Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə35/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   31   32   33   34   35   36   37   38   ...   42

Şəmil 
Sadiq
124
zuli  təxəllüsünü  götürdüyünü  belə  izah  edir:  “Əvvəla, 
mən  özümü  ruzigarın  yeganəsi  görmək  istəyirəm.  Bunu 
təxəllüsüm  təmin  etdi.  Fərziyyətimin  ətəyi  ortaqlıq  əlin-
dən qurtardı. İkincisi, mən bütün ülum və fünunu özündə 
toplamış bir insan olmaq üçün çalışırdım. Bunu ifadə edən 
bir təxəllüs tapdım. Çünki füzul lüğətdə ülum və fünun 
kimi fəzlin cəmidir. Füzulinin xalq arasında başqa mənası 
“ədəbə müxalif” deməkdir”.
Şair öncə ərəb və türk (Azərbaycan) dillərində divan-
larını  tamamlamış, ömrünün yetkin çağlarında isə fars di-
lində divanı üzərində işləmişdir. Özünün dediyinə görə, 
onu çox qısa müddətdə bir fars gözəlinin xahişi və təkidi 
ilə yazmışdır. Füzuli hələ yeniyetmə çağlarında Bağdadın 
Şah İsmayıl Xətai tərəfindən alınmasının şahidi olmuşdur. 
İki  böyük  türk  dövlətinin  arasında  olan  ixtilafın  Sultan 
Səlimlə  Şah  İsmayıl  Xətayi  arasında  müharibəyə  gətirib 
çıxarması, 1514-cü ildə baş vermiş Çaldıran döyüşü, Təb-
rizin osmanlılar tərəfindən işğalı şairi çox məyus etmişdir. 
Bu münasibətlə o, ilk böyük məsnəvisini, alleqorik “Bən-
gü-Badə” poemasını yazmışdır. Sonralar şair “Bəngü-Ba-
də”nin  məntiqi  və  tarixi  davamı  olan  daha  bir  alleqorik 
poemasını – “Söhbətül-əsmar” əsərini yazmışdır.
Şah İsmayıla böyük hörmət və məhəbbət bəsləmiş Fü-
zulinin Xətainin vəfatından sonra Səfəvilərə qarşı göstər-
diyi  soyuq  münasibətin  səbəbləri  hələ  də  araşdırılıb  ay-
dınlaşdırılmamışdır.  Səfəvi  hökmdarı  Şah  Təhmasibin 
məddahı  olmuş  Heyrətiyə  yazdığı  bir  şeirdən  Füzulinin 
ruhən Nizamiyə çox yaxın olmuş, sarayda yaşayıb minnət 
yükünü çəkməyi xoşlamayan vüqarlı və nəcib bir şəxsiy-
yət olduğu qənaətinə gəlirik.
1534-cü ildə Bağdad Osmanlı qoşunları tərəfindən iş-
ğal  olunarkən  Füzuli  bu  tarixi  hadisəni  ürəkdən  qarşıla-
mışdır. Lakin çox  tezliklə o, başa düşdü ki, xəyalında ya-
ratdığı incə, zərif, nəcib ruhlu xülyaları tamam əsassız bir 
şeydir. Onun dövründə əsl şeirə, sənətə qiymət verə bilə-
cək hökmdar, hakim yoxdur. Bu barədə Füzuli öz fikrini 
1537-ci ildə tamamladığı “Leyli və Məcnun” poemasında 
belə ifadə edir:


Şəmil 
Sadiq
125
Yoxdur elə bir mülk bu cahanda
Kim nəzm rəvacı ola onda.
Tarixi  mənbələrdən  Füzulinin  Fəzli  adında  bir  oğlu 
olduğu,  onun  da  atası  kimi  şair  olduğu  bizə  məlumdur. 
Xüsusilə, şairin oğluna yazdığı “Fəzliyə nəsihət” didaktik 
bir əsər kimi ədəbiyyat müəllimləri üçün çox diqqətəlayiq-
dir. Yuxarıda adlarını çəkdiyimiz əsərlərdən başqa Füzuli-
nin ədəbiyyat aləminə “Həft cam”, “Ənisül qəlb”, “Rindü 
Zahid”, “Səhhət və Mərəz”, “Mətləül-etiqad”, “Hədisi-ər-
bəin”, “Hədiqətüs-süəda” və s. bir sıra qəsidə və mənzum 
məktubları məlumdur.
Çox mürəkkəb və ziddiyyətli bir dövrdə yaşamış şair 
özü də dövrü kimi ziddiyyətli bir şəxsiyyət olmuşdur. O, 
bir sıra əsərlərində mövhumat əleyhinə çıxaraq dünyəvi-
liyi  təbliğ  etdiyi  halda,  başqa  əsərlərində  şiə,  tərki-dün-
ya sufi təriqətli bir şair kimi çıxış etmişdir. Bununla belə, 
Füzulinin yaradıcılığında həyatiliyə, dünyəviliyə, reallığa 
olan meyil daha üstündür. Bu, onun həyatında da nikbin 
ruhlu, real dü-şüncəli bir şəxsiyyət olduğuna dəlalət edir. 
Bir müəllim kimi borcumuz dahi sənətkarı məhz bu cəhət-
dən şagirdlərimizə tanıtmaq və təbliğ etməkdir.
1556-cı  ildə  Kərbəla  tərəflərdə  tüğyan  edən  dəhşətli 
taun xəstəliyi çox adamın vaxtsız ölümünə səbəb olmuş-
dur. Onların içində Azərbaycan xalqının böyük oğlu, əsri-
nin yeganəsi, könüllər fatehi, dahi sənətkar, şair, Mövlanə 
Məhəmməd Füzuli Bağdadi rəhmətullah da var idi.
Füzulinin yaradıcılığı
Füzuli  kimi  şəxsiyyətləri  zaman  tez-tez  yetişdirmir, 
yetişdirəndə isə onlara o qədər istedad, ruh, yaradıcı qüv-
və verir ki, ətrafda olanların hamısı uzun müddət kölgədə 
qalır. Bu baxımdan Füzuli özündən sonra məzmunca çox-
cəhətli, formaca rəngarəng bir bədii irs qoyub getmişdir.
Məlum həqiqətdir ki, Füzuli bütün əsərlərini əruz vəz-
nində yazmışdır. Hələ XIII əsrdən formalaşmış və inkişaf 
edən ədəbi dilimizi əruz vəzninin qəliblərinə uyğunlaşdır-
maq, bu vəzndə Azərbaycan dilində səlis, rəvan, ahəngdar 


Şəmil 
Sadiq
126
şeirlər yazmaq istəyən bir çox şairlərimiz olmuşdur. Lakin 
nə İzzəddin Həsənoğlu, nə Qazi Bürhanəddin, nə də Nə-
simi bu problemi Füzuli qədər ustalıqla həll etmək qüdrə-
tinə malik olmamışdılar. Hətta hər iki vəzndə gözəl əsərlər 
yaratmış Xətainin də bu yolda uğurları Füzuli sənətkarlığı 
qarşısında bəsit görünür. Doğrudur, bəzən Füzulidə də dil 
ilə vəzn arasında yaranan bir sıra ixtilaflara, süni uzanma 
(imalə) adlanan pozuntulara rast gəlinir. Ancaq bunun gü-
nahını,  məncə,  şairin  öz  təbiri  ilə  ifadə  etsək,  “kitabi-bə-
dtəhrir”lərdə axtarmaq lazımdır. Dövrümüzün ən böyük 
əruzşünas  alimi  mərhum  professor  Əkrəm  Cəfər  Füzuli-
nin yaradıcılığını əruz vəznimizin inkişafı tarixində xüsusi 
bir  mərhələ  kimi  qeyd  etmişdir.  Sənətkar  şair  dili  vəznə 
uyğunlaşdırmaqla yanaşı, əsərlərində bəhr və növlərində 
çoxluğuna, rəngarəngliyinə xüsusi diqqət yetirmişdir. Şair 
əruzun 10 bəhr, 24 növ və 40-dan artıq variant qəlibini öz 
şeirlərində işlətmişdir. Ədəbiyyatımızın heç bir dövründə 
vəzncə bu qədər zəngin olan ikinci bir sənətkara rast gəl-
mirik. Ədəbiyyatımız üçün həmişə aktual olan bu problem 
nədənsə orta məktəbdəki dərsliklərimizdə çox zəif işıqlan-
dırılmışdır. Bu məsələyə olan soyuq münasibət ali məktəb 
proqramlarında da özünü göstərməkdədir.
Füzuli hər şeydən əvvəl lirik şairdir. Onun lirik təfək-
kürü, özünəməxsus deyim tərzi özündən əvvəl və sonra 
gələn bütün şairləri kölgədə qoymuşdur. Şairin təsiri o qə-
dər güclü olmuşdur ki, əlinə qələm alan şairlərin hamısı 
“Füzuliyanə” qəzəllər yazmaq istəmişlər. Ədəbiyyatımız-
da xüsusi “Füzuli məktəbi” formalaşmış, Ə.Vahid də daxil 
olmaqla  5000  il  ərzində  yaşayıb-yaratmış  saysız-hesabsız 
şairlərimiz  həmin  məktəbin  nümayəndələri  sayılmaqları 
ilə fəxr etmişlər. Füzulinin lirikası sahəsində dövrümüzün 
görkəmli alimləri tərəfindən geniş tədqiqat işləri aparılmış 
və aparılmaqdadır. Əzbərləmək və oxumaq üçün verilən 
“Məni candan usandırdı” və “Leyli və Məcnun” poema-
larından parçalar şairin lirikası haqqında şagirdlərimizdə 
geniş təsəvvür yarada bilmir.
M.Füzuli “Leyli və Məcnun”u ömrünün yetkin çağla-
rında, yaşı 40-ı ötəndən sonra yazmışdır. Nizamidən sonra 
Şərq ədəbiyyatında elə qüdrətli sənətkar olmayıb ki, “Leyli 


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə