslıq ədəbi tənqidə tərif 
verəndə deyirdi ki, “ədəbi tənqid yazıçı ilə oxucu arasında 
bir  vasitəçi,  körpü  rolunu  oynamalıdır”.  Əlbəttə,  söhbət 
ədəbi tənqiddən gedir, ədəbi tərifdən, ədəbi qərəzdən yox. 
Bu müzakirədə şəxsən mən nə ədəbi qərəzin, nə də ədəbi 
tərifin at oynatdığını görmədim. Amma düzünü deyim  ki, 
tənqid  ürəyimcə  olmadı.  Bu  da  təbiidir,  çünki  müzakirə 
iştirakçıları ayrıca bir yazı ilə əsəri təhlil etsə idilər, bax o 
zaman hamımızın  istədiyi kimi tənqidi münasibət görər-
dik. Lakin hərə əsərin bir qanadından yapışanda istədiyin 
kimi fikrini yekunlaşdıra bilmirsən, fikirlər dağılır, onları 
yığıb-yığışdırmaq olmur. “Ümidlərin izi ilə” romanı AYB 
kimi  bir  qurumda  müzakirə  edilirsə  və  yetərincə  işinin 
peşəkarı olan şəxslər vaxt ayırıb müzakirəyə qoşulurlarsa, 
bu bir yazıçı üçün sevindirici xəbər olmalı, buna görə də 
təşəkkür borcu hiss edilməlidir. Müzakirə sənin ürəyincə 
olsa da, olmasa da. Axı bu gün hamımızın təmənnasız mü-
nasibətə ehtiyacı var.
Müzakirə  materiallarını  oxuyandan  sonra  fikrimi 
bildirməyi  düşünürdüm.  Hətta  bəzi  tənqidi  fikirlərlə  ra-
zılaşmadığımı  da  geniş  yazacaqdım.  Di  gəl,  həmmüəllif 


Şəmil 
Sadiq
111
– Müşfiq XANın bir az incik, bir az da sərt münasibətini 
oxuyandan  sonra  tənqidçilərə  bir  daha  təşəkkür  borcu 
duydum. Onlar da Müşfiq XANın üslubunda fikir söyləsə 
idilər,  “nələr  baş  verərdi”  –  deyə,  düşünməyə  başladım. 
Bu  məktub  birbaşa  Müşfiq  XANa  ünvanlansa  da,  müza-
kirə haqqında bir neçə fikrimi qeyd etməliyəm.
Müzakirdə  məni  qane  etməyən  tərəf  odur  ki,  əsər 
yetərincə  tənqid  edilməyib.  Düzdür,  Nərgiz  xanımın  de-
diyi kimi, “müzakirə iştirakçılarının yarısını yox, hamısını 
özümə yaxın insanlar hesab edirəm. Sanki ehtiyatlı yanaş-
ma gördüm. Hətta mənə elə gəldi ki,  bir gəncin yaradıcılıq 
ruhunun  sönməməsi  üçün  ilk  qələm  təcrübəsi  haqqında 
danışıblar.  Tənqidə açıq olduğum üçün daha xoş olardı 
ki, şəxsi münasibətləri bir kənara qoyub yıxıb-sürüsünlər 
əsəri. Həm də mən o yaşda deyiləm ki, deyilən ağır tənqi-
də görə ruhdan düşüm, qələmdən küsüb, pessimizmə qa-
pılım.  Nə qədər sərt tənqid olsa idi, bir o qədər maraqlı və 
məhsuldar olardı.
Bu  barədə  oxuyandan  sonra  düşündüm  ki,  axı  niyə 
məhz Aytəkinin  taleyi  daha  çox  müzakirəyə  səbəb  olub. 
Bu mənim həmmüəllif kimi əsərin təəssübünü çəkməyim-
dən irəli gəlirdi. Amma Müşfiq XAN belə etmədi. Axı bu-
rada tarixi hadisədən söhbət gedirdi. O cümlədən əsərdə  
Naxçıvandan  gəlib  Xocalıda  gəlin  olmuş  bir  ana,  dilənçi 
olub küçələrdə qalmış bir qaçqın uşağın taleyi , mühari-
bədən  sonra  Azərbaycan  həbsxanasında  dustaq  olan  bir 
erməni, faciə yaşamış Samirə obrazı,  girovlarla alver edən 
“soydaşlarımız”, Sumqayıt hadisələri, sülh dövründə ev-
lənib, müharibədən sonra ayrı yaşamağa məcbur olan er-
məni-azərbaycanlı ailəsi, Kəlbəcərin yağılar tərəfindən is-
tismar edilən qızıl mədənləri, əsirlikdən qayıdandan sonra 
“qeyrətli” oğullarımız tərəfindən fahişəlik etməyə məcbur 
edilən qadın taleyi, məcburi köçkün kimi yoxsul daxmada 
yaşayan kimsəsiz qoca taleyi var ki, bizə faciəsini danışan-
dan sonra pul istəməyəcəyimizin vədini almışdı. Ən azın-
dan Andranikin azərbaycanlılara, türklərə qarşı törətdiyi 
vəhşiliklər iki müxtəlif qələm sahibinin ürək ağrısı ilə din-
lədiyi Qədim dayının taleyi, Moskvada ermənilərlə biznes 
əlaqəsində olan azərbaycanlı iş adamlarının hiss və duy-


Şəmil 
Sadiq
112
ğuları,  prototipləri  əsərdə  öz  əksini  tapıb.  Niyə  bunlara 
toxunulmadı, münasibət bildirilmədi?
Digər bir tərəfdən də istər dünya ədəbiyyatında, istər-
sə də bizim ədəbiyyatımızda bir neçə nəfərin  qələmindən 
çıxmış romanlar çox azdır. Bu məsələ açılmalı idi. Əsərin 
poetikası, kompozisiyası, süjet xətti, bədii dili, ideyası, jan-
rı haqqında demək olar ki, fikir səslənmədi.  Yuxarıda da 
dediyim ki, bəlkə də, tərəf müqabilinin istiqamətləndirmə-
si buna imkan vermirdi. Əsərin birinci nəşrinin redaktoru 
f.ü.f.d. Arif Əsədov, sanki, qarşı tərəf qismində çıxış edir, 
f.ü.f.d.  tənqidçi  Nərgiz  Cabbarlını  sual  atəşinə  tuturdu. 
Axı əsərin redaktoru bu cür etməməli idi. Suallar ona ün-
vanlanmalı və o da münasibət bildirməli, əsərin ideyasını 
tənqid etməli, məzmuna konseptual baxış sərgiləməli idi.
Nərgiz xanımın Müşfiq XANa yaxın hesab etdiyi (əs-
lində,  hər  ikimizin  dostudur)  Elxan  Nəcəfov  da  ilk  oxu-
culardan  və  redaktə  edənlərdən  biri  idi.  Amma  elə  bir 
passiv münasibət sərgilədi ki, inana bilmədim. Açığını de-
yim İlqar Fəhmi məni də müzakirəyə dəvət edəndə düzü, 
Elxan Nəcəfovun bizi əvəz edə biləcəyini düşünmüşdüm, 
amma təəssüf ki, görə bilmədim. Təklikdə etdiyi tənqidlər-
dən heç birini söyləmədi, sadəcə ümumi fikirlərlə qənaət-
ləndi. İlqar Fəhmi, Nərgiz Cabbarlı, Nuranə Nur haqqın-
da deməyəcəm, çünki Müşfiq XANın müzakirəyə qərəzli 
yanaşması məni susmağa vadar edirdi. Amma onu da de-
yim ki, Nərgiz xanımın Sənət.az saytındakı “Oxumadığım 
əsərin müzakirəsinə qatılacaq qədər məsuliyyətsiz tənqid-
çi deyiləm” yazısında “müzakirəyə qatılanların yarı faizi 
müəlliflərə yaxın insanlardılar” fikrini qəbul etmir, iştirak-
çıların hamısını şəxsən özümə çox yaxın hesab edirəm.
Gələk Müşfiq XANın münasibətinə...
O, Sənət.az saytında “Yazıçılar birliyində detektiv ro-
manın xəfiyyəsiz müzakirəsi” yazısında çox qərəzli və sərt 
yazıb. Həmmüəllif kimi oxuyanda müzakirə iştirakçıları-
na qarşı haqsızlıq etdiyini düşünə bilərdim, amma ən bö-
yük haqsızlığı ortağına qarşı etdiyini görəndə digərlərini 
unutdum, özümü və əsəri tutdum. Ortaq bir əsər yazma-
ğın ağırlığını əsəri yazmağa başlayandan hiss etmiş olsam 
da, Müşfiqin bu yazısından sonra  daha çox məyus oldum.  


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə