Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə32/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   28   29   30   31   32   33   34   35   ...   42

Şəmil 
Sadiq
113
Axı bu əsərin bütün məsuliyyəti ikimizin çiyinlərindədir. 
Tutalım ki, dövrümüzə aid olanların hansını mən yazmı-
şam, hansını Müşfiq XAN yazıb deyə, oxuculara məlumat 
verə bilərik, öz yazdıqlarımızı daha çox təqdim edə bilərik, 
amma bizim olmadığımız dövrdə əsərin bütün uğurlu-u-
ğursuz cəhətləri ikimizin də boynunda qalacaq. Müşfiqin 
məlum  yazısından  məlum  olur  ki,  müəllifin  tənqidçilərə 
qarşı aqressiyasının əsas səbəbi daha çox mənim yazdığım 
hissənin  (gündəliyin)  müzakirə  obyekti  olması  idi.  Mü-
zakirəni  diqqətlə  oxusanız  görərsiniz  ki,  orada  daha  çox 
danışılan  və  müsbət  münasibətlər  əsərin  gündəlik  hissə-
sinə  və  Aytəkinə  aiddir.  Bunu  mənim  yazmağım  bir  az 
yaxşı düşmür. Sanki Qarabağ mövzusunda ürəkağrısı ilə 
yazdığımız  bir  əsərin  üzərindən  reklam  qururam.  Hətta 
özümü həmmüəllifimdən yaxşı yazıçı kimi təqdim etməyə 
cəhd edirəm. İnanın, bəlkə də, təklikdə etdiyimiz söhbət-
lərdə bu ola bilər, amma ictimaiyyət qarşısında qətiyyən 
bu məqsəddə deyiləm. Lakin Müşfiq XANın reaksiyasın-
da böyük bir qərəz var ki, məni də bunları yazmağa vadar 
edir. Bir neçə səbəbini diqqətinizə çatdırım:
Birincisi,  Müşfiq  XAN,  əziz  dostum,  Mayor  Qüdrə-
tovun adının çəkilməməsi səni bu qədər incitməməli idi. 
Yaxşı bilirsən ki, ədəbiyyatşünaslıq hələ də detektiv ədə-
biyyatı ciddi hesab etmir. Ondansa, sən tənqidçilərə irad 
tutardın ki, axı bu əsərin Azərbaycan ədəbiyyatında Xocalı 
faciəsini bu qədər açıqcasına ifadə edən ilk və yeganə əsər 
olması haqqında niyə danışılmayıb?
İkincisi, Nərgiz xanımın “Amma mənim qəbul edə bil-
mədiyim qurama, süni, özünü təsdiqləyə bilməyən detal-
lar var idi. Yəqin ki, bu da romanın detektiv tərəfi ilə bağ-
lıdır” deyərək, Aytəkin obrazını Ramil obrazından üstün 
tutması, onu qabartması, ona daha çox önəm verməsi səni 
narahat  etməməli  idi  və  deməli  idin  ki,  biz  (mən  olmaz, 
həmişə  biz  deməliyik,  ortaq!)  bu  əsəri  yazanda  əsirlikdə 
olan  insanlarımızın  məşəqqətli  günlərini  məhz Azərbay-
can oxucusuna çatdırmağı qarşımıza məqsəd qoymuşuq. 
Ramili, Aytəkini, sənin əsərə yamaq kimi zorla gətirdiyin 
Qüdrətovu (Qüdrətov Müşfiq XANın “Ümidlərin izi ilə” 
əsərindən əvvəl yazdığı əsərlərin detektiv qəhrəmanıdır) 


Şəmil 
Sadiq
114
kim  daha  güclü  yazacaq  deyə  bir  amalımız  yox  idi.  Ha-
disələr də Aytəkinin gündəliyi üzərində qurulmuşdu. Nə 
olsun ki, Aytəkinin gündəliyini Şəmil Sadiq yazmışdır. Axı 
biz həmmüəllifik. Bunu sən də yaxşı bilirsən ki, məhz de-
tektiv süjet üzərində qurulmuş əsərlər heç vaxt müzakirə 
olunmur,  çünki  oxuduqdan  sonra  insanın  ruhunda  pis 
və ya yaxşı heç bir iz qoymur. Obrazların belə adı yadda 
qalmır. Bu əsər isə sırf detektiv əsər deyildi. Yadındadır-
sa, üstündə detektiv-kriminal ifadəsini ona görə yazdıq ki, 
oxucu kütləsi əsərin ağırlığından qorxub yerə qoymasın. 
Elə buna görə də sonra peşman olduq və üçüncü nəşrdə 
sənədli roman etdik(m).
Üçüncüsü,  “əsərin  süjetini  quran,  proloq,  epiloq  və 
kulminasiyalarını yazan həmmüəllif olaraq, bəyan edirəm 
ki...”  demək  böyük  qəbahətdir.  Əsərin  mövzusunu  biz 
birgə  Xırdalanda  Heydər  Əliyev  parkında  müəyyənləş-
dirmişik,  süjeti  isə  Nabranda  yuxusuz  gecələrdə  birgə 
yaza-yaza  qurmuşuq.  Xatırlayırsansa,  təklif  etdiyin  süjet 
başqa bir əsərə bənzəyirdi və mən həmin adını çəkmədi-
yim  əsəri  oxuyandan  sonra  dəyişdirməyi  tövsiyə  etdim. 
Digər  məqamlar  isə  yazı  prosesində  ortaya  çıxdı.  Çünki 
əvvəlcə razılaşmışdıq ki, bir hissə sən, bir hissə də mən ya-
zım və bir-birimizin obrazlarına keçidlər verək. Bu birgə 
işin  məhsulundan  isə  bir  çox  uğurlu  obrazlar  yaranmış-
dı. Proloqun sənə qalsın, epiloq isə əsərdən doğur. Bunu 
yadında saxla. Oxucular da bilsin ki, Aytəkinin gündəliyi 
mənə məxsusdur, onun ətrafında cərəyan edən hadisələri 
isə Müşfiq XAN yazıb. Yəni gündəlik olmasa idi, detektiv 
nəyi araşdıracaqdı? Eləcə də, detektiv olmasa idi, gündəli-
yi kim araşdıracaqdı? Ümumilikdə, əsərin ərsəyə gəlməsi 
birgə əməyin məhsuludur.
Dördüncüsü, əziz dostum,  etiraf et ki, indiyə qədər 
bu əsərdən başqa heç bir əsərin oxucu kütləsinin bu qədər 
marağına səbəb olmamış, belə geniş müstəvidə  müzakirə 
edilməmişdi. Önəm vermədiyin təşkilatların mətbu orqan-
larında çap edilmək istəyinin olması isə yaxşı deyildir. Qə-
rarını ver! İlqar Fəhminin “Aktrisa”sını oxumuşam. Filminə 
isə əsərlə tanış olmamışdan əvvəl baxmışdım. Kompüterin 
şifrəsinin çözülməsi bir yana, gündəliklə bağlı eksperiment 


Şəmil 
Sadiq
115
olduqca primitivdir. Hətta “Ümidlərin izi ilə”də Aytəkinin 
gündəliyindən daha bəsit fəndlə oxucuya təqdim olunub” 
fikrin qərəzlidir. Belə bir məqamda bunları müqayisə et-
məyin heç bir əhəmiyyəti yox idi. Bir az siyasətsiz reaksiya 
idi. Digər tərəfdən də “Aytəkinin gündəliyindən daha bəsit 
fənddə” deməyinin nə olduğunu   oxucular diqqət etməsə 
də,  sən yaxşı bilirsən. Axı bu kinin səbəbi nədir?
Beşincisi,  dediklərin  həqiqət  olsa  da,  gərək  obyektiv 
olardın. Niyə yazında əsəri unutduğunu etiraf edən dos-
tumuz    Elxan  Nəcəfova  Aytəkin  sevdalısı  Arif  Əsədova 
bircə  cümlə  də  yer  ayırmamısan.  Dostların  olduqlarına 
görəmi?.. Ən  azından əsəri yarımçıq oxumaqla unutmaq 
arasında heç bir fərq yox idi. Məhz buna görə də Nərgiz 
xanımın “yarı faizi müəlliflərə yaxın adamlar idi” demə-
sinə  şərait  yaratmısan.  Axı  əsərin  redaktoru  həm  əsərə, 
həm də müəllifə istənilən oxucudan daha yaxındır. Niyə 
onların od püskürməməsinə, ehtiyat manevrlərindən isti-
fadə etməsinə göz yummusan, Nuranə Nurun “Mən oxu 
zamanı  istəyirdim  ki,  detektiv  hissələrini  İlqar  müəllimə 
verim  ki,  bunu  siz  oxuyun.  Mən  artıq  oxuya  bilmirəm” 
fikrinə bu qədər əsəbiləşmisən?! Axı bu qərəzli görünür, 
cənab detektiv!
Altıncısı isə, o boyda qeydlərdən sonra tənqidçilərin 
əsərin adını bəyənməmələrini qəbul etməyin və ikiəlli ra-
zılaşmağının isə bir səbəbi var: “Ümidlərin izi ilə” parıltı-
lı, atəşfəşan, sensasiyon detektiv əsər adı deyil, özü ilə bir 
ömür  vuruşmuş,  daxili  duyğularının  girovuna  çevrilmiş 
Aytəkinin başına gələnləri ehtiva edirdi. Bu münasibət isə 
həmmüəllifə qarşı qısqanclıqdır.
Bəli, əziz dostum, mən də aqressiv oldum, ona görə 
ki, sən yazında yalnız özünü düşünmüsən. Kaş mənim də 
tənqid olunduğum bir-iki məqamın adını çəkərdin. Amma 
sən  etmədin,  bu  əsəri  digər  əsərlərindən  seçərək  həmişə 
ögey yanaşdın. Hər dəfə bu münasibətin məni narahat etsə 
də,  ictimailəşdirmədim,  çünki  bu  mövzunun  üzərindən 
olmamalı idi. Amma mən cəmiyyətə onu ən yaxşı roma-
nım kimi təqdim etdim. Halbuki, son romanım “Odərlər” 
qəhrəmanlığı  tərənnüm  etdiyi  üçün  daha  çox  rəğbət  qa-
zanmışdır.


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə