Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə26/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   ...   22   23   24   25   26   27   28   29   ...   42

Şəmil 
Sadiq
93
Xaraktercə  onun-bunun  əlinə  baxan,  bu  fani  dün-
yada bir qaşıq artıq yemək üçün gah xainlərin əli ilə üzü 
uçuruma doğru gedir, gah da sadəcə “mənə” deyərək, öz 
maraqları naminə çarpışırdı. Yönləndirilmək üçün sanki, 
start vəziyyətdə idi həmişə. Hərəkətdə olanlar həmişə onu 
idarə edirdi. Hara gəldi, necə gəldi yönəlirdi. Bədbəxtlik-
dən onu daha çox mənfurlar yönləndirirdi. Gah şeytanın 
qollarında  çırpınan  yüngül  əxlaqlı  olurdu,  gah  rüşvətə 
düçar olub, kiminsə əsirinə çevrilirdi. Gah yad qüvvələrin 
təsiri  ilə  yönlənib  ifrat  mövhumatçı olurdu,  gah  da  qöv-
münün içində çaxnaşma salan bir iblisə çevrilirdi. O qədər 
miskin və qürursuz idi ki, heç vaxt yönləndirən və idarəçi-
lik arzusuna düşmürdü. Yönləndirilməyi, şəxsi maraqları-
na xidmət hesab edirdi, amma əslində daima başqalarına 
xidmət göstərirdi. Bunun üçün də əldən-ayaqdan gedirdi. 
Şeytanın qara bayrağının  altını özünə məskən etmişdi.  Nə 
öz adını, nə də adlıq halını, kökünü xatırlayırdı. Qırmızı 
görmüş  öküz  kimi  gözlərini  qan  örtmüşdü,  hara    gəldi 
yönəlirdi Yönlük hal.
Təsirlik hal isə yönlük haldan fərqli olaraq, hər qüv-
vənin təsiri altına düşmürdü. Öncə düşünür, obyektivlik 
axtarır,  amma  sonda  hislərinin  qurbanı  olub  təsirlənirdi. 
Zəifliyindən, acizliyindən təsirdən-təsirə düşərək hallanır-
dı. Hətta elə halları olurdu ki, həm xeyrin, həm də şərin tə-
sirinə düşür, Adlıq halı lap mat qoyurdu.  Adlıq hala təsir 
edən də o idi ki, bu bədbəxt halın mənşəyi bəlli olmayan 
feillərin  təsirində  olması  idi.  Təsirdə  olan  bu  hal  mənşə-
yini,  adlığını  unudaraq,  kimə  xidmət  etdiyini  bilmirdi. 
Əslində, yönlük haldan fərqli olaraq, Təsirliyin yadlarını 
qolları arasında göz yaşları içində çırpınmasında bir senti-
mentallıq da vardı. Yönlük halın əməlləri apaydın görünsə 
də, Təsirlikdə bir az sadəlövhlük də var. Özü də bilmədən 
düşmənin şirin dilinə aldanırdı. Yönlük halınkı riyakarlıq 
idisə, Təsirliyinki qulağı ilə düşünən qadınlara bənzəyirdi. 
Düşünsək ki, bir çox fahişələr üzüyola olduqlarından bu 
yolun yolçusu olublar, deməli, Təsirlik halın taleyi o qədər 
də  qənaətbəxş  deyildi.  Sanki  aldadılaraq  yataqda  atılmış 
tənha və çarəsiz bir gənc idi.
Yerlik  hal  isə  başını  itirmişdi.  Qardaş-bacılarının  bu 


Şəmil 
Sadiq
94
vəziyyətini gördükcə ora-bura vurnuxurdu. Yönlənənlərə, 
təsirə düşənlərə “getməyin, burda –  kənddə, evdə, qalın”, 
öz millətini bəyənməyənlərə “bizdə var, kənddə var, mən-
də var” deyib, özünə əl qatmışdı. Gözdən düşmüşdü, özü-
nü alçalmış hiss edirdi. Çünki qohum-qardaşı, dostu-tanışı 
onu bəyənmir, ona dəyər vermir, amma yadların qığılcı-
mına günəş, hiyləsinə qurtuluş deyirdilər. Bir sözlə, Yer-
lik hal elə yerdə ilişib qalmışdı ki, ona sahib çıxan yox idi. 
Hərçənd ki, çox işə yarayırdı, amma nə olsun, gərək olan-
da da əsl yerlik olasan, yerin bilinsin. Min illərdən qalmış  
arzularını, istəklərini, fikirlərini dinləmək  lazım idi. Xilas 
yolunu tapmalı idilər.
Özününkülərin  dəyər  vermədiyi  bu  Yerlik  halı  bir 
gün  yersiz  hallar  gəlib  apardılar.  Adını  da  belə  qoydu-
lar ki, guya müalicə üçün xəstəxanaya aparırlar. Halbuki 
məqsədləri onun beynində daşlaşıb qalmış sirlərdən agah 
olmaq, dəyərli məlumatları əldə etmək idi.
Bir sözlə, Yerlik hal yersiz-yurdsuz qalmış, ona öz yer-
lərindən belə sahib çıxan olmamışdı.
Çıxışlıq hallanaraq özündən çıxsa da, olduğu kimi ol-
maqdan gah qorxur, gah da tərəddüd edirdi. “Kim mən-
dəndir” demək əvəzinə, “mən kimdənəm” deyib durmuş-
du. Mövqesiz adamlar kimi davranırdı. Gününün dərdini 
çəkməkdən “məndən əvvəl, məndən sonra”  deyərək, heç 
bir işin sahibi deyildi. “Burdan çıxıb gedəsən... Onsuz da 
məndən adam olan deyil,  düşüncəsi onu əlacsız qoymuş-
du, hər şeydən əlini üzmüşdü. Özünəinamı olmadığından 
Adlıq halın işinə heç yaramırdı. Ona göstərilən etimaddan 
sui-istifadə edirdi. Bir ailənin üzvü, ayrılmaz tərkib hissə-
si olduğunu unudub, başqalarına yamaq olurdu. Qərarsız 
və avara-sərgərdan kimi gəzirdi. Halbuki Adlıq hal ondan 
dəyanət və mətanət gözləyirdi. O, özündən dəm vurmağı 
xoşlayırdı. Özündən danışmaq onun halı olmalı idi. On-
dan çox şey öyrənməli, keçmişindən bu gün üçün yarar-
lanmalı idi. Ondan ötən daşın qəhrini çəkməli idi Çıxışlıq 
hal,  amma  çəkmirdi,  “məndən  ötdü,  kimə  dəyir  dəysin” 
– deyirdi.
Bütün bunlar Adlıq halı elə də narahat etmirdi. Qey-
ri-müəyyən  yiyəlik  və  Təsirliyin  Adlıq  halın  əvəzindən 


Şəmil 
Sadiq
95
çıxış edib cəmiyyəti çaşbaş salması ən böyük təhlükə idi 
ona. Belə yaşaya bilmirdi. Yönlənmişlərə, təsirlənmişlərə, 
özündən çıxmışlara haqqın və nahaqqın nə olduğunu başa 
sala bilmirdi. Hamı da savadlı və gözüaçıq deyildi ki, ağı 
qaradan seçə bilsin. Pis oxuyan şagirdlər kimi hamı Adlıq-
la Yiyəliyi və Təsirliyi qarışıq salır, daxili dünyasını anla-
mayıb, zahirdə ilişib qalırdı. Ən güclü təşkilatların əli ilə 
bu elə işlənmişdi ki, kimsə batinə vara bilmirdi. Adlıq ha-
lın ilk və saf təfəkkür qatı radikal dinçilərlə, siyasətbazlarla 
qarışıq salınıb, saf geni dəyişdirilir, kütlə idarə edilirdi.
Elə buna görə də Adlıq hal yenidən təşkilatlanmağa, 
özünə qayıtmağa cidd-cəhdlə çalışır, elini, obasını qurtar-
maq üçün genini yenidən saflaşdırmaq zərurəti duyurdu.


Şəmil 
Sadiq
96
İSMİN YERSİZLİK HALINDAKI STATUSLAR
Əməkdaşlıq  etdiyim  saytın  redaktoru  yazıb  ki,  yeni 
köşənizin vaxtıdır”.
Əlimi  klaviaturadan  çəkər-çəkməz  Əliağa  Vahidin 

Tutalım əsrimizin həzrəti İsası mənəm, bu soxa-soxda nə 
möcüzə icad eliyim?” beyti yadıma düşdü. Düzdür, hansı 
kitabdan oxuduğum yadımda deyil, amma dillərdə əzbər 
bir beytdir. Bu beyt ona görə yadıma düşdü ki, işlərim çox 
qarışıqdır. Yayın istisi bir tərəfdən, təhsil ilinin yekunlaş-
ması  bir  yandan,  Azərbaycanda  keçirilən  böyük  idman 
bayramı və onun yaratdığı işgüzar gərginlik o biri bir tərəf-
dən, yarımçıq qalmış məqalələr, hekayələr, romanlar da ki 
bir tərəfdən beynimi didişdirir. İndi bu işlərin içində vur-
nuxuram, burdan da redaktor deyir ki, köşənin vaxtıdır. 
“Ay  qardaş,  heç  hənanın  yeridir?”    demək  də  keçdi  ürə-
yimdən, amma boynuma öhdəlik götürmüşəmsə, deməli, 
eləməliyəm.
Yalan olmasın, bəlkə də gündə beş-on mövzu haqqın-
da yazmağı düşünürəm. Hadisələr o qədər sürətlə dəyişir 
ki, hansından başlayıb, hansında qurtaracağımı bilmirəm.  
İlahi, nə qədər mövzu var, heç birindən də yan keçiləsi de-
yil.  Bəlkə, bir gün səhərdən axşama qədər mövzu başlıqla-
rını düzərək bir köşə yazdım.
Məsələn, bir neçəsini deyə bilərəm: “Kitab alverçisi”, 
“Alverçi yazıçı”, “Bozbaş şeirlər”, “200 qramlıq tənqidçi”, 
“Posmodernist yaltaqlar”, “Deputatın ağlı”  və s.
Amma bu dəfə “facebook”dakı gündəmi diqqətə çək-
mək istəyirəm. Əgər normal bir sosioloji araşdırma aparan 
olsa, xalqın psixologiyasını yaxşı  bilər. Əvvəldə də dedi-
yim kimi beynim pərakəndə olduğu üçün sosial şəbəkədə 
çox var-gəl edirdim. Heç nə  axtardığımı da bilmirdim.
Gəldiyim bir  cümləlik qənaət  var: Bir zimbabvelinin 
azərbaycanca  “salam” deməsinə sevincindən gözü yaşa-
ran,  xalqı  ilə  qürur  duyan  bir  vətəndaş,  hansısa  bir  soy-
daşının tum qabığını yerə atması ilə xalqına, hər hansı bir 
məmurun məsuliyyətsizliyi nəticəsində yaşadığı cəmiyyə-
tin  taleyinə  acıyır.  Bu  böyük  bir  faciədir.Bir  neçə  virtual 
dostumun statuslarını ürək ağrısı ilə oxudum. Düzü, on-


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə